“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanun layihələri
27 oktyabr 2026   
    
  • I OXUNUŞ
  • II OXUNUŞ
  • Müzakirədə iştirak edin

27 oktyabr 2026

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:
 
“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 685 (Cild I); 2025, № 4 (I kitab), maddə 318) aşağıdakı dəyişikliklər edilsin: 
1. 14.0.3-cü maddədə “standartlarının” sözü “keyfiyyət göstəricilərinin” sözləri ilə əvəz edilsin.
2. 33.1.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“33.1.5. telekommunikasiya xidmətlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən keyfiyyət göstəricilərinə uyğun göstərmək;”.
 
 
Azərbaycan Respublikasının Prezidenti
 
 
 
 
 
 
 
 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU