Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında
21 iyun 2025
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 1, maddələr 11-12 (Cild I) aşağıdakı dəyişikliklər təsdiq edilsin:
1. Preambula üzrə:
1.1. birinci və ikinci abzaslar ləğv edilsin;
1.2. üçüncü və dördüncü abzaslar aşağıdakı redaksiyada verilsin:
“Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir.
Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" 1991-ci il 30 avqust tarixli Bəyannamədə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktında təsbit edilmiş prinsiplər və Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq səsverməsində — referendumda qəbul edilən Konstitusiyası təşkil edir.”.
2. 1-ci maddənin II hissəsindən “, 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri” sözləri çıxarılsın.
3. Aşağıdakı məzmunda 3-1-ci maddə əlavə edilsin:
“Maddə 3-1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi
I. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş vəzifələri yerinə yetirən icra orqanıdır.
II. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi rəhbərlik edir.
III. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.”.
4. 5-ci maddə ləğv edilsin.
5. 10-cu maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 10. Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri
Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət Bayrağı, Azərbaycan Respublikasının Dövlət Gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir.”.
6. 13-cü maddənin mətni I hissə hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda II hissə əlavə edilsin:
“II. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkiləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifləri əsasında Azərbaycan Respublikasının Prezidenti təyin edir.”.
7. 14-cü maddənin I hissəsinə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:
“Müharibə şəraitində hərbi əməliyyatların aparılması Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar Naxçıvan Muxtar Respublikasında seçkilərin hazırlanmasını və keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi tərəfindən qəbul edilir.”.
8. 18-ci maddə üzrə:
8.1. I hissə üzrə:
8.1.1. birinci abzasda “sessiyaya” sözü “yaz və payız sessiyalarına” sözləri ilə əvəz edilsin;
8.1.2. ikinci abzasa aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdən sonra martın 10-dək onun 31 deputatının sәlahiyyәtlәri təsdiq edilməzsə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclasının keçirilmə vaxtını Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi müəyyən edir.”;
8.2. II hissə aşağıdakı redaksiyada verilsin:
“II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyalarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 deputatının tələbi əsasında çağırır.”;
8.3. IV hissənin ikinci cümləsində “Naxçıvan Muxtar Respublikası Ali vəzifəli şəxsinin” sözləri “Azərbaycan Respublikası Prezidentinin, yaxud Azərbaycan Respublikası Milli Məclisinin” sözləri ilə əvəz edilsin.
9. 24-cü maddə üzrə:
9.1. I hissə üzrə:
9.1.1. 3-cü bənd ləğv edilsin;
9.1.2. 9-cu bəndə “mədəniyyət” sözündən sonra “, habelə Naxçıvan Muxtar Respublikasının fəxri adları” sözləri əlavə edilsin;
9.2. II hissə aşağıdakı redaksiyada verilsin:
“II. Bu maddənin I hissəsinin 1-ci və 2-ci bəndlərində göstərilən məsələlərə dair qanunlar 31 səs çoxluğu ilə, qalan məsələlərə dair qanunlar isə 23 səs çoxluğu ilə qəbul edilir.”.
10. 25-ci maddənin I hissəsi üzrə:
10.1. aşağıdakı məzmunda 1-1-ci və 6-1-ci bəndlər əlavə edilsin:
“1-1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 deputatın tələbi ilə buraxılması;”;
“6-1) Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Prezidentinin razılığı ilə istefası;”;
10.2. 7-ci bənd ləğv edilsin;
10.3. 8-ci bənd aşağıdakı redaksiyada verilsin:
“8) Naxçıvan Muxtar Respublikasında seçkilərin hazırlanmasını və keçirilməsini təmin edən dövlət orqanının üzvlərinin təyin edilməsi;”;
10.4. aşağıdakı məzmunda 8-1-ci bənd əlavə edilsin:
“8-1) Naxçıvan Muxtar Respublikası məhkəmələrinin hakimləri sırasından Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqanın üzvlüyünə namizəd təklif edilməsi;”;
10.5. 9-cu bənd ləğv edilsin.
11. Aşağıdakı məzmunda 28-1-ci maddə əlavə edilsin:
“Maddə 28-1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması
I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 31 deputatın tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən və ya bu Konstitusiyanın 24-cü və 25-ci maddələrində, 26-cı maddəsinin II–V hissələrində və 27-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılır.
II. Növbədənkənar seçkilərdə seçilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.”.
12. 29-cu maddənin II hissəsi aşağıdakı redaksiyada verilsin:
“II. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ali təhsilli hər bir deputatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilə bilər.”.
13. 32-ci maddənin I hissəsi üzrə:
13.1. aşağıdakı məzmunda 1-1-ci, 2-1-ci, 2-2-ci və 4-1–4-3-cü bəndlər əlavə edilsin:
“1-1) Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;”;
“2-1) Naxçıvan Muxtar Respublikasının dövlət və ictimai siyasi həyatının mühüm məsələləri barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə məlumat verir;
2-2) Naxçıvan Muxtar Respublikasını xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla, habelə başqa fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil edir;”;
“4-1) Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin edilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təqdimat verir;
4-2) Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında qulluq (xidmət) keçən şəxslərə ixtisas dərəcələrinin və ali xüsusi rütbələrin verilməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;
4-3) Naxçıvan Muxtar Respublikasının dövlət təltifləri ilə təltif edir, Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltif edilmə haqqında Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;”;
13.2. 5-ci bənd ləğv edilsin;
13.3. 6-cı bənddə “qərar” sözü “sərəncam” sözü ilə əvəz edilsin.
14. 33-cü maddədə “qərarlar” sözü “sərəncamlar” sözü ilə əvəz edilsin.
15. 34-cü maddə üzrə:
15.1. III hissədə “tabedir və onun qarşısında müntəzəm” sözləri “özünün fəaliyyəti barədə” sözləri ilə əvəz edilsin;
15.2. aşağıdakı məzmunda IV hissə əlavə edilsin:
“IV. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iş qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirir.”.
16. 39-cu maddənin I hissəsi üzrə:
16.1. altıncı və yeddinci abzaslar müvafiq olaraq yeddinci və səkkizinci abzaslar hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin:
“muxtar respublikanın dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdə tutulmuş xərclər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin razılığı ilə mərkəzi icra hakimiyyəti orqanlarını yaradır və ləğv edir;”;
16.2. səkkizinci abzas aşağıdakı redaksiyada verilsin:
“bu Konstitusiyaya uyğun olaraq Naxçıvan Muxtar Respublikasında icra hakimiyyətini həyata keçirməsindən irəli gələn məsələləri, həmçinin Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.”.
17. 44-cü maddə üzrə:
17.1. II hissə üzrə:
17.1.1. birinci abzasın ikinci cümləsindən “, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin” və “, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin sədrinin” sözləri çıxarılsın;
17.1.2. 1-ci bənddən “Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərman və sərəncamlarının,” sözləri çıxarılsın və həmin bənddə ikinci halda “qərarlarının” sözü “sərəncamlarının” sözü ilə əvəz edilsin;
17.1.3. 2-ci bənddən “Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərman və sərəncamlarının,” sözləri çıxarılsın, həmin bənddə ikinci halda “qərarlarının” sözü “sərəncamlarının” sözü ilə, ikinci halda “sərəncamlarının,” sözü “qərarlarının və” sözləri ilə əvəz edilsin və həmin bəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin;
17.1.4. 3-cü bənd ləğv edilsin;
17.2. III hissədə “1-3-cü” sözləri “1-ci və 2-ci” sözləri ilə əvəz edilsin;
17.3. VI hissədən “Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Azərbaycan Respublikasının Prezidentinə verilmiş təklifi və” sözləri çıxarılsın.
18. 45-ci maddənin II hissəsindən “Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifi ilə” sözləri çıxarılsın.
19. 46-cı maddə üzrə:
19.1. III hissədən “Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifi əsasında” sözləri çıxarılsın və həmin hissəyə “təyin” sözündən sonra “və vəzifədən azad” sözləri əlavə edilsin;
19.2. IV hissədən “Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Azərbaycan Respublikası Prezidentinə verilmiş təklifi və” sözləri çıxarılsın və həmin hissəyə “təyin və” sözlərindən sonra “vəzifədən” sözü əlavə edilsin.
20. 48-ci maddənin III hissəsi üzrə:
20.1. 3-cü bənd ləğv edilsin;
20.2. 5-ci bəndə “normativ” sözündən sonra “hüquqi” sözü əlavə edilsin.
21. 49-cu maddə üzrə:
21.1. II hissədə “icra hakimiyyəti” sözləri “qanunvericilik, icra” sözləri ilə əvəz edilsin;
21.2. III hissə ləğv edilsin;
21.3. IV hissənin birinci cümləsində “fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin fərman və sərəncamlarına” sözləri “fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına” sözləri ilə əvəz edilsin;
21.4. V hissəyə hər iki halda “orqanlarının” sözündən sonra “normativ hüquqi” sözləri əlavə edilsin və həmin hissədə “fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına və sərəncamlarına,” sözləri “fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına və” sözləri ilə əvəz edilsin .
22. 50-ci maddə üzrə:
22.1. II hissədə “təklif” sözü “qanun” sözü ilə əvəz edilsin;
22.2. III hissədə “Konstitusiya qanunları” sözləri “qanunlar” sözü ilə əvəz edilsin və həmin hissədən “təklif, qanunlar üçün nəzərdə tutulmuş qaydada,” sözləri çıxarılsın.