Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Qanun layihələri
07 mart 2025
- I OXUNUŞ
- II OXUNUŞ
- Müzakirədə iştirak edin
07 mart 2025
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 12-ci, 13-cü, 15-ci, 20-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282; Azərbaycan Respublikasının 2024-cü 16 dekabr tarixli 98-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 13-cü maddə üzrə:
1.1.1. 13.2.9-cu maddəyə “obyektləri,” sözündən sonra “virtual aktivlər,” sözləri əlavə edilsin;
1.1.2. 13.2.39.2-ci maddəyə “yaradılmış” sözündən sonra “hüquqi təsisatlar və” sözləri əlavə edilsin;
1.2. 24-cü maddə üzrə:
1.2.1. 24.1.7-ci maddəyə “payları” sözündən sonra “, habelə benefisiar mülkiyyətçiləri” sözləri əlavə edilsin;
1.2.2. aşağıdakı məzmunda 24.1.8-1-ci maddə əlavə edilsin:
“24.1.8-1. vergi nəzarəti zamanı vergi orqanları tərəfindən fiziki şəxs olmayan vergi ödəyicisinin benefisiar mülkiyyətçisinin həmin vergi ödəyicisinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş benefisiar mülkiyyətçisindən fərqli olduğu müəyyən edilərsə, bu barədə maliyyə monitorinqi orqanına məlumat verməyə;”;
1.3. 30.2.6-cı və 34.8.3-cü maddələrə “payları” sözündən sonra “, habelə benefisiar mülkiyyətçiləri” sözləri əlavə edilsin.
Maddə 2. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 7, maddə 116; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 2, maddə 138, № 3, maddə 250) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 13-1.2-ci maddə üzrə:
2.1.1. birinci abzasa “sənədlər” sözündən sonra “və məlumatlar” sözləri əlavə edilsin;
2.1.2. aşağıdakı məzmunda 13-1.2.7-3-cü maddə əlavə edilsin:
“13-1.2.7-3. təsisçi xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda – bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə), xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adı və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslər olduqda bu barədə məlumat;”;
2.2. 13-13.2-ci maddə üzrə:
2.2.1. birinci abzasa “sənədləri” sözündən sonra “və məlumatları” sözləri əlavə edilsin;
2.2.2. aşağıdakı məzmunda 13-13.2.2-1-ci maddə əlavə edilsin:
“13-13.2.2-1. iştirak payını əldə etmək istəyən şəxs xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda, bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə) xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adı və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduqları şəxslər olduqda bu barədə məlumat;”.
Maddə 3. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 741 (Cild I) 4.1.2-ci maddəsinə “payları” sözündən sonra “, habelə benefisiar mülkiyyətçiləri” sözləri əlavə edilsin.
Maddə 4. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8 (Cild I); 2024, № 7, maddə 743, № 12 (I kitab), maddə 1281) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2.0.17-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.18-ci və 2.0.19-cu maddələr əlavə edilsin:
“2.0.18. benefisiar mülkiyyətçi – son nəticədə hüquqi şəxsə və ya xarici hüquqi təsisata nəzarəti həyata keçirən və ya hüquqi şəxsin, yaxud xarici hüquqi təsisatın əsl sahibi olan və (və ya) xeyrinə əməliyyat aparılan və (və ya) əqdlər bağlanılan, habelə son nəticədə hüquqi şəxs və ya xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər);
2.0.19. nəzarət və (və ya) mülkiyyət zənciri – hüquqi şəxs və (və ya) xarici hüquqi təsisatın birinin digərini təsis etməsi, idarə etməsi, birinin digərinə nəzarət etməsi, birinin digərinin paylarına (səhmlərinə) sahib olması və (və ya) xarici hüquqi təsisatın təsis əqdinin tərəfi (xarici hüquqi təsisat təsisçisi, idarəçisi, benefisiarı (benefisiarlar qrupu), təminatçısı) və ya hüquqi şəxs və xarici hüquqi təsisat üzərində son nəticədə effektiv nəzarəti həyata keçirən digər şəxs olması.”;
4.2. aşağıdakı məzmunda 4.2-2-ci, 4.2-3-cü və 5.3.2-3-cü maddələr əlavə edilsin:
“4.2-2. Hər bir hüquqi şəxs benefisiar mülkiyyətçisi, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı xarici hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə dürüst, dəqiq və yenilənmiş məlumatları bilməli və təsdiqedici sənədlərə (o cümlədən elektron sənədlərə) malik olmalı, qanunla nəzərdə tutulmuş hallarda və qaydada təqdim etməlidir.
4.2-3. Hər bir hüquqi şəxs benefisiar mülkiyyətçisi, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı xarici hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə məlumatları özündə əks etdirən sənədləri (o cümlədən elektron sənədləri) qanunla müəyyən edilmiş qaydada saxlamalıdır.”;
“5.3.2-3. hüquqi şəxs statusu almaq istəyən qurumun benefisiar mülkiyyətçisi barədə aşağıdakı məlumatlar:
5.3.2-3.1. soyadı, adı, atasının adı (olduğu təqdirdə), doğum tarixi, fərdi identifikasiya nömrəsi və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsi;
5.3.2-3.2. vətəndaşlığı;
5.3.2-3.3. yaşayış yeri;
5.3.2-3.4. birbaşa və ya dolayı benefisiar mülkiyyətçi olması;
5.3.2-3.5. hüquqi şəxsə təsir hüquqlarının və ya imkanlarının dairəsi və əsası;
5.3.2-3.6. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olub-olmaması;
5.3.2-3.7. hüquqi şəxsin benefisiar mülkiyyətçisinin müəyyən edilməsinə qədər nəzarət və (və ya) mülkiyyət zəncirində mövcud olan bütün hüquqi şəxslərin və xarici hüquqi təsisatların adı, dövlət qeydiyyatına alındığı ölkə, qeydiyyat nömrəsi, təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payı;
5.3.2-3.8. hüquqi şəxs statusu almaq istəyən qurumun adından hərəkət edən şəxs xarici hüquqi təsisatın idarəçisi qismində çıxış etdikdə, bu barədə məlumat.”;
4.3. 5-1-ci maddə 5-2-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 5-1-ci maddə əlavə edilsin:
“Maddə 5-1. Benefisiar mülkiyyətçinin müəyyən edilməsi
5-1.1. Aşağıdakı şəxslər hüquqi şəxsin benefisiar mülkiyyətçisi hesab olunur:
5-1.1.1. son nəticədə hüquqi şəxsin nizamnamə kapitalının, habelə səsvermə hüququnun 10 (on) və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla malik olan (hüquqi şəxsdə iştirak paylarının bölgüsü mühüm iştirak payının mövcudluğunu istisna etmirsə) fiziki şəxs (şəxslər);
5-1.1.2. bu Qanunun 5-1.1.1-ci maddəsi ilə müəyyən edilmiş fiziki şəxs (şəxslər) mövcud olmadıqda və ya bu şəxsin (şəxslərin) hüquqi şəxsin benefisiar mülkiyyətçisi olmasına dair şübhələr olduqda, hüquqi şəxsə başqa formada mövcud nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər);
5-1.1.3. əgər hüquqi şəxs üzərində iştirak payı əsasında və ya başqa formada nəzarəti həyata keçirən fiziki şəxsi müəyyən etmək mümkün deyildirsə, hüquqi şəxsə rəhbərliyi həyata keçirən fiziki şəxs (şəxslər).
5-1.2. Aşağıdakı şəxslər xarici hüquqi təsisatın benefisiar mülkiyyətçisi hesab olunur:
5-1.2.1. trastın strukturunda təsisçi, trast idarəçisi, trast təminatçısı (olduğu halda), benefisiar və ya benefisiarlar qrupu, trast üzərində effektiv nəzarəti həyata keçirən hər hansı digər fiziki şəxs (nəzarət və (və ya) mülkiyyət zənciri də daxil olmaqla);
5-1.2.2. digər növ xarici hüquqi təsisatlarda bu Qanunun 5-1.2.1-ci maddəsində müəyyən edilmiş şəxslərlə eyni və ya oxşar hüquq və vəzifə daşıyan şəxslər.”;
4.4. 5-2.2-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Elektron ərizədə benefisiar mülkiyyətçi barədə bu Qanunun 5.3.2-3-cü maddəsində nəzərdə tutulan məlumatlar göstərilməlidir.”;
4.5. 7-2.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Elektron ərizədə benefisiar mülkiyyətçi barədə bu Qanunun 5.3.2-3-cü maddəsində nəzərdə tutulan məlumatlar qeyd olunmalıdır.”;
4.6. aşağıdakı məzmunda 14.1.6-1-ci və 14-1-ci maddələr əlavə edilsin:
“14.1.6-1. qurumun hər bir benefisiar mülkiyyətçisinin soyadı, adı, atasının adı, doğum tarixi, vətəndaşlığı, yaşayış yeri, benefisiar mülkiyyətçinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olub-olmaması barədə məlumatlar;”;
“Maddə 14-1. Benefisiar mülkiyyətçiyə dair məlumatların yoxlanılması
14-1.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) benefisiar mülkiyyətçi barədə reyestrə daxil edilmiş məlumatları 5 iş günü müddətində maliyyə monitorinqi orqanına təqdim edir.
14-1.2. Maliyyə monitorinqi orqanı reyestrə daxil edilmiş benefisiar mülkiyyətçi məlumatlarının dövlət orqanlarına (qurumlarına), habelə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş öhdəlik daşıyan şəxslərə, auditor xidməti göstərən şəxslərə, qeyri-hökumət təşkilatlarına və dini qurumlara, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinə sorğu verməklə, açıq mənbələrdən araşdırma aparmaqla, habelə bu Qanunun 14.1-ci və 14.2-ci maddələrində nəzərdə tutulan məlumatlardan istifadə etməklə yoxlanılmasını təmin edir.
14-1.3. Reyestrə daxil edilmiş məlumatın doğruluğuna dair şübhələr olduqda maliyyə monitorinqi orqanı hüquqi şəxsin benefisiar mülkiyyətçisi ilə bağlı bu Qanunun 5.3.2-3-cü maddəsində nəzərdə tutulmuş məlumatlara dair təsdiqedici sənədlərin əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) sorğu verir. Bu zaman müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hüquqi şəxsdən aidiyyəti sənədlərin 5 iş günü müddətində təqdim edilməsini tələb edir və sənədlər təqdim edildiyi tarixdən etibarən 3 iş günü müddətində onları maliyyə monitorinqi orqanına təqdim edir.
14-1.4. Maliyyə monitorinqi orqanı bu Qanunun 14-1.3-cü maddəsi üzrə təqdim edilmiş sənədlər əsasında aparılmış təhlillər nəticəsində hüquqi şəxsin benefisiar mülkiyyətçisinin fərqli şəxs olmasını müəyyən edərsə, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verir. Həmin orqan (qurum) maliyyə monitorinqi orqanı tərəfindən təqdim edilmiş hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə məlumatları hüquqi şəxsə təqdim edir. Hüquqi şəxs təqdim edilən məlumatla razılaşmadıqda müvafiq məlumatı aldığı tarixdən etibarən 5 iş günü müddətində özünün benefisiar mülkiyyətçisinə dair əlavə təsdiqedici sənədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi (orqana) quruma, həmin orqan (qurum) isə bu sənədləri 3 iş günü müddətində maliyyə monitorinqi orqanına təqdim edir.
14-1.5. Maliyyə monitorinqi orqanı bu Qanunun 14-1.4-cü maddəsi üzrə təqdim edilmiş əlavə təsdiqedici sənədlər əsasında apardığı təhlillər nəticəsində hüquqi şəxsin benefisiar mülkiyyətçisinin fərqli şəxs olmasını yenidən müəyyən edərsə, maliyyə monitorinqi orqanı bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verir. Həmin orqan (qurum) təqdim edilən məlumatlar əsasında reyestrə dəyişiklik edir və dəyişiklik edilmiş benefisiar mülkiyyətçi barədə məlumatı özündə əks etdirən çıxarışın və benefisiar mülkiyyətçi məlumatlarına dəyişiklik edilməsi barədə bildirişin 3 iş günü müddətində hüquqi şəxsin elektron kabinetinə göndərilməsini təmin edir.
14-1.6. Bu Qanunun 14-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş müddət ərzində hüquqi şəxs bəyan etdiyi benefisiar mülkiyyətçiyə dair əlavə təsdiqedici sənədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməzsə, həmin orqan (qurum) maliyyə monitorinqi orqanının təqdim etdiyi məlumatlar əsasında reyestrə dəyişiklik edir və dəyişiklik edilmiş benefisiar mülkiyyətçi barədə məlumatı özündə əks etdirən çıxarışın və benefisiar mülkiyyətçi məlumatlarına dəyişiklik edilməsi barədə bildirişin 3 iş günü müddətində hüquqi şəxsin elektron kabinetinə göndərilməsini təmin edir.
14.1-7. Hüquqi şəxs bu Qanunun 14-1.5-ci və 14-1.6-cı maddələri ilə nəzərdə tutulmuş hallarda benefisiar mülkiyyətçi məlumatlarında dəyişiklik edilməsi barədə bildirişi aldıqdan sonra 3 iş günü müddətində benefisiar mülkiyyətçi qismində müəyyən edilmiş şəxsin bu barədə məlumatlandırılmasını təmin edir.”;
4.7. 15.6 – 15.8-ci maddələrə “payları” sözündən sonra “, habelə benefisiar mülkiyyətçiləri” sözləri əlavə edilsin;
4.8. aşağıdakı məzmunda 15.9-1-ci maddə əlavə edilsin:
“15.9-1. Benefisiar mülkiyyətçi barədə bu Qanunun 14.1.6-1-ci maddəsində nəzərdə tutulan məlumatlar sorğu əsasında “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada maliyyə monitorinqi orqanına verilir.”;
4.9. 18.1-ci və 18.2-ci maddələrə “payları” sözündən sonra “, habelə benefisiar mülkiyyətçiləri” sözləri əlavə edilsin.
Maddə 5. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130 (Cild I); 2024, № 2, maddə 138; Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 77-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 8.2-ci maddə üzrə:
5.1.1. birinci abzasa “sənədlər” sözündən sonra “və məlumatlar” sözləri əlavə edilsin;
5.1.2. aşağıdakı məzmunda 8.2.1.2-1-ci maddə əlavə edilsin:
“8.2.1.2-1. həmin mülkiyyətçi xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda - bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə), xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adını və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduqları şəxslər olduqda bu barədə məlumat;”;
5.2. 9.3-cü maddə üzrə:
5.2.1. birinci abzasa “sənədlər” sözündən sonra “və məlumatlar” sözləri əlavə edilsin;
5.2.2. aşağıdakı məzmunda 9.3.2-1-ci maddə əlavə edilsin:
“9.3.2-1. Mərkəzi Bankın müəyyən etdiyi formada bankın benefisiar mülkiyyətçiləri haqqında məlumat;”;
5.3. 12.2-ci maddə üzrə:
5.3.1. birinci abzasın ikinci cümləsinə “sənədlər” sözündən sonra “və məlumatlar” sözləri əlavə edilsin;
5.3.2. aşağıdakı məzmunda 12.2.3-1-ci maddə əlavə edilsin:
“12.2.3-1. Mərkəzi Bankın müəyyən etdiyi formada bankın benefisiar mülkiyyətçiləri haqqında məlumat;”;
5.4. 22.4-cü maddə üzrə:
5.4.1. birinci abzasa “sənədləri” sözündən sonra “və məlumatları” sözləri əlavə edilsin;
5.4.2. aşağıdakı məzmunda 22.4.2-1-ci maddə əlavə edilsin:
“22.4.2-1. həmin sahib xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda, bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə), xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adını və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduqları şəxslər olduqda bu barədə məlumat;”.
Maddə 6. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 22.1-ci maddə üzrə:
6.1.1. birinci abzasa ikinci halda “sənədləri” sözündən sonra “və məlumatları” sözləri əlavə edilsin;
6.1.2. 22.1.2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 22.1.3-cü maddə əlavə edilsin:
“22.1.3. mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək istəyən şəxs xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə), xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), həmçinin xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adı və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti, belə sənəd xarici ölkədən əldə edildikdə qanununvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduqları şəxslər olduqda bu barədə məlumat.”;
6.2. aşağıdakı məzmunda 44.1.4-1-ci maddə əlavə edilsin:
“44.1.4-1. xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olan təsisçilərin xarici hüquqi təsisatın idarəçisi olmasını təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə), xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), həmçinin xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adı və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmuş surəti, belə sənəd xarici ölkədən əldə edildikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduqları şəxslər olduqda bu barədə məlumat;”.
Maddə 7. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 72 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
7.1. aşağıdakı məzmunda 7-1.1.2-1-ci maddə əlavə edilsin:
“7-1.1.2-1. iştirak payını əldə etmək istəyən xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda, bunu təsdiq edən sənədi, özünün və digər idarəçilərin (olduğu təqdirdə) xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adı və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surətini, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduqları şəxslər olduqda bu barədə məlumatı;”;
7.2. 11.1-ci maddə üzrə:
7.2.1. birinci abzasa “sənədləri” sözündən sonra “və məlumatları” sözləri əlavə edilsin;
7.2.2. aşağıdakı məzmunda 11.1.5-4-cü maddə əlavə edilsin:
11.1.5-4. təsisçi (təsisçilər) xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə) xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adını və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və ya xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduqları şəxslər olduqda bu barədə məlumat.”.
Maddə 8. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 950 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
8.1. 28.5-ci maddə üzrə:
8.1.1. birinci abzasa “sənədləri” sözündən sonra “və məlumatları” sözü əlavə edilsin;
8.1.2. 28.5.2.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 28.5.3-cü maddə əlavə edilsin:
“28.5.3. alıcı xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda, bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə), xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adını və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduqda bu barədə məlumat.”;
8.2. 36.1-ci maddə üzrə:
8.2.1. birinci abzasa “sənədlər” sözündən sonra “və məlumatlar” sözləri əlavə edilsin;
8.2.2. aşağıdakı məzmunda 36.1.5-1-ci maddə əlavə edilsin:
“36.1.5-1. xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olan təsisçilər – bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə) xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adını və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduqda bu barədə məlumat;”;
8.3. 42.2-ci maddə üzrə:
8.3.1. birinci abzasa “sənədləri” sözündən sonra “və məlumatları” sözləri əlavə edilsin;
8.3.2. aşağıdakı məzmunda 42.2.3-1-ci maddə əlavə edilsin:
“42.2.3-1. Mərkəzi Bankın müəyyən etdiyi formada xarici investisiya fondunun və ya idarəçinin benefisiar mülkiyyətçiləri haqqında məlumat;”.
Maddə 9. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 813 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
9.1. 62.6-cı maddə üzrə:
9.1.1. birinci abzasa “sənədlər” sözündən sonra “və məlumatlar” sözləri əlavə edilsin;
9.1.2. 62.6.2.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 62.6.3-cü maddə əlavə edilsin:
“62.6.3. alıcı xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda, bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə), xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adını və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduqları şəxslər olduqda bu barədə məlumat.”;
9.2. 66.1-ci maddə üzrə:
9.2.1. birinci abzasa “sənədlər” sözündən sonra “və məlumatlar” sözləri əlavə edilsin;
9.2.2. aşağıdakı məzmunda 66.1.5-1-ci maddə əlavə edilsin:
“66.1.5-1. xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olan təsisçi – bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə), xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adını və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduqları şəxslər olduqda bu barədə məlumat;”;
9.3. 71.3-cü maddə üzrə:
9.3.1. birinci abzasa “sənədləri” sözündən sonra “və məlumatları” sözləri əlavə edilsin;
9.3.2. aşağıdakı məzmunda 71.3.11-1-ci maddə əlavə edilsin:
“71.3.11-1. Mərkəzi Bankın müəyyən etdiyi formada xarici investisiya şirkətinin benefisiar mülkiyyətçisi barədə məlumat;”;
9.4. 73.2-ci maddə üzrə:
9.4.1. birinci abzasa “sənədlər” sözündən sonra “və məlumatlar” sözləri əlavə edilsin;
9.4.2. aşağıdakı məzmunda 73.2.6-1-ci maddə əlavə edilsin:
“73.2.6-1. Mərkəzi Bankın müəyyən etdiyi formada xarici investisiya şirkətinin benefisiar mülkiyyətçisi barədə məlumat;”.
Maddə 10. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 37 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
10.1. 4.8.1-ci maddədə “sahiblik” sözü “mülkiyyət” sözü ilə əvəz edilsin;
10.2. aşağıdakı məzmunda 6.6-cı və 11.11-ci maddələr əlavə edilsin:
“6.6. Hüquqi şəxslərin öz benefisiar mülkiyyətçisi, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının isə xarici hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə dürüst, dəqiq və yenilənmiş məlumat və sənədlərə malik olması, habelə benefisiar mülkiyyətçilərinə dair məlumatların reyestrinin aparılması ilə bağlı məsələlər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”;
“11.11. Öhdəlik daşıyan şəxslər hüquqi şəxs olan müştərilərə tətbiq edilən müştəri uyğunluğu tədbirləri çərçivəsində müəyyən edilmiş benefisiar mülkiyyətçi barədə məlumatları 3 iş günü ərzində maliyyə monitorinqi orqanına təqdim etməlidirlər.”.
Maddə 11. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1134 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
11.1. aşağıdakı məzmunda 49.2.3-1-ci maddə əlavə edilsin:
“49.2.3-1. iştirakçı xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda, bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə), xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adı və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduqları şəxslər olduqda bu barədə məlumat;”;
11.2. 61.3-cü maddə üzrə:
11.2.1. birinci abzasa “sənədlər” sözündən sonra “və məlumatlar” sözləri əlavə edilsin;
11.2.2. aşağıdakı məzmunda 61.3.2-1-ci maddə əlavə edilsin:
“61.3.2-1. mühüm iştirak payının sahibi xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda, bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə) xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adı və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduqları şəxslər olduqda bu barədə məlumat.”.
Maddə 12. Keçid müddəalar
12.1. Bu Qanun qüvvəyə minənədək dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər tərəfindən öz benefisiar mülkiyyətçilərinin, habelə xarici hüquqi şəxsin nümayəndəlik və filialı tərəfindən xarici hüquqi şəxsin benefisiar mülkiyyətçilərinin müəyyən edilməsi və bu barədə məlumat və sənədlərin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə təqdim edilməsi aşağıdakı mərhələlərlə təmin edilir:
12.1.1. iri sahibkarlıq subyektləri üçün 31 dekabr 2025-ci il tarixinədək;
12.1.2. orta sahibkarlıq subyektləri üçün 30 iyun 2026-cı il tarixinədək;
12.1.3. kiçik sahibkarlıq subyektləri üçün 31 dekabr 2026-cı il tarixinədək;
12.1.4. mikro sahibkarlıq subyektləri üçün 31 dekabr 2027-ci il tarixinədək;
12.1.5. qeyri-hökumət təşkilatları və dini qurumlar üçün 30 iyun 2026-cı il tarixinədək.
Azərbaycan Respublikasının Prezidenti
01 aprel 2025
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 12-ci, 13-cü, 15-ci, 20-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282, № 12 (II kitab), maddə 1345; Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr 110-VIIQD nömrəli və 2025-ci il 3 fevral tarixli 135-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 13-cü maddə üzrə:
1.1.1. 13.2.9-cu maddəyə “obyektləri,” sözündən sonra “virtual aktivlər,” sözləri əlavə edilsin;
1.1.2. 13.2.39.2-ci maddəyə “yaradılmış” sözündən sonra “hüquqi təsisatlar və” sözləri əlavə edilsin;
1.2. 24-cü maddə üzrə:
1.2.1. 24.1.7-ci maddəyə “payları” sözündən sonra “, habelə benefisiar mülkiyyətçiləri” sözləri əlavə edilsin;
1.2.2. aşağıdakı məzmunda 24.1.8-1-ci maddə əlavə edilsin:
“24.1.8-1. vergi nəzarəti zamanı vergi orqanları tərəfindən fiziki şəxs olmayan vergi ödəyicisinin benefisiar mülkiyyətçisinin həmin vergi ödəyicisinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş benefisiar mülkiyyətçisindən fərqli olduğu müəyyən edilərsə, bu barədə maliyyə monitorinqi orqanına məlumat verməyə;”;
1.3. 30.2.6-cı və 34.8.3-cü maddələrə “payları” sözündən sonra “, habelə benefisiar mülkiyyətçiləri” sözləri əlavə edilsin.
Maddə 2. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 7, maddə 116; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 2, maddə 138, № 3, maddə 250; Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 119-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 13-1.2-ci maddə üzrə:
2.1.1. birinci abzasa “sənədlər” sözündən sonra “və məlumatlar” sözləri əlavə edilsin;
2.1.2. aşağıdakı məzmunda 13-1.2.7-3-cü maddə əlavə edilsin:
“13-1.2.7-3. təsisçi xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda – bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə), xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adı və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslər olduqda bu barədə məlumat;”;
2.2. 13-13.2-ci maddə üzrə:
2.2.1. birinci abzasa “sənədləri” sözündən sonra “və məlumatları” sözləri əlavə edilsin;
2.2.2. aşağıdakı məzmunda 13-13.2.2-1-ci maddə əlavə edilsin:
“13-13.2.2-1. iştirak payını əldə etmək istəyən şəxs xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxs olduqda, bunu təsdiq edən sənəd, özünün və digər idarəçilərin (olduğu təqdirdə) xarici hüquqi təsisat təsisçisinin, xarici hüquqi təsisat benefisiarının (benefisiarlar qrupunun), xarici hüquqi təsisat təminatçısının (olduğu təqdirdə), habelə xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən digər şəxsin soyadını, adını, atasının adını (olduğu təqdirdə), doğum tarixini, fərdi identifikasiya nömrəsini və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsini, vətəndaşlığını, daimi yaşayış yerini (bu şəxslər hüquqi şəxs olduqda onların adı və eyniləşdirmə nömrəsini) təsdiq edən sənədlərin və xarici hüquqi təsisatın təsis sənədinin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş surəti, həmin şəxslər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduqları şəxslər olduqda bu barədə məlumat;”.
Maddə 3. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 741 (Cild I) 4.1.2-ci maddəsinə “payları” sözündən sonra “, habelə benefisiar mülkiyyətçiləri” sözləri əlavə edilsin.
Maddə 4. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8 (Cild I); 2024, № 7, maddə 743, № 12 (I kitab), maddə 1281; Azərbaycan Respublikasının 29 dekabr 2024-cü il tarixli 120-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 2-ci maddə üzrə:
4.1.1. 2.0.12-ci maddədə “5-1.3-cü və 5-1.7-ci” sözləri “5-2.3-cü və 5-2.7-ci” sözləri ilə əvəz edilsin;
4.1.2. 2.0.17-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.18-ci və 2.0.19-cu maddələr əlavə edilsin:
“2.0.18. benefisiar mülkiyyətçi – son nəticədə hüquqi şəxsə və ya xarici hüquqi təsisata nəzarəti həyata keçirən və ya hüquqi şəxsin, yaxud xarici hüquqi təsisatın əsl sahibi olan və (və ya) xeyrinə əməliyyat aparılan və (və ya) əqdlər bağlanılan, habelə son nəticədə hüquqi şəxs və ya xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər);
2.0.19. nəzarət və (və ya) mülkiyyət zənciri – hüquqi şəxs və (və ya) xarici hüquqi təsisatın birinin digərini təsis etməsi, idarə etməsi, birinin digərinə nəzarət etməsi, birinin digərinin paylarına (səhmlərinə) sahib olması və (və ya) xarici hüquqi təsisatın təsis əqdinin tərəfi (xarici hüquqi təsisat təsisçisi, idarəçisi, benefisiarı (benefisiarlar qrupu), təminatçısı) və ya hüquqi şəxs və xarici hüquqi təsisat üzərində son nəticədə effektiv nəzarəti həyata keçirən digər şəxs olması.”;
4.2. aşağıdakı məzmunda 4.2-2-ci, 4.2-3-cü və 5.3.2-3-cü maddələr əlavə edilsin:
“4.2-2. Hər bir hüquqi şəxs benefisiar mülkiyyətçisi, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı xarici hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə dürüst, dəqiq və yenilənmiş məlumatları bilməli və təsdiqedici sənədlərə (o cümlədən elektron sənədlərə) malik olmalı, qanunla nəzərdə tutulmuş hallarda və qaydada təqdim etməlidir.
4.2-3. Hər bir hüquqi şəxs benefisiar mülkiyyətçisi, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı xarici hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə məlumatları özündə əks etdirən sənədləri (o cümlədən elektron sənədləri) qanunla müəyyən edilmiş qaydada saxlamalıdır.”;
“5.3.2-3. hüquqi şəxs statusu almaq istəyən qurumun benefisiar mülkiyyətçisi barədə aşağıdakı məlumatlar:
5.3.2-3.1. soyadı, adı, atasının adı (olduğu təqdirdə), doğum tarixi, fərdi identifikasiya nömrəsi və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsi;
5.3.2-3.2. vətəndaşlığı;
5.3.2-3.3. yaşayış yeri;
5.3.2-3.4. birbaşa və ya dolayı benefisiar mülkiyyətçi olması;
5.3.2-3.5. hüquqi şəxsə təsir hüquqlarının və ya imkanlarının dairəsi və əsası;
5.3.2-3.6. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olub-olmaması;
5.3.2-3.7. hüquqi şəxsin benefisiar mülkiyyətçisinin müəyyən edilməsinə qədər nəzarət və (və ya) mülkiyyət zəncirində mövcud olan bütün hüquqi şəxslərin və xarici hüquqi təsisatların adı, dövlət qeydiyyatına alındığı ölkə, qeydiyyat nömrəsi, təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payı;
5.3.2-3.8. hüquqi şəxs statusu almaq istəyən qurumun adından hərəkət edən şəxs xarici hüquqi təsisatın idarəçisi qismində çıxış etdikdə, bu barədə məlumat.”;
4.3. 5-1-ci maddə 5-2-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 5-1-ci maddə əlavə edilsin:
“Maddə 5-1. Benefisiar mülkiyyətçinin müəyyən edilməsi
5-1.1. Aşağıdakı şəxslər hüquqi şəxsin benefisiar mülkiyyətçisi hesab olunur:
5-1.1.1. son nəticədə hüquqi şəxsin nizamnamə kapitalının, habelə səsvermə hüququnun 10 (on) və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla malik olan (hüquqi şəxsdə iştirak paylarının bölgüsü mühüm iştirak payının mövcudluğunu istisna etmirsə) fiziki şəxs (şəxslər);
5-1.1.2. bu Qanunun 5-1.1.1-ci maddəsi ilə müəyyən edilmiş fiziki şəxs (şəxslər) mövcud olmadıqda və ya bu şəxsin (şəxslərin) hüquqi şəxsin benefisiar mülkiyyətçisi olmasına dair şübhələr olduqda, hüquqi şəxsə başqa formada mövcud nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər);
5-1.1.3. əgər hüquqi şəxs üzərində iştirak payı əsasında və ya başqa formada nəzarəti həyata keçirən fiziki şəxsi müəyyən etmək mümkün deyildirsə, hüquqi şəxsə rəhbərliyi həyata keçirən fiziki şəxs (şəxslər).
5-1.2. Aşağıdakı şəxslər xarici hüquqi təsisatın benefisiar mülkiyyətçisi hesab olunur:
5-1.2.1. trastın strukturunda təsisçi, trast idarəçisi, trast təminatçısı (olduğu halda), benefisiar və ya benefisiarlar qrupu, trast üzərində effektiv nəzarəti həyata keçirən hər hansı digər fiziki şəxs (nəzarət və (və ya) mülkiyyət zənciri də daxil olmaqla);
5-1.2.2. digər növ xarici hüquqi təsisatlarda bu Qanunun 5-1.2.1-ci maddəsində müəyyən edilmiş şəxslərlə eyni və ya oxşar hüquq və vəzifə daşıyan şəxslər.”;
4.4. 5-2.2-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Elektron ərizədə benefisiar mülkiyyətçi barədə bu Qanunun 5.3.2-3-cü maddəsində nəzərdə tutulan məlumatlar göstərilməlidir.”;
4.5. 7-2.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Elektron ərizədə benefisiar mülkiyyətçi barədə bu Qanunun 5.3.2-3-cü maddəsində nəzərdə tutulan məlumatlar qeyd olunmalıdır.”;
4.6. 9-1.1-ci maddədə “5-1.5-ci” sözləri “5-2.5-ci” sözləri ilə əvəz edilsin;
4.7. aşağıdakı məzmunda 14.1.6-1-ci və 14-1-ci maddələr əlavə edilsin:
“14.1.6-1. qurumun hər bir benefisiar mülkiyyətçisinin soyadı, adı, atasının adı, doğum tarixi, vətəndaşlığı, yaşayış yeri, benefisiar mülkiyyətçinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olub-olmaması barədə məlumatlar;”;
“Maddə 14-1. Benefisiar mülkiyyətçiyə dair məlumatların yoxlanılması
14-1.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) benefisiar mülkiyyətçi barədə reyestrə daxil edilmiş məlumatları 5 iş günü müddətində maliyyə monitorinqi orqanına təqdim edir.
14-1.2. Maliyyə monitorinqi orqanı reyestrə daxil edilmiş benefisiar mülkiyyətçi məlumatlarının dövlət orqanlarına (qurumlarına), habelə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş öhdəlik daşıyan şəxslərə, auditor xidməti göstərən şəxslərə, qeyri-hökumət təşkilatlarına və dini qurumlara, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinə sorğu verməklə, açıq mənbələrdən araşdırma aparmaqla, habelə bu Qanunun 14.1-ci və 14.2-ci maddələrində nəzərdə tutulan məlumatlardan istifadə etməklə yoxlanılmasını təmin edir.
14-1.3. Reyestrə daxil edilmiş məlumatın doğruluğuna dair şübhələr olduqda maliyyə monitorinqi orqanı hüquqi şəxsin benefisiar mülkiyyətçisi ilə bağlı bu Qanunun 5.3.2-3-cü maddəsində nəzərdə tutulmuş məlumatlara dair təsdiqedici sənədlərin əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) sorğu verir. Bu zaman müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hüquqi şəxsdən aidiyyəti sənədlərin 5 iş günü müddətində təqdim edilməsini tələb edir və sənədlər təqdim edildiyi tarixdən etibarən 3 iş günü müddətində onları maliyyə monitorinqi orqanına təqdim edir.
14-1.4. Maliyyə monitorinqi orqanı bu Qanunun 14-1.3-cü maddəsi üzrə təqdim edilmiş sənədlər əsasında aparılmış təhlillər nəticəsində hüquqi şəxsin benefisiar mülkiyyətçisinin fərqli şəxs olmasını müəyyən edərsə, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verir. Həmin orqan (qurum) maliyyə monitorinqi orqanı tərəfindən təqdim edilmiş hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə məlumatları hüquqi şəxsə təqdim edir. Hüquqi şəxs təqdim edilən məlumatla razılaşmadıqda müvafiq məlumatı aldığı tarixdən etibarən 5 iş günü müddətində özünün benefisiar mülkiyyətçisinə dair əlavə təsdiqedici sənədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi (orqana) quruma, həmin orqan (qurum) isə bu sənədləri 3 iş günü müddətində maliyyə monitorinqi orqanına təqdim edir.
14-1.5. Maliyyə monitorinqi orqanı bu Qanunun 14-1.4-cü maddəsi üzrə təqdim edilmiş əlavə təsdiqedici sənədlər əsasında apardığı təhlillər nəticəsində hüquqi şəxsin benefisiar mülkiyyətçisinin fərqli şəxs olmasını yenidən müəyyən edərsə, maliyyə monitorinqi orqanı bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verir. Həmin orqan (qurum) təqdim edilən məlumatlar əsasında reyestrə dəyişiklik edir və dəyişiklik edilmiş benefisiar mülkiyyətçi barədə məlumatı özündə əks etdirən çıxarışın və benefisiar mülkiyyətçi məlumatlarına dəyişiklik edilməsi barədə bildirişin 3 iş günü müddətində hüquqi şəxsin elektron kabinetinə göndərilməsini təmin edir.
14-1.6. Bu Qanunun 14-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş müddət ərzində hüquqi şəxs bəyan etdiyi benefisiar mülkiyyətçiyə dair əlavə təsdiqedici sənədləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməzsə, həmin orqan (qurum) maliyyə monitorinqi orqanının təqdim etdiyi məlumatlar əsasında reyestrə dəyişiklik edir və dəyişiklik edilmiş benefisiar mülkiyyətçi barədə məlumatı özündə əks etdirən çıxarışın və benefisiar mülkiyyətçi məlumatlarına dəyişiklik edilməsi barədə bildirişin 3 iş günü müddətində hüquqi şəxsin elektron kabinetinə göndərilməsini təmin edir.
14.1-7. Hüquqi şəxs bu Qanunun 14-1.5-ci və 14-1.6-cı maddələri ilə nəzərdə tutulmuş hallarda benefisiar mülkiyyətçi məlumatlarında dəyişiklik edilməsi barədə bildirişi aldıqdan sonra 3 iş günü müddətində benefisiar mülkiyyətçi qismində müəyyən edilmiş şəxsin bu barədə məlumatlandırılmasını təmin edir.”;
4.8. 15.6 – 15.8-ci maddələrə “payları” sözündən sonra “, habelə benefisiar mülkiyyətçiləri” sözləri əlavə edilsin;
4.9. aşağıdakı məzmunda 15.9-1-ci maddə əlavə edilsin:
“15.9-1. Benefisiar mülkiyyətçi barədə bu Qanunun 14.1.6-1-ci maddəsində nəzərdə tutulan məlumatlar sorğu əsasında “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada maliyyə monitorinqi orqanına verilir.”;
4.10. 18.1-ci və 18.2-ci maddələrə “payları” sözündən sonra “, habelə benefisiar mülkiyyətçiləri” sözləri əlavə edilsin.