Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında
Qanun layihələri
01 may 2026
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
01 may 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 787 (Cild I); 2024, № 7, maddə 747; 2025, № 6, maddə 524, № 7, maddə 627; Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci maddənin mətni, 2.1-ci və 2.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“1.1. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:
1.1.1. adi işləmə formaları – malların qorunması, qablaşdırılması, markalanması, habelə xarici görünüşünün və keyfiyyətinin yaxşılaşdırılması, satış və daşınma üçün hazırlanması məqsədilə onların yenidən qablaşdırılması, qablaşdırma yerlərinin qruplaşdırılması və çeşidlənməsi;
1.1.2. bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barədə məlumatların gömrük orqanına şifahi və ya yazılı, o cümlədən elektron formada bəyan edilməsi;
1.1.3. bəyannaməçi – gömrük bəyannaməsini, müvəqqəti saxlanc və ya qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş, əlavə, dövri və ya natamam bəyannamələri, yaxud təkrar ixrac bildirişini təqdim edən və ya adından həmin gömrük sənədləri təqdim edilən şəxs;
1.1.4. daşıyıcı – malları gömrük sərhədindən faktiki keçirən və (və ya) malları gömrük nəzarəti altında daşıyan, yaxud nəqliyyat vasitələrindən istifadəyə görə məsul olan şəxs;
1.1.5. daxili mallar – Azərbaycan Respublikasında tamamilə istehsal olunmuş, yaxud emala məruz qalma meyarlarına uyğun olaraq kifayət qədər emal edilmiş və ya sərbəst dövriyyə üçün buraxılmış mallar;
1.1.6. emal əməliyyatları – malların emalı, təkrar emalı, təmiri, quraşdırılması, yığılması, başqa mallara uyğunlaşdırılması, hazırlanması, bərpa olunması, qaydaya salınması da daxil olmaqla emal prosesinə xidmət edən və ya bunu asanlaşdıran bəzi mallardan tamamilə və ya qismən istifadə edilməsi;
1.1.7. emal məhsulları – emal xüsusi gömrük prosedurları altında yerləşdirilərək emal əməliyyatlarından keçmiş mallar;
1.1.8. fors-major hallar – baş verməsi əvvəlcədən ehtimal edilməyən və müvafiq şəraitdə qarşısının alınmasının mümkün olmaması nəticəsində şəxslərin öz öhdəliklərini yerinə yetirməsinə maneçilik törədən, ləngidən fövqəladə hallar, təbii fəlakətlər, yaxud ictimai-siyasi hadisələr;
1.1.9. göndərən gömrük orqanı – tranzit xüsusi gömrük prosedurunun başlandığı gömrük orqanı;
1.1.10. gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün bəyannaməçilər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan gömrük sənədi;
1.1.11. gömrük əməliyyatları – mallar və nəqliyyat vasitələrinin gömrük orqanlarına təqdim olunması, bəyan edilməsi, malların boşaldılması, yüklənməsi, çeşidlənməsi, sayılması, çəkilməsi, ölçülməsi, eyniləşdirilməsi, adi işləmə formalarına məruz qalması, gömrük ekspertizasının aparılması, gömrük ödənişlərinin hesablanması və ödənilməsi, malların buraxılışının həyata keçirilməsi, gömrük müşayiəti, habelə gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanları və şəxslər tərəfindən həyata keçirilən gömrük qanunvericiliyi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə (bundan sonra – beynəlxalq müqavilə) nəzərdə tutulmuş digər hərəkətlər;
1.1.12. gömrük müşayiəti – gömrük orqanları tərəfindən gömrük nəzarəti altında olan malların gömrük ərazisində daşınmasının təmin olunması ilə əlaqədar həyata keçirilən gömrük əməliyyatı;
1.1.13. gömrük nəzarəti – gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər;
1.1.14. gömrük nəzarəti altında olan mallar – bu Məcəllənin 83-cü maddəsinin tələblərinə uyğun olaraq üzərində gömrük nəzarəti başa çatmamış mallar;
1.1.15. gömrük nəzarəti zonası – bu Məcəllənin 93.1-ci maddəsində nəzərdə tutulmuş yerlərdə yaradılan gömrük ərazisinin gömrük orqanları tərəfindən xüsusi ayrılmış və nişanlanmış hissəsi;
1.1.16. gömrük orqanı – gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsini tam və ya qismən həyata keçirmək səlahiyyəti verilmiş və gömrük xidmətinin vahid sisteminə daxil olan struktur bölməsi;
1.1.17. gömrük proseduru – malların və nəqliyyat vasitələrinin bu Məcəllənin müddəalarına uyğun olaraq gömrük ərazisində və ya gömrük ərazisindən kənarda istifadəsinin qayda və şərtlərini müəyyən edən normaların məcmusu;
1.1.18. gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə şəxslər və gömrük orqanları tərəfindən həyata keçirilən gömrük əməliyyatları;
1.1.19. gömrük sahəsi – gömrük nəzarəti və (və ya) gömrük rəsmiləşdirilməsi həyata keçirilən, bu Məcəllə ilə və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ərazi və obyektlər;
1.1.20. gömrük sənədləri – gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, o cümlədən gömrük əməliyyatları zamanı istifadə olunan gömrük bəyannaməsi, müvəqqəti saxlanc və qısa idxal (ixrac) bəyannaməsi, sadələşdirilmiş, əlavə, dövri və natamam bəyannamələr, təkrar ixrac bildirişi, həmçinin gömrük qanunvericiliyinə uyğun olaraq gömrük orqanlarına təqdim olunması nəzərdə tutulan nəqliyyat və kommersiya sənədləri;
1.1.21. gömrük sərhədindən keçirmə – malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrikötürücü xətlər vasitəsilə, malların sürətli (ekspres) daşınması yolu ilə gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması və ya tranziti üzrə hərəkətlər;
1.1.22. gömrük təminatı – gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin nəticələrini əks etdirmək üçün gömrük sərhədindən keçirilən mallara və nəqliyyat vasitələrinə gömrük orqanları tərəfindən vurulan plomblar, möhürlər və digər eyniləşdirmə vasitələri;
1.1.23. gömrük xidməti – gömrük qanunvericiliyinin tətbiqi, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, habelə gömrük ödənişlərinin hesablanması və tutulmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı;
1.1.24. gömrük ödənişləri – bu Məcəllənin 224.1-ci maddəsində nəzərdə tutulan və gömrük orqanları tərəfindən alınan ödənişlər;
1.1.25. hasilat norması – emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların emalı nəticəsində alınan məhsulların müəyyən miqdarı və ya faizi;
1.1.26. xarici mallar – bu Məcəllənin 1.1.5-ci maddəsində göstərilənlərdən başqa digər mallar, həmçinin daxili mal statusunu itirmiş mallar;
1.1.27. xüsusi gömrük proseduru – malların və nəqliyyat vasitələrinin bu Məcəllənin müddəalarına uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tam, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması və ya tranzitini nəzərdə tutan normaların məcmusu;
1.1.28. idxalatçı – malları idxal edən şəxs;
1.1.29. ixracatçı – malları ixrac edən şəxs;
1.1.30. kommersiya sənədləri – xarici ticarət fəaliyyəti və malların gömrük sərhədindən keçirilməsi ilə əlaqədar gömrük əməliyyatlarının aparılması zamanı istifadə olunan sənədlər (hesab-faktura (invoys), spesifikasiya (malların xüsusiyyətlərinə dair cədvəl), yükləmə-boşaltma sənədləri və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər);
1.1.31. qeyri-rezidentlər – bu Məcəllənin 1.1.47-ci maddəsinin şamil edilmədiyi şəxslər;
1.1.32. qısa idxal bəyannaməsi – mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl bəyannaməçilər tərəfindən gömrük orqanına təqdim edilən gömrük ərazisinə gətirilməsi nəzərdə tutulan mallar və nəqliyyat vasitələri barədə gömrük məqsədləri üçün tələb olunan məlumatların əks olunduğu gömrük sənədi;
1.1.33. qısa ixrac bəyannaməsi – mallar və nəqliyyat vasitələri gömrük ərazisindən aparılmazdan (göndərilməzdən) əvvəl bəyannaməçilər tərəfindən gömrük orqanına təqdim edilən gömrük ərazisindən aparılması nəzərdə tutulan mallar və nəqliyyat vasitələri barədə gömrük məqsədləri üçün tələb olunan məlumatların əks olunduğu gömrük sənədi;
1.1.34. mal partiyası – bir nəqliyyat sənədi üzrə bir və ya bir neçə nəqliyyat vasitəsində eyni vaxtda bir idxalatçının (ixracatçının) ünvanına daşınan mallar;
1.1.35. mal sahibi – mallar barəsində öz adından sərəncam vermək səlahiyyəti olan şəxs;
1.1.36. malın mənşə ölkəsi – gömrük tarifinin, miqdar məhdudiyyətlərinin, yaxud ticarətə aid başqa tədbirlərin tətbiqi üçün nəzərdə tutulmuş, habelə malın tamamilə istehsal və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş meyarlara uyğun olaraq kifayət qədər emal edildiyi ölkə;
1.1.37. mallar – gömrük sərhədindən keçirilən istənilən daşınar əmlak, o cümlədən milli valyuta, milli valyutada qiymətli kağızlar və valyuta sərvətləri, təbii qaz, neft, elektrik enerjisi, bu Məcəllənin 1.1.45-ci maddəsində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, nəqliyyat vasitələri;
1.1.38. malların buraxılışı – malların yerləşdirildiyi gömrük proseduru nəzərə alınmaqla, onların gömrük orqanları tərəfindən şəxsin istifadəsinə və ya sərəncamına verilməsi;
1.1.39. malların gömrük statusu – malların daxili, yaxud xarici mallara aid edilməsi;
1.1.40. malların sürətli (ekspres) daşınması – beynəlxalq poçt göndərişləri ilə göndərilən mallar istisna olmaqla, daşınması və alıcıya çatdırılması satıcı və alıcı tərəfindən elektron formada izlənilən malların müvafiq qaimə əsasında istənilən nəqliyyat vasitəsilə sürətli (ekspres) daşınaraq ən qısa və ya əvvəlcədən müəyyən edilmiş müddətdə alıcıya çatdırılması;
1.1.41. müşayiət olunan baqaj – gömrük sərhədindən sərnişinlərin özləri tərəfindən keçirilən mallar;
1.1.42. müşayiət olunmayan baqaj – sərnişinlərə məxsus olan, beynəlxalq daşıma müqavilələrinə uyğun olaraq müvafiq qaimə əsasında daşıyıcılar tərəfindən, yaxud beynəlxalq poçt göndərişləri vasitəsilə gömrük sərhədindən keçirilən mallar;
1.1.43. müvəqqəti saxlanc bəyannaməsi – malların müvəqqəti saxlancda yerləşdirilməsi üçün bəyannaməçilər tərəfindən gömrük orqanına təqdim olunan gömrük sənədi;
1.1.44. nəqliyyat sənədləri – malların və nəqliyyat vasitələrinin daşınması zamanı normativ hüquqi aktlarda və beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş beynəlxalq avtomobil qaiməsi, dəmiryol qaiməsi, baqaj cədvəli, baqaj qəbzi, hava nəqliyyatında yük qaiməsi, konosament, habelə malların nəqlində istifadə olunan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər müşayiət sənədləri;
1.1.45. nəqliyyat vasitələri – beynəlxalq sərnişin və yük daşıması üçün istifadə olunan hava, dəmiryol, dəniz, daxili su, avtomobil nəqliyyatı vasitələri, o cümlədən konteynerlər və Azərbaycan Respublikasının ərazisində yerləşən magistral boru kəmərləri;
1.1.46. prosedur sahibi – bəyannaməçi, yaxud onun gömrük prosedurları ilə bağlı hüquq və öhdəliklərinin ötürüldüyü şəxs;
1.1.47. rezidentlər – qanunvericiliyə uyğun olaraq yaradılmış və Azərbaycan Respublikasında yerləşən hüquqi şəxslər, digər idarə, müəssisə və təşkilatlar, Azərbaycan Respublikasının vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınmış hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;
1.1.48. risk – gömrük qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi ehtimalı;
1.1.49. səlahiyyətli iqtisadi operator – Ümumdünya Gömrük Təşkilatının normaları və standartlarına uyğun olaraq gömrük nəzarətinin sadələşdirilmiş forma və üsullarından istifadə edilməsinə bu Məcəlləyə əsasən səlahiyyət verilmiş hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs;
1.1.50. səlahiyyətli mal alan – malların təyinat gömrük orqanına təqdim edilmədən, birbaşa öz ünvanında qəbul edilməsinə gömrük orqanları tərəfindən səlahiyyət verilmiş şəxs;
1.1.51. səlahiyyətli mal göndərən – göndərən gömrük orqanına təqdim edilmədən, malların birbaşa öz ünvanından yola salınmasına gömrük orqanları tərəfindən səlahiyyət verilmiş şəxs;
1.1.52. sərbəst zona – gömrük ərazisinin gətirilən mallara gömrük rüsumlarının və vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsi;
1.1.53. sərnişinlər – nəqliyyat vasitələrinin heyəti istisna olmaqla, gömrük sərhədindən keçən fiziki şəxslər;
1.1.54. şəxsi əşyalar – fiziki şəxsin şəxsi istifadəsi üçün zəruri olan əşyalar;
1.1.55. şərti buraxılış – mallardan və nəqliyyat vasitələrindən istifadəyə və onlar barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət edəcəyi haqqında şəxsin öhdəlikləri ilə müşayiət olunan sərbəst dövriyyəyə buraxılış;
1.1.56. Ticarətin Asanlaşdırılması Mərkəzi – asanlaşdırılmış gömrük rəsmiləşdirilməsi, logistika və digər dövlət xidmətlərinin vahid məkanda əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün müəyyən olunmuş gömrük nəzarəti zonası;
1.1.57. təkrar ixrac bildirişi – xarici mallar sərbəst zonadan və ya müvəqqəti saxlanc yerlərindən birbaşa təkrar ixrac olunarkən bəyannaməçilər tərəfindən gömrük orqanlarına təqdim olunan gömrük sənədi;
1.1.58. ticarət siyasəti tədbirləri – Azərbaycan Respublikasında iqtisadi maraqların müdafiəsi məqsədilə tətbiq olunan antidempinq, kompensasiya və mühafizə tədbirləri;
1.1.59. təyinat gömrük orqanı – tranzit xüsusi gömrük prosedurunun başa çatdığı gömrük orqanı.
1.2. Bu Məcəllədə istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktlarında müəyyən olunmuş mənaları ifadə edir.”;
“2.1. Gömrük işi – malların gömrük sərhədindən keçirilməsi, gömrük prosedurlarının tətbiqi, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, gömrük ödənişlərinin hesablanması və ödənilməsi, habelə ticarət siyasəti tədbirlərinin icrası ilə bağlı hüquqi, təşkilati və prosedur tədbirlərinin sistemidir.
2.2. Gömrük tənzimlənməsi – gömrük işi sahəsində qaydaların müəyyən edilməsi, tətbiqi, icrasına nəzarət və inzibati mexanizmlərin həyata keçirilməsidir.”;
1.2. 3.3-cü maddəyə “Məcəllədə” sözündən sonra “və Azərbaycan Respublikasının digər qanunlarında” sözləri əlavə edilsin;
1.3. 4-cü maddə üzrə:
1.3.1. 4.2.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.2.7-ci maddə əlavə edilsin:
“4.2.7. səyyar gömrük auditinə münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan müddəalar.”;
1.3.2. 4.3-cü maddənin birinci cümləsinə “gündən” sözündən sonra “azı” sözü əlavə edilsin;
1.4. 5.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“5.1. Müvafiq icra hakimiyyəti orqanı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununa uyğun olaraq normativ hüquqi aktlar qəbul edir.”;
1.5. 6.2-ci maddədə “Gömrük xidmətinin inzibati bölməsi olan və vahid sistem təşkil edən” sözləri “Müvafiq icra hakimiyyəti orqanının vahid sisteminə daxil olan” sözləri ilə əvəz edilsin;
1.6. 7-ci maddə üzrə:
1.6.1. 7.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“7.1. Müvafiq icra hakimiyyəti orqanının vahid sistemini onun Aparatı, strukturuna daxil olan gömrük orqanları və tabeliyində olan qurumlar təşkil edir.”;
1.6.2. 7.3-cü maddəyə “orqanları” sözündən sonra “və tabeliyində olan qurumlar” sözləri, “əsasnamələrə” sözündən sonra “və ya nizamnamələrə” sözləri əlavə edilsin;
1.6.3. 7.4-cü maddəyə “orqanlarının” sözündən sonra “və tabeliyində olan qurumların” sözləri əlavə edilsin;
1.7. 8-ci maddə üzrə:
1.7.1. aşağıdakı məzmunda 8.0.7-1-ci maddə əlavə edilsin:
“8.0.7-1. xarici ticarət iştirakçısının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxdığı müəyyən edildikdən sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək;”;
1.7.2. 8.0.18-ci maddədə “və xarici valyutanın, digər” sözləri “valyutanın, milli valyutada qiymətli kağızların və” sözləri ilə əvəz edilsin;
1.7.3. aşağıdakı məzmunda 8.0.21-1-ci maddə əlavə edilsin:
“8.0.21-1. Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən avtonəqliyyat vasitələrinin beynəlxalq daşımalara buraxılış kartlarının, xarici ölkə daşıyıcılarına verilən “İcazə blankları”nın (jurnallarının), habelə ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinə dair icazələrin, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş hallarda dövlət sərhədindən buraxılış məntəqələrində qəbul edilən məlumatların və sənədlərin mövcudluğunu yoxlamaq;”;
1.7.4. 8.0.29-cu maddədə “və ixracı” sözləri “, ixracı və tranziti” sözləri ilə əvəz edilsin;
1.7.5. aşağıdakı məzmunda 8.0.31-1-ci maddə əlavə edilsin:
“8.0.31-1. səyyar gömrük auditinin nəticələri üzrə tərtib edilən aktın nüsxəsini və səyyar gömrük auditinin materiallarına baxılmanın nəticələri üzrə qəbul edilən qərarın surətini müvafiq olaraq akt tərtib edildiyi və qərar qəbul edildiyi tarixdən 3 (üç) iş günü ərzində barəsində gömrük auditi aparılan şəxsə (onun nümayəndəsinə) yazılı, o cümlədən elektron formada təqdim etmək;”;
1.8. 9-cu maddə üzrə:
1.8.1. 9.0.5-ci maddədə “sərhədinin” sözü “sərhədindən” sözü ilə əvəz edilsin;
1.8.2. 9.0.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
“9.0.6. gömrük prosedurlarına nəzarəti həyata keçirmək, malların və nəqliyyat vasitələrinin buraxılışından sonra şəxslərin onlar barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsini yoxlamaq, gömrük ərazisində yerləşən iki gömrük orqanı arasında daşınan malların və nəqliyyat vasitələrinin müəyyən olunmuş marşrut və müddətlərdə gömrük müşayiəti altında təyinatı üzrə çatdırılmasını təmin etmək, hüquqpozmaların operativ surətdə qarşısını almaq, bu Məcəllənin 19.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək və digər məqsədlər üçün gömrük orqanlarında mobil gömrük bölmələri təşkil etmək;”;
1.8.3. 9.0.10-cu maddədə “diplomatik, konsulluq və başqa nümayəndəliklərinə, beynəlxalq təşkilatlara” sözləri “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinə və konsulluqlarına, həmçinin beynəlxalq təşkilatlara və onların nümayəndəliklərinə” sözləri ilə əvəz edilsin;
1.8.4. aşağıdakı məzmunda 9.0.15-1-ci və 9.0.16-1-ci maddələr əlavə edilsin:
“9.0.15-1. xarici ticarət iştirakçısı gömrük borcunu ödəmək öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə hesablanmış gömrük ödənişləri, dəbbə pulu və faizlər üzrə gömrük borcunun ödənilməsinin təmin edilməsi məqsədilə xarici ticarət iştirakçısının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək;”;
“9.0.16-1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri və müşahidəçiləri müstəqillik və maraqların toqquşmasının qarşısının alınması tələbləri gözlənilməklə öz fəaliyyətinə cəlb etmək;”;
1.9. 10.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“10.3. Müvafiq icra hakimiyyəti orqanının Aparatının, onun strukturuna daxil olan gömrük orqanlarının və tabeliyində olan qurumların əmlakı dövlət mülkiyyətidir.”;
1.10. 13.1-ci maddədə “sərhədinin” sözü “sərhədindən” sözü ilə əvəz edilsin;
1.11. 15.1-ci, 22-ci və 23-cü maddələr aşağıdakı redaksiyada verilsin:
“15.1. Gömrük nəzarətinin və rəsmiləşdirilməsinin öz ərazilərində və ya binalarında keçirilməsində maraqlı olan şəxslər həmin fəaliyyətin həyata keçirilməsi üçün lazımi xidmət və məişət otaqlarını, avadanlıq və rabitə vasitələrini gömrük orqanlarının müvəqqəti istifadəsinə verirlər.”;
“Maddə 22. Dolayı gömrük təmsilçiliyi
22.1. Malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar dolayı gömrük təmsilçiliyi hüquqi şəxslər tərəfindən həyata keçirilir.
22.2. Dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxslə təmsil etdiyi şəxs arasında münasibətlər Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq tərəflər arasında bağlanılmış müqavilə ilə tənzimlənir.
22.3. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, dolayı gömrük təmsilçisi malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirir və onun kimi məsuliyyət daşıyır.
22.4. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı gömrük bəyannaməsi və digər gömrük sənədləri bəyannaməçi qismində dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxs tərəfindən gömrük orqanına elektron formada təqdim olunur.
22.5. Müvafiq icra hakimiyyəti orqanı dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxslərin reyestrini aparır, onların siyahısını nəşr edir, rəsmi internet informasiya ehtiyatında yerləşdirir və məlumatların daimi yenilənməsini təmin edir. Reyestrin aparılması üçün dolayı gömrük təmsilçisi tərəfindən hər hansı məlumatların təqdim edilməsi tələb olunmur.
22.6. Şəxs dolayı gömrük təmsilçisinin xidmətlərindən imtina edə bilər. Bu halda gömrük orqanının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin bu Məcəllənin 151-ci maddəsinə uyğun olaraq tərtib edilməsində, ona müvafiq düzəlişlər edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində xidmət göstərməlidirlər.
Maddə 23. Birbaşa gömrük təmsilçiliyi
23.1. Gömrük orqanları ilə münasibətlərdə birbaşa gömrük təmsilçiliyi təmsil edilən şəxsin verdiyi etibarnamə əsasında fiziki şəxslər tərəfindən həyata keçirilir.
23.2. Etibarnamə hüquqi şəxs birbaşa təmsil edildikdə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası və həmin hüquqi şəxsin möhürü ilə, fiziki şəxs birbaşa təmsil edildikdə isə notariat qaydasında təsdiq edilir.
23.3. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı birbaşa gömrük təmsilçisi malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirir və onun kimi məsuliyyət daşıyır.
23.4. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı gömrük bəyannaməsi və digər gömrük sənədləri gömrük təmsilçiliyini birbaşa həyata keçirən şəxs tərəfindən təmsil edilən şəxsin adından gömrük orqanına elektron formada təqdim olunur.”;
1.12. 24-cü maddə ləğv edilsin;
1.13. 25-ci maddə üzrə:
1.13.1. 25.1-ci maddədə “gömrük brokeri” sözləri “dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsin” sözləri ilə əvəz edilsin;
1.13.2. 25.2-ci maddədə “gömrük brokerinin” sözləri “dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsin” sözləri ilə əvəz edilsin;
1.13.3. 25.3-cü maddədə “Gömrük brokeri” sözləri “Dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxs” sözləri ilə əvəz edilsin;
1.13.4. aşağıdakı məzmunda 25.5-ci maddə əlavə edilsin:
“25.5. Müvafiq icra hakimiyyəti orqanı mütəxəssislərin fəaliyyətini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq qiymətləndirir və qiymətləndirmənin nəticələrinə əsasən ixtisas attestatının qüvvədəolma müddətini dayandırır, yaxud onu ləğv edir.”;
1.14. 27-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 27. İxtisas attestatının verilməsinə görə gömrük yığımı
Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə gömrük yığımı alınır.”;
1.15. 28-ci maddə üzrə:
1.15.1. 28.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“28.1. Malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında daşınmasını həyata keçirən hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər gömrük daşıyıcısı ola bilərlər.”;
1.15.2. aşağıdakı məzmunda 28.4-cü maddə əlavə edilsin:
“28.4. Müvafiq icra hakimiyyəti orqanı gömrük daşıyıcılarının siyahısını nəşr edir, rəsmi internet informasiya ehtiyatında yerləşdirir və məlumatların daimi yenilənməsini təmin edir.”;
1.16. 29-cu və 30-cu maddələr ləğv edilsin;
1.17. 31-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“31.1. Səlahiyyətli iqtisadi operator statusu malların təyinat yerinə təhlükəsiz qaydada çatdırılması və xarici ticarətin asanlaşdırılması məqsədilə gömrük nəzarətinin sadələşdirilmiş forma və üsullarından istifadə edilməsi üçün verilir.
31.2. Səlahiyyətli iqtisadi operator statusunun verilməsi haqqında qərarın qəbul edilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ləğv edilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
31.3. Müvafiq icra hakimiyyəti orqanı səlahiyyətli iqtisadi operatorların reyestrini aparır, onların siyahısını nəşr edir, rəsmi internet informasiya ehtiyatında yerləşdirir və məlumatların daimi yenilənməsini təmin edir.
31.4. Digər ölkələrin gömrük orqanları tərəfindən verilmiş səlahiyyətli iqtisadi operator statusu gömrük nəzarətinə xələl gətirməmək şərtilə beynəlxalq müqavilə əsasında tanınır.
31.5. Səlahiyyətli iqtisadi operator statusu almış şəxs fəaliyyəti dövründə bununla bağlı müəyyən edilmiş şərtlərə əməl olunmasına mane olan və fəaliyyətinə mənfi təsir göstərən amillər barədə gömrük orqanlarına məlumat verməlidir.
31.6. Səlahiyyətli iqtisadi operator statusunun verilməsinə dair şərtləri, onun fəaliyyətinin yoxlanılması və qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”;
1.18. 32-ci maddə ləğv edilsin;
1.19. 36.2-ci maddədədən “, ondan istifadə və informasiyanın sənədləşdirilməsi” sözləri çıxarılsın;
1.20. aşağıdakı məzmunda 41.9-cu maddə əlavə edilsin:
“41.9. Fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi ilə bağlı münasibətlər, milli informasiya məkanının fərdi məlumatlar bölümünün formalaşdırılması, habelə fərdi məlumatların transsərhəd ötürülməsi ilə əlaqədar məsələlər “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və beynəlxalq müqavilələrə uyğun olaraq tənzimlənir.”;
1.21. 48-ci maddə üzrə:
1.21.1. 48.5-ci maddədə “şəxs (şəxslər) onu aldığı gündən” sözləri “ünvanlandığı və ya maraqlarına toxunduğu şəxsə yazılı, o cümlədən elektron formada rəsmi bildiriş göndərildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi” sözləri ilə əvəz edilsin;
1.21.2. 48.6-cı maddəyə “yazılı” sözündən sonra “, o cümlədən elektron” sözləri əlavə edilsin;
1.22. 52-ci maddə üzrə:
1.22.1. 52.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“52.2. İnzibati şikayətlərin verilməsi və onlara baxılması qaydası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”;
1.22.2. 52.3-cü və 52.5-ci maddələr ləğv edilsin;
1.22.3. 52.4-cü maddəyə “yazılı” sözündən sonra “, o cümlədən elektron” sözləri əlavə edilsin;
1.22.4. 52.6-cı maddədə “52.3-cü” sözləri “52.2-ci” sözləri ilə əvəz edilsin;
1.23. 53-cü maddə üzrə:
1.23.1. 53.2-ci maddəyə “ilk dəfə” sözlərindən sonra “xüsusi rütbə nəzərdə tutulan” sözləri əlavə edilsin;
1.23.2. 53.6-cı maddədə “strukturuna daxil olan digər” sözləri “tabeliyində olan” sözləri ilə əvəz edilsin;
1.24. 54.2-ci maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:
“Gömrük orqanlarının vəzifəli şəxslərinin əməyinin ödənilməsi, dövlət və sosial müdafiəsi müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Gömrük orqanlarının vəzifəli şəxslərinin maddi və sosial təminatı ilə bağlı əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləğini və təyin edilmə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”;
1.25. 58.1.1-ci maddədə “qanunvericiliklə qadağan edilmiş” sözləri “normativ hüquqi aktlarla qadağan edilmiş, yaxud məhdudlaşdırılmış” sözləri ilə əvəz edilsin;
1.26. 63-cü maddə üzrə:
1.26.1. adında “, şəxslərin” sözü “şəxslərin və onlara məxsus baqajın” sözləri ilə əvəz edilsin;
1.26.2. 63.1-ci maddədə “şəxsin üzərində” sözləri “şəxslərin üzərində və onlara məxsus baqajda” sözləri ilə əvəz edilsin;
1.26.3. 63.2-ci maddədə “aparılan yoxlamadır” sözləri “aparılır” sözü ilə əvəz edilsin;
1.27. 64-cü maddə üzrə:
1.27.1. 64.3-cü maddədə “bədənində” sözü “daxili bədən boşluğunda” sözləri ilə əvəz edilsin;
1.27.2. 64.4-cü maddədə “bədən üzvləri” sözləri “daxili bədən boşluqları” sözləri ilə əvəz edilsin;
1.27.3. 64.8-ci maddədə “protokol” sözü “akt” sözü ilə əvəz edilsin;
1.27.4. 64.9-cu maddədə “Protokol” sözü “Akt” sözü ilə, “bədən üzvləri” sözləri “daxili bədən boşluqları” sözləri ilə əvəz edilsin;
1.28. 75-ci və 76-cı maddələr ləğv edilsin;
1.29. 82.6-cı maddədə “protokolun” sözü “aktın” sözü ilə əvəz edilsin;
1.30. 83-cü maddə üzrə:
1.30.1. 83.1.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 83.1.6-cı maddə əlavə edilsin:
“83.1.6. gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallar bu Məcəllənin 163.4-cü maddəsində nəzərdə tutulmuş müddət başa çatanadək.”;
1.30.2. aşağıdakı məzmunda 83.6-cı maddə əlavə edilsin:
“83.6. Aşağıdakı hallarda mallar daxili mal statusunu itirir:
83.6.1. daxili tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmədən gömrük ərazisindən aparıldıqda;
83.6.2. son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan dövlət xeyrinə imtina edildikdə və ya həmin malların məhv edilməsi zamanı tullantılar və ya qalıqlar yarandıqda;
83.6.3. buraxılışdan sonra malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsinə dair gömrük bəyannaməsi ləğv edildikdə.”;
1.31. 84-cü maddə üzrə:
1.31.1. 84.3-cü maddəyə “keçən” sözündən sonra “Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və vitse-prezidentlərinin,” sözləri əlavə edilsin;
1.31.2. aşağıdakı məzmunda 84.3-1-ci maddə əlavə edilsin:
“84.3-1. Xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçılarının, diplomatik heyətinin üzvlərinin və onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsi baqajları gömrük baxışından azaddır.”;
1.32. 90.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“90.2. Gömrük orqanları və onların vəzifəli şəxsləri qanunsuz hərəkətləri (hərəkətsizliyi), habelə normativ hüquqi aktlara uyğun olmayan qərarın qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə zərər vurulduqda, normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada vurulmuş zərərin əvəzinin ödənilməsini təmin etməlidirlər.”;
1.33. 91-ci maddə üzrə:
1.33.1. 91.3.2-ci maddəyə “milli” sözündən sonra “, o cümlədən iqtisadi” sözləri əlavə edilsin;
1.33.2. 91.3.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 91.3.5-ci maddə əlavə edilsin:
“91.3.5. mallar sürətli (ekspres) daşınma yolu ilə gömrük sərhədindən keçirildikdə.”;
1.33.3. 91.4-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Yoxlamanın nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada 2 (iki) nüsxədə akt tərtib olunur və aktın 1 (bir) nüsxəsi 2 (iki) iş günü ərzində bəyannaməçiyə, mal sahibinə, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslərə və ya onların nümayəndələrinə yazılı, o cümlədən elektron qaydada göndərilir (təqdim edilir).”;
1.34. 92-ci maddə üzrə:
1.34.1. 92.1-ci və 92.2.1-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“92.1. Malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması, bu ərazidən çıxması, tranziti, daşınması, emalı, saxlanması və son istifadəsi zamanı gömrük orqanları müasir texnologiya və avadanlıqdan istifadə etməklə gömrük nəzarətini həyata keçirirlər.
92.2.1. gömrük yoxlaması;”;
1.34.2. 92.2.3-cü maddədə “Azərbaycan Respublikasının dövlət sərhədinin” sözləri “dövlət sərhədindən” sözləri ilə əvəz edilsin;
1.34.3. aşağıdakı məzmunda 92.7-ci və 92.8-ci maddələr əlavə edilsin:
“92.7. Bu Məcəllənin 92.2-ci maddəsində nəzərdə tutulan gömrük nəzarətinin formaları Azərbaycan Respublikasının dövlət dilini bilməyən şəxslər barəsində tətbiq edildikdə gömrük orqanları həmin şəxslərin tərcüməçinin köməyindən istifadə etməsini, bu mümkün olmadıqda isə onlara ana dilində və ya bildikləri başqa dildə hüquq və vəzifələrinə dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada bildirişin təqdim olunmasını təmin edirlər.
92.8. Gömrük nəzarəti formalarının həyata keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu qayda mütənasiblik, əsaslandırma, sənədləşdirmə, videoçəkiliş və şikayət təminatlarını nəzərdə tutmalıdır.”;
1.35. aşağıdakı məzmunda 92-1-ci və 92-2-ci maddələr əlavə edilsin:
“Maddə 92-1. Gömrük baxışı
92-1.1. Gömrük baxışı nəqliyyat vasitəsinin və ya onun yük hissəsinin açılmadan, habelə malların qablaşdırılması pozulmadan malların və nəqliyyat vasitələrinin, plomb və digər eyniləşdirmə vasitələrinin, fiziki şəxslərə məxsus malların aşağıdakı məqsədlərlə gömrük orqanının vəzifəli şəxsi tərəfindən xarici vizual müayinəsinin həyata keçirilməsindən ibarət gömrük nəzarəti formasıdır:
92-1.1.1. gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış mallara dair məlumatların yoxlanılması;
92-1.1.2. gömrük işinə dair normativ hüquqi aktların tələblərinin pozulması hallarının qarşısının alınması.
92-1.2. Gömrük baxışı gömrük nəzarəti zonalarında, mallar və nəqliyyat vasitələrinin yerləşdiyi ərazi və binalarda keçirilir.
92-1.3. Gömrük baxışının səmərəliliyinin artırılması və həyata keçirilmə müddətinin azaldılması, gömrük sənədlərində göstərilən məlumatların eyniləşdirilməsi, nəqliyyat vasitələrində gizli saxlanc yerlərinin müəyyənləşdirilməsi və gömrük işi sahəsində hüquqpozmaların aşkarlanması məqsədilə texniki nəzarət vasitələrindən istifadə edilir.
Maddə 92-2. Gömrük yoxlaması
92-2.1. Gömrük yoxlaması nəqliyyat vasitəsinin və ya onun yük hissəsinin açılması, mallara, nəqliyyat vasitələrinə, müşayiət olunan və olunmayan baqajlara vurulmuş plomb və digər eyniləşdirmə vasitələrinin məhv edilməsi, müayinə olunan obyektlərin sökülməsi, hissələrə ayrılması və onların bütövlüyünün pozulması yolu ilə gömrük orqanının vəzifəli şəxsləri tərəfindən həyata keçirilən gömrük nəzarəti formasıdır.
92-2.2.Gömrük yoxlaması mallar və nəqliyyat vasitələri haqqında gömrük orqanı tərəfindən aşağıdakı məlumatların eyniləşdirilməsi məqsədilə həyata keçirilir:
92-2.2.1. risklərin idarə edilməsi sistemi vasitəsilə əldə edilmiş;
92-2.2.2. gömrük baxışı və ya gömrük əməliyyatlarının həyata keçirilməsi zamanı aşkarlanmış;
92-2.2.3. gömrük işi sahəsində hüquqpozmalar, həmçinin icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş qanunvericiliyin və beynəlxalq müqavilələrin tələblərinin pozulması haqqında daxil olmuş.
92-2.3. Gömrük yoxlaması zamanı malların çəkisinin müəyyənləşdirilməsi, ölçülməsi, sayılması, nümunələrin götürülməsi, həmçinin gömrük ekspertizasının aparılması gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən təmin edilir.
92-2.4. Poçt göndərişləri üzərində gömrük yoxlaması həyata keçirilərkən yazışmanın və poçt vasitəsilə ötürülən məlumatların məxfiliyi və tamlığı gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən qorunur.
92-2.5. Dövlət sərhədindən buraxılış məntəqələrində gömrük yoxlaması şəxslər tərəfindən mallar və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi barədə gömrük orqanlarına məlumat verildikdən sonra həyata keçirilir.
92-2.6. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük yoxlamasının aparılması üçün mümkün olan ən yaxın yeri təyin etmək və şəxslərdən malların və nəqliyyat vasitələrinin həmin yerə gətirilməsini tələb etmək hüququna malikdirlər. Belə hallarda yaranan bütün xərclər mal və nəqliyyat vasitəsinin sahibi, bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən ödənilir.
92-2.7. Gömrük yoxlaması zamanı müayinə olunan obyektlərin sökülməsi, hissələrə ayrılması və onların bütövlüyünün pozulması həmin obyektlərə ziyan vurmamaq şərtilə gömrük nəzarətinin üsul və vasitələrindən istifadə olunmaqla həyata keçirilir.
92-2.8. Normativ hüquqi aktların tələblərinin pozulduğu və ya pozula biləcəyi barədə əsaslar yarandıqda, gömrük orqanının vəzifəli şəxsləri tərəfindən təkrar gömrük yoxlaması yalnız ilkin yoxlamanın nəticələrinə dair əsaslı şübhələr olduqda və gömrük orqanının rəhbərinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu zaman təqdim olunmuş gömrük sənədlərində göstərilən məlumatlarla mallar və nəqliyyat vasitələri eyniləşdirilir.”;
1.36. 93.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“93.1. Gömrük sahələrində (dövlət sərhədindən buraxılış məntəqlərinə münasibətdə sərhədkeçmə rejiminə uyğun olaraq), gömrük rəsmiləşdirilməsi yerlərində, gömrük postlarında, sərbəst zonalarda, müvəqqəti saxlanc və gömrük anbarlarında, digər saxlanc və malların yükləmə-boşaltma yerlərində, gömrük nəzarəti altında olan malların daşınmasını həyata keçirən nəqliyyat vasitələrinin dayanacağında, gömrük orqanlarının olduğu yerlərdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər yerlərdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən gömrük nəzarəti zonaları yaradılır və rejim qaydaları müəyyən edilir.”;
1.37. 94.3-cü maddədə “gömrük brokerlərinin” sözləri “dolayı gömrük təmsilçilərinin” sözləri ilə əvəz edilsin;
1.38. 95.4-cü maddədə “Məlumatlar” sözü “Sənəd və məlumatlar” sözləri ilə əvəz edilsin;
1.39. 97-ci maddə üzrə:
1.39.1. adına “üçün” sözündən sonra “tərcüməçilərin,” sözü əlavə edilsin;
1.39.2. 97.1-ci maddəyə “şəxslərin” sözündən sonra “tərcüməçilərini,” sözü əlavə edilsin;
1.39.3. 97.4-cü maddəyə “edilən” sözündən sonra “tərcüməçilər,” sözü əlavə edilsin;
1.40. 98-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“98.1. Gömrük auditi gömrük orqanları tərəfindən malların və nəqliyyat vasitələrinin buraxılışından, o cümlədən şərti buraxılışından sonra gömrük bəyannamələrində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq, eləcə də şəxsin mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsinin vəziyyətini müəyyənləşdirmək məqsədilə həyata keçirilən gömrük nəzarəti formasıdır. Bunun üçün gömrük orqanları idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin həmin mallar və nəqliyyat vasitələri ilə əlaqədar gömrük əməliyyatlarına və beynəlxalq ticarət sövdələşmələrinə dair gömrük sənədlərini və məlumatları yoxlayırlar.
98.2. Gömrük auditi kameral və səyyar qaydada həyata keçirilir. Gömrük auditinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Səyyar gömrük auditi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alındıqdan sonra aparılır.
98.3. Gömrük və vergi orqanları əldə etdikləri məlumatları normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada mübadilə edə, müştərək formada səyyar gömrük audit (yoxlama) apara bilərlər. Səyyar gömrük auditinin keçirilməsinə yalnız gömrük orqanlarının əsaslandırılmış rəyi əlavə olunmaqla müvafiq sorğusu əsasında vergi orqanları tərəfindən müştərək səyyar auditin (yoxlamanın) keçirilməsindən imtina edildikdə yol verilir. Vergi orqanı həmin sorğuya ən geci 15 (on beş) iş günü ərzində münasibət bildirməlidir.”;
1.41. aşağıdakı məzmunda 98-1 – 98-7-ci maddələr əlavə edilsin:
“Maddə 98-1. Kameral gömrük auditi
98-1.1. Kameral gömrük auditi gömrük bəyannamələrində mövcud olan məlumatların xarici ticarət fəaliyyəti ilə bağlı kommersiya, maliyyə və nəqliyyat sənədləri və əldə olunmuş digər sənədlər əsasında araşdırılması və təhlili yolu ilə aparılır.
98-1.2. Kameral gömrük auditi bu barədə qərar qəbul edilmədən və barəsində kameral gömrük auditi aparılan şəxsə məxsus yerlərə getmədən malların buraxılışından sonrakı 60 (altmış) iş günündən artıq olmayan müddətdə aparılır. Eyni gömrük bəyannaməsi üzrə kameral gömrük auditi yenidən aparıla bilməz.
98-1.3. Kameral gömrük auditinin müddəti gömrük orqanı tərəfindən zəruri sənədlərin və məlumatların əldə olunması məqsədilə göndərilən beynəlxalq sorğularla bağlı 30 (otuz) iş gününədək uzadıla bilər.
98-1.4. Kameral gömrük auditi başa çatdıqdan sonra gömrük orqanı gömrük bəyannaməsində və ona əlavə edilmiş sənədlərdə təhrif olunmuş, düzgün olmayan və ya natamam məlumat aşkar etdikdə, xarici ticarət iştirakçısına əlavə məlumat, sənəd və izahat təqdim edilməsi barədə 5 (beş) iş günü müddətində bildiriş göndərir. Tələb olunan əlavə məlumat, sənəd və izahatlar 10 (on) iş günü müddətində gömrük orqanına təqdim edilməlidir.
98-1.5. Təqdim olunmuş əlavə sənəd və məlumatlara gömrük orqanı tərəfindən 10 (on) iş günü müddətində baxılır və gömrük bəyannaməsində uyğunsuzluq aşkar edildikdə 5 (beş) iş günü müddətində bu barədə xarici ticarət iştirakçısına qərar göndərilir. Tələb olunan sənəd və məlumatlar üzrlü səbəblər olmadan təqdim edilmədikdə əlaqəli məlumatlara əsasən gömrük orqanları bu Məcəllədə və gömrük işi üzrə digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada gömrük ödənişlərini hesablamaq və şəxsə bu barədə qərar göndərmək hüququna malikdir. Gömrük orqanının qərarında uyğunsuzluq barədə məlumatlar və barəsində kameral gömrük auditi aparılan şəxsin şikayət etmək hüququ göstərilməlidir.
98-1.6. Kameral gömrük auditinin nəticələrindən asılı olaraq plandankənar (növbədənkənar) səyyar gömrük auditi həyata keçirilə bilər.
Maddə 98-2. Səyyar gömrük auditi
98-2.1. Səyyar gömrük auditi planlı (növbəti) və plandankənar (növbədənkənar) olmaqla gömrük orqanının qərarı əsasında idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin müvafiq tikililərində, ərazilərində, binalarında və onların istifadəsində olan digər yerlərdə həyata keçirilir.
98-2.2. Səyyar gömrük auditi gömrük bəyannaməsində qeyd olunan mallar gömrük nəzarəti altında olarkən və ya gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 (üç) il ərzində gömrük orqanının qərarı əsasında həyata keçirilir.
98-2.3. Gömrük orqanının səyyar gömrük auditinin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan vəzifəli şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində səyyar gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır.
98-2.4. Səyyar gömrük auditi 20 (iyirmi) iş günü müddətində aparılır. Əlavə araşdırma tələb olunduqda gömrük orqanının əsaslandırılmış qərarı ilə səyyar gömrük auditinin aparılması müddəti 30 (otuz) iş gününədək artırıla bilər.
98-2.5. Planlı (növbəti) səyyar gömrük auditi bir şəxs barədə təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Planlı (növbəti) səyyar gömrük auditinin başlanmasına azı 15 (on beş) iş günü qalmış yazılı bildiriş barəsində gömrük auditi aparılan şəxsə göndərilir. Bildirişdə səyyar gömrük auditinin əsası, tarixi, yoxlama suallarının siyahısı, şəxsin və gömrük orqanlarının hüquq və vəzifələri göstərilməlidir.
98-2.6. Plandankənar (növbədənkənar) səyyar gömrük auditi aşağıdakı hallarda keçirilir:
98-2.6.1. risklərin idarə edilməsi sistemi tərəfindən seçilmiş nəzarət forması tələb etdikdə;
98-2.6.2. gömrük orqanının əldə etdiyi əlaqəli məlumatlarda şəxs tərəfindən malların gömrük dəyərinin azaldılması, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodunun düzgün bəyan olunmaması və (və ya) müvafiq gömrük prosedurunun tələblərinin pozulması müəyyən edildikdə;
98-2.6.3. cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq-mühafizə orqanlarının səyyar gömrük auditinin aparılması barədə müvafiq qərarı olduqda;
98-2.6.4. barəsində səyyar gömrük auditi aparılan şəxs səyyar gömrük auditinin nəticələri ilə razılaşmayaraq plandankənar səyyar gömrük auditinin aparılmasını yazılı şəkildə tələb etdikdə (bu halda plandankənar səyyar gömrük auditi gömrük orqanının əvvəlki yoxlamanı aparmış vəzifəli şəxsləri tərəfindən aparıla bilməz);
98-2.6.5. bu Məcəllənin 98-1.6-cı maddəsində nəzərdə tutulmuş halda.
98-2.7. Səyyar gömrük auditi iş günü və barəsində gömrük auditi aparılan şəxsin iş vaxtı ərzində aparılır.
98-2.8. Səyyar gömrük auditi aparılarkən cinayət və ya inzibati hüquqpozma əlamətləri aşkar olunarsa, həmin auditin nəticəsinə dair akt tərtib olunduqdan sonra hüquqpozma əlaməti barədə məlumatlar müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə göndərilir və gömrük orqanları tərəfindən inzibati, yaxud cinayət-prosessual qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
98-2.9. Planlı (növbəti) və ya plandankənar (növbədənkənar) səyyar gömrük auditi gömrük orqanının qərarına əsasən aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 4 (dörd) aydan çox olmamaqla dayandırılır (təxirə salınır):
98-2.9.1. aparılan səyyar gömrük auditi zamanı şəxs qeydiyyatda olduğu ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda – həmin şəxsin olduğu yer müəyyən olunana qədər;
98-2.9.2. aparılan səyyar gömrük auditi zamanı şəxs onun sərəncamında və istifadəsində olan ərazi və ya binalara gömrük orqanının vəzifəli şəxslərinin daxil olmasına icazə vermədikdə – bu Məcəllənin 98-3.1-ci maddəsinə əsasən məhkəmə qərarı alınanadək;
98-2.9.3. səyyar gömrük auditi aparılan hüquqi şəxsin rəhbəri (onu əvəz edən şəxs və ya gömrük və (və ya) maliyyə məsələləri üzrə məsul şəxs) və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə – əmək qabiliyyəti bərpa olunanadək;
98-2.9.4. gömrük orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya malların ekspertizası aparıldıqda mütəxəssisin və ya ekspertin rəyi təqdim edilənədək;
98-2.9.5. səyyar gömrük auditi üçün zəruri olan sənədlər və məlumatlarla əlaqədar – gömrük orqanı tərəfindən göndərilən sorğulara cavab alınanadək.
Maddə 98-3. Səyyar gömrük auditinin keçirilməsi zamanı şəxsin sərəncamında və istifadəsində olan ərazi və ya binalara gömrük orqanlarının vəzifəli şəxslərinin daxil olması
98-3.1. Səyyar gömrük auditi zamanı gömrük orqanının vəzifəli şəxsləri, barəsində gömrük auditi aparılan şəxsin sərəncamında və istifadəsində olan ərazi və ya binalara (yaşayış binaları (sahələri) istisna olmaqla) gömrük orqanının səyyar gömrük auditinin keçirilməsi haqqında qərarın surətini, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı və auditi aparan vəzifəli şəxsin xidməti vəsiqəsi, bu Məcəllənin 98-2.9.2-ci maddəsində nəzərdə tutulmuş halda həmçinin məhkəmə qərarının surətini təqdim etdikdən sonra daxil ola, həmin yerlərdə şəxsin xarici ticarət fəaliyyəti ilə bağlı mövcud olan mallara və sənədlərə baxış keçirə bilərlər. Baxışın keçirilməsi barəsində 2 (iki) nüsxədə akt tərtib edilir.
98-3.2. Barəsində gömrük auditi aparılan şəxs sərəncamında və istifadəsində olan ərazi və ya binalara gömrük orqanının vəzifəli şəxslərinin daxil olmasına icazə vermədikdə 2 (iki) nüsxədə akt tərtib edilir. Həmin akt gömrük orqanının gömrük auditini aparan vəzifəli şəxsləri və barəsində gömrük auditi aparılan hüquqi şəxsin rəhbəri (onu əvəz edən şəxs) və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən imzalanır. Şəxs aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və aktın bir nüsxəsi şəxsə (onun səlahiyyətli nümayəndəsinə) təqdim edilir.
98-3.3. Səyyar gömrük auditi zamanı gömrük orqanının vəzifəli şəxslərinin, barəsində gömrük auditi aparılan şəxsin sərəncamında və istifadəsində olan ərazi və ya binalara (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olmasına icazə verilməməsi gömrük qanunvericiliyinin pozulması hesab olunur və qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
Maddə 98-4. Səyyar gömrük auditi zamanı sənədlərin tələb edilməsi
98-4.1. Gömrük orqanının vəzifəli şəxsləri, barəsində səyyar gömrük auditi aparılan şəxsdən bildirişlə birlikdə gömrük auditi üçün zəruri olan auditin predmetinə və yoxlama dövrünə aid sənədləri (məlumatları), o cümlədən elektron sənədləri tələb edə bilərlər. Sənədlərin (məlumatların), o cümlədən elektron sənədlərin verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri 15 (on beş) iş günü ərzində gömrük orqanına təqdim etməlidir. Üzrlü səbəblər olduqda şəxsin əsaslandırılmış müraciəti ilə bu müddət 10 (on) iş gününədək uzadıla bilər.
98-4.2. Tələb olunan sənədlər (məlumatlar), o cümlədən elektron sənədlər bu Məcəllənin 98-4.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə təqdim edilmədikdə, yaxud şəxs həmin sənədlərin (məlumatların), o cümlədən elektron sənədlərin onda olmadığını bildirdikdə, gömrük orqanının gömrük auditini aparan vəzifəli şəxsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada 2 (iki) nüsxədə akt tərtib edilir və tərtib edildiyi gün bir nüsxəsi şəxsə verilir (və ya elektron qaydada göndərilir). Akt gömrük orqanının gömrük auditini aparan vəzifəli şəxsləri və barəsində gömrük auditi aparılan hüquqi şəxsin rəhbəri (onu əvəz edən şəxs) və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən imzalanır. Barəsində gömrük auditi aparılan şəxs aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeydlər aparılır. Gömrük orqanı tələb edilən sənədləri (məlumatları), o cümlədən elektron sənədləri normativ hüquqi aktlarla yol verilən mənbələrdən əldə edə bilmədikdə gömrük ödənişlərinin məbləği mötəbər və yoxlanıla bilən məlumatlara əsasən, tətbiq olunan metod və hesablamanın əsaslandırılması göstərilməklə müəyyən edilir.
98-4.3. Gömrük auditi üçün zəruri olan sənədlərin (məlumatların) və ya onların təsdiq olunmuş surətinin, o cümlədən elektron sənədlərin gömrük orqanına verilməsindən imtina edilməsi və ya bu Məcəllənin 98-4.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə təqdim edilməməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
98-4.4. Tələb olunan sənədlərin (məlumatların) və ya onların təsdiq olunmuş surətinin, o cümlədən elektron sənədlərin təqdim edilməsindən imtina edildikdə onların, habelə mal nümunələrinin götürülməsi yalnız bu Məcəllənin 98-5-ci maddəsində nəzərdə tutulan prosedur və təminatlar əsasında həyata keçirilə bilər.
Maddə 98-5. Səyyar gömrük auditi zamanı sənədlərin və mal nümunələrinin götürülməsi
98-5.1. Səyyar gömrük auditinin predmetinə aid olan və gömrük ödənişlərinin hesablanması üçün şəxs tərəfindən təqdim edilən sənədlərin və malların öyrənilməsinə əlavə vaxt tələb olunduqda, həmçinin sənədlərdə bu Məcəllənin və gömrük işi üzrə digər normativ hüquqi aktların pozulması halları müəyyən edildikdə gömrük orqanının gömrük auditini həyata keçirən vəzifəli şəxsi həmin sənədləri (onların təsdiq olunmuş surətini) və nümunə kimi malları şəxsin və ya onun nümayəndəsinin iştirakı ilə iş vaxtı ərzində və gömrük auditinin həyata keçirildiyi müddətə götürə bilər. Gömrük orqanının gömrük auditini bilavasitə həyata keçirən vəzifəli şəxsi tərəfindən sənədlərin və nümunə kimi malların götürülməsi gömrük orqanının rəhbərinin əsaslandırılmış qərarı ilə həyata keçirilir.
98-5.2. Səyyar gömrük auditi zamanı zəruri olan sənədlər və mal nümunələri gömrük orqanının əsaslandırılmış qərarı ilə bu Məcəllənin 98-2.4-cü və 98-2.9-cu maddələrində göstərilən hallar istisna olmaqla 20 (iyirmi) iş günündən artıq olmayan müddətə aşağıdakı məqsədlər üçün götürülür:
98-5.2.1. malların tərkibinin və texniki göstəricilərinin, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodunun, növünün, mənşəyinin və digər göstəricilərinin yoxlanılması;
98-5.2.2. malların alış və ya satış qiymətlərinin müəyyənləşdirilməsi;
98-5.2.3. gömrük qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə zəruri olan digər halların müəyyən edilməsi.
98-5.3. Səyyar gömrük auditi zamanı götürülən mal nümunələri xüsusiyyətlərindən asılı olaraq qablaşdırılır və gömrük auditini aparan şəxs tərəfindən həmin qablaşdırma möhürlənir. Onların saxlanılması, qorunması və tədqiq edilməsi gömrük orqanının hesabına həyata keçirilir. Malların məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müsadirə ediləcəyi, gömrük ödənişlərinin həmin mallara yönəldiləcəyi, yaxud sənədlərin və malların maddi sübut olması halları istisna olmaqla, götürülmüş sənədlər və mal nümunələri gömrük auditinin başa çatdığı gündən gec olmayarq, istifadəyə yararlı vəziyyətdə və tam şəkildə sahibinə qaytarılır.
98-5.4. Sənədlərin və ya onların təsdiq olunmuş surətinin və mal nümunələrinin götürülməsi barədə 2 (iki) nüsxədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada akt tərtib olunur və onun 1 (bir) nüsxəsi şəxsə təqdim edilir. Həmin akt gömrük auditinin aparılmasında iştirak edən şəxslər və barəsində gömrük auditi aparılan hüquqi şəxsin rəhbəri (onu əvəz edən şəxs) və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən imzalanır. Barəsində gömrük auditi aparılan şəxs aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər aparılır.
98-5.5. Səyyar gömrük auditi zamanı şəxs sənədləri və ya onların təsdiq olunmuş surətini və mal nümunələrini verməkdən imtina etdikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada 2 (iki) nüsxədə imtina aktı tərtib olunur və onun 1 (bir) nüsxəsi şəxsə təqdim edilir. Həmin akt gömrük auditinin aparılmasında iştirak edən şəxslər və barəsində gömrük auditi aparılan hüquqi şəxsin rəhbəri (onu əvəz edən şəxs) və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən imzalanır. Barəsində gömrük auditi aparılan şəxs aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeydlər aparılır. Bu halda həmin sənədlərin və mal nümunələrinin götürülməsi gömrük orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir.
Maddə 98-6. Səyyar gömrük auditinin nəticələrinin rəsmiləşdirilməsi
98-6.1. Səyyar gömrük auditinin nəticələrinə dair 2 (iki) nüsxədə akt tərtib edilir. Həmin akt gömrük orqanının gömrük auditini aparan vəzifəli şəxsləri və barəsində gömrük auditi aparılan hüquqi şəxsin rəhbəri (onu əvəz edən şəxs) və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən imzalanır. Şəxs aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Aktın bir nüsxəsi tərtib edildiyi tarixdən 3 (üç) iş günü müddətində şəxsə (onun səlahiyyətli nümayəndəsinə) verilir və ya göndərilir.
98-6.2. Aktın nüsxəsinin verildiyi (göndərildiyi) vaxtdan 30 (otuz) gün müddətində şəxs aktı imzalamamasının səbəblərini gömrük orqanına izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı bildirə bilər.
98-6.3. Bu Məcəllənin 98-4.2-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 10 (on) gündən çox olmayan müddətdə gömrük orqanı, barəsində səyyar gömrük auditi aparılan şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, həmin şəxs tərəfindən təqdim edilmiş sənədlərə və səyyar gömrük auditinin nəticələrinə dair akta, gömrük qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması məsələsinə baxır.
98-6.4. Barəsində səyyar gömrük auditi aparılan şəxs tərəfindən səyyar gömrük auditinin nəticələrinə dair akt üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə materiallara hüquqi şəxsin rəhbəri və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin və (və ya) onların nümayəndələrinin iştirakı ilə baxılır. Gömrük orqanı səyyar gömrük auditinin nəticələrinə dair materiallara baxılmasının yeri və vaxtı barəsində əvvəlcədən məlumat verir. Şəxs ona əvvəlcədən məlumat verilməsinə baxmayaraq üzrlü səbəb olmadan iştirak etmədikdə, səyyar gömrük auditinin nəticələrinə dair materiallara, habelə təqdim etdiyi izahatlara, etirazlara və digər sənədlərə onun iştirakı olmadan baxılır.
Maddə 98-7. Səyyar gömrük auditinin nəticələri üzrə qərarın çıxarılması
98-7.1. Səyyar gömrük auditinin nəticələrinə dair materiallara 10 (on) gün müddətində baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir:
98-7.1.1. şəxsin gömrük qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi;
98.7.1.2. şəxsin gömrük qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması;
98-7.1.3. səyyar gömrük auditi üzrə əlavə tədbirlərin keçirilməsi;
98-7.1.4. əvvəlki səyyar gömrük auditinin nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması;
98-7.1.5. əvvəlki səyyar gömrük auditinin nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişiklik edilməsi;
98-7.1.6. yeni qərarın qəbul edilməsi.
98-7.2. Şəxsin gömrük qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qəbul edilmiş qərarda səyyar gömrük auditi zamanı aşkarlanmış pozuntular, bu faktı təsdiq edən sənəd və məlumatlar, şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, məsuliyyət tədbirlərini nəzərdə tutan normativ hüquqi aktın adı və müvafiq struktur elementləri göstərilməlidir.
98-7.3. Səyyar gömrük auditinin nəticələrindən asılı olaraq çıxarılmış qərar əsasında 10 (on) gündən gec olmayaraq aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tələbnamə göndərilir.
98-7.4. Səyyar gömrük auditinin nəticələrinə dair qəbul edilmiş qərarın surəti və tələbnamə şəxsə və ya onun nümayəndəsinə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təqdim edilir.
98-7.5. Gömrük orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin pozulması gömrük orqanının qərarının inzibati və məhkəmə qaydasında ləğv edilməsi üçün əsasdır.”;
1.42. 99-cu maddə üzrə:
1.42.1. adında “protokola” sözü “akta” sözü ilə əvəz edilsin;
1.42.2. 99.1-ci maddə üzrə:
1.42.2.1. birinci cümlədə “protokollar” sözü “aktlar” sözü ilə əvəz edilsin;
1.42.2.2. ikinci cümlədə “Protokollar” sözü “Aktlar” sözü ilə əvəz edilsin;
1.42.2.3. üçüncü cümlədə “Protokolların” sözü “Aktların” sözü ilə əvəz edilsin;
1.42.3. 99.2-ci maddə üzrə:
1.42.3.1. birinci abzasda “Protokolda” sözü “Aktda” sözü ilə əvəz edilsin;
1.42.3.2. 99.2.1-ci maddədə “protokolun” sözü “aktın” sözü ilə əvəz edilsin;
1.42.3.3. 99.2.4-cü maddədə “protokolu” sözü “aktı” sözü ilə əvəz edilsin;
1.42.4. 99.3-cü maddənin birinci abzasında və 99.4-cü maddənin dördüncü cümləsində “protokolda” sözü “aktda” sözü ilə əvəz edilsin;
1.42.5. 99.5-ci maddədə “protokola” sözü “akta” sözü ilə əvəz edilsin;
1.42.6. 99.6-cı maddə üzrə:
1.42.6.1. birinci və ikinci cümlələrdə “Protokol” sözü “Akt” sözü ilə əvəz edilsin;
1.42.6.2. üçüncü cümlədə “protokolu” sözü “aktı” sözü ilə, “protokolda” sözü “aktda” sözü ilə əvəz edilsin;
1.42.7. 99.7-ci maddə üzrə:
1.42.7.1. birinci cümlədə “protokolun” sözü “aktın” sözü ilə, “protokolu” sözü “aktı” sözü ilə əvəz edilsin;
1.42.7.2. ikinci cümlədə “protokola” sözü “akta” sözü ilə əvəz edilsin;
1.42.8. 99.8-ci maddədə “protokolun” sözü “aktın” sözü ilə əvəz edilsin;
1.43. 101.4-cü maddə üzrə:
1.43.1. birinci cümlədə “məqsədi ilə gömrük orqanları arasında risklərin idarə edilməsi üzrə razılaşma sistemi yaradılır” sözləri “məqsədilə risklərin idarəedilməsi sistemi yaradılır və avtomatlaşdırılır” sözləri ilə əvəz edilsin;
1.43.2. ikinci cümlədə “razılaşma sistemi” sözləri “sistem” sözü ilə əvəz edilsin;
1.44. 106.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“106.1. Gömrük rəsmiləşdirilməsi bu Məcəllənin 106.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla idxalatçı və ya ixracatçının, yaxud onların struktur bölmələrinin yerləşdiyi ərazi üzrə gömrük orqanlarının fəaliyyət zonasında, yaxud bəyannaməçinin seçimi və gömrük orqanlarının razılığı ilə digər yerlərdə aparılır.”;
1.45. 108-ci maddənin adında və 108.3-cü maddədə “əməliyyatlar” sözü “gömrük əməliyyatları” sözləri ilə əvəz edilsin;
1.46. 111-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 111. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydası
111.1. Gömrük nəzarəti zamanı gömrük orqanları aşağıdakı sadələşdirilmiş gömrük əməliyyatlarını tətbiq edirlər:
111.1.1. mallar və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin formalarının növbədənkənar aparılması;
111.1.2. xarici ticarət iştirakçılarının nəqliyyat vasitələrinə tətbiq etdiyi eyniləşdirmə vasitələrinin gömrük orqanları tərəfindən tanınması;
111.1.3. gömrük orqanlarının tətbiq etdiyi eyniləşdirmə vasitələrinin gömrük orqanlarının vəzifəli şəxslərinin iştirakı olmadan xarici ticarət iştirakçıları tərəfindən götürülməsi;
111.1.4. gömrük nəzarəti altında olan malların gömrük orqanlarının vəzifəli şəxsinin iştirakı olmadan nəqliyyat vasitələrindən boşaldılması və nəqliyyat vasitələrinə yüklənməsi;
111.1.5. gömrük nəzarəti altında olan malların daşınması üçün gömrük orqanları tərəfindən marşrutun müəyyən edilməməsi;
111.1.6. malların və nəqliyyat vasitələrinin müvəqqəti saxlancının onların sahibinin istifadəsində olan anbarlarda həyata keçirilməsi;
111.1.7. idxal olunan malların birbaşa şəxsin istifadəsində olan anbara aparılması;
111.1.8. ixrac olunan mallara və nəqliyyat vasitələrinə dair gömrük bəyannaməsini elektron qaydada gömrük orqanlarına təqdim etməklə, malların bəyan edildiyi dövlət sərhədindən buraxılış məntəqəsinə birbaşa göndərilməsi.
111.2. Gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanları aşağıdakı sadələşdirilmiş gömrük əməliyyatlarını tətbiq edirlər:
111.2.1. gömrük ərazisinə gətirilən və ya bu ərazidən aparılan malların buraxılışının növbədənkənar və dərhal təmin edilməsi;
111.2.2. gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş təminat üsullarının gömrük orqanları tərəfindən tələb olunmaması;
111.2.3. gömrük ərazisinə gətirilmiş malların qısa idxal bəyannaməsi əsasında buraxılışına icazə verilməsi;
111.2.4. gömrük rəsmiləşdirilməsinə dair bütün gömrük əməliyyatlarının Ticarətin Asanlaşdırılması Mərkəzlərində prioritet qaydada həyata keçirilməsi;
111.2.5. malların sadələşdirilmiş bəyannamə əsasında bəyan olunması.
111.3. Döyüş təyinatlı hərbi silah-sursatın, müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün satın alınan malların, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, media (audiovizual, çap, onlayn media, informasiya agentlikləri) məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsi sadələşdirilmiş qaydada, pandemiya, yoluxucu xəstəliklər, təbii fəlakətlər, digər fövqəladə hallar və sosial xarakterli fövqəladə mühit zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi isə güzəştli və sadələşdirilmiş qaydada həyata keçirilir.
111.4. Bu Məcəllənin 111.3-cü maddəsində nəzərdə tutulmuş malların gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.”;
1.47. 112.3-cü maddədə “, qadağa və məhdudiyyətlər, həmçinin” sözləri “və” sözü ilə əvəz edilsin;
1.48. 114.3-cü maddədə “malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri” sözləri “daşıyıcı” sözü ilə əvəz edilsin;
1.49. 115-ci maddə üzrə:
1.49.1. adına “edilməsi” sözündən sonra “və onun ləğvi” sözləri əlavə edilsin;
1.49.2. aşağıdakı məzmunda 115.3-cü maddə əlavə edilsin:
“115.3. Qısa idxal bəyannaməsi bəyannaməçinin müraciəti olduqda, habelə bəyan edilmiş mallar 200 (iki yüz) gün ərzində gömrük ərazisinə gətirilmədikdə gömrük orqanı tərəfindən ləğv edilir.”;
1.50. 116-cı maddə üzrə:
1.50.1. adına “bəyannaməsi” sözündən sonra “və ilkin məlumatlar” sözləri əlavə edilsin;
1.50.2. aşağıdakı məzmunda 116.3-cü maddə əlavə edilsin:
“116.3. Beynəlxalq müqavilələr çərçivəsində həyata keçirilən beynəlxalq daşımalar zamanı elektron informasiya sistemləri vasitəsilə mallar və nəqliyyat vasitələri barədə əvvəlcədən təqdim edilən ilkin məlumatlar, həmin məlumatların tamlığından asılı olaraq qısa idxal bəyannaməsi kimi qəbul edilir.”;
1.51. 118-ci maddə üzrə:
1.51.1. 118.3.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“118.3.2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (onların strukturuna daxil olan qurumların) hərbi qulluqçularının və mülki işçilərinin, hərbi yüklərin daşınması üçün istifadə edilən hərbi hava gəmiləri və digər hərbi nəqliyyat vasitələri;”;
1.51.2. 118.3.4-cü maddədə “ölkələrin Azərbaycan Respublikasındakı diplomatik və konsulluq” sözləri “dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinə və konsulluqlarına, həmçinin beynəlxalq təşkilatlara və onların” sözləri ilə əvəz edilsin;
1.52. 119.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“119.1. Gömrük ərazisinə gətirilən malların daşınmasına cavabdeh olan şəxs həmin malları gömrük orqanının müəyyən etdiyi marşrutla və müddətdə təyinat və ya gömrük rəsmiləşdirilməsinin həyata keçiriləcəyi gömrük orqanına, yaxud gömrük orqanları ilə razılaşdırılmış digər yerə çatdırır.”;
1.53. 121-ci maddənin mətni və 124-cü maddə aşağıdakı redaksiyada verilsin:
“121.1. Mallar gömrük ərazisinə, gömrük orqanları ilə razılaşdırılmış digər yerə gətirildikdən dərhal sonra aşağıdakı şəxslərdən biri tərəfindən gömrük orqanlarına məlumat verilir:
121.1.1. malları gömrük ərazisinə gətirmiş şəxs;
121.1.2. malları gömrük ərazisinə gətirmiş şəxsin adından çıxış edən şəxs;
121.1.3. mallar gömrük ərazisinə gətirildikdən sonra onların daşınmasına görə məsul olan şəxs;
121.1.4. malları dərhal müvafiq gömrük proseduru altında yerləşdirən şəxs;
121.1.5. saxlanc yerlərinin sahibi və ya sərbəst zonada fəaliyyət göstərən şəxs.
121.2. Gömrük ərazisinə gətirilmiş mallar barədə gömrük orqanlarına məlumat verildiyi andan etibarən həmin mallar 1 (bir) saatdan gec olmayaraq, gömrük orqanının iş vaxtından kənar vaxtda gətirildikdə isə iş vaxtı başlandıqdan sonra 1 (bir) saatdan gec olmayaraq gömrük orqanlarına təqdim edilir.
121.3. Malları gömrük orqanlarına təqdim edən şəxs həmin mallara dair bu Məcəllənin 113.1-ci maddəsində nəzərdə tutulan qısa idxal bəyannaməsinə, 116-cı maddəsində nəzərdə tutulan gömrük bəyannaməsinə və ya ilkin məlumatlara istinad edir.
121.4. Mallar gömrük orqanına təqdim edildikdən sonra mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri malları müvafiq gömrük proseduru altında yerləşdirmək üçün gömrük orqanlarının icazəsi və iştirakı ilə onlardan prob və nümunələr götürmək hüququna malikdirlər.
121.5. Mallar təyinat yerinə gömrük orqanının iş vaxtından kənar vaxtda gətirildikdə onlar gömrük nəzarəti zonasında saxlanılır.
121.6. Bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti zonasında saxlanılan malların ilkin yerlərinin dəyişdirilməsi, nəqliyyat vasitələrindən boşaldılması, yaxud onlara yenidən yüklənməsi, qablaşdırmaların açılması və yenidən qablaşdırılması, eyniləşdirmə vasitələrinin (əlamətlərinin, nişanlarının) götürülməsi, dəyişdirilməsi, sərnişinlərin düşürülməsi kimi gömrük əməliyyatları yalnız gömrük orqanlarının icazəsi və iştirakı ilə aparılır.
121.7. Bu Məcəllənin 108.3-cü maddəsi nəzərə alınmaqla şəxsin əvvəlcədən edilmiş müraciəti və gömrük orqanlarının icazəsi ilə mallar gömrük yoxlamasına həmin şəxsin məqsədəmüvafiq hesab etdiyi digər yerlərdə də təqdim olunur.
121.8. Hava və ya dəniz gəmisinin kapitanı və ya onu əvəz edən şəxs gömrük ərazisinə daxil olduğu zaman gömrük orqanına məlumat verir və gömrük sənədlərini təqdim edir.
121.9. Gömrük orqanlarına təqdim olunan mallar gömrük orqanlarının icazəsi olmadan təqdim edildiyi yerdən çıxarıla bilməz.
121.10. Malların gömrük orqanlarına təqdim edilməsi ilə əlaqədar daşıyıcının çəkdiyi xərclər gömrük orqanları tərəfindən ödənilmir.”;
“Maddə 124. Malların müvəqqəti saxlanca yerləşdirilməsi
124.1. Gömrük ərazisinə gətirilmiş mallar dərhal digər gömrük proseduru altında yerləşdirilmədikdə, gömrük orqanlarına təqdim edildiyi andan müvəqqəti saxlanca yerləşdirilmiş hesab edilir.
124.2. Malların müvəqqəti saxlanca yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”;
1.54. aşağıdakı məzmunda 124-1 – 124-3-cü maddələr əlavə edilsin:
“Maddə 124-1. Müvəqqəti saxlanc bəyannaməsi
124-1.1. Gömrük orqanlarına təqdim olunan xarici mallar müvəqqəti saxlanca müvəqqəti saxlanc bəyannaməsi əsasında yerləşdirilir.
124-1.2. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sənədlər müvəqqəti saxlanc bəyannaməsi ilə birgə təqdim edilir.
124-1.3. Müvəqqəti saxlanc bəyannaməsi bu Məcəllənin 121.1-ci maddəsində nəzərdə tutulan şəxslərdən biri tərəfindən mallarla birlikdə gömrük orqanına təqdim edilir.
124-1.4. Müvəqqəti saxlancın tətbiqi üçün zəruri olan məlumatları özündə əks etdirən qısa idxal bəyannaməsi və ya onu əvəz edən nəqliyyat sənədləri, həmin məlumatların tamlığından asılı olaraq müvəqqəti saxlanc bəyannaməsi kimi qəbul edilir.
124-1.5. Bu Məcəllənin 157 – 161-ci maddələri müvəqqəti saxlanc bəyannaməsinə tətbiq edilir.
124-1.6. Müvəqqəti saxlanc bəyannaməsindən aşağıdakı hallarda istifadə edilir:
124-1.6.1. barəsində məcburi qərar qəbul edilmiş malların gömrük ərazisinə gətirilməsinin təsdiq edilməsi zamanı;
124-1.6.2. bu Məcəllənin 121-ci maddəsinə uyğun olaraq malların gömrük orqanlarına təqdim edilməsi zamanı;
124-1.6.3. müvəqqəti saxlancda yerləşdirilmiş malların digər gömrük proseduru altında yerləşdirilməsi və ya bu Məcəllənin 128-ci maddəsinə uyğun olaraq təkrar ixrac edilməsi zamanı.
124-1.7. Tranzit xüsusi gömrük proseduru altında daşınan xarici malların müvəqqəti saxlancda yerləşdirilməsi üçün gömrük orqanları tərəfindən müvəqqəti saxlanc bəyannaməsi kimi tranzit sənədi qəbul edilir. Tranzit xüsusi gömrük proseduru başa çatdıqdan sonra müvəqqəti saxlanc bəyannaməsi verilir.
124-1.8. Bu Məcəllənin 124-1.9-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bəyannaməçinin müraciəti əsasında gömrük orqanlarına təqdim edilmiş müvəqqəti saxlanc bəyannaməsində düzəlişlər edilməsinə icazə verilir. Müvəqqəti saxlanc bəyannaməsində edilən düzəlişlər əvvəlcədən onun əhatə etmədiyi mallara tətbiq oluna bilməz.
124-1.9. Aşağıdakı hallarda gömrük orqanlarına təqdim olunmuş müvəqqəti saxlanc bəyannaməsində düzəlişlər edilməsinə icazə verilmir:
124-1.9.1. gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətində olduğunu bildirdikdən sonra;
124-1.9.2. gömrük orqanları müvəqqəti saxlanc bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra.
124-1.10. Müvəqqəti saxlanc bəyannaməsi bəyannaməçinin müraciəti olduqda, habelə bəyan edilmiş mallar 1 (bir) ay ərzində gömrük orqanlarına təqdim edilmədikdə gömrük orqanı tərəfindən ləğv edilir.
Maddə 124-2. Malların müvəqqəti saxlanca yerləşdirilməsinə dair şərtlər və öhdəliklər
124-2.1. Xarici malların müvəqqəti saxlancı idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan bu Məcəllənin 124-2.9-cu maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən müvəqqəti saxlanc anbarlarında, habelə gömrük orqanları ilə razılaşdırılmış digər saxlanc yerlərində və gömrük nəzarəti altında həyata keçirilir. Gömrük orqanları ilə razılaşdırılmış digər saxlanc yerləri saxlanc anbarlarına dair tələblərə cavab verməlidir.
124-2.2. Gömrük orqanları mal sahibindən yarana biləcək gömrük borcuna görə təminat tələb etmək hüququna malikdirlər.
124-2.3. Müvəqqəti saxlancda yerləşdirilən malların mövcud vəziyyətdə qalmasını təmin etmək üçün onlar adi işləmə formalarına məruz qala bilərlər. Belə hallarda malların xarici görünüşünün və texniki göstəricilərinin dəyişdirilməsinə yol verilmir.
124-2.4. Müvəqqəti saxlanc anbarlarının və saxlanc yerlərinin sahibi aşağıdakılara görə cavabdehdir:
124-2.4.1. müvəqqəti saxlancda yerləşdirilmiş malların gömrük nəzarətindən yayındırılmasına;
124-2.4.2. malların saxlancından irəli gələn öhdəliklərinin yerinə yetirilməsinə.
124-2.5. Malları müvəqqəti saxlanc anbarında saxlamaq mümkün olmadıqda, müvəqqəti saxlancda qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilmədikdə və ya təkrar ixrac olunmadıqda həmin mallar barəsində bu Məcəllənin 57-ci fəslində müəyyən edilmiş qaydada sərəncam verilir.
124-2.6. Gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daxili malların müvəqqəti saxlanc anbarında saxlanılmasına icazə verir.
124-2.7. Gömrük orqanlarının razılığı ilə müvəqqəti saxlancda olan mallar gömrük nəzarəti altında müxtəlif müvəqqəti saxlanc anbarları arasında daşınır.
124-2.8. Müvafiq icra hakimiyyəti orqanı müvəqqəti saxlanc anbarlarının, o cümlədən gömrük orqanları ilə razılaşdırılmış digər saxlanc yerlərinin siyahısını nəşr edir, rəsmi internet informasiya ehtiyatında yerləşdirir və məlumatların daimi yenilənməsini təmin edir.
124-2.9. Müvəqqəti saxlanc anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 124-3. Malların müvəqqəti saxlancda qalma müddəti
124-3.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlancda qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır.
124-3.2. Malların müvəqqəti saxlancda qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri və gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 124-3.1-ci maddəsində göstərilən müddət çərçivəsində uzadır.
124-3.3. Mallar müvəqqəti saxlancda qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya təkrar ixrac olunmalıdır.”;
1.55. 125.5-ci maddədə ikinci halda “və ya” sözləri “, o cümlədən” sözləri ilə əvəz edilsin;
1.56. 128-ci maddə üzrə:
1.56.1. 128.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“128.1. Təkrar ixrac olunan xarici mallar gömrük ərazisindən aparıldıqda, malların ixrac rəsmiləşdirilməsini həyata keçirmək üçün şəxs tərəfindən səlahiyyətli gömrük orqanına gömrük bəyannaməsi verilir.”;
1.56.2. 128.2.3-cü maddədən “, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş” sözləri çıxarılsın;
1.57. 129-cu maddə üzrə:
1.57.1. adında “bəyannaməsi və ona düzəlişlərin edilməsi” sözləri “bəyannaməsinin təqdim edilməsi, ona düzəlişlərin edilməsi və ləğvi” sözləri ilə əvəz edilsin;
1.57.2. aşağıdakı məzmunda 129.8-ci maddə əlavə edilsin:
“129.8. Qısa ixrac bəyannaməsi bəyannaməçinin müraciətinə əsasən, habelə bəyan edilmiş mallar 150 (yüz əlli) gün ərzində gömrük ərazisindən aparılmadıqda gömrük orqanı tərəfindən ləğv edilir.”;
1.58. aşağıdakı məzmunda 129-1-ci maddə əlavə edilsin:
“Maddə 129-1. Təkrar ixrac bildirişi
129-1.1. Bu Məcəllənin 128.2.2-ci və 128.2.3-cü maddələrində göstərilən xarici mallar gömrük ərazisindən aparılarkən gömrük orqanlarına elektron formada təkrar ixrac bildirişi təqdim edilir.
129-1.2. Təkrar ixrac bildirişi sərbəst zona xüsusi gömrük prosedurunu və ya müvəqqəti saxlancı başa çatdırmaq üçün zəruri olan məlumatları özündə əks etdirir.
129-1.3. Təkrar ixrac bildirişi aşağıdakı şəxslərdən biri tərəfindən gömrük orqanına təqdim edilir:
129-1.3.1. malları gömrük ərazisindən aparan və ya onun daşınmasına görə cavabdeh olan şəxs;
129-1.3.2. malları təkrar ixrac edən və ya göndərən, yaxud bu Məcəllənin 129-1.3.1-ci maddəsində qeyd olunan şəxsin adından çıxış edən digər şəxs;
129-1.3.3. malları səlahiyyətli gömrük orqanına təqdim edən və ya təqdim etməli olan istənilən şəxs.
129-1.4. Bu Məcəllənin 129-1.5-ci maddəsində göstərilən hallar istisna olmaqla, təkrar ixrac bildirişi təqdim edildikdən sonra onu təqdim edən şəxsin müraciəti əsasında həmin bildirişdə düzəlişlərin edilməsinə gömrük orqanları tərəfindən icazə verilir.
129-1.5. Aşağıdakı hallarda təkrar ixrac bildirişində düzəlişlər edilə bilməz:
129-1.5.1. gömrük orqanları təkrar ixrac bildirişini təqdim etmiş şəxsə malları yoxlamaq niyyəti barədə məlumat verdikdən sonra;
129-1.5.2. gömrük orqanları təkrar ixrac bildirişindəki məlumatların düzgün olmadığını və ya natamam olduğunu müəyyənləşdirdikdən sonra;
129-1.5.3. gömrük orqanları tərəfindən malların aparılmasına icazə verildikdən sonra.
129-1.6. Təkrar ixrac bildirişi bəyannaməçinin müraciəti olduqda, habelə bəyan edilmiş mallar 150 (yüz əlli) gün ərzində gömrük ərazisindən aparılmadıqda gömrük orqanları tərəfindən ləğv edilir.
129-1.7. Təkrar ixrac olunan malların və nəqliyyat vasitələrinin eyniləşdirilməsi və təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi mümkün olmadıqda, həmin mallar gömrük ödənişləri ödənilməklə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir, yaxud onlardan dövlətin xeyrinə imtina olunur və ya məhv edilir.
129-1.8. Təkrar ixrac bildirişinin forması və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.”;
1.59. 131.1.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 131.1.7-ci maddə əlavə edilsin:
“131.1.7. nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində əks olunanlar.”;
1.60. 146.2-ci maddə ləğv edilsin;
1.61. 148.1-ci maddədə “keçirən” sözü “keçirilən” sözü ilə, “gömrük brokeri” sözləri “dolayı gömrük təmsilçisi” sözləri ilə əvəz edilsin;
1.62. 149-cu maddə üzrə:
1.62.1. 149.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“149.3. Gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi 15 (on beş) iş günündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə gömrük orqanına təqdim edilməlidir.”;
1.62.2. 149.4-cü maddə üzrə:
1.62.2.1. birinci cümlədə “göstərilən” sözü “nəzərdə tutulan” sözləri ilə əvəz edilsin;
1.62.2.2. ikinci cümlədə “saxlanc xüsusi gömrük proseduru altında” sözləri “saxlancda” sözü ilə əvəz edilsin;
1.63. 150-ci maddə üzrə:
1.63.1. 150.4-cü maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:
“Tələb olunan sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və məlumatlar bəyannaməçidən tələb edilmir. Belə sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda, onların təqdim edilməsi bəyannaməçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya bəyannaməçi tərəfindən təmin edilir.”;
1.63.2. 150.5-ci maddənin birinci cümləsində “Ayrı-ayrı” sözləri “Malların gömrük sərhədindən keçirilməsi üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tələb olunan lisenziya və icazələr istisna olmaqla, digər” sözləri ilə əvəz edilsin;
1.63.3. aşağıdakı məzmunda 150.6-cı maddə əlavə edilsin:
“150.6. Gömrük bəyannaməsinin doldurulması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”;
1.64. aşağıdakı məzmunda 154.6-cı maddə əlavə edilsin:
“154.6. Gömrük orqanlarının elektron informasiya sistemində olan gömrük bəyannaməsi aşağıdakı hərəkətlər 1 (bir) ay ərzində həyata keçirilmədikdə gömrük orqanı tərəfindən ləğv edilir:
154.6.1. bəyan edilmiş mallar gömrük ərazisinə gətirilmədikdə və ya bu ərazidən aparılmadıqda;
154.6.2. düzəliş edilməsi üçün bəyannaməçiyə geri qaytarılmış gömrük bəyannaməsi düzəlişlər edilərək yenidən gömrük orqanına təqdim edilmədikdə;
154.6.3. gömrük orqanına təqdim edilmiş gömrük bəyannaməsi elektron formada bəyannaməçi tərəfindən təsdiq edilmədikdə.”;
1.65. 161-ci maddə üzrə:
1.65.1. 161.1-ci və 161.3-cü maddələrə “operatorlar” sözündən sonra “və “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçiləri” sözləri əlavə edilsin;
1.65.2. aşağıdakı məzmunda 161.5-ci maddə əlavə edilsin:
“161.5. Səlahiyyətli iqtisadi operatorların və “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçilərinin istifadə etdikləri plomblar və ya digər eyniləşdirmə vasitələri müqayisə oluna bilən fiziki təhlükəsizlik dərəcəsinə, şəxslərin müəyyənləşdirilməsinə imkan verən müvafiq rəqəmli kodlara və işarələrə malik olmalıdır.”;
1.66. 162.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Qida və yem məhsulları, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlar, onların üzərində sərəncam vermək hüququ əldə etmək üçün “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qida təhlükəsizliyi sahəsində dövlət nəzarəti tədbirlərinə cəlb olunurlar.”;
1.67. 163.4-cü maddə üzrə:
1.67.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:
“Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallar həmin güzəştlərin verilməsi məqsədlərinə uyğun istifadə olunmaqla gömrük rəsmiləşdirilməsi həyata keçirildikdən sonra 5 il müddətində gömrük nəzarəti altında qalır.”;
1.67.2. ikinci cümləyə “mallardan” sözündən sonra “həmin müddət ərzində” sözləri əlavə edilsin;
1.68. 166-cı maddə üzrə:
1.68.1. 166.0.2-ci maddədə “(müvəqqəti saxlanc və gömrük anbarlarında saxlanc)” sözləri “(gömrük anbarı və sərbəst zona)” sözləri ilə əvəz edilsin;
1.68.2. 166.0.3-cü maddə ləğv edilsin;
1.68.3. 166.0.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 166.0.6-cı maddə əlavə edilsin:
“166.0.6. rüsumsuz ticarət.”;
1.69. 167-ci maddə üzrə:
1.69.1. adından “və lisenziyaların” sözləri çıxarılsın;
1.69.2. 167.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“167.2. Malların saxlancı gömrük orqanının icazəsi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən anbarlarda və gömrük orqanları ilə razılaşdırılmış digər saxlanc yerlərində həyata keçirilir.”;
1.69.3. 167.3-cü maddədən “və 167.2-ci” və “və lisenziya” sözləri çıxarılsın;
1.69.4. 167.3-1-ci maddədə “xüsusi proseduru” sözləri “və son istifadə xüsusi gömrük prosedurları” sözləri ilə əvəz edilsin;
1.69.5. 167.3.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 167.3.4-cü və 167.3.5-ci maddələr əlavə edilsin:
“167.3.4. səlahiyyətli iqtisadi operatorlara;
167.3.5. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə edənlərə.”;
1.69.6. 167.4.1-ci maddəyə “keçirmək” sözündən sonra “və malları eyniləşdirmək” sözləri əlavə edilsin;
1.69.7. 167.4.2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 167.4.3 – 167.4.5-ci maddələr əlavə edilsin:
“167.4.3. xüsusi gömrük proseduruna dair tələblər yerinə yetirildikdə;
167.4.4. müraciət edilən tarixdən əvvəlki 3 (üç) il ərzində gömrük orqanları tərəfindən şəxsə verilmiş icazə ləğv edilmədikdə;
167.4.5. eyni növ gömrük əməliyyatı və mallara dair verilmiş icazə müddətinin uzadılması ilə bağlı müraciət istisna olmaqla, iqtisadi şəraitin təhlili tələb olunmadıqda.”;
1.70. 168.1-ci maddəyə “əməliyyatlarının” sözündən sonra “yazılı, o cümlədən elektron formada” sözləri əlavə edilsin;
1.71. 169-cu maddə üzrə:
1.71.1. 169.1-ci maddədə “və bu Məcəllənin 195-ci maddəsində” sözləri “, bu Məcəllənin 195-ci və 199-cu maddələrində” sözləri ilə əvəz edilsin;
1.71.2. 169.2-ci maddədə “başa çatır” sözləri “gömrük orqanları tərəfindən başa çatdırılır” sözləri ilə əvəz edilsin;
1.72. 172-ci maddədən “onların qorunması, xarici görünüşünün və keyfiyyətinin yaxşılaşdırılması, satış və daşınma üçün hazırlanması məqsədi ilə” sözləri çıxarılsın;
1.73. 173-cü maddə üzrə:
1.73.1. 173.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“173.4. Gömrük orqanları gömrük prosedurunun, o cümlədən gömrük nəzarətinin düzgün həyata keçirilməsini təmin etmək şərtilə şəxsin müraciəti əsasında aşağıdakılara icazə verirlər:
173.4.1. saxlanc, xüsusi istifadə və emal xüsusi gömrük prosedurlarında ekvivalent mallardan istifadə edilməsinə;
173.4.2. daxildə emal xüsusi gömrük proseduru zamanı ekvivalent mallardan əldə olunmuş emal məhsullarının əvəz edilmiş malların idxalından əvvəl ixrac edilməsinə;
173.4.3. xaricdə emal xüsusi gömrük proseduru zamanı ekvivalent mallardan əldə edilmiş emal məhsullarının əvəz edilmiş malların ixracından əvvəl idxal edilməsinə.”;
1.73.2. aşağıdakı məzmunda 173.4-1-ci maddə əlavə edilsin:
“173.4-1. Aşağıdakı hallarda ekvivalent mallardan istifadəyə icazə verilmir:
173.4-1.1. daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallarla adi işləmə formaları həyata keçirildikdə;
173.4-1.2. əsassız olaraq gömrük rüsumlarından və vergilərdən azad olunma məqsədləri aşkar edildikdə.”;
1.74. 174-cü maddə üzrə:
1.74.1. 174.1-ci maddədə “bir yerdən başqa yerə” sözləri “gömrük ərazisinin bir yerindən başqa yerinə” sözləri ilə əvəz edilsin;
1.74.2. 174.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“174.2. Bu Məcəllənin 174.1-ci maddəsində qeyd edilən daşınma aşağıda göstərilənlər əsasında həyata keçirilir:
174.2.1. beynəlxalq tranzit xüsusi gömrük proseduru;
174.2.2. malların daşınmasının gömrük ərazisindən kənarda başlaması və yaxud başa çatması, o cümlədən malların daşınmasının gömrük ərazisinin iki məntəqəsi arasında gömrük ərazisindən kənar ərazidən keçməklə baş verməsi şərtilə beynəlxalq tranzit üzrə beynəlxalq müqavilələr;
174.2.3. mallar Ümumdünya Poçt İttifaqının Aktları əsasında hüquqlara malik olan və öhdəliklər daşıyan subyektlər (poçt rabitəsi operatorları) tərəfindən və ya onlar üçün beynəlxalq poçt göndərişlərinin daşınmasında vasitəçilik edən şəxslər tərəfindən daşındığı halda, bu aktlara müvafiq olaraq beynəlxalq poçt göndərişlərinin mübadiləsi sistemi.”;
1.74.3. 174.3-cü maddə ləğv edilsin;
1.74.4. 174.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“174.4. Malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”;
1.74.5. 174.6-cı maddə ləğv edilsin;
1.75. 175-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“175.1. Daxili tranzit xüsusi gömrük proseduru daxili malların statusunu dəyişmədən gömrük nəzarəti altında gömrük ərazisinin bir yerindən başqa yerinə (o cümlədən xarici ölkənin ərazisindən keçməklə) daşınmasıdır.
175.2. Bu Məcəllənin 175.1-ci maddəsində qeyd edilən daşınma aşağıdakılar əsasında həyata keçirilir:
175.2.1. beynəlxalq müqavilələrdə nəzərdə tutulduqda daxili tranzit xüsusi gömrük proseduru;
175.2.2. beynəlxalq gömrük tranziti üzrə beynəlxalq müqavilələr;
175.2.3. mallar Ümumdünya Poçt İttifaqının Aktları əsasında hüquqlara malik olan və öhdəliklər daşıyan subyektlər (poçt rabitəsi operatorları) tərəfindən və ya onlar üçün poçt göndərişlərinin daşınmasında vasitəçilik edən şəxslər tərəfindən daşındığı halda, bu aktlara müvafiq olaraq poçt göndərişlərinin mübadiləsi sistemi.
175.3. Malların daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”;
1.76. aşağıdakı məzmunda 175-1-ci maddə əlavə edilsin:
“Maddə 175-1. Tranzit xüsusi gömrük proseduru üzrə öhdəliklər
175-1.1. Tranzit xüsusi gömrük prosedurunun sahibi aşağıdakılara görə məsuliyyət daşıyır:
175-1.1.1. hər hansı başqa dəyişikliyə məruz qalmadan malları, mallara dair məlumatları müəyyən edilmiş müddət ərzində və malların eyniləşdirilməsinə imkan verən şəkildə təyinat gömrük orqanına təqdim etmək;
175-1.1.2. prosedurla bağlı gömrük qanunvericiliyinin tələblərinə riayət etmək;
175-1.1.3. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda yarana biləcək gömrük borcuna görə təminat vermək.
175-1.2. Bu Məcəllənin 175-1.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə tam əməl edildiyi andan prosedur sahibinin öhdəlikləri yerinə yetirilmiş hesab olunur.
175-1.3. Tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların daşıyıcısı və ya onları qəbul edən şəxs də bu Məcəllənin 175-1.1.1-ci maddəsində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar.
175-1.4. Prosedur sahibinin əsaslandırılmış müraciətinə əsasən tranzit xüsusi gömrük proseduru ilə bağlı aşağıdakı sadələşdirmə tədbirlərindən istifadə olunur:
175-1.4.1. səlahiyyətli mal göndərən statusu;
175-1.4.2. səlahiyyətli mal alan statusu;
175-1.4.3. malların daşındığı nəqliyyat vasitələrinə gömrük eyniləşdirmə vasitələrinin müstəqil qaydada vurulması və nəqliyyat vasitələrindən çıxarılması;
175-1.4.4. mallar üzərində gömrük nəzarətini həyata keçirmək və tranzit xüsusi gömrük prosedurunu bitirmək üçün gömrük bəyannaməsində göstərilən məlumatların əks olunduğu elektron nəqliyyat sənədinin gömrük bəyannaməsi kimi istifadə edilməsi.
175-1.5. Tranzit xüsusi gömrük proseduru ilə bağlı sadələşdirmə tədbirləri çərçivəsində səlahiyyətli mal alan və səlahiyyətli mal göndərən statusundan irəli gələrək beynəlxalq tranzit xüsusi gömrük prosedurunu başlatma və başa çatdırma əməliyyatları səlahiyyətli iqtisadi operator statusu əldə etmiş şəxslər tərəfindən həyata keçirilir.
175-1.6. Tranzit daşımaları zamanı həm idxal, həm də ixrac əməliyyatlarının aparıldığı eyni gömrük orqanının ərazisində mallar gömrük nəzarəti altında bir nəqliyyat vasitəsindən digər nəqliyyat vasitəsinə yüklənərsə, bu zaman malların gömrük orqanına bəyan edilməsi üçün yalnız bir gömrük bəyannaməsi verilir.
175-1.7. Bu Məcəllənin 175.1.4-cü maddəsində nəzərdə tutulan tranzit xüsusi gömrük proseduru ilə bağlı sadələşdirmə tədbirlərinin tətbiq edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”;
1.77. 176-cı maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“176.1. Xarici mallar idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilir.
176.2. Daxili mallar gömrük qanunvericiliyinə uyğun olaraq saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilə bilər.
176.3. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
176.4. Müvafiq icra hakimiyyəti orqanı gömrük anbarlarının siyahısını nəşr edir, rəsmi internet informasiya ehtiyatında yerləşdirir və məlumatların daimi yenilənməsini təmin edir.”;
1.78. 177-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 177. Anbar və prosedur sahibinin öhdəlikləri
Anbar və prosedur sahibi gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlancından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə və bu malların gömrük nəzarətindən yayındırılmasına görə cavabdehdirlər.”;
1.79. 178 – 180-ci maddələr ləğv edilsin;
1.80. 181.1-ci maddədə “müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş lisenziyası olan şəxslərin” sözləri “bu Məcəllənin 181.5-ci maddəsinə uyğun olaraq müəyyən edilən tələblərə cavab verən” sözləri ilə əvəz edilsin;
1.81.182-ci və 183.1-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“Maddə 182. Gömrük anbarlarında malların emalı
Gömrük orqanlarının razılığı ilə gömrük nəzarətinə xələl gətirməmək və xüsusi gömrük prosedurlarına dair tələblərə əməl etmək şərtilə, malların daxildə emalı və ya son istifadə xüsusi gömrük proseduru altında emalı gömrük anbarında həyata keçirilə bilər. Bu halda mallar gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilmir.”;
“183.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, mallar gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilərək 3 (üç) il müddətində saxlanıla bilər.”;
1.82. “FƏSİL 31 SƏRBƏST ZONA” sözləri çıxarılsın;
1.83. 184.5-ci maddə ləğv edilsin;
1.84. 191-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“Sərbəst zona ləğv edildiyi halda gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətlərə və əməliyyatlara əməl edilməklə şəxslərə öz seçimlərinə əsasən malların gömrük ərazisində yerləşən digər sərbəst zonaya aparılması və ya başqa gömrük proseduru altında yerləşdirilməsi üçün kifayət qədər vaxt verilməlidir.”;
1.85. 192.3.3-cü maddədə “gömrük ərazisindən kənarda təsis edildikdə” sözləri “qeyri-rezident olduqda” sözləri ilə və həmin maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;
1.86. aşağıdakı məzmunda 192.3.4-cü maddə əlavə edilsin:
“192.3.4. gömrük qanunvericiliyində müəyyən edilmiş gömrük rüsumları və vergilərdən tamamilə və ya qismən azadolunma ilə bağlı tələblər yerinə yetirildikdə.”;
1.87. 194-cü maddə üzrə:
1.87.1. 194.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“194.1. Gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə hər təqvim ayı üçün ödənişlərin məbləği, onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir və aylar üzrə ödənilir. Natamam ay üzrə ödənişlər tam aylıq ödənişlərin məbləği miqdarında hesablanır.”;
1.87.2. aşağıdakı məzmunda 194.4-cü maddə əlavə edilsin:
“194.4. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilən mallar gömrük nəzarətinə təqdim edilə bilmədikdə, həmin mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməli və bu Məcəllənin 242.3-cü maddəsində nəzərdə tutulmuş qaydada gömrük rüsumları və vergilər tam ödənilməlidir.”;
1.88. 195-ci maddə üzrə:
1.88.1. 195.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahıya əsasən son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar bu prosedurun məqsədinə uyğun olaraq gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst dövriyyəyə buraxılır. Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsinə gömrük orqanları tərəfindən icazə verilir və qeyd olunan mallar gömrük nəzarəti altında qalır.”;
1.88.2. 195.2.3-cü maddəyə “olunduqda” sözündən sonra “, yaxud gömrük nəzarətinə təqdim edilə bilmədikdə” sözləri əlavə edilsin;
1.88.3. 195.2.4-cü və 195.3-cü maddələr aşağıdakı redaksiyada verilsin:
“195.2.4. son istifadə xüsusi gömrük proseduru üçün müəyyən edilən müddət başa çatdıqda.
195.3. Malların son istifadə xüsusi gömrük proseduru altında qalma müddəti 24 (iyirmi dörd) ay təşkil edir. Göstərilən müddət ərzində son istifadə xüsusi gömrük prosedurunun məqsədinə nail olunmadıqda, gömrük orqanları şəxsin əsaslandırılmış müraciəti üzrə həmin müddəti 12 (on iki) aya qədər uzadır. Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”;
1.88.4. aşağıdakı məzmunda 195.4 – 195.7-ci maddələr əlavə edilsin:
“195.4. Bu Məcəllənin 195.3-cü maddəsində müəyyən edilən müddət başa çatanadək mallar gömrük ərazisindən aparılmalı və ya digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir.
195.5. Son istifadə xüsusi gömrük proseduru zamanı hasilat norması bu Məcəllənin 196-cı maddəsinə uyğun olaraq müəyyən edilir.
195.6. Son istifadə xüsusi gömrük proseduru üçün müəyyən edilmiş məqsədlərə uyğun olaraq malların istifadəsi və ya emalı nəticəsində yaranan tullantılar, qalıqlar və təbii itkilər son istifadə üçün nəzərdə tutulmuş mallar kimi nəzərə alınır.
195.7. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların məhv edilməsi nəticəsində yaranan tullantılar və qalıqlar gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilir.”;
1.89. 196.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“196.2. Hasilat norması və ya orta hasilat norması emal əməliyyatları zamanı aşağıdakı qaydada müəyyənləşdirilir:
196.2.1. daxildə emal zamanı həyata keçirilən və ya həyata keçirilməli olan faktiki şərait əsasında;
196.2.2. xaricdə emal zamanı texnoloji proses əsasında.”;
1.90. 200-cü maddə üzrə:
1.90.1. 200.2.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 200.2.4-cü və 200.2.5-ci maddələr əlavə edilsin:
“200.2.4. gömrük ərazisindən aparılması qadağan edilən, yaxud məhdudlaşdırılan (müvafiq icazə sənədi olmayan) mallar;
200.2.5. eyniləşdirilməsi mümkün olmayan mallar.”;
1.90.2. 200.4-cü maddənin dördüncü cümləsinə “müddət” sözündən sonra “başa çatanadək mallar ixrac gömrük proseduru altında yerləşdirilir, yaxud emal müddəti” sözləri əlavə edilsin;
1.91. aşağıdakı məzmunda 33-1-ci fəsil əlavə edilsin:
“FƏSİL 33-1 RÜSUMSUZ TİCARƏT
Maddə 203-1. Rüsumsuz ticarət xüsusi gömrük proseduru və onun əhatə dairəsi
203-1.1. Rüsumsuz ticarət idxal gömrük rüsumları və vergilər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisinə gətirilmiş xarici malların gömrük ərazisini tərk edən fiziki şəxslərə şəxsi istifadə (istehlak) üçün pərakəndə qaydada rüsumsuz ticarət mağazalarında satılmasını nəzərdə tutan xüsusi gömrük prosedurudur.
203-1.2. Daxili malların rüsumsuz ticarət xüsusi gömrük proseduru altında yerləşdirilərək satışı gömrük orqanlarının icazəsi ilə həyata keçirilir.
203-1.3. Malların rüsumsuz ticarət xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Maddə 203-2. Rüsumsuz ticarət mağazalarının statusu və gömrük nəzarəti
203-2.1. Rüsumsuz ticarət mağazalarının yerləşdiyi ərazi gömrük nəzarəti zonası hesab olunur.
203-2.2. Rüsumsuz ticarət xüsusi gömrük proseduru altında malların yerləşdirilməsi və satışı gömrük orqanlarının nəzarəti ilə həyata keçirilir.
Maddə 203-3. Rüsumsuz ticarət mağazalarının fəaliyyətinin hüquqi tənzimlənməsi
203-3.1. Rüsumsuz ticarət mağazalarının yaradılmasına icazənin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi, ləğvi və şərtlərinə riayət olunmasına nəzarət “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
203-3.2. Müvafiq icra hakimiyyəti orqanı rüsumsuz ticarət mağazalarının reyestrini aparır, onların siyahısını nəşr edir, rəsmi internet informasiya ehtiyatında yerləşdirir və məlumatların daimi yenilənməsini təmin edir.
Maddə 203-4. Rüsumsuz ticarət xüsusi gömrük prosedurunun başa çatması
Rüsumsuz ticarət xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üzərində gömrük nəzarəti həmin mallar təkrar ixrac və ya digər gömrük proseduru altında yerləşdirildikdə, məhv edildikdə, yaxud onlardan dövlətin xeyrinə imtina olunduqda başa çatmış hesab olunur.
Maddə 203-5. Rüsumsuz ticarət mağazası ləğv edildikdə malların gömrük rəsmiləşdirilməsi
Rüsumsuz ticarət mağazası ləğv edildikdə rüsumsuz ticarət xüsusi gömrük proseduru altında yerləşdirilmiş xarici mallar təkrar ixrac və ya bütün gömrük ödənişləri ödənilməklə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında, bu mümkün olmadıqda isə müvəqqəti saxlanc və ya gömrük anbarında yerləşdirilməlidir.”;
1.92. 204-cü maddə üzrə:
1.92.1. 204.2-ci və 204.5-ci maddələrdə “daşınma proseduru altında yerləşdirilmiş” sözləri “daşınan” sözü ilə əvəz edilsin;
1.92.2. 204.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“204.4. Kabotaj daşıyan gəminin göyərtəsində bəyan edilməmiş, yaxud gömrük prosedurları altında yerləşdirilmiş mallar olduqda, həmin gəmi yükləmə və boşaltma yerinə gəldikdən sonra gömrük orqanları kabotaj daşınan malların mümkün qədər qısa müddət ərzində yüklənməsinə və boşaldılmasına icazə verirlər.”;
1.93. 205.2-ci maddədə “bağlamalara” sözü “nəqliyyat vasitələrinə, onların yük hissəsinə və tutumlarına, o cümlədən bağlamalara, müşayiət olunan və olunmayan baqajlara” sözləri ilə əvəz edilsin;
1.94. 206-cı maddə üzrə:
1.94.1. 206.0-cı maddədə “bağlamalara” sözü “nəqliyyat vasitələrinə, onların yük hissəsinə və tutumlarına, bağlamalara, müşayiət olunan və olunmayan baqajlara” sözləri ilə əvəz edilsin;
1.94.2. 206.0.1-ci maddədə “bağlamada” sözü “nəqliyyat vasitələrinin yük hissəsində və tutumlarında, o cümlədən bağlamalarda, müşayiət olunan və olunmayan baqajlarda” sözləri ilə əvəz edilsin;
1.94.3. 206.0.2-ci maddədə “bağlamalarda” sözü “nəqliyyat vasitələrinin yük hissəsində və tutumlarında, o cümlədən bağlamalarda, müşayiət olunan və olunmayan baqajlarda” sözləri ilə əvəz edilsin;
1.94.4. 206.0.3.1-ci maddədə “bağlamaların içərisində” sözləri “nəqliyyat vasitələrinin yük hissəsində və tutumlarında, o cümlədən bağlamalarda” sözləri ilə əvəz edilsin;
1.94.5. 206.0.3.2-ci maddədə “bağlamaların içərisində” sözləri “bağlamalarda” sözü ilə əvəz edilsin;
1.95. aşağıdakı məzmunda 220.3-cü maddə əlavə edilsin:
“220.3. Malların gömrük dəyəri Azərbaycan Respublikasının milli valyutası ilə bəyan edilir.”;
1.96. 221.1-ci maddənin ikinci cümləsində “ən geci 24 saat” sözləri “1 (bir) iş günü” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Əlavə araşdırma tələb olunduğu halda bəyannaməçiyə bu barədə bildiriş təqdim edilməklə göstərilən müddət 1 (bir) iş günü müddətinə uzadılır.”;
1.97. 224.2-ci maddədə “, alınması və hesablara daxil edilməsi” sözləri “və ödənilməsi” sözləri ilə əvəz edilsin;
1.98. 234-cü maddə ləğv edilsin;
1.99. aşağıdakı məzmunda 239-1-ci maddə əlavə edilsin:
“Maddə 239-1. Ödənilmiş gömrük ödənişlərinin yaranmış gömrük borcu üzrə nəzərə alınması
Gömrük ərazisində son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən qismən azad olunmaqla sərbəst dövriyyəyə buraxılmış, o cümlədən həmin ödənişlərdən qismən azad olunmaqla müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi, yaxud onların məhv edilməsi nəticəsində yaranan qalıqların və tullantıların gömrük rəsmiləşdirilməsi zamanı gömrük borcu hesablanarkən həmin mallara görə əvvəllər ödənilmiş gömrük rüsumlarının və vergilərin məbləği nəzərə alınır.”;
1.100. 242-ci maddə üzrə:
1.100.1. 242.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“242.3. Gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması, habelə gömrük ödənişləri üzrə güzəşt və azadolmaların tətbiqi idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır, həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri, güzəşt və azadolmalara dair normativ hüquqi aktların müddəaları əsas götürülür.”;
1.99.2. aşağıdakı məzmunda 242.3-1-ci maddə əlavə edilsin:
“242.3-1. Daxildə emal xüsusi gömrük proseduru nəticəsində əldə olunan emal məhsulları üzrə gömrük borcu həmin malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə dair gömrük bəyannaməsi təsdiq olunduğu vaxt malların tarif təsnifatı, gömrük dəyəri, miqdarı, xassələri və mənşəyi əsas götürülməklə müəyyən edilir.”;
1.101. 244-cü maddə üzrə:
1.101.1. 244.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“244.1. Gömrük borcu gömrük orqanına, beynəlxalq poçt göndərişləri ilə göndərilən mallar üçün isə poçt rabitəsinin milli operatoruna nağdsız qaydada ödənilir.”;
1.101.2. 244.2-ci maddəyə “ödənişlərin” sözündən sonra “nağdsız qaydada” sözləri əlavə edilsin və həmin maddədə “yaradılmalıdır” sözü “yaradılır, həmçinin ödəniş terminalları quraşdırılır” sözləri ilə əvəz edilsin;
1.100.3. 244.4-cü maddədə “rabitəsi operatorları” sözləri “rabitəsinin milli operatoru” sözləri ilə, “köçürürlər” sözü “köçürür” sözü ilə əvəz edilsin;
1.102. 250-ci maddə üzrə:
1.102.1. aşağıdakı məzmunda 250.2-1-ci maddə əlavə edilsin:
“250.2-1. Tranzit xüsusi gömrük proseduru zamanı təminat, yarana biləcək gömrük borcuna bərabər səviyyədə və ya riskin qiymətləndirilməsi əsasında müəyyən edilən səviyyədə verilir.”;
1.102.2. aşağıdakı məzmunda 250.8-1-ci maddə əlavə edilsin:
“250.8-1. Bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə edilməklə verilmiş təminat başa çatmamışdırsa, malların buraxılışından sonra aşkarlanmış gömrük borcunun ödənilməsi həmin təminatdan istifadə olunmaqla təmin edilə bilər.”;
1.103. 257-ci maddənin mətni və 258.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“257.1. Gömrük borcu tam məbləğdə ödənildikdə təminat başa çatmış hesab edilir.
257.2. Gömrük borcunun bir qismi ödənildikdə, yaxud gömrük borcu təminat verilən öhdəliyin bir qisminə münasibətdə yarandıqda şəxsin müraciəti əsasında təminatın müvafiq hissəsi başa çatmış hesab olunur.”;
“258.1.3. qarantiya;”;
1.104. 259.2-ci maddədə “Mülki Məcəlləsi” sözləri “normativ hüquqi aktları” sözləri ilə əvəz edilsin;
1.105. 261-ci maddə üzrə:
1.105.1. adında “Bank qarantiyası” sözləri “Qarantiya” sözü ilə əvəz edilsin;
1.105.2. 261.4-cü maddədə “yaxud bank qarantiyası” sözləri “lisenziyasında qarantiya verilməsi istisna edilən, yaxud qarantiya ilə təmin olunmuş gömrük borcu” sözləri ilə əvəz edilsin;
1.106. 265-ci maddənin üçüncü cümləsinə “ödənişlərini” sözündən sonra “və dəbbə pulunu” sözləri əlavə edilsin;
1.107. 270.1-ci maddədə “1 (bir)” sözləri “3 (üç)” sözləri ilə əvəz edilsin;
1.108. 271.1.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 271.1.6-cı maddə əlavə edilsin:
“271.1.6. bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulan müddətin bitməsi.”;
1.109. 279.1-ci maddədə “üzərində və elektron daşıyıcılarda aparır” sözləri “daşıyıcıda və elektron informasiya sistemi vasitəsilə elektron formada aparır, həmçinin reyestrə daxil etdiyi əqli mülkiyyət hüquqlarının obyektləri barədə məlumatları özünün rəsmi internet informasiya ehtiyatında yerləşdirir və məlumatların daimi yenilənməsini təmin edir” sözləri ilə əvəz edilsin;
1.110. 280-ci maddə üzrə:
1.110.1. 280.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“280.4. Bu Məcəllənin 280.2.5-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsi üçün ərizəçi, bu Məcəllənin 258.1-ci maddəsində göstərilən təminatlardan birini zərər və xərc yaranan zaman gömrük orqanına təqdim etməlidir. Həmin təminatın məbləğinin hesablanması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”;
1.110.2. aşağıdakı məzmunda 280.10 – 280.12-ci maddələr əlavə edilsin:
“280.10. Müvafiq icra hakimiyyəti orqanı tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara dair reyestrə daxil edilməsi üçün təqdim edilmiş məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə digər səlahiyyətli dövlət orqanları (qurumları) ilə məlumat mübadiləsini həyata keçirir.
280.11. Əqli mülkiyyət hüquqlarının qorunması və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara dair məlumatların reyestrə daxil edilməsi, həmçinin əqli mülkiyyət hüquqlarının qorunması müddətinin uzadılması barədə müraciət edilərkən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə gömrük yığımı ödənilir.
280.12. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara dair məlumatlar reyestrdən çıxarılarkən ödənilmiş gömrük yığımı qaytarılmır.”;
1.111. 283-cü maddə üzrə:
1.111.1. 283.1-ci maddənin birinci cümləsinə “ilə” sözündən sonra “bu Məcəllənin 283.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla,” sözləri əlavə edilsin;
1.111.2. aşağıdakı məzmunda 283.1-1-ci maddə əlavə edilsin:
“283.1-1. Barəsindəki məlumatlar reyestrə daxil edilmiş tez xarab olan malların gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı onların pirat və ya kontrafakt olması əlamətləri aşkar edilərsə, belə malların buraxılışı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxsin qərarı ilə 3 (üç) iş günü müddətinə dayandırılır. Müraciət edən şəxsin əsaslandırılmış müraciəti olduqda göstərilən müddət daha 3 (üç) iş gününədək uzadılır.”;
1.111.3. 283.2-ci maddənin birinci cümləsində “yazılı” sözündən sonra “, o cümlədən elektron” sözləri əlavə edilsin;
1.112. aşağıdakı məzmunda 284.3-cü maddə əlavə edilsin:
“284.3. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan, lakin barəsindəki məlumatlar reyestrə daxil edilməmiş, habelə ərizəçinin müraciətində göstərilməmiş malların pirat və ya kontrafakt olması əlamətlərini gömrük orqanları aşkar etdikdə, buraxılışının dayandırılması nəticəsində gömrük orqanlarının çəkdiyi xərclərin əvəzi bu Məcəllənin 284.2-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir.”;
1.113. 286-cı maddə üzrə:
1.113.1. 286.1-ci maddədə və 286.4-cü maddənin birinci abzasında “maddəsində” sözü “və 283.1-1-ci maddələrində” sözləri ilə əvəz edilsin;
1.113.2. 286.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Malların buraxılışının dayandırılması, məhkəmə qərarı qanuni qüvvəyə mindikdə başa çatır.”;
1.114. 287-ci maddə üzrə:
1.114.1. 287.1-ci maddədə “maddəsində” sözü “və 283.1-1-ci maddələrində” sözləri ilə əvəz edilsin;
1.114.2. aşağıdakı məzmunda 287.3 – 287.5-ci maddələr əlavə edilsin:
“287.3. Gömrük sərhədindən keçirilən malların pirat və ya kontrafakt hesab edilməsi barədə qərar qəbul edildikdə, həmin mallar şəxs tərəfindən öz seçimi ilə dərhal gömrük ərazisindən geri aparılır və ya məhv edilir, yaxud onlardan dövlətin xeyrinə imtina olunur.
287.4. Gömrük orqanları gömrük sərhədindən keçirilən və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsini, o cümlədən əqli mülkiyyət hüquqlarının qorunmasını təmin etmək məqsədilə digər dövlətlərin səlahiyyətli orqanları və qurumları ilə beynəlxalq müqavilələrə uyğun olaraq əməkdaşlıq edirlər.
287.5. Əqli mülkiyyət obyektləri üzərində hüquqların qorunması məqsədilə aşağıdakı məlumatlar mübadilə olunur:
287.5.1. əqli mülkiyyət sahəsində normativ hüquqi aktların pozulması yolu ilə daşınmasına şübhə doğuran mallar barədə;
287.5.2. bu Məcəllənin 287.4-cü maddəsində nəzərdə tutulan dövlətlərlə qarşılıqlı ticarətdə malların əqli mülkiyyət hüquqlarının pozulmasına dair aşkar edilmiş faktlar barədə.”;
1.115. 288-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“Bu Məcəllənin 49-cu fəsli fiziki şəxslər tərəfindən gömrük sərhədindən şəxsi istifadə miqdarında keçirilən, yaxud beynəlxalq poçt göndərişləri ilə göndərilən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan mallara, o cümlədən hüquq sahibinin qanuni əsaslarla gömrük ərazisinə gətirdiyi, onun razılığı ilə sərbəst dövriyyəyə buraxılmış və ya tranzit xüsusi gömrük proseduru altında yerləşdirilməklə gömrük sərhədindən keçirilən mallara münasibətdə tətbiq edilmir.”;
1.116. XVI bölmənin və 50-ci fəslin adlarında “VASİTƏSİ” sözü “VASİTƏSİLƏ VƏ SÜRƏTLİ (EKSPRES) DAŞINMA YOLU” sözləri ilə əvəz edilsin;
1.117. aşağıdakı məzmunda 291.4-cü və 292-1 – 292-3-cü maddələr əlavə edilsin:
“291.4. Beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi məqsədilə bu Məcəllənin 289.1.3 - 289.1.6-cı maddələrində nəzərdə tutulan beynəlxalq poçt göndərişlərinə dair məlumatlar gömrük orqanlarının elektron informasiya sistemi vasitəsilə göndərilməlidir.”;
“Maddə 292-1. Malların sürətli (ekspres) daşınması
292-1.1. İnformasiya sistemlərindən istifadə edilməklə elektron ticarət yolu ilə alınan mallar müvafiq qaimə əsasında istənilən nəqliyyat vasitəsilə daşınaraq alıcıya çatdırılır.
292-1.2. Sürətli (ekspres) daşınma yolu ilə daşınan mallar gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi başa çatanadək və onların buraxılışına icazə verilənədək gömrük nəzarəti altında olurlar.
Maddə 292-2. Sürətli (ekspres) daşınan malların gömrük sərhədindən keçirilməsinin xüsusiyyətləri
292-2.1. Aşağıdakı malların sürətli (ekspres) daşınma yolu ilə gömrük sərhədindən keçirilməsinə icazə verilmir:
292-2.1.1. mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyalar;
292-2.1.2. müvafiq icazə sənədləri olmayan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar.
292-2.2. Bu Məcəllənin 292-2.1-ci maddəsində nəzərdə tutulmuş mallar sürətli (ekspres) daşınma yolu ilə gömrük sərhədindən keçirilərkən gömrük orqanları tərəfindən bu Məcəlləyə və gömrük işi üzrə digər normativ hüquqi aktlara uyğun olaraq götürülür.
Maddə 292-3. Sürətli (ekspres) daşınan malların bəyan olunması və gömrük rəsmiləşdirilməsi
292-3.1. Sürətli (ekspres) daşınma yolu ilə gömrük sərhədindən keçirilən mallar əvvəlcədən gömrük orqanlarına bəyan olunur və onların daşınmasını həyata keçirən şəxslər tərəfindən gömrük orqanlarına təqdim edilir.
292-3.2. Sürətli (ekspres) daşınma yolu ilə gömrük ərazisinə gətirilən və ya bu ərazidən aparılan istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların bəyan edilməsi və gömrük rəsmiləşdirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş güzəştli və sadələşdirilmiş qaydada həyata keçirilir.
292-3.3. Sürətli (ekspres) daşınma yolu ilə gömrük sərhədindən istehsal, yaxud kommersiya məqsədləri üçün keçirilən mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada gömrük bəyannaməsi təqdim olunmaqla gömrük orqanlarına bəyan edilir.
292-3.4. Gömrük ərazisinə gətirilməsinə və bu ərazidən aparılmasına müvafiq icazə əsasında yol verilən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların gömrük rəsmiləşdirilməsi zamanı onları alan və göndərən şəxslər (həmin şəxslərin səlahiyyətli nümayəndələri) gömrük orqanlarına müvafiq icazə sənədini təqdim edirlər.”;
1.118. 293.4-cü maddənin birinci cümləsindən “, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməməsi şərti ilə,” sözləri çıxarılsın;
1.119. 299.4-cü maddə ləğv edilsin;
1.120. 301.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“301.1. Fiziki şəxslər gömrük sərhədindən keçirdikləri yazılı formada bəyan edilən mallara dair gömrük ödənişlərini yalnız nağdsız qaydada ödəyirlər.”;
1.121. aşağıdakı məzmunda 306-1-ci maddə əlavə edilsin:
“Maddə 306-1. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların müvəqqəti saxlanca verilməsi
306-1.1. Malların müvəqqəti saxlanc anbarında yerləşdirilməsi fiziki şəxslər tərəfindən təqdim edilən sadələşdirilmiş bəyannamə və gömrük orqanları tərəfindən tərtib olunan akt əsasında həyata keçirilir.
306-1.2. Malların müvəqqəti saxlanc anbarlarında qalma müddəti onların xüsusiyyətləri nəzərə alınmaqla gömrük orqanları tərəfindən 1 (bir) aydan çox olmayan müddətdə müəyyən edilir.
306-1.3. Fiziki şəxslər tərəfindən gömrük ərazisinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddən artıq gətirilən və təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan qida məhsullarının müvəqqəti saxlanc anbarında yerləşdirilməsinə yol verilmir. Bu halda mallar şəxsin seçimi əsasında gömrük ərazisindən geri qaytarılmalı, yaxud gömrük orqanının vəzifəli şəxsinin iştirakı ilə məhv edilməlidir.
306-1.4. Gömrük ərazisinə gətirilməsi qadağan edilən malları gömrük ərazisindən dərhal çıxarmaq mümkün olmadıqda, həmin malların müvəqqəti saxlanc anbarında saxlanc müddətinin son həddi 3 (üç) sutkadır.
306-1.5. Malların müvəqqəti saxlanc anbarında qalma müddətində fiziki şəxslər aşağıdakı hüquqlara malikdirlər:
306-1.5.1. tələb olunan gömrük ödənişlərini ödəməklə, həmçinin “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulduqda müvafiq lisenziya və ya icazə sənədini təqdim etməklə malları götürmək;
306-1.5.2. malları gömrük ərazisindən geri qaytarmaq;
306-1.5.3. mallardan dövlətin xeyrinə imtina etmək.
306-1.6. Malların müvəqqəti saxlanc anbarında saxlancına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məbləğdə gömrük yığımı ödənilir.
306-1.7. Bu Məcəllənin 306-1.2-ci və 306-1.4-cü maddələrində nəzərdə tutulmuş saxlanc müddətinin son həddi keçmiş mallar barəsində sərəncam verilməsi bu Məcəllənin 57-ci fəsli ilə tənzimlənir.
306-1.8. Malların müvəqqəti saxlanc anbarında yerləşdirilməsi barədə aktın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.”;
1.122. 53-cü fəslin adında “NÜMAYƏNDƏLİKLƏRİ VƏ ONLARIN ƏMƏKDAŞLARI, HABELƏ” sözləri “AZƏRBAYCAN RESPUBLİKASINDAKI DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏRİ VƏ KONSULLUQLARI, BEYNƏLXALQ TƏŞKİLATLAR VƏ ONLARIN NÜMAYƏNDƏLİKLƏRİ, HABELƏ BU QURUMLARIN ƏMƏKDAŞLARI VƏ” sözləri ilə əvəz edilsin;
1.123. 307-ci maddənin adına “dövlətlərin” sözündən sonra “Azərbaycan Respublikasındakı” sözləri əlavə edilsin.
1.124. 308-ci maddə üzrə:
1.124.1. adında və 308.1-ci maddədə “diplomatik nümayəndəliklərinin başçıları və diplomatik heyətinin” sözləri “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin başçıları və digər diplomatik heyət” sözləri ilə əvəz edilsin;
1.124.2. 308.2-ci maddə ləğv edilsin;
1.124.3. 308.3-cü maddədə “diplomatik nümayəndəliklərinin başçılarının, diplomatik heyətinin” sözləri “Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin başçılarının və digər diplomatik heyət” sözləri ilə əvəz edilsin;
1.125. 309-cu maddənin adına və 309.1-ci maddəyə “dövlətlərin” sözündən sonra “Azərbaycan Respublikasındakı” sözləri əlavə edilsin;
1.126. 310-cu maddənin adına və mətninə “dövlətlərin” sözündən sonra “Azərbaycan Respublikasındakı diplomatik” sözləri əlavə edilsin;
1.127. 311-ci maddə üzrə:
1.127.1. adında “konsulluq nümayəndəlikləri” sözləri “Azərbaycan Respublikasındakı konsulluqları” sözləri ilə əvəz edilsin;
1.127.2. 311.1-ci maddə aşağıdakı redasksiyada verilsin:
“311.1. Xarici dövlətlərin Azərbaycan Respublikasındakı konsulluqlarına, onların başçılarına, digər vəzifəli şəxslərinə və inzibati-texniki işləri həyata keçirən əməkdaşlarına, habelə göstərilən şəxslərin ailə üzvlərinə (həmin əməkdaşlar və onların ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşı deyilsə və ya Azərbaycan Respublikasında daimi yaşamırlarsa) xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəlikləri və ya diplomatik nümayəndəliyin müvafiq heyəti üçün bu Məcəllədə nəzərdə tutulmuş qaydada gömrük ödənişlərinə dair güzəştlər tətbiq edilir.”;
1.126.3. 311.2-ci maddəyə “dövlətlərin” sözündən sonra “Azərbaycan Respublikasındakı diplomatik” sözləri əlavə edilsin və “konsulluq nümayəndəliklərinin” sözləri “xarici dövlətlərin Azərbaycan Respublikasındakı konsulluqlarının” sözləri ilə əvəz edilsin;
1.128. 316-cı maddə üzrə:
1.128.1. adında “nəzdindəki xarici dövlət” sözləri “Azərbaycan Respublikasındakı” sözləri ilə əvəz edilsin;
1.128.2. mətnində “nəzdindəki xarici dövlət” sözləri Azərbaycan Respublikasındakı” sözləri ilə, “müvafiq” sözü “bu Məcəllə, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu və” sözləri ilə əvəz edilsin;
1.129. 319-cu maddə üzrə:
1.129.1. 319.1-ci maddədə “qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini” sözləri “bölmələrini, qrupunu, onların mövqeyini, yarımmövqeyini, alt yarımmövqeyini” sözləri ilə əvəz edilsin;
1.129.2. 319.2-ci maddəyə birinci halda “nomenklaturasının” sözündən sonra “əsas” sözü əlavə edilsin və həmin maddədə “mövqelərə” sözü “bölmələrə, qruplara və mal mövqelərinə” sözləri ilə əvəz edilsin;
1.129.3. aşağıdakı məzmunda 319.4-1-ci maddə əlavə edilsin:
“319.4-1. Malların sinifləşdirilməsi zamanı bölmələrə, mal qruplarına, onların mövqelərinə, yarımmövqelərinə və alt yarımmövqeyinə dair ətraflı məlumatların əldə edilməsi məqsədilə bu Məcəllənin 319.4-cü maddəsində nəzərdə tutulmuş beynəlxalq müqavilələrin rəsmi və ayrılmaz hissəsi olan Harmonik Sistemin İzahnaməsindən istifadə edilir.”;
1.130. 321.4-cü maddənin ikinci cümləsində “rəylər” sözü “sınaq nəticələri, habelə malların tərkibi və digər göstəricilərini özündə əks etdirən sənəd və materiallar” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə koduna dair Azərbaycan Respublikası gömrük ekspertizası qurumunun rəyi digər ölkələrin və qurumların ekspertiza aktları, arayışları və rəylərindən, həmçinin digər ölkələrin ixrac bəyannamələrində malların təsnifatına dair göstərilən məlumatlardan üstün hesab edilir.”;
1.131. 322-ci maddə üzrə:
1.131.1. aşağıdakı məzmunda 322.1.1-1 – 322.1.1-4-cü maddələr əlavə edilsin:
“322.1.1-1. avtonəqliyyat vasitələrinin ekoloji sinfinin və texniki uyğunluğunun müəyyən edilməsi;
322.1.1-2. gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağan edilmiş, yaxud məhdudlaşdırılmış malların müəyyən edilməsi;
322.1.1-3. kimyəvi silahların, habelə onların hazırlanması, istehsalı və artırılmasında (yığılmasında) istifadə olunan kimyəvi maddələrin müəyyən edilməsi;
322.1.1-4. tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara dair sahiblik hüququnun müəyyən edilməsi;”;
1.131.2. 322.1.6-cı maddədə “ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və” sözləri “sərhədlərarası daşınmasına icazə əsasında yol verilən və ya qadağan olunmuş təhlükəli” sözləri ilə əvəz edilsin;
1.131.3. 322.1.8-ci maddə ləğv edilsin;
1.131.4. 322.9-cu maddənin birinci cümləsinə və 322.12-ci maddənin ikinci cümləsinə “yazılı” sözündən sonra “, o cümlədən elektron” sözləri əlavə edilsin;
1.131.5. 322.14-cü maddədə “ekspertizası aparılarkən” sözləri “ekspertizasının məqsədləri üçün” sözləri ilə əvəz edilsin;
1.132. 323-cü maddə üzrə:
1.132.1. aşağıdakı məzmunda 323.2.1-1-ci maddə əlavə edilsin:
“323.2.1-1. prob və nümunələrin götürülməsi zaman xüsusi biliklərə malik olan ekspertin iştirakına zərurət yarandıqda, elmi dəstəyin verilməsi məqsədilə müşahidəçi qismində prob və nümunələrin götürülməsində iştirak etmək;”;
1.132.2. 323.2.3-cü maddəyə “yazılı” sözündən sonra “, o cümlədən elektron formada” sözləri əlavə edilsin;
1.132.3. 323.2-1-ci maddədə “qədər olmadıqda,” sözləri “etmədikdə, habelə ekspertizanın aparılması elmi və ya texniki səbəblərdən mümkün olmadıqda” sözləri ilə əvəz edilsin;
1.133. 324.2-ci maddənin ikinci cümləsinə “yazılı” sözündən sonra “, o cümlədən elektron formada” sözləri əlavə edilsin;
1.134. 325.1-ci maddəyə “yazılı” sözündən sonra “, o cümlədən elektron” sözləri əlavə edilsin;
1.135. 326.1-ci maddəyə “yarandıqda,” sözündən sonra “həmçinin tədqiqat obyektinə dair əlavə məlumatlar təqdim edildikdə” sözləri əlavə edilsin;
1.136. 327.1-ci maddəyə “habelə” sözündən sonra “gömrük sərhədini keçdiyi gündən 6 (altı) ay müddətində rəsmiləşdirilməmiş və ya rəsmiləşdirilməsi başa çatmamış, eləcə də” sözləri əlavə edilsin.
Maddə 2. Bu Qanun dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti

