“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında

Qanun layihələri
05 iyun 2026   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

05 iyun 2026

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
 
Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213 (Cild I); 2024, № 1, maddə 6, № 4, maddə 365, № 7, maddə 744, № 8, maddə 934; 2025, № 1, maddələr 1, 16, № 2, maddə 96, № 4 (I kitab), maddə 322, № 7, maddələr 606, 608; 2026, 
№ 1, maddələr 8, 16, № 2, maddə 110; Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 367-VIIQD nömrəli, 3 mart tarixli 376-VIIQD nömrəli və 10 aprel tarixli    383-VIIQD qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1.  65-ci maddə üzrə:
1.1.1.  5-1-ci hissə aşağıdakı redaksiyada verilsin:
“5-1.  Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi attestasiyadan keçirildikdə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş səlahiyyətli struktur bölmə (şəxs) attestasiyanın keçirilməsində birbaşa və ya dolayı yolla iştirak etməməlidir.”;
1.1.2.  “Qeyd” hissəsi ləğv edilsin;
1.2.  187-ci maddənin 4-cü hissəsi aşağıdakı redaksiyada verilsin:
“4. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs ona qisas almaq məqsədilə intizam tədbirlərinin tətbiqinə dair dəlillər irəli sürdükdə həmin dəlillərin təkzib edilməsi işəgötürənin üzərinə düşür.”.
 
Maddə 2. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 750 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
2.1.  13.1-ci maddənin ikinci cümləsində “birbaşa rəhbərinə” sözləri “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş səlahiyyətli struktur bölməyə (şəxsə)” sözləri ilə əvəz edilsin;
2.2.  14-cü maddə üzrə:
2.2.1. 14.1-ci maddənin ikinci cümləsində “Qanunda” sözü “Azərbaycan Respublikasının Qanununda” sözləri ilə əvəz edilsin;
2.2.2.  14.2-ci maddədə “birbaşa rəhbərinin” sözləri “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş səlahiyyətli struktur bölmənin (şəxsin)” sözləri ilə əvəz edilsin;
2.2.3.  15.5-ci maddənin ikinci cümləsində “birbaşa və ya yuxarı rəhbərinə” sözləri “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş səlahiyyətli struktur bölməyə (şəxsə)” sözləri ilə əvəz edilsin.
 
Maddə 3. “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 683 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
3.1.  11.1-ci maddənin ikinci cümləsində “birbaşa rəhbərinə” sözləri “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş səlahiyyətli struktur bölməyə (şəxsə)” sözləri ilə əvəz edilsin;
3.2.  12.2-ci maddədə “birbaşa rəhbərinin” sözləri “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş səlahiyyətli struktur bölmənin (şəxsin)” sözləri ilə əvəz edilsin;
3.3.  13.4-cü maddəsinin ikinci cümləsində “birbaşa və ya yuxarı rəhbərinə” sözləri “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş səlahiyyətli struktur bölməyə (şəxsə)” sözləri ilə əvəz edilsin.
 
                                                  Azərbaycan Respublikasının Prezidenti
 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU