Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Qanun layihələri
21 iyun 2025   
    

21 iyun 2025

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 15-ci, 17-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 493, № 7, maddə 744, № 12           (I kitab), maddə 1281; 2025, № 1, maddə 17, № 3, maddə 216; Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 158-VIIQD, 161-VIIQD nömrəli və 1 may tarixli 188-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 886.2-ci maddəyə “oyunlarda” sözündən sonra “(o cümlədən lisenziya əsasında təşkil edilən kazino oyunlarında)” sözləri əlavə edilsin;
1.2. 1084-cü maddənin adında və mətnində “və idman mərc” sözləri “, idman mərc və lisenziya əsasında təşkil edilən kazino” sözləri ilə əvəz edilsin;
1.3. aşağıdakı məzmunda 1086-1-ci maddə əlavə edilsin:
“1086-1. Lisenziya əsasında təşkil edilən kazino oyunlarından irəli gələn tələb
Kazino oyunlarının təşkili üçün lisenziyanın qanunla nəzərdə tutulmuş hallarda dayandırılması və ya ləğvi lisenziya əsasında təşkil edilən kazino oyunlarında uduş qazanmış şəxsin həmin uduşun kazino təşkilatçısından tələb edilməsinə dair hüququnu istisna etmir.”.
Maddə 2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024,   № 1, maddələr 8, 18, № 3, maddə 250, № 7, maddə 772, № 11, maddə 1189, № 12        (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddə 1, № 2, maddələr 98, 99, № 3, maddələr 217, 221; Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 172-VIIQD və 178-VIIQD nömrəli qanunları) 244-1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə “oyunlarına” sözündən sonra “, habelə “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilən və keçirilən kazino oyunlarına” sözləri əlavə edilsin.
Maddə 3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024,    № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772, № 12 (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddələr 1, 15, № 2, maddə 99, № 3, maddə 217; Azərbaycan Respublikasının 2025-ci il 14 fevral tarixli 138-VIIQD nömrəli, 7 mart tarixli 152-VIIQD nömrəli, 11 aprel tarixli 178-VIIQD nömrəli və 1 may tarixli 189-VIIQD nömrəli qanunları) 401-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 401.4-cü maddənin dispozisiyasında “və ya bank hesabı üzrə digər əməliyyatlarının bank əməliyyatları aparan şəxslər” sözləri “, bank və digər ödəniş hesabı üzrə digər əməliyyatlarının maliyyə institutları” sözləri ilə əvəz edilsin;
3.2. “Qeyd” hissəsinin 2-ci bəndinə “oyunlarına’ sözündən sonra “, habelə “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilən və keçirilən kazino oyunlarına” sözləri əlavə edilsin.
Maddə 4. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 364 (Cild I); 2024, № 1, maddə 18, № 7, maddə 769) 13-2.3.7-ci maddəsinə “məlumatlar” sözündən sonra “(“Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalar, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilən və keçirilən kazino oyunları barədə məlumatlar istisna olmaqla)” sözləri əlavə edilsin.
Maddə 5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933, № 11, maddə 1187, № 12 (II kitab), maddə 1351; 2025, № 1, maddə 1, № 2, maddə 101; Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 161-VIIQD nömrəli, 11 aprel tarixli 172-VIIQD, 177-VIIQD və 179-VIIQD nömrəli qanunları) aşağıdakı məzmunda 22.0.42-ci və 23.2-1-ci maddələr əlavə edilsin:

22.0.42. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili

340000 manat (lisenziyanın qüvvədə olduğu müddətdə hər il əlavə 340000 manat)

“23.2-1. Bu Qanunun 22.0.42-ci maddəsində nəzərdə tutulan dövlət rüsumunun hər il ödənilən hissəsi hər növbəti il lisenziyanın verildiyi günədək ödənilir.”.
Maddə 6. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812 (Cild I); 2024, № 4, maddə 365; № 5 (I kitab), maddə 489, № 6 (I kitab), maddələr 630, 631, 642, № 7, maddə 775; Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 182-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 7.1.11-ci maddəyə “oyunlarının” sözündən sonra “, lisenziya əsasında təşkil edilən kazino oyunlarının” sözləri əlavə edilsin;
6.2. 32-ci maddə üzrə:
6.2.1. adına “oyunlarının,” sözündən sonra “lisenziya əsasında təşkil edilən kazino oyunlarının və” sözləri əlavə edilsin; 
6.2.2. aşağıdakı məzmunda 32.1-1-ci maddə əlavə edilsin:
“32.1-1. Lisenziya əsasında təşkil edilən kazino oyunlarının reklamının sifarişçisi qismində “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikası Qanununun 8-2.4-cü maddəsində nəzərdə tutulmuş hüquqi şəxs çıxış edir.”;
6.2.3. 32.4-cü maddədə “oyununu və ya lotereyanı udan” sözləri “oyununda, lisenziya əsasında təşkil edilən kazino oyununda və ya lotereyada uduş qazanmış” sözləri ilə əvəz edilsin;
6.2.4. 32.5-ci maddəyə, 32.6-cı maddənin birinci və ikinci cümlələrinə “oyunlarının,” sözündən sonra “lisenziya əsasında təşkil edilən kazino oyunlarının və” sözləri əlavə edilsin;
6.2.5. 32.7-ci maddədə “Qumar” sözü “Bu maddədə nəzərdə tutulan lotereyalar, idman mərc oyunları və lisenziya əsasında təşkil edilən kazino oyunları istisna olmaqla, qumar” sözləri ilə əvəz edilsin.
Maddə 7. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632 (Cild I); 2024, № 6 (I kitab), maddə 631, № 7, maddələr 747, 751, № 8, maddə 933; 2025, № 1, maddə 16, № 3, maddə 215; Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 157-VIIQD nömrəli və 11 aprel tarixli 177-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
7.1. 19.8-1-ci maddənin birinci və ikinci cümlələrində, 19.12-1-ci maddədə “4-1-ci maddəsində” sözləri “4-1-ci və 8-ci maddələrində” sözləri ilə əvəz edilsin;
7.2. həmin Qanunun 2 nömrəli əlavəsinə aşağıdakı məzmunda 8-ci maddə əlavə edilsin:

8.

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunlarının təşkili

Maddə 8. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 37 (Cild I); Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 175-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
8.1. 1-ci maddə üzrə:
8.1.1. 1.1.9-cu maddəyə “rieltorlar,” sözündən sonra “kazino oyunlarının təşkilatçıları və operatorları,” sözləri əlavə edilsin;
8.1.2. aşağıdakı məzmunda 1.2-ci maddə əlavə edilsin:
“1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.”;
8.2. 3-cü maddə üzrə:
8.2.1. 3.1-ci maddəyə “tələbləri” sözündən sonra “kazino oyunlarının təşkilatçıları və operatorları istisna olmaqla, digər” sözləri əlavə edilsin;
8.2.2. aşağıdakı məzmunda 3.2-ci maddə əlavə edilsin:
“3.2. Kazino oyunlarının təşkilatçısına və operatoruna münasibətdə bu Qanunun 4-8-ci maddələrinin tələbləri müştəri tərəfindən üç min manat məbləğində və ya daha artıq məbləğdə maliyyə əməliyyatları həyata keçirildikdə tətbiq edilir.”;
8.3. aşağıdakı məzmunda 4.9-1-ci maddə əlavə edilsin:
“4.9-1. Kazino oyunlarının təşkilatçısı tərəfindən müştəri uyğunluğu tədbirləri, müştərinin kazinoda həyata keçirdiyi hər bir maliyyə əməliyyatının onun barəsində bu tədbirlər çərçivəsində əldə edilmiş məlumat və sənədlərlə əlaqələndirilməsinə imkan verəcək qaydada həyata keçirilməlidir. Bu halda kazinolarda yalnız çiplər və ya tokenlər istifadə edilməklə aparılan kazino oyunları ilə bağlı əməliyyatlar maliyyə əməliyyatları hesab edilmir.”; 
8.4. 16.1.2-ci maddəyə “rieltorlar,” sözündən sonra “kazino oyunlarının təşkilatçıları və operatorları,” sözləri əlavə edilsin;
8.5. 17.4-cü maddədə “verərkən” sözü “verilərkən” sözü ilə əvəz edilsin.
Maddə 9. “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 6 (I kitab), maddə 632) aşağıdakı dəyişikliklər edilsin:
9.1. preambulaya “hissəsinin” sözündən sonra “1-ci,” sözü, “xüsusiyyətlərini” sözündən sonra “, habelə süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinin hüquqi və təşkilati əsaslarını” sözləri əlavə edilsin;
9.2. aşağıdakı məzmunda 3-1-ci fəsil əlavə edilsin:
 
“3-1-ci fəsil
SÜNİ TORPAQ SAHƏLƏRİNDƏ SAHİBKARLIQ FƏALİYYƏTİ
 
Maddə 8-1. Süni torpaq sahələrində sahibkarlığın inkişafı
8-1.1. Süni torpaq sahələrində sahibkarlığın təşviqi və inkişafı məqsədilə investisiya fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılması təmin edilir.
8-1.2. Süni torpaq sahələrində Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə qadağan olunmayan bütün sahibkarlıq fəaliyyəti növləri həyata keçirilə bilər.
Maddə 8-2. Süni torpaq sahələrində kazino oyunlarının təşkili və keçirilməsi
8-2.1. Azərbaycan Respublikasında kazino oyunları bu Qanunun tələbləri nəzərə alınmaqla, yalnız süni torpaq sahələrində təşkil edilə və keçirilə bilər.
8-2.2. Bu Qanunun məqsədləri üçün kazino oyunları dedikdə süni torpaq sahələrində həmin oyunların təşkili və keçirilməsi üçün xüsusi ayrılan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən tələblərə cavab verən yerlərdə rulet çarxı, kart, oyun masaları, zər və oxşar oyun avadanlığı, habelə slot oyun avtomatları vasitəsilə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar başa düşülür. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalar və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları kazino oyunları hesab olunmur.
8-2.3. Kazino oyunlarının virtual formada, o cümlədən internet şəbəkəsi, mobil rabitə şəbəkəsi, sosial media platformaları, digər elektron rabitə vasitələri, internet və mobil telekommunikasiya tətbiqləri, habelə digər texnologiyalara əsaslanan platformalar vasitəsi ilə təşkilinə, keçirilməsinə, həmin oyunlarda iştirak üçün biletlərin (və ya biletə bərabər tutulan digər iştirak hüquqlarının) satışına, həmçinin iştirakla bağlı müştərinin ödəniş tapşırıqlarının və ya bank və digər ödəniş hesabı üzrə digər əməliyyatlarının maliyyə institutları tərəfindən icrasına (aparılmasına) yol verilmir. 
8-2.4. Kazino oyunları “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməsi ilə bağlı həmin Qanunun 16.1.2-ci maddəsində nəzərdə tutulan nəzarət orqanının rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən lisenziyanı əldə edən hüquqi şəxs (kazino oyunlarının təşkilatçısı) tərəfindən təşkil edilir. Kazino oyunlarının təşkili üçün lisenziya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi şərtləri (tələbləri) yerinə yetirən hüquqi şəxsə verilir. 
8-2.5. Kazino oyunlarının təşkili və keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
8-2.6. Kazino oyunlarının təşkilatçısı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində nəzərdə tutulmuş vətəndaş qüsursuzluğu tələblərinə cavab verməsi ilə bağlı həmin Qanunun 16.1.2-ci maddəsində nəzərdə tutulan nəzarət orqanının rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə kazino oyunlarının keçirilməsi üçün mülki hüquqi müqavilələr əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən tələblərə cavab verən hüquqi şəxsi (kazino oyunlarının operatorunu) cəlb edə bilər.
8-2.7. Kazino oyunlarının təşkili və keçirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
8-2.8. Kazino oyunlarının təşkilatçısı və operatoru “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının, bu Qanunun 8-2.5-ci maddəsi ilə müəyyən edilmiş kazino oyunlarının təşkili və keçirilməsi qaydasının tələblərinə və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.8-1-ci maddəsinə uyğun bağlanılan lisenziya müqaviləsinin şərtlərinə əməl etməlidirlər. Bu tələblərin və şərtlərin pozulması kazino oyunlarını təşkil etmək hüququ verən lisenziyanın dayandırılması və ya ləğvi üçün əsasdır. 
8-2.9. 21 yaşınadək şəxslərin kazino oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilmir.
8-2.10. Bu fəslin müddəaları süni torpaq sahələrində “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lotereyaların və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada idman mərc oyunlarının keçirilməsini istisna etmir.”.

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU