“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Qanun layihələri
19 iyun 2026
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
19 iyun 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 13-cü, 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1 (Cild I); 2024, № 5 (I kitab), maddə 489, № 7, maddə 748, № 8, maddə 934; 2025, № 2, maddə 96, № 6, maddə 539, № 7, maddə 606, № 12 (I kitab), maddə 1123; 2026, № 1, maddə 15, № 3, maddə 210) 2.2-ci, 8.1.3-cü, 11.1.3.11-ci, 11.1.5.8-ci və 11.1.5.9-cu maddələrində “Audiovizual” sözü “Media və Yayım” sözləri ilə əvəz edilsin.
Maddə 2. “Media haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 90 (Cild I); 2024, № 5 (I kitab), maddələr 488, 494, № 7, maddə 775; 2025, № 2, maddə 100, № 4 (I kitab), maddə 318, № 8, maddə 741; 2026, № 3, maddə 210) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.1.33-cü maddədə “Audiovizual” sözü “Media və Yayım” sözləri ilə əvəz edilsin;
2.2. 5.6-cı maddədən “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri çıxarılsın;
2.3. 10-cu maddə üzrə:
2.3.1. 10.1-ci maddədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri “Şura” sözü ilə əvəz edilsin;
2.3.2. 10.2-ci maddədə “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri “Şura” sözü ilə əvəz edilsin;
2.4. 11.2-1-ci (ikinci halda), 11.2-2-ci və 11.2-4-cü (birinci halda) maddələrdə ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ismin müvafiq hallarında “Şura” sözü ilə əvəz edilsin;
2.5. 12-ci maddə üzrə:
2.5.1. 12.2-ci maddədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri “Şura” sözü ilə əvəz edilsin;
2.5.2. 12.5-ci maddənin birinci cümləsində “Audiovizual” sözü “Media Reyestrinə daxil edilmiş” sözləri ilə əvəz edilsin və həmin maddənin ikinci cümləsi çıxarılsın;
2.5.3. 12.6-cı maddə ləğv edilsin;
2.6. 16.3-cü maddənin ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri “Şura” sözü ilə əvəz edilsin;
2.7. 17.5-ci maddədən “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” və “özlərinin” sözləri çıxarılsın, həmin maddədə “saytlarında” sözü “informasiya ehtiyatında” sözləri ilə, “etməlidirlər” sözü “etməlidir” sözü ilə əvəz edilsin;
2.8. 26.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“26.7. Media subyektləri Şuraya təsisçiləri və iştirakçıları, habelə idarəetmə orqanının rəhbəri barədə məlumatı hər il dekabrın 30-dək təqdim etməlidirlər.”;
2.9. 4-cü fəslin adı aşağıdakı redaksiyada verilsin:
“4-cü fəsil Media və yayım sahəsində səlahiyyətli orqan”;
2.10. 43-cü maddə üzrə:
2.10.1. adında “Audiovizual media sahəsini tənzimləyən” sözləri “Media və yayım sahəsində səlahiyyətli” sözləri ilə əvəz edilsin;
2.10.2. 43.1-ci və 43.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“43.1. Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı Şuradır.
43.2. Şuranın saxlanma xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunda nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.”;
2.11. 46-cı maddə üzrə:
2.11.1. 46.1.1-ci maddədən “və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti” sözləri çıxarılsın;
2.11.2. aşağıdakı məzmunda 46.1.1-1-ci maddə əlavə edilsin:
“46.1.1-1. media və yayım sahəsində qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarəti həyata keçirmək;”;
2.11.3. 46.1.2-ci maddədə “audiovizual media” sözləri “media və yayım” sözləri ilə əvəz edilsin;
2.12. 47-ci maddə üzrə:
2.12.1. 47.1.1-ci və 47.1.2-ci maddələrdə “audiovizual media” sözləri “media və yayım” sözləri ilə əvəz edilsin;
2.12.2. aşağıdakı məzmunda 47.1.9-1 – 47.1.9-17-ci maddələr əlavə edilsin:
“47.1.9-1. media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək;
47.1.9-2. dövlət orqanları (qurumları) ilə media subyektləri arasında əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi, dövlət orqanlarının (qurumlarının) media subyektləri ilə əlaqələrinin təkmilləşdirilməsi və qarşılıqlı etimadın artırılması ilə əlaqədar tədbirlər həyata keçirmək;
47.1.9-3. jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, media sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsilinin təşkili məqsədilə tədbirlər (təlimlər, seminarlar və s.) həyata keçirmək, həmçinin media nümayəndələri üçün müsabiqələr təşkil etmək;
47.1.9-4. əhalinin və ya müəyyən təbəqənin maarifləndirilməsinə, ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına, onların diqqətinin cəmiyyətdəki aktual məsələlərə cəlb edilməsinə yönəlmiş proqramları və materialları sifariş vermək və mediada yayımlanmasını təmin etmək;
47.1.9-5. audiovizual məhsulların istehsalı və yayımı üzrə dövlət sifarişçisi kimi çıxış etmək, bu məqsədlə müsabiqələr keçirmək;
47.1.9-6. cəmiyyətdə baş verən hadisələrin, dövlət siyasətinin mediada ədalətli, balanslı, obyektiv, qərəzsiz işıqlandırılmasına, media subyektlərində peşə etikası (etik davranış) qaydalarına riayət edilməsinə, vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş layihələrin həyata keçirilməsi üçün tədbirlər görmək;
47.1.9-7. media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə, fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsini təşkil etmək, bu məqsədlə müsabiqələr keçirmək;
47.1.9-8. bu Qanunun 47.1.9-3-cü, 47.1.9-5-ci və 47.1.9-7-ci maddələrində nəzərdə tutulan müsabiqə qaydalarını təsdiq etmək;
47.1.9-9. media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində tədbirlər görmək;
47.1.9-10. dezinformasiyanın yayılmasının qarşısının alınması, o cümlədən onun aşkarlanması, qiymətləndirilməsi və aradan qaldırılması istiqamətində tədbirlər görmək;
47.1.9-11. dezinformasiyanın yayılması risklərinin azaldılması və nəticələrinin minimuma endirilməsi məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə operativ əlaqələndirmə mexanizmlərini qurmaq və fəaliyyətini təmin etmək;
47.1.9-12. media subyeklərinin fəaliyyəti ilə bağlı təhlillər aparmaq, habelə ictimai rəyin öyrənilməsini təşkil etmək;
47.1.9-13. informasiya mühitinin təhlili və sosioloji sorğular əsasında ictimai rəyi, dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasını və tendensiyalarını, dövlət orqanlarının (qurumlarının) fəaliyyəti ilə bağlı ictimai fikri öyrənmək, cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələləri müəyyən etmək və təkliflər vermək;
47.1.9-14. mediada, o cümlədən sosial şəbəkə platformalarında rəqəmsal məzmunun təhlilini həyata keçirmək və nəticəsinə uyğun tədbirlər görmək;
47.1.9-15. media subyektlərinin fəaliyyəti qanunla nəzərdə tutulan tələblərə cavab vermədikdə, bununla bağlı tədbir görülməsi məqsədilə aidiyyəti üzrə müraciət etmək;
47.1.9-16. Media Reyestrini formalaşdırmaq, aparmaq, ondan istifadə edilməsinə və məlumatların mühafizəsinə nəzarət etmək;
47.1.9-17. Media Reyestrinə daxil edilmiş media subyektlərinə Media Reyestri şəhadətnaməsi, jurnalistlərə isə jurnalist vəsiqəsi vermək;”;
2.12.3. 47.1.11-ci maddədən “audiovizual” sözü çıxarılsın;
2.12.4. 47.1.14-cü maddədə “veb-saytının” sözü “rəsmi internet informasiya ehtiyatının” sözləri ilə, “saytda” sözü “internet informasiya ehtiyatında” sözləri ilə əvəz edilsin;
2.12.5. 47.2.1 – 47.2.3-cü maddələrdə “audiovizual media” sözləri “media və yayım” sözləri ilə əvəz edilsin;
2.12.6. aşağıdakı məzmunda 47.2.3-1 – 47.2.3-5-ci maddələr əlavə edilsin:
“47.2.3-1. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
47.2.3-2. media sahəsində peşə (etik) davranış qaydalarına riayət edilməsi üzrə araşdırmalar aparmaq və bu istiqamətdə tövsiyələr hazırlamaq;
47.2.3-3. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sosial reklamlar sifariş vermək;
47.2.3-4. fəaliyyət istiqamətlərinə uyğun olaraq təhlillərin aparılması, sorğuların keçirilməsi, hesabatların, rəy və təkliflərin hazırlanması məqsədilə fiziki və hüquqi şəxslərə sifarişlər vermək;
47.2.3-5. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək və belə tədbirlərin keçirilməsini təşkil etmək;”;
2.12.7. aşağıdakı məzmunda 47.2.6-1 – 47.2.6-4-cü maddələr əlavə edilsin:
“47.2.6-1. istifadəsinə verilmiş dövlət əmlakı üzərində normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqlardan istifadə etmək;
47.2.6-2. səlahiyyətlərinə aid edilmiş məsələlərlə bağlı məhkəmələrdə müvafiq prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqları həyata keçirmək;
47.2.6-3. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq satınalmalar təşkil etmək;
47.2.6-4. strukturuna daxil olmayan tabeliyindəki qurumların yaradılması, yenidən təşkil və ləğv edilməsi üçün təkliflər vermək;”;
2.13. 48-ci maddə üzrə:
2.13.1. 48.2-ci maddəyə “Şuranın” sözündən sonra “sədri və” sözləri əlavə edilsin;
2.13.2. 48.6-cı maddədə “Şuranın sədrini” sözləri “2 (iki) sədr müavini” sözləri ilə əvəz edilsin;
2.13.3. 48.7-ci maddə ləğv edilsin;
2.13.4. aşağıdakı məzmunda 48.7-1-ci və 48.8.1-1-ci maddələr əlavə edilsin:
“48.7-1. Şuranın iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Şuranın qərarı qəbul edilərkən səslər bərabər olduqda, Şura sədrinin səsi həlledici hesab edilir.”;
“48.8.1-1. Müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Şuranın Aparatının strukturunu, ştat cədvəlini, ayrılmış büdcə təxsisatı daxilində onların gəlir və xərclər smetasını təsdiq edir;”;
2.13.5. 48.8.3-cü maddəyə “azad edir” sözlərindən sonra “, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür” sözləri əlavə edilsin və həmin maddədən birinci halda “edir” sözü çıxarılsın;
2.13.6. aşağıdakı məzmunda 48.9-cu maddə əlavə edilsin:
“48.9. Şuranın sədri öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavinlərindən birinə həvalə edə bilər.”;
2.14. 49.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Şura sədri 12000 manat məbləğində, sədr müavinləri 11000 manat məbləğində, Şuranın digər üzvləri isə 9000 manat məbləğində aylıq vəzifə maaşı alırlar.”;
2.15. 54.7-ci, 55.8-ci, 57.6-cı və 58.3-cü maddələr ləğv edilsin;
2.16. 62.2-ci maddədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri “Şuraya” sözü ilə əvəz edilsin;
2.17. 65-ci maddə üzrə:
2.17.1. 65.2-ci maddədə “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri “Şura” sözü ilə əvəz edilsin;
2.17.2. 65.4-cü maddə üzrə:
2.17.2.1. birinci abzasda “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri “Şura” sözü ilə əvəz edilsin;
2.17.2.2. 65.4.4-cü maddədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri “Şuraya” sözü ilə əvəz edilsin;
2.18. 70-ci maddə üzrə:
2.18.1. 70.1-ci maddə üzrə:
2.18.1.1. birinci cümlədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri “Şura” sözü ilə əvəz edilsin;
2.18.1.2. ikinci cümlədən “, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası” sözləri çıxarılsın;
2.18.2. 70.3-cü maddənin ikinci cümləsində, 70.5-ci və 70.6-cı maddələrdə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri “Şuraya” sözü ilə əvəz edilsin;
2.19. 73-cü maddə üzrə:
2.19.1. 73.2-ci maddədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə olunan elektron” sözləri “Şura tərəfindən aparılan” sözləri ilə əvəz edilsin;
2.19.2. 73.4-cü maddə ləğv edilsin;
2.19.3. 73.5-ci maddədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri “Şuraya” sözü ilə əvəz edilsin;
2.20. 74-cü maddə üzrə:
2.20.1. 74.3-cü maddədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri “Şura” sözü ilə əvəz edilsin;
2.20.2. 74.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“74.4. Şura lisenziyanın verildiyi tarixdən 3 (üç) iş günü müddətində həmin audiovizual media subyektləri barədə məlumatları Media Reyestrinə daxil edir.”;
2.21. 75-ci maddə üzrə:
2.21.1. 75.1.6-cı, 75.1.6-1-ci, 75.1.6-5-ci, 75.1.6-6-cı, 75.1.7-ci (hər iki halda), 75.2-ci və 75.4-cü maddələrdə ismin müvafiq hallarında “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ismin müvafiq hallarında “Şura” sözü ilə əvəz edilsin;
2.21.2. 75.2-1-ci maddə üzrə:
2.21.2.1. birinci cümlədə birinci halda “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri “Şura” sözü ilə əvəz edilsin;
2.21.2.2. ikinci cümlədə “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri “Şuranın” sözü ilə əvəz edilsin;
2.21.3. 75.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“75.5. Şura tərəfindən lisenziyanın ləğvi barədə qərar qəbul edildiyi gündən 3 (üç) iş günü müddətində həmin qərar əsasında audiovizual media subyekti Media Reyestrindən çıxarılır.”;
2.22. 76.1.2-ci və 76.1.3-cü maddələrdə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri “Şura” sözü ilə əvəz edilsin;
2.23. 78.3-cü maddədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri “Şuraya” sözü ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Prezidenti

