“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
- I OXUNUŞ
- II OXUNUŞ
- Müzakirədə iştirak edin
07 mart 2025
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933; Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 52-VIIQD nömrəli Qanunu) 22-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 22.0.9-cu maddənin birinci abzasında “Maye və təbii qaz təsərrüfatı” sözləri “Yanacaqdoldurma və qaz təchizatı” sözləri ilə əvəz edilsin;
1.2. 22.0.9.2-ci maddədə “1100” rəqəmləri “2500” rəqəmləri ilə əvəz edilsin.
Maddə 2. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632 (Cild I); 2024, № 6 (I kitab), maddə 631, № 7, maddələr 747, 751, № 8, maddə 933) aşağıdakı dəyişikliklər edilsin:
2.1. aşağıdakı məzmunda 1.0.1-1-ci maddə əlavə edilsin:
“1.0.1-1. lisenziyalaşdırma subyektləri – lisenziya və icazə verən orqanlar, lisenziya və icazə verilməsinə rəy (razılıq) verən aidiyyəti dövlət orqanları, müəssisələri və lisenziyanın və icazənin şərtlərinə riayət edilməsinə nəzarət edən orqanlar;”;
2.2. 3-cü maddə üzrə:
2.2.1. 3.1-ci maddədə “lisenziya və icazə verən orqanların” sözləri “lisenziyalaşdırma subyektlərinin” sözləri ilə əvəz edilsin;
2.2.2. 3.2-ci maddədə “lisenziya və icazə verən orqanlara” sözləri “lisenziyalaşdırma subyektlərinə” sözləri ilə əvəz edilsin;
2.3. 19-cu maddə üzrə:
2.3.1. 19.8-1-ci maddənin birinci və ikinci cümlələrinə “Qanunun” sözündən sonra “1 nömrəli əlavəsinin 10-cu maddəsində və” sözləri əlavə edilsin və həmin cümlələrdə “növünə” sözü “növlərinə” sözü ilə əvəz edilsin;
2.3.2. 19.12-1-ci maddəyə birinci halda “Qanunun” sözündən sonra “1 nömrəli əlavəsinin 10-cu maddəsində və” sözləri əlavə edilsin və həmin maddədə “növünə” sözü “növlərinə” sözü ilə əvəz edilsin;
2.4. 27-ci maddə üzrə:
2.4.1. 27.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Lisenziyanın və icazənin şərtlərinə riayət edilməsinə nəzarət edən orqanlar lisenziya (icazə) sahibləri tərəfindən lisenziyanın və icazənin şərtlərinə riayət edilməsi istiqamətində normativ hüquqi aklarda nəzərdə tutulan inzibati tədbirlərlə yanaşı, yoxlama və nəzarətdənkənar tədbirlərdən (lisenziya (icazə) sahiblərinə metodiki köməklik göstərilməsi, qanunvericiliyin tələbləri və bu tələblərin pozulmasına görə məsuliyyət tədbirləri barədə maarifləndirmə işlərinin aparılması, məsləhətlər verilməsi və s.) də istifadə etməlidirlər.”;
2.4.2. 27.3-cü maddədə “edilməməsi hallarını aşkar edən” sözləri “edilmədikdə və bu Qanunun 25.1.2-ci maddəsi ilə müəyyən edilən göstərişlər yerinə yetirilmədikdə” sözləri ilə əvəz edilsin;
2.5. 28-ci maddə üzrə:
2.5.1. adında “Lisenziya və icazə verən orqanların” sözləri “Lisenziyalaşdırma subyektlərinin” sözləri ilə əvəz edilsin;
2.5.2. 28.1-ci maddədə “Lisenziya və icazə verən orqanın” sözləri “Lisenziyalaşdırma subyektləri və onların” sözləri ilə əvəz edilsin və həmin maddəyə “hallarda” sözündən sonra “aidiyyəti üzrə” sözləri əlavə edilsin;
2.5.3. 28.2-ci maddədə “lisenziya və icazə verən orqan” sözləri “müvafiq lisenziyalaşdırma subyekti” sözləri ilə əvəz edilsin;
2.6. həmin Qanuna 1 nömrəli əlavə – “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 10-cu maddəsində “Maye və təbii qaz təsərrüfatı” sözləri “Yanacaqdoldurma və qaz təchizatı” sözləri ilə əvəz edilsin.
Maddə 3. Keçid müddəa
Bu Qanun qüvvəyə mindiyi tarixədək yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarı ilə məşğul olan şəxslər həmin obyektlərin istismarı ilə məşğul olmaq üçün bu Qanun qüvvəyə mindikdən sonra üç ay müddətində lisenziya (icazə) almalı, habelə öz fəaliyyətlərinin bu Qanunun tələblərinə uyğunlaşdırılmasını təmin etməlidirlər.
Azərbaycan Respublikasının Prezidenti