Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
23 oktyabr 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 12-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 493, № 7, maddə 744, № 12 (I kitab), maddə 1281; 2025, № 1, maddə 17, № 3, maddə 216, № 4 (I kitab), maddələr 315, 318, № 6, maddələr 523, 524, 536, № 7, maddələr 610, 626, № 8, maddələr 738, 741, 743, 744, № 11, maddə 1004; 2026, № 1, maddə 2, № 3, maddə 208, № 6, maddə 488; Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 451-VIIQD, 452-VIIQD və 459-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 194.5-ci maddəyə “kağızı” sözündən sonra “və məhsul şəhadətnaməsi” sözləri əlavə edilsin;
1.2. 992-ci maddənin mətnində “və” sözü vergül işarəsi ilə əvəz edilsin və həmin maddəyə “kağızı” sözündən sonra “və məhsul şəhadətnaməsi” sözləri əlavə edilsin;
1.3. 993.1-ci maddənin birinci cümləsinə, 993.3-cü maddəyə və 996.1-ci maddənin birinci və ikinci cümlələrinə “kağızı” sözündən sonra “və məhsul şəhadətnaməsi” sözləri əlavə edilsin;
1.4. 997.1-ci maddədə “və” sözü vergül işarəsi ilə əvəz edilsin və həmin maddəyə “sertifikatı” sözündən sonra “və məhsul şəhadətnaməsi” sözləri əlavə edilsin;
1.5. 54-cü fəslə aşağıdakı məzmunda 6-1-ci paraqraf əlavə edilsin:
“§ 6-1. Məhsul şəhadətnaməsi
Maddə 1077-1. Məhsul şəhadətnaməsi
1077-1.1. Məhsul şəhadətnaməsi aqrar məhsulun istehsalı və ya ilkin emalı məqsədilə borclu tərəfindən elektron qaydada buraxılan, öhdəliyin icrasını təmin edən elə bir təminatlı qiymətli kağızdır ki, borclu həmin qiymətli kağızda göstərilmiş qaydada aqrar məhsulu və ya pul məbləğini mübahisəsiz qiymətli kağızın mülkiyyətçisinə təhvil-təslim aktı əsasında vermək və ya çatdırmaq öhdəliyini götürür.
1077-1.2. Məhsul şəhadətnaməsinin buraxılışı, dövlət qeydiyyatı və dövriyyəsi qaydaları bu Məcəllə, “Məhsul şəhadətnaməsi haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktlarla müəyyən edilir.”;
1.6. 1078-20.9-cu maddənin üçüncü cümləsinə və 1078-21.7-ci maddənin ikinci cümləsinə “kağızı” sözündən sonra “və məhsul şəhadətnaməsi” sözləri əlavə edilsin və həmin cümlələrdə “996.2-1-ci maddəsinə” sözləri “müvafiq olaraq 996.2-1-ci və 1077-1.2-ci maddələrinə” sözləri ilə əvəz edilsin;
1.7. 1078-23.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bu maddənin tələbləri məhsul şəhadətnaməsinin öhdəliklərlə yüklənməsinə şamil edilmir və həmin qiymətli kağızların öhdəliklərlə yüklənməsi “Məhsul şəhadətnaməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”;
1.8. 1078-27.2-ci maddəyə “kağızı” sözündən sonra “və məhsul şəhadətnaməsi” sözləri əlavə edilsin.
Maddə 2. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114 (Cild I); 2024, № 4, maddə 365; 2025, № 1, maddə 1, № 2, maddə 100, № 4 (I kitab), maddələr 315, 322, № 5, maddə 440, № 6, maddələr 526, 536, № 7, maddələr 610, 617, № 8, maddələr 743, 744; 2026, № 5 (I kitab), maddə 393; Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 429-VIIQD nömrəli, 14 iyul tarixli 468-VIIQD və 469-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 6.1.9-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.1.10-cu maddə əlavə edilsin:
“6.1.10. məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd.”;
2.2. 7.4-cü maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Məhsul şəhadətnaməsi üzrə xüsusi qeydin məzmunu “Məhsul şəhadətnaməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur.”;
2.3. 13-cü maddə üzrə:
2.3.1. 13.1.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 13.1.6-cı maddə əlavə edilsin:
“13.1.6. məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd – dərhal.”;
2.3.2. 13.2.3-cü maddədə “maddəsində” sözü “və 13.1.6-cı maddələrində” sözləri ilə əvəz edilsin.
Maddə 3. Bu Qanun “Məhsul şəhadətnaməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il ____ tarixli ______ nömrəli Qanunu ilə eyni gündə qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti

