Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanun layihələri
30 iyun 2026   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

30 iyun 2026

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 15-ci, 17-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250, № 7, maddə 772, № 11, maddə 1189, № 12 (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddə 1, № 2, maddələr 98, 99, № 3, maddələr 217, 221, № 4 (I kitab), maddə 322, № 5, maddə 434, № 6, maddə 538, № 7, maddələr 607, 626, № 11, maddə 1013; 2026, № 1, maddələr 16, 19, № 3, maddə 211; Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 386-VIIQD və 387-VIIQD nömrəli, 27 aprel tarixli 395-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin: 
1.1. 73-2.2-ci maddədə “bir misli” sözləri “əlli faizi” sözləri ilə əvəz edilsin;
1.2. 193.1-ci maddənin dispozisiyasına “yəni” sözündən sonra “qanunsuz olaraq” sözləri əlavə edilsin və həmin maddənin dispozisiyasında “müəssisə və ya digər hüquqi şəxsin yaradılması xeyli miqdarda ziyan vurduqda habelə” sözləri “hüquqi şəxsin yaradılması, hüquqi şəxs yaratmadan fiziki şəxs kimi vergi uçotuna alınması, habelə qeyd edilən məqsəd və niyyətlə hüquqi şəxsin və ya vergi uçotuna alınmış fiziki şəxsin fəaliyyətinin faktiki idarə edilməsi xeyli miqdarda ziyan vurduqda və ya” sözləri ilə əvəz edilsin;
1.3. 208-ci maddə ləğv edilsin;
1.4. 244-1-ci maddə üzrə:
1.4.1. 244-1.2-ci maddə üzrə:
1.4.1.1. 244-1.2.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“244-1.2.2. virtual formada, o cümlədən internet şəbəkəsindən, mobil rabitə şəbəkəsindən, sosial şəbəkə platformalarından, digər elektron rabitə vasitələrindən, habelə internet və mobil telekommunikasiya tətbiqlərindən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə edilməklə törədildikdə;”;
1.4.1.2. sanksiya aşağıdakı redaksiyada verilsin:
“cinayət nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;
1.4.2. 244-1.3-cü maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”;
1.4.3. 244-1.4-cü maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.
Maddə 2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585 (Cild I); 2024, № 1, maddə 4, № 4, maddələr 362, 365, 368, № 6 (I kitab), maddə 631; 2025, № 1, maddə 1, № 2, maddə 98, № 4 (I kitab), maddə 308, № 6, maddələr 529, 538, № 7, maddə 607, № 8, maddələr 736, 743, № 11, maddə 1011, № 3, maddə 211; Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 372-VIIQD nömrəli və 21 aprel tarixli 387-VIIQD nömrəli qanunları) 215.3.1-ci və 467-13.1-ci maddələrindən “208,” rəqəmləri çıxarılsın.
Maddə 3. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 364 (Cild I); 2024, № 1, maddə 18, № 7, maddə 769; 2025, № 7, maddə 626; 2026, № 1, maddə 17; Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 387-VIIQD nömrəli Qanunu) 13-3-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 13-3.1-ci maddənin birinci cümləsinə “orqanı” sözündən sonra “bu Qanunun 13-2.3.5–13-2.3.9-cu və 13-2.3.10-1-ci maddələrində göstərilən informasiyalar istisna olmaqla” sözləri əlavə edilsin;
3.2. 13-3.3-cü maddəyə “hallarda” sözündən sonra “, habelə bu Qanunun 13-2.3.5−13-2.3.9-cu və 13-2.3.10-1-ci maddələrində göstərilən informasiyaların yerləşdirilməsi hallarında” sözləri əlavə edilsin.
Maddə 4. Bu Qanunun 1.3-cü və 2-ci maddələri 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU