30 sentyabr 2026
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 115 (Cild I); 2024, № 10, maddə 1109; 2025, № 10, maddə 886) 16-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 16.1-ci maddədə “3060” rəqəmləri “12000” rəqəmləri ilə əvəz edilsin;
1.2. 16.1-1-ci maddə ləğv edilsin.
Maddə 2. Keçid müddəa
Bu Konstitusiya Qanunu qüvvəyə minənədək Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) ödənilmiş vəzifə maaşı, əlavə, mükafat və digər ödənişlər onun bu Konstitusiya Qanunu ilə müəyyən edilən aylıq vəzifə maaşına daxil edilir.
Maddə 3. Bu Konstitusiya Qanunu 2026-cı il yanvarın 1-dən tətbiq edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 fevral 2026-cı il
№ 369-VIIKQD