“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
19 iyun 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 789 (Cild I); 2024, № 1, maddə 3; 2026, № 1, maddələr 5, 8) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 3.1.2-1-ci maddə əlavə edilsin:
“3.1.2-1. millilik və dünyəvilik – milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi ümumi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi;”.
2. 4.0.25-ci maddəyə “təsvirlərini” sözündən sonra “və təhsilverənlər üçün geyim ilə bağlı tələbləri” sözləri əlavə edilsin.
3. 12-ci maddə üzrə:
3.1. 12.13-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələblər müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.”;
3.2. aşağıdakı məzmunda 12.13-1-ci maddə əlavə edilsin:
“12.13-1. Dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar və təhsilverənlər tərəfindən geyim ilə bağlı tələblərə riayət olunmalıdır.”.
4. Aşağıdakı məzmunda 24.2.2-1-ci maddə əlavə edilsin:
“24.2.2-1. dövlət ümumi təhsil müəssisəsində övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etmək;”.
Azərbaycan Respublikasının Prezidenti

