“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında

Qanun layihələri
19 iyun 2026   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

19 iyun 2026

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 23-cü və 27-ci bəndlərini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 125 (Cild I); 2024, № 3, maddə 248; 2025, № 1, maddə 13, № 4 (I kitab), maddə 318; Azərbaycan Respublikasının 2026-cı il 24 fevral tarixli 361-VIIQD nömrəli Qanunu) 2-ci maddəsinin üçüncü hissəsində “və” sözü vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə “vasitələrinin” sözündən sonra “və mopedlərin” sözləri əlavə edilsin.
Maddə 2. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775, № 8, maddə 933, № 11, maddə 1187, № 12 (II kitab), maddə 1351; 2025, № 1, maddə 1, № 2, maddə 101, № 4 (I kitab), maddələr 318, 322, № 5, maddə 433, № 6, maddələr 521, 524, № 7, maddə 626, № 12 (I kitab), maddələr 1118, 1129; 2026, № 1, maddələr 8, 13, 20) 18.65-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. 18.65.1.2-ci, 18.65.2.2-ci, 18.65.3.2-ci və 18.65.6.3-cü maddələrə ismin müvafiq hallarında “yarımqoşqular” sözündən sonra “, habelə mopedlər” sözləri əlavə edilsin;
2.2. 18.65.4.1-ci və 18.65.4.1-1-ci maddələrə “vasitələrinin,” sözündən sonra “o cümlədən mopedlərin, habelə” sözləri əlavə edilsin;
2.3. 18.65.5.1-ci və 18.65.7.1-ci maddələrə “vasitələri” sözündən sonra “, o cümlədən mopedlər” sözləri əlavə edilsin.
Maddə 3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 788 (Cild I); 2025, № 1, maddə 16, № 4 (I kitab), maddə 315) 50-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 50.1-ci maddəyə “vasitələrinin” sözündən sonra “və mopedlərin” sözləri əlavə edilsin;
3.2. 50.2-ci maddəyə ikinci halda “vasitələrinin” sözündən sonra “, habelə mopedlərin” sözləri əlavə edilsin.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU