Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “İnzibati icraat haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
30 oktyabr 2026
Layihə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “İnzibati icraat haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 15-ci, 16-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17 (Cild I); 2024, № 1, maddə 13, № 4, maddələr 362, 367, № 5 (I kitab), maddə 484, № 6 (I kitab), maddə 637, № 12 (l kitab), maddə 1283; 2025, № 4 (I kitab), maddələr 308, 322, № 6, maddə 526, № 7, maddə 610, № 8, maddələr 736, 743, № 11, maddə 1011; 2026, № 1, maddə 8, № 4, maddə 294) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 63.3-cü maddəyə “edilməsini” sözündən sonra “və ya tədqiqat obyektinin olduğu yerdə tədqiqat aparılmasının təşkil edilməsini” sözləri əlavə edilsin;
1.2. aşağıdakı məzmunda 98.3-1-ci maddə əlavə edilsin:
“98.3-1. Qərardadda fiziki xüsusiyyətlərinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilməsi mümkün olmayan tədqiqat obyektlərinin ekspertə poçt vasitəsilə və ya bilavasitə təqdim ediləcəyi barədə qeyd göstərilir.”;
1.3. 99-cu maddə üzrə:
1.3.1. 99.3-cü maddə üzrə:
1.3.1.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:
“Tədqiqatın xarakterindən asılı olaraq zəruridirsə, ekspertiza məhkəmə iclasında keçirilə bilər.”;
1.3.1.2. ikinci və üçüncü cümlələr müvafiq olaraq üçüncü və dördüncü cümlələr hesab edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Tədqiqat aparmaq üçün materialları məhkəmə iclasına və ya ekspertiza idarəsinə gətirmək mümkün deyilsə, habelə çətinlik yaradırsa, ekspertiza məhkəmə iclasından kənar (tədqiqat obyektinin olduğu yerdə) keçirilə bilər.”;
1.3.1.3. üçüncü cümləyə “kənar” sözündən sonra “(tədqiqat obyektinin olduğu yerdə)” sözləri əlavə edilsin;
1.3.1.4. aşağıdakı məzmunda beşinci cümlə əlavə edilsin:
“İşdə iştirak edən şəxslərin tədqiqat obyektinin olduğu yerdə tədqiqatın aparılmasında iştirak etməməsi tədqiqatın dayandırılması və ya təkrarlanması üçün əsas deyildir.”;
1.3.2. aşağıdakı məzmunda 99.3-1-ci maddə əlavə edilsin:
“99.3-1. Tədqiqat obyektinin olduğu yerdə ekspertiza aparılan zaman məhkəmə tərəfindən ekspertin, tədqiqata cəlb edilmiş mütəxəssisin, işdə iştirak edən şəxslərin tədqiqat obyektinin yerləşdiyi əraziyə daxil olması, tədqiqatın aparılması təmin edilir.”;
1.4. 101-ci maddə üzrə:
1.4.1. 101.1-ci maddənin birinci cümləsinə “olduğu” sözündən sonra “və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə elektron qaydada göndərilməsi mümkün olmayan tədqiqat obyektləri isə məhkəmə ekspertizası idarəsinə təqdim edildiyi” sözləri əlavə edilsin;
1.4.2. 101.3-cü maddənin birinci cümləsinə “edilməsinə” sözündən sonra “və ya tədqiqat obyektinin olduğu yerdə tədqiqat aparılmasına” sözləri, “olduğu” sözündən sonra “və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə elektron qaydada göndərilməsi mümkün olmayan tədqiqat obyektləri isə məhkəmə ekspertizası idarələrinə təqdim edildiyi” sözləri əlavə edilsin;
1.4.3. 101.4-cü maddəyə “edilməsi” sözündən sonra “və ya tədqiqat obyektinin olduğu yerdə tədqiqat aparılmasının təşkil edilməsi” sözləri əlavə edilsin.
Maddə 2. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282, (II kitab), maddə 1345; 2025, № 2, maddə 96, № 3, maddə 214, № 4 (I kitab), maddələr 307, 315, 318, 322, № 5, maddələr 432, 441, № 6, maddələr 524, 536, № 7, maddələr 609, 618, № 8, maddələr 743, 744, № 11, maddə 1009, № 12 (I kitab), maddə 1118; 2026, № 1, maddələr 11, 14, 15, 16, 21, № 2, maddə 111, № 5 (I kitab), maddə 399, № 6, maddə 488; Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 445-VIIQD nömrəli, 14 iyul tarixli 451-VIIQD və 470-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 33.1-ci maddənin birinci abzasında “və xüsusi icra məmurları” sözləri“, xüsusi icra məmurları və özəl məhkəmə ekspertləri” sözləri ilə əvəz edilsin;
2.2. 37.2-ci maddənin birinci cümləsində “və xüsusi icra məmurunun” sözləri“, xüsusi icra məmurunun və özəl məhkəmə ekspertinin” sözləri ilə əvəz edilsin;
2.3. 96.1-ci maddənin ikinci abzasına aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqaviləyə əsasən alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyektidir.”;
2.4. 99.3.14-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 99.3.15-ci maddə əlavə edilsin:
“99.3.15. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqaviləyə əsasən alınan haqlar.”;
2.5. aşağıdakı məzmunda 101.4-2-ci maddə əlavə edilsin:
“101.4-2. Özəl məhkəmə eksperti üçün bu Məcəllənin 96.1-ci maddəsinin ikinci abzasının üçüncü cümləsi ilə müəyyən edilmiş vergitutma obyektindən 10 faiz dərəcə ilə vergi tutulur.”;
2.6. 149-cu maddə üzrə:
2.6.1. 149.1.4-cü maddəyə “məmurları,” sözündən sonra “özəl məhkəmə ekspertləri,” sözləri əlavə edilsin;
2.6.2. 149.2-ci maddə üzrə:
2.6.2.1. birinci cümlədə “və xüsusi icra məmurları” sözləri “, xüsusi icra məmurları və özəl məhkəmə ekspertləri” sözləri ilə əvəz edilsin;
2.6.2.2. aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:
“Özəl məhkəmə ekspertləri “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəl məhkəmə ekspertlərinin fəaliyyətinə görə onlara ödənilən ekspertiza haqlarına münasibətdə hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verməlidirlər.”;
2.7. 151.1-ci maddəyə aşağıdakı məzmunda altıncı cümlə əlavə edilsin:
“Özəl məhkəmə ekspertləri bu Məcəllənin 101.4-2-ci maddəsi ilə müəyyən edilmiş dərəcə ilə hər ay hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.”.
Maddə 3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585 (Cild I); 2024, № 1, maddə 4, № 4, maddələr 362, 365, 368, № 6 (I kitab), maddə 631; 2025, № 1, maddə 1, № 2, maddə 98, № 4 (I kitab), maddə 308, № 6, maddələr 529, 538, № 7, maddə 607, № 8, maddələr 736, 743, № 11, maddə 1011; 2026, № 3, maddə 211, № 4, maddə 294, № 5 (I kitab), maddə 391; Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 429-VIIQD nömrəli və 430-VIIQD nömrəli, 10 iyul tarixli 442-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 97.6.1-ci maddəyə “olunmasını” sözündən sonra “, hadisə yerində və ya tədqiqat obyektinin olduğu yerdə tədqiqat aparılmasının təşkil edilməsini” sözləri əlavə edilsin;
3.2. aşağıdakı məzmunda 270.1-1-ci maddə əlavə edilsin:
“270.1-1. Hadisə yerində və ya tədqiqat obyektinin olduğu yerdə tədqiqat aparılan zaman müstəntiq ekspertin, tədqiqata cəlb edilmiş mütəxəssisin və cinayət prosesinin iştirakçılarının hadisə yerinə və ya tədqiqat obyektinin yerləşdiyi əraziyə daxil olmasını, tədqiqatın aparılmasını təmin edir.”;
3.3. 271-ci maddə üzrə:
3.3.1. 271.1-ci maddəyə “olduğu” sözündən sonra “, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə elektron qaydada göndərilməsi mümkün olmayan tədqiqat obyektləri isə ekspertə təqdim edildiyi” sözləri əlavə edilsin;
3.3.2. 271.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Ekspert rəyi elektron qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə göndərildikdə isə ekspert rəyinə əlavə edilməsi mümkün olmayan maddi sübutlar, nümunələr, digər materiallar, habelə fotoşəkillər, sxemlər, cədvəllər poçt vasitəsilə və ya bilavasitə təqdim olunmalıdır.”;
3.3.3. 271.5-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Elektron qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə göndərilən ekspert rəyləri təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilir.”;
3.4. aşağıdakı məzmunda 331.4-1-ci maddə əlavə edilsin:
“331.4-1. Məhkəmə baxışında təyin edilən ekspertizanın aparılması zamanı məhkəmə ekspertin, tədqiqata cəlb edilmiş mütəxəssisin və cinayət prosesinin iştirakçılarının hadisə yerinə və ya tədqiqat obyektinin yerləşdiyi əraziyə daxil olmasını, tədqiqatın aparılmasını təmin edir.”.
Maddə 4. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348 (Cild I); 2024, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddə 630, № 11, maddə 1182, № 12 (II kitab), maddə 1348; 2025, № 2, maddə 96, № 4 (I kitab), maddələr 307, 322, № 8, maddə 743, № 12 (I kitab), maddə 1118; 2026, № 1, maddələr 15, 16) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 12-ci maddəyə “məmurları;” sözündən sonra “özəl məhkəmə ekspertləri;” sözləri əlavə edilsin;
4.2. 14.5.5-ci maddədə “və sərbəst mediatorlar” sözləri “, sərbəst mediatorlar və özəl məhkəmə ekspertləri” sözləri ilə əvəz edilsin.
Maddə 5. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4 (Cild I); 2024, № 11, maddə 1182, № 12 (II kitab), maddələr 1332, 1348; 2025, № 1, maddə 16, № 3, maddə 218, № 8, maddə 743, № 11, maddə 1008, № 12 (I kitab), maddə 1118; 2026, № 3, maddə 205; Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 464-VIIQD nömrəli Qanunu) 15-2.2.2-ci maddəsinə “məmurları,” sözündən sonra “özəl məhkəmə ekspertləri,” sözləri əlavə edilsin.
Maddə 6. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 7 (Cild I); 2024, № 1, maddə 5, № 6 (I kitab), maddə 631) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 6-cı maddə üzrə:
6.1.1. ikinci hissəyə “göstərilməsi” sözündən sonra “və ya məhkəmə ekspertizası aparıldığı zaman ekspertə mane olunması” sözləri əlavə edilsin;
6.1.2. üçüncü hissə ləğv edilsin;
6.2. 8-ci maddənin dördüncü hissəsində “aparılması üçün şərait yaratmalıdır” sözləri “aparılmasını təmin etməlidir” sözləri ilə əvəz edilsin;
6.3. aşağıdakı məzmunda 8-1-ci maddə əlavə edilsin:
“Maddə 8-1. Məhkəmə ekspertizası fəaliyyətinin elektron qaydada aparılması
8-1.1. Məhkəmə ekspertizası fəaliyyətinin elektron qaydada həyata keçirilməsi bu Qanunla müəyyən edilmiş tələblərə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə təmin edilir.
8-1.2. Məzmununda dövlət sirri təşkil edən məlumat olanlar istisna olmaqla məhkəmə ekspertizasının təyin edilməsinə dair elektron qaydada göndərilən qərarların (qərardadların) qəbulu, həmin qərarların (qərardadların) icraata yönəldilməsi, habelə məhkəmə ekspertizasının sifariş edilməsi ilə bağlı müqavilənin bağlanılması barədə müvafiq məlumatların göndərilməsi, bu Qanunun 21-ci maddəsinin ikinci və üçüncü hissələrinə uyğun olaraq, məhkəmə ekspertizası idarələrinə və ya özəl məhkəmə ekspertlərinə rəsmi müraciətlərin qəbul edilməsi, məhkəmə ekspertizasının təyin edilməsinə dair elektron qaydada göndərilən qərarlar (qərardadlar) üzrə məhkəmə ekspertizalarının aparılması zamanı verilən vəsatətlərin, ekspert rəylərinin və ekspertizaların aparılmasından imtina ilə bağlı məlumatların göndərilməsi müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə təmin edilir.
8-1.3. Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemində formalaşdırılan sənədlər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə uyğun olaraq tərtib olunur və rəsmiləşdirilir.”;
6.4. 9-cu maddənin birinci hissəsinə və 10-cu maddənin birinci hissəsinin ikinci abzasına “aldıqdan” sözündən sonra “, müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə elektron qaydada göndərilməsi mümkün olmayan tədqiqat obyektləri isə məhkəmə ekspertizası idarələrinə təqdim edildikdən” sözləri əlavə edilsin;
6.5. 11-ci maddə üzrə:
6.5.1. on birinci hissəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Özəl məhkəmə eksperti fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunmur.”;
6.5.2. on altıncı hissə üzrə:
6.5.2.1. mətni birinci cümlə hesab edilsin və həmin cümləyə “ekspertlərinin” sözündən sonra “fəaliyyətində” sözü əlavə edilsin;
6.5.2.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Məhkəmə ekspertlərinin fəaliyyətində bu Qanunun tələblərinə riayət edilməsinə nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;
6.6. 11-3-cü maddənin dördüncü hissəsinə “olması” sözündən sonra“, o cümlədən özünə münasibətdə “məhkəmə eksperti” və ya təşkilatlarının adında “məhkəmə ekspertizası” sözlərindən istifadə olunması” sözləri əlavə edilsin;
6.7. aşağıdakı məzmunda 11-6-cı və 11-7-ci maddələr əlavə edilsin:
“Maddə 11-6. Özəl Məhkəmə Ekspertlərinin Palatası
11-6.1. Özəl Məhkəmə Ekspertlərinin Palatası (bundan sonra – Palata) üzvlərinin hüquqlarını və qanuni mənafelərini qorumaq, onların fəaliyyətini əlaqələndirmək məqsədilə özəl məhkəmə ekspertlərinin məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir.
11-6.2. Palatanın möhürü, emblemi, bank hesabı, müvafiq ştampları və blankları vardır.
11-6.3. Palata bu Qanun və Palatanın Ümumi yığıncağında qəbul edilmiş nizamnaməsi əsasında fəaliyyət göstərir.
11-6.4. Palatanın idarə olunması qaydası onun nizamnaməsi ilə tənzimlənir. Palataya Palatanın İdarə Heyətinin sədri, o olmadıqda isə müavini rəhbərlik edir.
11-6.5. Palatanın maliyyələşmə mənbələri aşağıdakılardır:
11-6.5.1. Palata üzvlərinin üzvlük haqları;
11-6.5.2. Palata üzvlərinin intizam tənbeh tədbiri kimi cərimə edilməsindən daxilolmalar;
11-6.5.3. ianələr.
11-6.6. Palata üzvlərinin üzvlük haqqının məbləği, onun ödənilməsi müddəti və qaydası Palatanın nizamnaməsi ilə müəyyən olunur.
11-6.7. Palatanın aşağıdakı səlahiyyətləri vardır:
11-6.7.1. özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərin ixtisas imtahanlarına hazırlanmasında onlara metodiki köməklik göstərmək;
11-6.7.2. özəl məhkəmə ekspertlərinin fəaliyyətini əlaqələndirmək və onların təlimini təşkil etmək;
11-6.7.3. özəl məhkəmə ekspertləri tərəfindən etik davranış kodeksinin tələblərinə riayət edilməsinə nəzarət etmək;
11-6.7.4. dövlət orqanlarında (qurumlarında) özəl məhkəmə ekspertlərini təmsil etmək və onların hüquqlarını və qanuni mənafelərini müdafiə etmək;
11-6.7.5. özəl məhkəmə eksperti fəaliyyəti ilə bağlı normativ hüquqi aktların tələblərini, habelə icra intizamını pozmasına işarə edən kifayət qədər dəlillər olduqda onun barəsində bu Qanuna uyğun olaraq intizam icraatının başlanılması barədə İntizam Komissiyasına təqdimat vermək;
11-6.7.6. məhkəmə ekspertizası fəaliyyətini tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına təkliflər vermək;
11-6.7.7. digər ölkələrin məhkəmə ekspertləri, həmçinin beynəlxalq təşkilatlarla və hüquqi şəxslərlə əməkdaşlıq etmək.
11-6.8. Özəl məhkəmə eksperti Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edildiyi andan Palatanın üzvü olur.
11-6.9. Özəl məhkəmə ekspertinin fəaliyyətinə xitam verildikdə onun Palataya üzvlüyünə xitam verilir.
Maddə 11-7. Özəl məhkəmə ekspertləri barəsində intizam icraatı
11-7.1. Özəl məhkəmə eksperti fəaliyyəti ilə bağlı normativ hüquqi aktların tələblərinin, habelə icra intizamının pozulmasına yol verdikdə onun barəsində intizam tənbehi tətbiq olunur. Özəl məhkəmə eksperti barəsində intizam icraatı İntizam Komissiyası tərəfindən aparılır. Özəl məhkəmə eksperti barəsində intizam tənbehinin tətbiqi intizam icraatını aparmış İntizam Komissiyasının rəyinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
11-7.2. İntizam Komissiyasının tərkibi, formalaşdırılma qaydası və əsasnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
11-7.3. Özəl məhkəmə eksperti barəsində intizam icraatı müvafiq icra hakimiyyəti orqanının və ya Palatanın təqdimatı əsasında başlanılır. Təqdimata baxılması və intizam icraatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
11-7.4. Özəl məhkəmə ekspertinin intizam icraatı zamanı yazılı izahat, habelə zəruri məlumat və sənədləri verməkdən imtina etməsi intizam tənbehinin tətbiq edilməsinə mane olmur.
11-7.5. İntizam Komissiyasının yekun rəyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl məhkəmə ekspertinə intizam pozuntusunun ağırlıq dərəcəsindən asılı olaraq aşağıdakı tənbeh növlərindən biri tətbiq olunur:
11-7.5.1. töhmət;
11-7.5.2. min manatdan iki min manatadək məbləğdə cərimə;
11-7.5.3. özəl məhkəmə eksperti şəhadətnaməsinin ləğvi.
11-7.6. Cərimə üzrə məbləğlər bu Qanunun 11-6.1-ci maddəsində nəzərdə tutulan məqsədlərin həyata keçirilməsi üçün Palatanın bank hesabına köçürülür.
11-7.7. İntizam tənbehi bu maddədə nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir il keçənədək, törədildiyi gündən iki il keçənədək verilə bilər və özəl məhkəmə ekspertinin məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt bu müddətə daxil edilmir.
11-7.8. Töhmət intizam tənbehi verildiyi gündən bir il müddətində qüvvədə olur.
11-7.9. İntizam tənbehinin verilməsi qərarla rəsmiləşdirilir. Verilmiş qərar üç iş günü ərzində özəl məhkəmə ekspertinə elan olunur və əmrin surəti ona təqdim edilir. Özəl məhkəmə eksperti əmrdən inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
11-7.10. Özəl məhkəmə ekspertinə intizam tənbehi tətbiq olunmadan yazılı və ya şifahi xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi hesab edilmir.”;
6.8. 12-ci maddənin birinci hissəsinin üçüncü abzasına “olunması” sözündən sonra “, habelə hadisə yerində və ya tədqiqat obyektinin olduğu yerdə tədqiqat aparılmasının təşkil edilməsi” sözləri əlavə edilsin;
6.9. 13-cü maddənin birinci hissəsi üzrə:
6.9.1. dördüncü abzasda “təqdim edilmiş obyektlərin” sözləri “tədqiqat obyektlərinin” sözləri ilə əvəz edilsin;
6.9.2. səkkizinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:
“Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinə daxil olan tədqiqat metodlarından istifadə etmək.”;
6.10. 22-ci maddənin birinci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə göndərilməsi mümkün olmayan tədqiqat obyektləri məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan (qurum) və ya şəxs tərəfindən məhkəmə ekspertizası idarələrinə və ya özəl məhkəmə ekspertinə poçt vasitəsilə və ya bilavasitə təqdim edilir.”;
6.11. 26-cı maddə üzrə:
6.11.1. birinci hissəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Elektron qaydada tərtib edilmiş ekspert rəyi təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilir və müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqana (quruma) və şəxsə göndərilir.”;
6.11.2. ikinci hissənin səkkizinci abzasından “məhkəmə ekspertizasının aparılması üçün məhkəmə ekspertinə təqdim edilmiş” sözləri çıxarılsın;
6.12. 43-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“Bu Qanunun tələblərinin pozulmasına görə şəxslər qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar.”.
Maddə 7. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1084 (Cild I); 2025, № 8, maddə 743) 41-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
7.1. aşağıdakı məzmunda 41.4-1-ci maddə əlavə edilsin:
“41.4-1. Ekspertizanın keçirilməsi zamanı tədqiqat obyektinin olduğu yerdə tədqiqatın aparılması zərurəti yarandıqda inzibati orqan tərəfindən ekspertin, tədqiqata cəlb edilmiş mütəxəssisin və maraqlı şəxslərin tədqiqat obyektinin yerləşdiyi əraziyə daxil olması, tədqiqatın aparılması təmin edilir. Maraqlı şəxslərin tədqiqat obyektinin olduğu yerdə tədqiqatın aparılmasında iştirak etməməsi tədqiqatın dayandırılması və ya təkrarlanması üçün əsas deyildir.”;
7.2. 41.5-ci maddəyə “olduğu” sözündən sonra “və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə elektron qaydada göndərilməsi mümkün olmayan tədqiqat obyektləri isə məhkəmə ekspertizası idarələrinə təqdim edildiyi” sözləri əlavə edilsin.
Maddə 8. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632 (Cild I); 2024, № 6 (I kitab), maddə 631, № 7, maddələr 747, 751, № 8, maddə 933; 2025, № 1, maddə 16, № 3, maddə 215, № 4 (I kitab), maddə 314, № 5, maddə 433, № 6, maddə 524, № 7, maddə 626, № 8, maddə 733; 2026, № 6, maddə 488; Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 451-VIIQD nömrəli, 456-VIIQD nömrəli və 458-VIIQD nömrəli qanunları) 3 nömrəli əlavə – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 77-ci maddəsindən “özəl məhkəmə ekspertinin şəhadətnaməsi,” sözləri çıxarılsın.
Maddə 9. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1669 (Cild I); 2024, № 7, maddə 762, № 8, maddə 934; 2025, № 1, maddə 16, № 4 (I kitab), maddə 322; 2026, № 1, maddə 16; Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 468-VIIQD nömrəli Qanunu) 4.1.9-cu və 4.4.2-ci maddələrinə “məmurları” sözündən sonra “, özəl məhkəmə ekspertləri” sözləri əlavə edilsin.
Maddə 10. Keçid müddəalar
10.1. Palata dövlət qeydiyyatına alınanadək onun “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-6.7-ci maddəsində müəyyən edilmiş səlahiyyətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
10.2. Palata dövlət qeydiyyatına alınanadək özəl məhkəmə ekspertlərinin üzvlük haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ədliyyə orqanlarının xüsusi xəzinə hesabına köçürülür və özəl məhkəmə ekspertizası fəaliyyətinin məqsədləri üçün istifadə olunur.
10.3. Palata Məhkəmə Ekspertləri Reyestrinə daxil edilmiş özəl məhkəmə ekspertləri tərəfindən təsis edilir. 2027-ci il iyulun 1-dək Reyestrə daxil edilmiş özəl məhkəmə ekspertlərinin sayı 50 (əlli) nəfərə çatmazsa, təsis yığıncağı Reyestrə daxil edilmiş özəl məhkəmə ekspertlərinin azı üçdə ikisinin iştirakı ilə keçirilir. İclasa təsis yığıncağında iştirak edən ən yaşlı özəl məhkəmə eksperti sədrlik edir.
10.4. Məhkəmə Ekspertləri Reyestrinə 50 (əlli) özəl məhkəmə eksperti daxil edildikdən sonra bir il müddətində Palata təsis edilməzsə, təsis yığıncağı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən çağırılır.
10.5. Palata dövlət qeydiyyatına alındığı andan Məhkəmə Ekspertləri Reyestrinə daxil edilmiş bütün özəl məhkəmə ekspertləri onun üzvü hesab edilirlər.
Azərbaycan Respublikasının Prezidenti

