Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Qanun layihələri
12 iyun 2026   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

12 iyun 2026

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10–13-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 478 (Cild I); 2024, № 3, maddə 250, № 7, maddə 770, № 12 (II kitab), maddə 1338; 2025, № 4 (I kitab), maddə 315, № 7, maddələr 610, 631, № 8, maddələr 738, 744) 56-cı maddəsinin 2-ci hissəsinin dördüncü cümləsinə ikinci halda “verilməsi” sözündən sonra “, “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq torpaq sahələri üzərində hüquqların özəl tərəfdaşa ötürülməsi məqsədilə həmin torpaq sahələrinin dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi” sözləri əlavə edilsin. 
Maddə 2. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 154 (Cild I); 2024, № 11, maddə 1192, № 12 (II kitab), maddə 1338) 10-cu maddəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. birinci hissənin ikinci cümləsinə ikinci halda “verilməsi” sözündən sonra “, habelə “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq torpaq sahələri üzərində hüquqların özəl tərəfdaşa ötürülməsi məqsədilə həmin torpaq sahələrinin dövlət icarəsinə verilməsi” sözləri əlavə edilsin;
2.2. aşağıdakı məzmunda on birinci hissə əlavə edilsin:
“Dövlət-özəl tərəfdaşlığı layihəsini həyata keçirmək məqsədilə dövlət mülkiyyətində olan torpaq sahəsi özəl tərəfdaşa “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq səlahiyyətli orqanla özəl tərəfdaş arasında bağlanılan icarə müqaviləsinə əsasən icarəyə verilir.”. 
Maddə 3. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 390 (Cild I); 2024, № 12 (II kitab), maddə 1338; 2025, № 4 (I kitab), maddə 315, № 8, maddə 744) 8-ci maddəsinin birinci hissəsinin ikinci cümləsinə ikinci halda “verilməsi” sözündən sonra “, “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq torpaq sahələri üzərində hüquqların özəl tərəfdaşa ötürülməsi məqsədilə həmin torpaq sahələrinin dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi” sözləri əlavə edilsin. 
Maddə 4. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 580 (Cild I); 2024, № 4, maddə 371; 2025, № 4 (I kitab), maddə 315) 4.0.4-cü maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.0.5-ci maddə əlavə edilsin:
“4.0.5. “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəl tərəfdaşlığı müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi halları.”.
Maddə 5. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 520 (Cild I); 2025, № 4 (I kitab), maddə 315, № 7, maddə 618, № 8, maddə 738) 9.1-ci maddəsinə ikinci halda “halları” sözündən sonra “, “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq torpaq sahələri üzərində hüquqların özəl tərəfdaşa ötürülməsi məqsədilə həmin torpaq sahələrinin dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi” sözləri əlavə edilsin.
Maddə 6. “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 536 (Cild I); 2025, № 4 (I kitab), maddə 318) aşağıdakı məzmunda 3.5-ci maddə əlavə edilsin:
“3.5. “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müsabiqənin şərtlər toplusunda nəzərdə tutulduğu halda özəl tərəfdaşa tənzimlənən qiymətlərin səviyyəsinə dair təminat verilir.”.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU