01 may 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 14 (Cild I); 2024, № 1, maddə 19, № 2, maddə 137, № 7, maddə 755, № 12 (II kitab), maddələr 1328, 1350; 2025, № 1, maddələr 4, 7, № 4 (I kitab), maddə 324, № 6, maddələr 524, 525, 527, № 12 (I kitab), maddə 1124; 2026, № 1, maddə 12; Azərbaycan Respublikasının 2026-cı il 17 mart tarixli 381-VIIQD nömrəli Qanunu) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə aşağıdakı məzmunda 11-1-ci maddə əlavə edilsin:
“11-1. Hərbi qulluqçuların hərbi xidmət keçdikləri dövlət orqanları (dövlət orqanının strukturuna daxil olan qurumlar) tərəfindən şəxsi jetonla təmin edilməsi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”.
Maddə 2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56 (Cild I); 2024, № 2, maddə 137, № 4, maddə 363, № 12 (II kitab), maddələr 1328, 1350; 2025, № 1, maddə 4, № 4 (I kitab), maddələr 305, 311, № 6, maddələr 525, 527, № 12 (I kitab), maddə 1124; 2026, № 1, maddə 12; Azərbaycan Respublikasının 2026-cı il 17 mart tarixli 381-VIIQD nömrəli Qanunu)) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.0.15-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.0.16-cı maddə əlavə edilsin:
“2.0.16. şəxsi jeton – həlak olmuş, ölmüş, xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların şəxsiyyətini müəyyən etmək üçün istifadə edilən, fərdi identifikasiya nömrəsini və qan qrupunu özündə əks etdirən nişandır.”;
2.2. aşağıdakı məzmunda 9.4-cü və 35-1-ci maddələr əlavə edilsin:
“9.4. Gənclərin çağırışaqədərki hazırlığı haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.”;
“Maddə 35-1. Hərbi qulluqçuların şəxsi jetonu
Hərbi qulluqçular hərbi xidmət keçdikləri dövlət orqanları (dövlət orqanının strukturuna daxil olan qurumlar) tərəfindən şəxsi jetonla təmin edilirlər. Hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi, həmçinin şəxsi jetonun təsviri, xüsusiyyətləri və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”.
Azərbaycan Respublikasının Prezidenti
12 may 2026