“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Qanun layihələri
20 fevral 2026   
    

20 fevral 2026

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:
 
Maddə 1. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 14 (Cild I); 2024, № 1, maddə 19, № 2, maddə 137, № 7, maddə 755, № 12 (II kitab), maddələr 1328, 1350; 2025, № 1, maddələr 4, 7, № 4 (I kitab), maddə 324, № 6, maddələr 524, 525, 527; Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 306-VIIQD nömrəli və 30 dekabr tarixli 328-VIIQD nömrəli qanunları) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 12-ci maddənin birinci hissəsinin “b” bəndinin ikinci abzasının birinci cümləsində “, ehtiyatdan daxil olanlar və qadınlar – 3 il” sözləri “və ehtiyatdan daxil olanlar – 3 il, qadınlar – 6 ay” sözləri ilə əvəz edilsin;
1.2. Əsasnaməyə 7 saylı əlavə üzrə: 
1.2.1. “Öhdəlik” hissəsinin “a” bəndində “ilə” sözü “ay/il” sözləri ilə, “qulluq” sözü “xidmət” sözü ilə əvəz edilsin; 
1.2.2. hər dörd halda “Həqiqi hərbi xidmət müddətinin uzadılması” hissələrində “il,” sözü “ay/il,” sözləri ilə əvəz edilsin.
 
Maddə 2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56 (Cild I); 2024, № 2, maddə 137, № 4, maddə 363, № 12 (II kitab), maddələr 1328, 1350; 2025, № 1, maddə 4, № 4 (I kitab), maddələr 305, 311, № 6, maddələr 525, 527; Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 306-VIIQD nömrəli və 30 dekabr tarixli 328-VIIQD nömrəli qanunları) 38.1.2-ci maddəsinin birinci cümləsində “daxil olanlar, ehtiyatdan daxil olanlar və qadınlar – 3 il” sözləri “və ehtiyatdan daxil olanlar – 3 il, qadınlar – 6 ay” sözləri ilə əvəz edilsin.
 
 
Azərbaycan Respublikasının Prezidenti
 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU