“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
19 iyun 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 69 (Cild I); 2024, № 10, maddə 1109; Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 341-VIIKQD nömrəli Konstitusiya Qanunu) 4.1.5-ci və 80.0.2.5-ci maddələrində “Audiovizual” sözü “Media və Yayım” sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Prezidenti

