16 oktyabr 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213 (Cild I); 2024, № 1, maddə 6, № 4, maddə 365, № 7, maddə 744, № 8, maddə 934; 2025, № 1, maddələr 1, 16, № 2, maddə 96,
№ 4 (I kitab), maddə 322, № 7, maddələr 606, 608; 2026, № 1, maddələr 8, 16, № 2, maddə 110, № 3, maddə 209, № 4, maddələr 295, 300, № 5 (I kitab), maddələr 397, 403; Azərbaycan Respublikasının 2026-cı il 5 iyun tarixli 417-VIIQD nömrəli, 14 iyul tarixli 452-VIIQD nömrəli və 468-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 233-cü maddə üzrə:
1.1. adında “və isti havalar” sözləri “, isti və küləkli hava” sözləri ilə əvəz edilsin;
1.2. 2-ci hissəyə “binalarda” sözündən sonra “, eləcə də küləkli havada açıq şəraitli iş yerlərində (o cümlədən həmin iş yerləri üzrə qurğularda)” sözləri əlavə edilsin.
2. Həmin Məcəlləyə 2-ci əlavə – “İlin soyuq vaxtında açıq havada və ya isidilməyən örtülü binalarda, habelə isti havalarda işin dayandırılması və işçilərə fasilələrin verilməsi şərtləri” üzrə:
2.1. adında “havalarda” sözü “və ya küləkli hava şəraitində” sözləri ilə əvəz edilsin;
2.2. 2-ci hissədə “Küləyin” sözü “Bu əlavənin “Qeyd” hissəsi nəzərə alınmaqla, küləyin” sözləri ilə əvəz edilsin və həmin hissəyə “quruda” sözündən sonra “istismar olunan” sözləri əlavə edilsin;
2.3. 8-ci hissədən sonra aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:
“Qeyd: Küləyin gücü 6 baldan 8 baladək olduqda, quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol verilir. Küləyin gücü 8 baldan artıq olduqda qeyd edilən kranlarla görülən bütün növ işlər hər bir halda dayandırılır.”.
Azərbaycan Respublikasının Prezidenti