Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında

Qanun layihələri
12 iyun 2026   
    
  • I OXUNUŞ
  • II OXUNUŞ
  • III OXUNUŞ
  • Müzakirədə iştirak edin

12 iyun 2026

                                                                                                                 Layihə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq  qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası gəlirlər 39 184 560,9 min manat, xərclər 38 604 559,6 min manat məbləğində olmaqla təsdiq edilsin.

Maddə 2. Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icra olunmuş gəlirləri və xərcləri aşağıdakı kimi qəbul edilsin:

Sıra
№-si

Göstəricilər

Məbləğ
(manatla)

2.1.

Gəlirlərin mənbələri

39 184 560 879

 2.1.1.

Fiziki şəxslərin gəlir vergisi

2 021 472 252

 2.1.2.

Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi

6 694 634 192

 2.1.3.

Hüquqi şəxslərin torpaq vergisi

47 341 230

 2.1.4.

Hüquqi şəxslərin əmlak vergisi

355 694 140

 2.1.5.

Əlavə dəyər vergisi

8 944 774 941

 2.1.5.1.

Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi

4 322 334 695

 2.1.6.

Sadələşdirilmiş vergi

415 880 618

 2.1.7.

Aksizlər

1 696 893 810

 2.1.7.1.

Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksizlər

232 749 739

 2.1.8.

Yol vergisi

132 197 084

 2.1.8.1.

Azərbaycan Respublikasının ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi

44 020 775

 2.1.9.

Mədən vergisi

148 068 284

 2.1.10.

Gömrük rüsumları

1 770 793 905

 2.1.11.

Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar

90 842 027

 2.1.12.

Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar

2 001 000

 2.1.13.

Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər

636 642 654

 2.1.14.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar (transfertin yuxarı həddi)

14 481 000 000

 2.1.15.

Dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə və idarəetməyə verilməsindən daxilolmalar

46 528 745

 2.1.16.

Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar

16 290 277

 2.1.17.

Dövlət rüsumu

332 197 539

 2.1.18.

Vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar

58 003 190

 2.1.19.

Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar

679 612 848

 2.1.20.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondları üzrə daxilolmalar

66 652 354

 2.1.21.

Sair daxilolmalar

547 039 789

 2.1.21.1.

2025-ci ildə xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə yaranan fərq məbləği

758 785

 2.2.

Xərclərin istiqamətləri

38 604 559 553

2.2.1.

Ümumi dövlət xidmətləri

4 456 155 002

2.2.1.1.

qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti

1 487 405 303

2.2.1.2.

beynəlxalq münasibətlər

457 927 776

2.2.1.3.

xarici yardımlar

11 433 663

2.2.1.4.

Elm

199 355 488

2.2.1.5.

seçki və statistika tədbirləri

33 026 731

2.2.1.6.

büdcələrarası transfertlər

167 477 000

2.2.1.6.1.

Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya (transfertin yuxarı həddi)

160 000 000

2.2.1.6.2.

yerli (bələdiyyələr) büdcələrə verilən dotasiya

7 477 000

2.2.1.7.

dövlət borcu

2 099 529 041

2.2.2.

Müdafiə və milli təhlükəsizlik

8 067 955 609

2.2.2.1.

müdafiə qüvvələri

2 328 893 888

2.2.2.2.

milli təhlükəsizlik

478 124 296

2.2.2.3.

sərhəd xidməti

556 963 415

2.2.2.4.

müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar

4 550 445

2.2.2.5.

müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər

4 699 423 565

2.2.2.5.1.

xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər

4 579 999 681

2.2.3.

Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq

2 920 245 313

2.2.3.1.

məhkəmə hakimiyyəti

141 260 800

2.2.3.2.

hüquq mühafizə

2 306 532 458

2.2.3.3.

prokurorluq

124 475 425

2.2.3.4.

məhkəmə qərarlarının icrası

6 588 504

2.2.3.5.

hüquqi yardım

6 038 468

2.2.3.6.

məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq sahələrinə aid edilən digər fəaliyyətlər

335 349 658

2.2.4.

Təhsil

4 619 497 306

2.2.4.1.

məktəbəqədər təhsil

449 764 520

2.2.4.2.

ümumi təhsil

2 306 934 452

2.2.4.3.

peşə təhsili

88 991 529

2.2.4.4.

orta ixtisas təhsili

100 806 784

2.2.4.5.

ali təhsil

648 758 996

2.2.4.6.

əlavə təhsil

18 945 145

2.2.4.7.

təhsil sahəsində tətbiqi tədqiqatlar

6 927 871

2.2.4.8.

təhsil sahəsində digər müəssisə və tədbirlər

998 368 009

2.2.5.

Səhiyyə

1 275 289 890

2.2.5.1.

poliklinikalar və ambulatoriyalar

17 738 300

2.2.5.2.

xəstəxanalar

254 008 192

2.2.5.3.

diaqnostika, profilaktika və qan xidməti ilə bağlı fəaliyyət

5 229 392

2.2.5.4.

səhiyyə sahəsində tətbiqi tədqiqatlar

7 592 888

2.2.5.5.

səhiyyə sahəsində proqramlar və digər xidmətlər

990 721 118

2.2.5.5.1.

icbari tibbi sığorta fonduna ayrılan vəsait

775 900 274

2.2.6.

Sosial müdafiə və sosial təminat

4 554 198 650

2.2.6.1.

sosial müdafiə

474 465 102

2.2.6.2.

sosial təminat

37 676 587

2.2.6.3.

sosial müdafiə və sosial təminat sahələri üzrə digər müəssisə və tədbirlər

4 042 056 961

2.2.6.3.1.

dövlət sosial müdafiə fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait

1 600 000 000

2.2.7.

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət

527 121 787

2.2.7.1.

mədəniyyət və incəsənət sahəsində fəaliyyət

223 651 881

2.2.7.2.

televiziya, radio və nəşriyyat

67 707 106

2.2.7.3.

bədən tərbiyəsi və gənclər siyasəti

72 774 301

2.2.7.4.

yaradıcı ittifaq, cəmiyyət və dini tədbirlər

22 021 497

2.2.7.5.

mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahəsinə aid olan digər müəssisə və tədbirlər

140 967 002

2.2.8.

Mənzil və kommunal təsərrüfatı

322 501 040

2.2.8.1.

mənzil təsərrüfatı

66 747 062

2.2.8.2.

kommunal təsərrüfatı

151 773 944

2.2.8.3.

su təsərrüfatı

13 461 941

2.2.8.4.

mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlər

90 518 093

2.2.9.

Kənd təsərrüfatı

1 120 933 666

2.2.9.1.

kənd təsərrüfatı tədbirləri

537 071 310

2.2.9.2.

baytarlıq

41 564 934

2.2.9.3.

meliorasiya

539 337 691

2.2.9.4.

kənd təsərrüfatı üzrə digər müəssisə və tədbirlər

2 959 731

2.2.10.

Ətraf mühitin mühafizəsi

374 138 174

2.2.10.1.

Ətraf mühitin və təbiətin mühafizəsi

673 945

2.2.10.2.

bioloji zənginliyin qorunması

8 680 308

2.2.10.3.

torpaq və yerquruluşu

15 100 000

2.2.10.4.

hidrometeorologiya tədbirləri

9 211 547

2.2.10.5.

meşə təsərrüfatı

21 872 426

2.2.10.6.

balıqçılıq və ovçuluq

1 321 536

2.2.10.7.

ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi

313 701 019

2.2.10.8.

ətraf mühitin mühafizəsi sahəsinə aid edilən digər xidmətlər

3 577 393

2.2.11.

İqtisadi fəaliyyət

7 579 713 725

2.2.11.1.

nəqliyyat və rabitə

449 973 515

2.2.11.2.

iqtisadi və kommersiya fəaliyyəti

50 840 074

2.2.11.3.

tikinti və şəhərsalma

6 088 573 012

2.2.11.3.1.

dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)

2 305 116 845

2.2.11.3.2.

işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası

3 781 899 168

2.2.11.4.

geodeziya və faydalı qazıntılar

7 416 941

2.2.11.5.

yanacaq və enerji kompleksi

42 003

2.2.11.6.

iqtisadi fəaliyyətlə bağlı digər xidmətlər

982 868 180

2.2.12.

Əsas bölmələrə aid edilməyən xərclər

2 786 809 391

2.2.12.1.

ehtiyat fondları

1 611 608 557

2.2.12.1.1.

Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu

41 671 011

2.2.12.1.2.

dövlət büdcəsinin ehtiyat fondu

1 569 937 546

2.2.12.2.

məqsədli büdcə fondları

376 114 402

2.2.12.2.1.

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondları

376 114 402

2.2.12.3.

valyuta konvertasiyası

1 596 239

2.2.12.4.

əsas bölmələrə aid edilməyən tədbirlər üzrə digər fəaliyyət

797 490 193

2.2.12.4.1.

fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər

19 998 282

2.2.12.4.2.

ehtiyata və ya istefaya buraxılmış hərbçilərə mənzil kirayəsi ilə bağlı xərclər

13 118 813

2.2.12.4.3.

sosial-iqtisadi və digər tədbirlər üzrə xərclər

764 373 098

2.3.

Dövlət büdcəsinin profisiti

580 001 326

2.4.

2026-cı il yanvarın 1-nə vahid xəzinə hesabının sərbəst qalığı

1 330 308 960


Maddə 3. Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-1-ci maddəsinə uyğun olaraq istifadə edilsin.

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU