Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında

Qanun layihələri
16 noyabr 2026   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

16 noyabr 2026

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Ehtiyac meyarının həddi
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2027-ci il üçün ehtiyac meyarının həddi 314 manat məbləğində təsdiq edilsin.
Maddə 2. Bu Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU