Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Kredit ittifaqları haqqında”, “Büdcə sistemi haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Qanun layihələri
23 oktyabr 2026   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

23 oktyabr 2026

Layihə 
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Kredit ittifaqları haqqında”, “Büdcə sistemi haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”
Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
  
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
 
Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 493, № 7, maddə 744, № 12 (I kitab), maddə 1281; 2025, № 1, maddə 17, № 3, maddə 216, № 4 (I kitab), maddələr 315, 318, № 6, maddələr 523, 524, 536, № 7, maddələr 610, 626, № 8, maddələr 738, 741, 743, 744, № 11, maddə 1004; 2026, № 1, maddə 2, № 3, maddə 208, № 6, maddə 488; Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 451-VIIQD və 452-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 109.18-ci maddədə “Kənd təsərrüfatı kooperativlərinin” sözləri “Aqrar kooperativlərin” sözləri ilə, “Kənd təsərrüfatı kooperasiyası” sözləri “Aqrar sahə” sözləri ilə əvəz edilsin;
1.2. 712.1.2-ci maddədə “kənd təsərrüfatı birliyinə” sözləri “aqrar kooperativə və ya aqrar sahədə fəaliyyət göstərən ictimai birliyə” sözləri ilə əvəz edilsin;
1.3. 722.3-cü maddənin birinci cümləsində “kənd təsərrüfatı məhsullarından” sözləri “aqrar məhsullardan” sözləri ilə əvəz edilsin;
1.4. 1128.5-ci maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Bitkiçilik və heyvandarlıq sahəsində istehsal edilən xammal və mallar məhsullara aid edilmir.”.
 
Maddə 2. “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 485 (Cild I); 2024, № 2, maddə 138; 2025, № 4 (I kitab), maddə 318) 1-ci maddəsinin 4-cü hissəsində “Kənd təsərrüfatı kooperasiyası” sözləri “Aqrar sahə” sözləri ilə əvəz edilsin.
 
Maddə 3. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 584 (Cild I); 2025, № 1, maddə 6, № 8, maddə 739; 2026, № 3, maddə 203) aşağıdakı məzmunda 1.1.17-2-ci maddə əlavə edilsin:
“1.1.17-2. aqrar subsidiya – aqrar məhsulların istehsalını stimullaşdırmaq, xərclərin qismən və ya tam kompensasiya edilməsi məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına verilən və vergiyə cəlb edilməyən əvəzsiz maliyyə vəsaiti;”.
 
Maddə 4. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 655 (Cild I); 2024, № 4, maddə 365; 2025, № 6, maddə 521) aşağıdakı dəyişikliklər edilsin: 
4.1. 1.0.1-1-ci maddə ləğv edilsin;
4.2. 3-cü maddə üzrə:
4.2.1. adından “və dövlət fitosanitar xidmətinin” sözləri çıxarılsın;
4.2.2. 3.2-ci maddə ləğv edilsin;
4.3. 7.1.9-cu maddədə “qeyri-dövlət fitosanitar xidmətinin” sözləri “bitki sağlamlığı üzrə xidmət göstərən fiziki və hüquqi şəxslərin” sözləri ilə əvəz edilsin;
4.4. 6-cı fəsil ləğv edilsin;
4.5. 8-ci fəsil üzrə: 
4.5.1. adında “XİDMƏTİNİN” sözü “NƏZARƏTİNİN” sözü ilə əvəz edilsin;
4.5.2. 34-cü maddə üzrə:
4.5.2.1. adından “və dövlət fitosanitar xidmətinin” sözləri çıxarılsın;
4.5.2.2. 34.1-ci maddə ləğv edilsin;
4.5.2.3. 34.3-cü maddə üzrə:
4.5.2.3.1. birinci abzasdan “və dövlət fitosanitar xidmətləri” sözləri çıxarılsın;
4.5.2.3.2. 34.3.2-ci və 34.3.4 – 34.3.6-cı maddələr ləğv edilsin;
4.5.2.3.3. 34.3.7-ci maddədə “xidmətlər” sözü “tədbirlər” sözü ilə əvəz edilsin;
4.5.2.4. 34.6-cı maddədən “və xidmətlərə” sözləri çıxarılsın.
 
Maddə 5.  “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 700 (Cild I); 2024, № 4, maddə 365) aşağıdakı dəyişikliklər edilsin:
5.1. preambulada, 1.1.1-ci (üçüncü halda), 1.1.2-ci, 1.1.3-cü (ikinci halda), 1.1.4-cü (ikinci halda), 1.1.5-ci (ikinci halda), 1.1.7-ci (hər iki halda) və 1.1.8-ci maddələrdə “kənd təsərrüfatı” sözləri “aqrar” sözü ilə əvəz edilsin;
5.2. 2.2-ci maddədə “kənd təsərrüfatı məhsullarının” sözləri “aqrar məhsulların” sözləri ilə əvəz edilsin;
5.3. 3.0.1-ci, 3.0.5-ci, 5.0.1-ci, 5.0.14-cü və 5.0.15-ci maddələrdə “kənd təsərrüfatı” sözləri “aqrar” sözü ilə əvəz edilsin;
5.4. 6-cı maddə üzrə:
5.4.1. 6.0.5-ci və 6.0.6-cı maddələrdə “kənd təsərrüfatı” sözləri “aqrar” sözü ilə əvəz edilsin;
5.4.2. 6.0.9-cu maddədə “kənd təsərrüfatı məhsullarının” sözləri “aqrar məhsulların” sözləri ilə, üçüncü halda “kənd təsərrüfatı” sözləri “aqrar” sözü ilə əvəz edilsin;
5.5. 9.1-ci (ikinci halda), 9.4-cü (birinci halda), 10.6-cı və 11.1-ci (birinci halda) maddələrdə “kənd təsərrüfatı” sözləri “aqrar” sözü ilə əvəz edilsin;
5.6. 12.2-ci maddə üzrə:
5.6.1. 12.2.1-ci maddədə “kənd təsərrüfatı” sözləri “aqrar” sözü ilə əvəz edilsin;
5.6.2. 12.2.2-ci maddədə “kənd təsərrüfatı məhsullarının” sözləri “aqrar məhsulların” sözləri ilə əvəz edilsin;
5.7. IV fəsil üzrə:
5.7.1. adında “kənd təsərrüfatı” sözləri “aqrar” sözü ilə əvəz edilsin;  
5.7.2. 15-ci maddə üzrə:
5.7.2.1.  adında  “kənd təsərrüfatı” sözləri “aqrar” sözü ilə əvəz edilsin;
5.7.2.2. 15.1 – 15.4-cü və 15.6-cı maddələrdə “kənd təsərrüfatı” sözləri “aqrar” sözü ilə əvəz edilsin;
5.7.3. 16-cı maddə üzrə:
5.7.3.1. adında “kənd təsərrüfatı” sözləri “aqrar” sözü ilə əvəz edilsin; 
5.7.3.2. 16.1-ci, 16.3-cü, 16.4-cü, 16.5-ci (hər iki halda), 16.6-cı (hər üç halda) maddələrdə, 16.7-ci maddənin birinci abzasında, 16.7.6-cı, 16.8-ci və 16.9-cu maddələrdə “kənd təsərrüfatı” sözləri “aqrar” sözü ilə əvəz edilsin;
5.7.4. 17-ci maddə üzrə:
5.7.4.1. adında “kənd təsərrüfatı” sözləri “aqrar” sözü ilə əvəz edilsin;
5.7.4.2. 17.1 – 17.6-cı maddələrdə “kənd təsərrüfatı” sözləri “aqrar” sözü ilə əvəz edilsin;
5.7.5. 18-ci maddə üzrə:
5.7.5.1. adında “kənd təsərrüfatı” sözləri “aqrar” sözü ilə əvəz edilsin;
5.7.5.2. 18.1-ci, 18.2-ci maddələrdə, 18.3-cü maddənin birinci abzasında, 18.3.1-ci və 18.4-cü maddələrdə “kənd təsərrüfatı” sözləri “aqrar” sözü ilə əvəz edilsin;
5.8. 23-cü maddədə “kənd təsərrüfatı” sözləri “aqrar” sözü ilə əvəz edilsin.
 
 
Azərbaycan Respublikasının Prezidenti
 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU