Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

Qanun layihələri
03 noyabr 2026   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

03 noyabr 2026

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır: 
 
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772, № 12 (I kitab), maddə 1280, (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddələr 1, 15, № 2, maddə 99, № 3, maddə 217, № 4 (I kitab), maddələr 305, 311, № 5, maddələr 434, 440, № 6, maddə 529, № 7, maddələr 607, 619, 626, № 8, maddələr 736, 741; 2026, № 1, maddələr 18, 19, № 3, maddələr 202, 212, № 5 (I kitab), maddə 392, № 7 (l kitab), maddələr 600, 619; Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 431-VIIQD nömrəli və 14 iyul tarixli 462-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 54-cü maddə üzrə: 
1.1. 54.2-1-ci maddə aşağıdakı redaksiyada verilsin: 
“54.2-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hərbi qulluqçuları tərəfindən törədilmiş bu Məcəllənin 610 – 618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) səlahiyyətli vəzifəli şəxsi tərəfindən qəbul edilmiş qərarların (qərardadların), habelə protokolların surətləri dərhal müvafiq hərbi prokurora göndərilir. Hərbi prokuror həmin sənədlərin yoxlanılması ilə əlaqədar qanuni əsaslar olduqda yazılı göstəriş verir.”;
1.2. aşağıdakı məzmunda 54.2-2-ci  və 54.2-3-cü maddələr əlavə edilsin: 
“54.2-2. Hərbi prokuror bu Məcəllənin 54.2-1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında işin başlanılmasının rədd edilməsi haqqında qərardadının və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarının qanuniliyini və əsaslılığını onun daxil olduğu vaxtdan 30 gün müddətində yoxlayır, həmin qərardadın və ya qərarın qanunsuz və ya əsassız olduğunu müəyyən etdikdə, onu ləğv edərək bu Məcəllənin 54.4-cü və ya 102.6-cı maddələrində nəzərdə tutulmuş müvafiq qərar (qərardad) qəbul edir və ya protokol tərtib edir, yaxud inzibati xəta haqqında məlumata yenidən baxılması üçün icraat materiallarını səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərir.  
54.2-3. Bu Məcəllənin 54.2-2-ci maddəsində nəzərdə tutulmuş yoxlama ilə əlaqədar müvafiq qərarı və ya qərardadı qəbul edən səlahiyyətli vəzifəli şəxsdən inzibati xəta haqqında iş üzrə icraatın materialları tələb edildikdə, materiallar bir gün ərzində hərbi prokurora təqdim edilməlidir.”;
1.3. 54.6-cı maddənin birinci cümləsinə “təşəbbüsü ilə” sözlərindən sonra “və həmin Məcəllənin 54.2-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətli vəzifəli şəxs tərəfindən” sözləri əlavə edilsin. 
2. 111.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Hərbi qulluqçunun xidməti vəzifələrinin icrası ilə bağlı və ya digər üzrlü səbəblərdən dərhal məhkəməyə gələ bilmədiyi, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu isə gətirilə bilmədiyi hallarda, barəsində başlanılmış inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə bu Məcəllənin 111.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə baxılır.”.
3. 613-cü maddə üzrə:
3.1. 613.2-ci maddə üzrə: 
3.1.1. dispozisiyada “üç” sözü “bir” sözü ilə əvəz edilsin; 
3.1.2. sanksiya aşağıdakı redaksiyada verilsin: 
“iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunur.”; 
3.2. 613.4-cü maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin: 
“üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.”. 
 
 
Azərbaycan Respublikasının Prezidenti
 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU