“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
14 iyul 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114 (Cild I); 2024, № 4, maddə 365; 2025, № 1, maddə 1, № 2, maddə 100, № 4 (I kitab), maddələr 315, 322, № 5, maddə 440, № 6, maddələr 526, 536, № 7, maddələr 610, 617, № 8, maddələr 743, 744; Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 389-VIIQD nömrəli və 30 iyun tarixli 429-VIIQD nömrəli qanunları) 27.4-cü maddəsinin ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya” sözləri “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış” sözləri ilə əvəz edilsin.

