İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında

Qanun layihələri
16 noyabr 2026   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

16 noyabr 2026

Layihə 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Büdcənin ümumi göstəriciləri

1.1. İşsizlikdən sığorta fondunun 2027-ci il üzrə xərcləri 319 200 000,0 manat məbləğində təsdiq edilir. Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:

1.1.1. işsizlikdən sığorta fondunun 2027-ci il büdcəsinin gəlirləri 268 900 000,0 manat;

1.1.2. işsizlikdən sığorta fondunun 2027-ci il yanvarın 1-nə istifadə olunmamış vəsaitindən 2027-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 50.300.000,0 manat.

Maddə 2. Gəlirlər

Müəyyən edilsin ki, 2027-ci ildə işsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

 Sıra №-si

Gəlirlərin mənbələri

Məbləğ

(manatla)

2.1.

İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmi o cümlədən:

267 200 000,0

2.1.1.

büdcədən maliyyələşən təşkilatlar üzrə

29 800 000,0

2.1.2.

büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə

29 800 000,0

2.1.3.

qeyri-büdcə sektoru üzrə

207 600 000,0

2.2.

Sair gəlirlər

1 700 000,0


Maddə 3. Xərclər

Müəyyən edilsin ki, işsizlikdən sığorta fondunun 2027-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:

 Sıra №-si

Xərclərin istiqamətləri

Məbləğ (manatla)

3.1.

İşsizliyə görə sığorta ödənişləri

36 000 000,0

3.2.

Peşə hazırlığı və əlavə təhsilin təşkili

27 300 000,0

3.3.

Peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi

1 600 000,0

3.4.

Əmək yarmarkalarının və əmək birjalarının təşkili

500 000,0

3.5.

Haqqı ödənilən ictimai işlərin təşkili

3 800 000,0

3.6.

Özünüməşğulluq tədbirlərinin təşkili

113 000 000,0

3.7.

Sosial iş yerlərində işçilərin əmək haqlarının bir hissəsinin maliyyələşdirilməsi

7 000 000,0

3.8.

Peşə standartlarının hazırlanması

1 000 000,0

3.9.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri

75 000 000,0

3.10.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri

50 000 000,0

3.11.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin yaradılması

1 000 000,0

3.12.

Sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi

2 000 000,0

3.13.

Qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv məşğulluq tədbirləri

1 000 000,0


Maddə 4. Qalıqlardan istifadə

İşsizlikdən sığorta fondunun (o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin) hesablarında qalan sərbəst vəsait “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq növbəti ilin xərclərinin maliyyələşdirilməsinə və (və ya) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən investisiyaya yönəldilir.

Maddə 5. Bu Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.

            Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU