Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Qanun layihələri
30 oktyabr 2026   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

30 oktyabr 2026

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”,  “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci, 6-cı, 10-cu, 14-cü və 16-cı  bəndlərini rəhbər tutaraq qərara alır: 
 
Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17 (Cild I); 2024, № 1, maddə 13, № 4, maddələr 362, 367, № 5 (I kitab), maddə 484, № 6, (I kitab), maddə 637, № 12 (I kitab), maddə 1283; 2025, № 4 (I kitab), maddələr 308, 322, № 6, maddə 526, № 7, maddə 610, № 8, maddələr 736, 743, № 11, maddə 1011; 2026, № 1, maddə 8, № 4, maddə 294) 67-1.6-cı maddəsində “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi” sözləri “Pulsuz hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən olunmuş” sözləri ilə əvəz edilsin. 
 
Maddə 2. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585 (Cild I); 2024, № 1, maddə 4, № 4, maddələr 362, 365, 368, № 6 (I kitab), maddə 631; 2025, № 1, maddə 1, № 2, maddə 98, № 4 (I kitab), maddə 308, № 6, maddələr 529, 538, № 7, maddə 607, № 8, maddələr 736, 743, № 11, maddə 1011; 2026, № 3, maddə 211, № 4, maddə 294, № 5 (I kitab), maddə 391; Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 429-VIIQD nömrəli və 430-VIIQD nömrəli, 10 iyul tarixli 442-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin: 
2.1. 87.6.21-1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“87.6.21-1. “Pulsuz hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pulsuz hüquqi yardım almaq;”; 
2.2. 193.5-ci maddədə “müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsi ilə” sözləri “Pulsuz hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə əvəz edilsin;
2.3. 196-cı maddə üzrə:
2.3.1. 196.1-ci maddədən “şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərən müdafiəçinin” sözləri çıxarılsın;
2.3.2. aşağıdakı məzmunda 196.3-1-ci maddə əlavə edilsin:
“196.3-1. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda pulsuz hüquqi yardım göstərən şəxslərin çəkdikləri xərclər “Pulsuz hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir.”;
2.4. 197.1.2-ci maddədə “müdafiəçiyə” sözü “şəxsə” sözü ilə əvəz edilsin.
 
Maddə 3. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586 (Cild I); 2024, № 4, maddə 365, № 5 (I kitab), maddələr 489, 503, № 8, maddə 934; 2025, № 1, maddə 15, № 4 (I kitab), maddə 322, № 8, maddə 743, № 11, maddə 1011; 2026, № 1, maddələr 8, 16, № 3, maddə 207, № 4, maddə 295; Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 429-VIIQD nömrəli Qanunu) aşağıdakı məzmunda 15-1.5-ci maddə əlavə edilsin:
“15-1.5. Üzərində probasiya nəzarəti həyata keçirilən şəxslərin “Pulsuz hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pulsuz hüquqi yardım almaq hüququ vardır.”. 
 
Maddə 4. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 21, maddə 590; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 5 (I kitab), maddə 501, № 6 (I kitab), maddə 631, № 7, maddə 773) 3-cü maddəsinin ikinci hissəsinin səkkizinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin: 
“Pulsuz hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq onlara pulsuz hüquqi yardım göstərilir.”. 
 
Maddə 5. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 16, maddə 213; 1995,      № 9, maddə 177, № 14, maddə 241; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, (Cild I); 2024, № 5 (I kitab), maddə 501; 2026, № 4, maddə 295) aşağıdakı məzmunda 20-1-ci maddə əlavə edilsin: 
“Maddə 20-1. Pulsuz hüquqi yardım 
Veteranların “Pulsuz hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pulsuz hüquqi yardım almaq hüququ vardır.”. 
 
Maddə 6. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 392 (Cild I); 2024, № 4, maddə 365, № 5 (I kitab), maddə 501; 2025, № 1, maddələr 15, 16; Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 432-VIIQD nömrəli Qanunu) 6-cı maddəsinin altıncı hissəsi yeddinci hissə hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin:
“Qaçqın statusu almış şəxslərin “Pulsuz hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pulsuz hüquqi yardım almaq hüququ vardır.”. 
 
Maddə 7. “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 477 (Cild I); 2024, № 5 (I kitab), maddə 501, № 12 (II kitab), maddə 1336; 2025, № 4 (I kitab), maddələr 310, 322, № 6, maddə 523, № 11, maddə 1004; 2026, № 1, maddələr 8, 16) 9-cu maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin: 
“Valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin “Pulsuz hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pulsuz hüquqi yardım almaq hüququ vardır.”. 
 
Maddə 8. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 19 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 362; 2025, № 11, maddə 1011) aşağıdakı dəyişikliklər edilsin: 
8.1. 2-ci maddənin I hissəsinə “Qanundan” sözündən sonra “, “Pulsuz hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanunundan” sözləri əlavə edilsin və həmin hissədə “qanunvericilik aktlarından” sözləri “normativ hüquqi aktlardan” sözləri ilə əvəz edilsin; 
8.2. 10-cu maddənin I hissəsinin ikinci abzasında “və Vəkillərin etik davranış qaydaları haqqında Əsasnaməni” sözləri “, vəkillərin davranış qaydaları haqqında əsasnaməni və paraleqalların etik davranış qaydalarını” sözləri ilə əvəz edilsin; 
8.3. 11-ci maddənin III hissəsi üzrə: 
8.3.1. dördüncü abzasa birinci halda “dövlət” sözündən əvvəl “bu Qanunun 20-ci maddəsinin I və I-I hissələrinə əsasən” sözləri əlavə edilsin; 
8.3.2. on doqquzuncu abzas iyirminci abzas hesab edilsin və aşağıdakı məzmunda on doqquzuncu abzas əlavə edilsin:
“Pulsuz hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pulsuz hüquqi yardım göstərilməsini təşkil edir, pulsuz hüquqi yardım göstərilməsi üçün ərizə və pulsuz hüquqi yardım göstərən şəxslər tərəfindən Vəkillər Kollegiyasına təqdim edilməli olan hesabat formalarını, pulsuz hüquqi yardım göstərən vəkillərin seçimi qaydalarını müəyyən edir, fəaliyyət göstərdikləri ərazilərə uyğun olaraq pulsuz hüquqi yardım göstərən şəxslərin, o cümlədən paraleqal statusu əldə etmiş şəxslərin reyestrini aparır;”; 
8.4. 16-cı maddənin I hissəsinin səkkizinci–on ikinci abzasları müvafiq olaraq doqquzuncu–on üçüncü abzaslar hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:
“Pulsuz hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ildə 30 saatdan az olmamaqla, ictimai fayda naminə ödəniş tələb etmədən həmin Qanunla müəyyən edilən şəxslərə pulsuz hüquqi yardım göstərməlidir;”; 
8.5. 19-cu maddənin III hissəsinin üçüncü cümləsində “Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə” sözləri “Pulsuz hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə əvəz edilsin; 
8.6. 20-ci maddə üzrə: 
8.6.1. I hissəsinin dördüncü cümləsində “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri “Pulsuz hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə əvəz edilsin; 
8.6.2. aşağıdakı məzmunda I-I hissə əlavə edilsin: 
“I-I. “Pulsuz hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş digər şəxslərə həmin Qanuna uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına pulsuz hüquqi yardım göstərilir.”; 
8.7. 24-cü maddənin II hissəsinə “Vəkillər” sözündən əvvəl “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla” sözləri əlavə edilsin. 
 
Maddə 9. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 681 (Cild I); 2024, № 1, maddə 3; 2025, № 2, maddə 98, № 6, maddə 523, № 11, maddə 1004; 2026, № 1, maddə 8, № 4, maddə 294) 8.2.7-ci maddəsi aşağıdakı redaksiyada verilsin: 
“8.2.7. “Pulsuz hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pulsuz hüquqi yardım almaq.”. 
 
Maddə 10. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 694 (Cild I); 2025, № 2, maddə 98; 2026, № 1, maddə 8) aşağıdakı məzmunda 17.4-1-ci maddə əlavə edilsin: 
“17.4-1. İnsan alveri qurbanlarına “Pulsuz hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pulsuz hüquqi yardım göstərilir.”. 
 
Maddə 11. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1005 (Cild I); 2025, № 1, maddə 16, № 4 (I kitab), maddə 322; 2026, № 1, maddə 16) aşağıdakı məzmunda 10-1-ci maddə əlavə edilsin: 
“Maddə 10-1. Sosial yardım alan ailənin üzvlərinin pulsuz hüquqi yardım almaq hüququ 
Sosial yardımı alan ailənin üzvlərinin “Pulsuz hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pulsuz hüquqi yardım almaq hüququ vardır.”. 
 
Maddə 12. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 10, maddə 836 (Cild I); 2024, № 4, maddə 361, № 5 (I kitab), maddə 484; 2025, № 1, maddə 3, № 2, maddə 98) aşağıdakı dəyişikliklər edilsin: 
12.1. 8.0.6-cı maddəyə “şəxsə” sözündən sonra “Pulsuz hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət vəsaiti hesabına” sözləri əlavə edilsin; 
12.2. 14.0.4-cü maddədə “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada” sözləri “Pulsuz hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri ilə əvəz edilsin. 
 
Maddə 13. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1386 (Cild I); 2024, № 5 (I kitab), maddələr 501, 503; 2025, № 1, maddə 16, № 4 (I kitab), maddə 322, № 12 (I kitab), maddə 1118; 2026, № 1, maddələr 8, 16; Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 464-VIIQD nömrəli Qanunu) aşağıdakı məzmunda 34-1-ci maddə əlavə edilsin: 
“Maddə 34-1. Əlilliyi olan işləməyən şəxslərin pulsuz hüquqi yardım almaq hüququ
Əlilliyi olan işləməyən şəxslərin “Pulsuz hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pulsuz hüquqi yardım almaq hüququ vardır.”.
 
Maddə 14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026, № 4, maddə 293) 59.1-ci maddəsinə “yardım” sözündən sonra “, həmçinin “Pulsuz hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pulsuz hüquqi yardım” sözləri əlavə edilsin.
 
      
Azərbaycan Respublikasının Prezidenti
 
 
 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU