“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
16 oktyabr 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı, 18-ci və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:
“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 586 (Cild I); 2024, № 5 (I kitab), maddə 502, № 12 (II kitab), maddə 1337; 2025, № 7, maddələr 606, 617, № 8, maddə 743; 2026, № 3, maddə 210; Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 468-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 21.17-ci və 21.18-ci maddələrdə “xidmətdə” sözü “və tibb xidmətlərində” sözləri ilə əvəz edilsin.
2. 24-cü maddə üzrə:
2.1. 24.2-ci maddə üzrə:
2.1.1. birinci cümlədə “və mülki işçilərə” sözləri “, mülki işçilərə və hərbi qulluqçulara” sözləri ilə əvəz edilsin;
2.1.2. üçüncü cümləyə “Qanunun” sözündən sonra “35.9-cu, 35.10-cu və” sözləri əlavə edilsin.
2.2. aşağıdakı məzmunda 24.4-cü və 24.5-ci maddələr əlavə edilsin:
“24.4. Tibb xidmətinin hərbi qulluqçuları penitensiar xidmətin müalicə müəssisələrinin tibb xidmətlərində, penitensiar müəssisələrin tibb-sanitar hissələrində, habelə penitensiar müəssisələrin mühafizəsi və penitensiar müəssisələrdə saxlanılan şəxslərin müşayiəti üçün təşkil edilmiş penitensiar xidmətin xüsusi bölmələrində fəaliyyət göstərən tibb-sanitar hissələrində xidmət keçirlər.
24.5. Tibb xidmətinin hərbi qulluqçularının xidmət keçmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi” və digər normativ hüquqi aktlarla tənzimlənir.”.
3. 25-1.1.3-cü maddədə “idarələrində” sözü “idarəsində” sözü ilə əvəz edilsin.
4. 26.1-ci maddənin birinci cümləsinə “xidmətlərində” sözündən sonra “, məhkəmə ekspertizası idarəsində” sözləri əlavə edilsin.
Azərbaycan Respublikasının Prezidenti

