Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Seçki Məcəlləsində, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yaşayış minimumu haqqında”, “Sosial müavinətlər haqqında”, “Təhsil haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Ümumi təhsil haqqında”, “Siyasi partiyalar haqqında”, “Diplomatik xidmət haqqında” və “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Qanun layihələri
16 noyabr 2026   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

16 noyabr 2026

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Seçki Məcəlləsində, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yaşayış minimumu haqqında”, “Sosial müavinətlər haqqında”, “Təhsil haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Ümumi təhsil haqqında”, “Siyasi partiyalar haqqında”, “Diplomatik xidmət haqqında” və “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 6-cı, 15-ci, 16-cı, 18-ci, 19-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213 (Cild I); 2024, № 1, maddə 6, № 4, maddə 365, № 7, maddə 744, № 8, maddə 934; 2025, № 1, maddələr 1, 16, № 2, maddə 96, № 4 (I kitab), maddə 322, № 7, maddələr 606, 608; 2026, № 1, maddələr 8, 16, № 2, maddə 110, № 3, maddə 209, № 4, maddələr 295, 300, № 5 (I kitab), maddələr 397, 403, № 6, maddə 492, № 7 (I kitab), maddələr 620, 625) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 7-ci maddənin 2-3.7-ci bəndindən və 9-cu maddənin birinci hissəsinin “n” bəndindən “aylıq” sözü çıxarılsın;
1.2. 12-ci maddənin 1-ci hissəsinin “x” bəndinə “ödənişlərin” sözündən sonra “, bu Məcəllənin 174-cü maddəsi nəzərə alınmaqla,” sözləri əlavə edilsin; 
1.3. 15-ci maddənin 7-ci hissəsinə “orqanının” sözündən sonra “, habelə Azərbaycan Respublikası Mərkəzi Bankının” sözləri əlavə edilsin;
1.4. 31-ci maddənin 2-ci hissəsinin “j” bəndinə “tərəfindən” sözündən sonra “, bu Məcəllənin 175-ci maddəsi nəzərə alınmaqla,” sözləri əlavə edilsin;
1.5. 66-cı maddənin birinci hissəsinin altıncı abzasından, 67-1-ci və 67-2-ci maddələrin 2-ci hissələrindən “uşağının üç yaşınadək” sözləri çıxarılsın;
1.6.125-ci maddə üzrə:
1.6.1. 1-ci hissənin birinci cümləsindən “ödənişli” sözü çıxarılsın;
1.6.2. aşağıdakı məzmunda 5-ci hissə əlavə edilsin:
“5. Hamiləliyə və doğuma görə müavinət “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təyin edilir və ödənilir.”; 
1.7. 126-cı maddə üzrə:
1.7.1. 1-ci hissədən “ödənişli” sözü çıxarılsın;
1.7.2. 2-ci hissədə “qismən ödənişli” sözləri “uşağa qulluğa görə” sözləri ilə əvəz edilsin; 
1.8. 127-ci maddə üzrə:
1.8.1. adında “Qismən ödənişli” sözləri “Uşağa qulluğa görə” sözləri ilə əvəz edilsin;
1.8.2. 1-ci hissədə “qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq” sözləri “uşağa qulluğa görə sosial məzuniyyət” sözləri ilə əvəz edilsin;
1.8.3. 2-ci hissədə “qismən ödənişli” sözləri “uşağa qulluğa görə” sözləri ilə əvəz edilsin;
1.8.4. aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:
“3. Üç yaşınadək uşağa qulluğa görə müavinət “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təyin edilir və ödənilir.”;
1.9. 132-ci maddənin 2-ci hissəsində “qismən ödənişli” sözləri “uşağa qulluğa görə” sözləri ilə əvəz edilsin;
1.10. 134-cü maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 134. Əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi halları və qaydası
134.1. Əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi dedikdə, məzuniyyətin verilməsi üçün növbəlilik cədvəlində nəzərdə tutulan vaxtın və ya əmək məzuniyyətinin bir hissəsinin bir aydan başqa aya, yaxud cari iş ilindən növbəti iş ilinə, yaxud növbəti təqvim ilinə keçirilməsi başa düşülməlidir.
134.2. Əmək məzuniyyəti və ya onun bir hissəsi aşağıdakı hallarda başqa vaxta keçirilir:
134.2.1. işçinin təşəbbüsü ilə:
134.2.1.1. əmək qabiliyyəti müvəqqəti itirildikdə;
134.2.1.2. əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə;
134.2.1.3. işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə;
134.2.2. işçiyə əmək məzuniyyətinin müəyyən edilmiş növbədə nəzərdə tutulan vaxtda verilməsinin istehsalın, işin, xidmətlərin normal gedişinə xələl gətirə biləcəyi hallarda işəgötürənin təşəbbüsü və işçinin razılığı ilə;
134.2.3. hərbi vəziyyət dövründə səfərbərlik planlarına (tapşırıqlarına) uyğun olaraq;
134.2.4. tərəflərin qarşılıqlı razılığı ilə.
134.3. Tərəflərin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin istifadə edilməyən hissəsi növbəti iş ili üçün əmək məzuniyyəti ilə birləşdirilə bilər.”;
1.11. 135-ci maddənin 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“2. Əmək məzuniyyətinin müvafiq iş ili (iş illəri) üçün istifadə edilməmiş və növbəti iş və ya təqvim ilinə keçirilməmiş hissəsinə görə işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında kompensasiya ödənilir. Bu Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulan hal istisna olmaqla, əmək məzuniyyətinin bu Məcəllənin 114-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilən minimum müddəti kompensasiya ilə əvəz oluna bilməz.”;
1.12. 137-ci maddə üzrə:
1.12.1. 1-ci hissənin ikinci cümləsində “həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir” sözləri “bu Məcəllənin 134-cü maddəsinə əsasən başqa vaxta keçirilir və ya bu Məcəllənin 135-ci maddəsinin tələbləri nəzərə alınmaqla məzuniyyətin qalan hissəsinə görə kompensasiya ödənilir” sözləri ilə əvəz edilsin;
1.12.2. 3-cü hissəyə “ödənilir” sözündən sonra “və ya bu Məcəllənin 135-ci maddəsinin tələbləri nəzərə alınmaqla həmin günlərə görə kompensasiya ödənilir” sözləri əlavə edilsin;
1.13. 138-ci maddənin 2-1-ci hissəsində “işəgötürənə” sözü “, habelə bu Məcəllənin 135-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq kompensasiyanın ödənilməsi üçün işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə)” sözləri ilə əvəz edilsin;
1.14. 140-cı maddənin 1-ci hissəsinin ikinci cümləsində “qismən ödənişli” sözləri “uşağa qulluğa görə” sözləri ilə əvəz edilsin;
1.15. 144-cü maddə üzrə:
1.15.1. 2-ci hissəyə “əsas” sözündən sonra “və əlavə” sözləri əlavə edilsin;
1.15.2. 3-cü hissədən “bu Məcəllənin 115 – 117-ci və 118-1-ci maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə,” sözləri çıxarılsın;
1.16. 154-cü maddə üzrə:
1.16.1. 1-ci hissədən “gündəlik və ya aylıq” sözləri çıxarılsın;
1.16.2. 2-ci hissədə “dövlətin müəyyən etdiyi” sözləri “bu Məcəllənin 155-ci maddəsinin 6-cı hissəsinə əsasən müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
1.16.3. aşağıdakı məzmunda 5–7-ci hissələr əlavə edilsin:
“5. Bu maddənin 6-cı hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək haqqı aylıq müəyyən edilir.
6. Aşağıdakı hallardan biri olduqda saatlıq əmək haqqı müəyyən edilir:
a) siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət növləri üzrə fəaliyyət göstərən müəssisələrdə və fiziki şəxs olan işəgötürənlərin yaratdığı iş yerlərində bir aydan az müddətə əmək müqaviləsi bağlanıldıqda; 
b) həftəlik iş vaxtının müddəti 20 saat və ya ondan az müəyyən edildikdə.
7. Büdcədən maliyyələşdirilən müəssisələrdə bu Məcəllənin 158-ci maddəsinin 2-ci hissəsinə əsasən müəyyən edilmiş əməyin ödənilməsi sistemində nəzərdə tutulduğu təqdirdə, bu maddənin 6-cı hissəsi nəzərə alınmaqla, saatlıq əmək haqqının tətbiqinə yol verilir.”;
1.17. 155-ci maddə üzrə:
1.17.1. 2-ci hissəyə “aylıq” sözündən sonra “və ya saatlıq” sözləri əlavə edilsin;
1.17.2. 3-cü hissə üzrə:
1.17.2.1. birinci cümlədə “dövlət tərəfindən” sözləri “bu maddənin 6-cı hissəsinə əsasən” sözləri ilə əvəz edilsin və həmin cümləyə “minimum” sözündən sonra “aylıq” sözü əlavə edilsin;
1.17.2.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bu Məcəllədə nəzərdə tutulan qaydada natamam iş vaxtı ilə işləyən və aylıq əmək haqqı alan işçilərin əmək haqqı müəyyən edilmiş vaxta mütənasib olaraq minimum aylıq əmək haqqı məbləğindən hesablanan məbləğdən aşağı ola bilməz.”; 
1.17.3. aşağıdakı məzmunda 3-1-ci və 3-2-ci hissələr əlavə edilsin:
“3-1. Bu Məcəllənin 154-cü maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş hallarda saatlıq əmək haqqı müəyyən edilmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin hər iş saatına görə əmək haqqı bu maddənin 6-cı hissəsinə əsasən müəyyən edilmiş minimum saatlıq əmək haqqı məbləğindən aşağı ola bilməz.
3-2. Əmək haqqı saatlıq müəyyən edilən işçinin gündəlik iş vaxtının müddəti 1 saatdan az olduqda işçiyə ödənilən əmək haqqı minimum saatlıq əmək haqqından aşağı ola bilməz. İşçinin növbəti iş saatı 1 saatdan az olduqda həmin müddət də 1 saat kimi nəzərə alınır və ödənilir.”;
1.17.4. 4-cü hissəyə “minimum” sözündən sonra “aylıq və ya saatlıq” sözləri əlavə edilsin;
1.17.5. 6-cı hissənin birinci və ikinci cümlələrinə “Minimum” sözündən sonra “aylıq və saatlıq” sözləri əlavə edilsin;
1.17.6. aşağıdakı məzmunda 7-ci hissə əlavə edilsin: 
“7. Minimum saatlıq əmək haqqının məbləği minimum aylıq əmək haqqından hesablanan saatlıq tarif (vəzifə) maaşından yüksək məbləğdə müəyyən edilir.”;
1.18. 157-ci maddənin 3-cü hissəsindən, 167-ci maddənin ikinci cümləsindən və 168-ci maddənin 1-ci hissəsinin ikinci cümləsindən “aylıq” sözü çıxarılsın;
1.19. iyirmi altıncı fəsil üzrə: 
1.19.1. adına “HAQQININ” sözündən sonra “VƏ DİGƏR ÖDƏNİŞLƏRİN” sözləri əlavə edilsin;
1.19.2. 172-ci maddə üzrə:
1.19.2.1. adına “müddətləri” sözündən sonra “və vaxtı” sözləri əlavə edilsin;
1.19.2.2. 1-ci hissəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Saatlıq əmək haqqı müəyyən edilmiş işçilərə əmək haqqı əmək müqaviləsində nəzərdə tutulmuş vaxtda ödənilir.”;
1.19.2.3. 2-ci hissədə “müddətləri də” sözləri “müddətləri və vaxtı” sözləri ilə əvəz edilsin; 
1.19.2.4. “Qeyd” hissəsinin ikinci cümləsinə “ödənilməməsi” sözündən sonra “, habelə elektron informasiya sistemində texniki problemlərin yaranması” sözləri əlavə edilsin;
1.19.3. 174-cü maddə üzrə:
1.19.3.1. adında “Əmək haqqının” sözləri “Əməkhaqqının və digər ödənişlərin” sözləri ilə əvəz edilsin;
1.19.3.2. 2-ci hissə üzrə:
1.19.3.2.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:
“Əməkhaqqı və digər ödənişlər işçiyə nağdsız qaydada işçinin müəyyən etdiyi ödəniş hesabına ödənilir.”; 
1.19.3.2.2. ikinci cümləyə “əməkhaqqı” sözündən sonra “və digər ödənişlər” sözləri əlavə edilsin və həmin cümlədə “bank” sözü “ödəniş” sözü ilə əvəz edilsin;
1.19.3.3. aşağıdakı məzmunda 2-1-ci və 2-2-ci hissələr əlavə edilsin:
“2-1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əməkhaqqı və digər ödənişlərin nağdsız qaydada ödənilməsi işçinin müəyyən etdiyi ödəniş hesabına işəgötürən tərəfindən təqdim edilən məlumatlar əsasında ödəniş xidməti təchizatçısı vasitəsilə elektron informasiya sistemi və Azərbaycan Respublikası Mərkəzi Bankının operatoru olduğu ödəniş sistemi üzərindən həyata keçirilir. 
2-2. İşəgötürənlər tərəfindən bu maddənin 2-1-ci hissəsində nəzərdə tutulmuş ödənişlərin həyata keçirilməsinin prosedur qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla təsdiq edilir.”;
1.19.3.4. 4-cü hissədə “Əmək haqqı” sözləri “Əməkhaqqı və digər ödənişlər” sözləri ilə əvəz edilsin;
1.19.3.5. aşağıdakı məzmunda “Qeyd” hissəsi əlavə edilsin:
“Qeyd: Bu maddənin 2-ci hissəsinin birinci cümləsinə əsasən əməkhaqqı və digər ödənişlərin işçinin müəyyən etdiyi ödəniş hesabına köçürülməsi ilə bağlı işçilər heç bir xərc çəkmirlər.”;
1.19.4. 175-ci maddəyə aşağıdakı məzmunda 7-ci hissə əlavə edilsin:
“7. Bu maddədə nəzərdə tutulmuş ödənişlərin işəgötürən tərəfindən işçinin əməkhaqqından tutulması, bu Məcəllənin 174-cü maddəsi nəzərə alınmaqla, elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.”;
1.20. 177-ci maddənin 3-1-ci hissəsində “qismən ödənişli” sözləri “uşağa qulluğa görə” sözləri ilə əvəz edilsin;
1.21. 178-ci maddənin 1-ci hissəsinin ikinci cümləsindən “aylıq” sözü çıxarılsın;
1.22. 186-cı maddənin 2-ci hissəsinin “c” bəndində “aylıq” sözü “əmək müqaviləsi ilə müəyyən edilmiş” sözləri ilə əvəz edilsin;
1.23. 196-cı maddənin “Qeyd” hissəsinə “minimum” sözündən sonra “aylıq” sözü əlavə edilsin;
1.24. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 1-ci əlavə – “Əmək müqaviləsinin (kontraktının) nümunəvi forması”nın 4-cü paraqrafı üzrə:
1.24.1. 4.1-ci bənddə “hər ay” sözləri “aylıq (saatlıq)” sözləri ilə əvəz edilsin;
1.24.2. 4.3-cü bəndə “aylıq” sözündən əvvəl “saatlıq,” sözü əlavə edilsin;
1.24.3. 4.6-cı bənddə “____________  (bankın adı) bankdakı” sözləri “ödəniş” sözü ilə əvəz edilsin.
Maddə 2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17 (Cild I); 2024, № 1, maddə 13, № 4, maddələr 362, 367, № 5 (I kitab), maddə 484, № 6 (I kitab), maddə 637, № 12 (l kitab), maddə 1283; 2025, № 4 (I kitab), maddələr 308, 322, № 6, maddə 526, № 7, maddə 610, № 8, maddələr 736, 743, № 11, maddə 1011; 2026, № 1, maddə 8, № 4, maddə 294) 116.3-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. birinci cümlədə “Tərcüməçilərin əmək haqqı” sözləri “Tərcüməçilərə ödənilən haqq” sözləri ilə əvəz edilsin;
2.2. üçüncü cümləyə “minimum” sözündən sonra “aylıq” sözü əlavə edilsin.
Maddə 3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 126 (Cild I); 2024, № 5 (I kitab), maddə 484, № 6 (I kitab), maddə 637, № 7, maddələr 763, 765, 769, 772; 2025, № 2, maddə 98, № 4 (I kitab), maddə 322, № 6, maddə 523, № 11, maddə 1004; 2026, № 1, maddə 8, № 4, maddə 294) 110.1-ci və 110.2-ci maddələrinə “minimum” sözündən sonra “aylıq” sözü əlavə edilsin.
Maddə 4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 493, № 7, maddə 744, № 12 (I kitab), maddə 1281; 2025, № 1, maddə 17, № 3, maddə 216, № 4 (I kitab), maddələr 315, 318, № 6, maddələr 523, 524, 536, № 7, maddələr 610, 626, № 8, maddələr 738, 741, 743, 744, № 11, maddə 1004; 2026, № 1, maddə 2, № 3, maddə 208, № 6, maddə 488, № 7 (I kitab), maddələr 619, 620, № 8, maddə 779; Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 460-VIIQD nömrəli və 461-VIIQD nömrəli qanunları) 746-4.5-ci maddəsinin birinci cümləsinə “minimum” sözündən sonra “aylıq” sözü əlavə edilsin.
Maddə 5. Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 274 (Cild I); 2024, № 5 (I kitab), maddə 489, № 7, maddə 756; 2026, № 3, maddə 210) 70.1-ci maddəsinin ikinci cümləsində “qanunla müəyyənləşdirilmiş minimum” sözləri “minimum aylıq” sözləri ilə əvəz edilsin.
Maddə 6. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 1, maddə 1; 2025, № 6, maddə 524, № 8, maddə 743; 2026, № 6, maddə 488) 11.2.2-ci və 11.2.8-ci maddələrinə “minimum” sözündən sonra “aylıq” sözü əlavə edilsin.
Maddə 7. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 4, maddə 79; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 2, maddə 137, № 11, maddə 1183; 2026, № 3, maddə 210) aşağıdakı dəyişikliklər edilsin:
7.1. 11-ci maddənin 1-ci hissəsinin “f” abzasında “3 yaşı tamam olanadək uşağa qulluq etmək üçün” sözləri “uşağa qulluğa görə” sözləri ilə əvəz edilsin;
7.2. 21-ci maddənin 1-ci hissəsinin “j” bəndində “Azərbaycan Respublikasında fəhlə və qulluqçular üçün müəyyən edilmiş minimum” sözləri “minimum aylıq” sözləri ilə əvəz edilsin.
Maddə 8. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 12, maddə 445; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) 4-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:
8.1. birinci hissənin ikinci – beşinci abzaslarında və ikinci hissədə “aylıq minimum” sözləri “minimum aylıq” sözləri ilə əvəz edilsin;
8.2. üçüncü və səkkizinci hissələrə “minimum” sözündən sonra “aylıq” sözü əlavə edilsin.
Maddə 9. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993,       № 23-24, maddə 685; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 4, maddə 365, № 5 (I kitab), maddə 501, № 6 (I kitab), maddə 631; 2025, № 4 (I kitab), maddə 317) 12-ci maddəsinin birinci hissəsinin 9-cu bəndinin ikinci cümləsində “qulluq üzrə qismən ödənişli məzuniyyət” sözləri “qulluğa görə sosial məzuniyyət dövründə müavinət” sözləri ilə əvəz edilsin.
Maddə 10. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 17, maddə 235; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2026, № 1, maddə 16, № 7 (I kitab), maddə 625) 20-ci maddəsinin ikinci hissəsinə “haqlarının” sözündən sonra “, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsi nəzərə alınmaqla,” sözləri əlavə edilsin.
Maddə 11. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348 (Cild I); 2024, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddə 630, № 11, maddə 1182, № 12 (II kitab), maddə 1348; 2025, № 2, maddə 96, № 4 (I kitab), maddələr 307, 322, № 8, maddə 743, № 12 (I kitab), maddə 1118; 2026, № 1, maddələr 15, 16) aşağıdakı dəyişikliklər edilsin:
11.1. 6-cı maddə üzrə:
11.1.1. birinci hissənin yeddinci abzası aşağıdakı redaksiyada verilsin:
“3 yaşınadək uşağa qulluğa görə müavinət;”; 
11.1.2. ikinci hissə üzrə:
11.1.2.1. birinci cümlədə “görə müavinət və hamiləliyə və doğuma görə müavinət” sözləri “, hamiləliyə və doğuma, 3 yaşınadək uşağa qulluğa görə müavinətləri” sözləri ilə, “şəxslərə” sözü “sığortaolunanlara” sözü ilə əvəz edilsin;
11.1.2.2. ikinci cümlədə “Hər iki halda müavinətin” sözləri “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə və hamiləliyə və doğuma görə müavinətlərin” sözləri ilə əvəz edilsin;
11.2. 14.6-cı maddəyə “olmayaraq,” sözündən sonra “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci  maddəsi nəzərə alınmaqla,” sözləri əlavə edilsin;
11.3. 14-1.1-2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“14-1.1-2. Aşağıda göstərilən sığortaedənlər istisna olmaqla, Naxçıvan Muxtar Respublikasının rezidenti olan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlər tərəfindən bu Qanunun 14.5.1-ci və 14.5.1-1-ci maddələrinə əsasən ödənilən məcburi dövlət sosial sığorta haqları 2036-cı il yanvarın 1-dək tam şəkildə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır:
14-1.1-2.1. neft-qaz sahəsində fəaliyyət göstərən sığortaedənlər;
14-1.1-2.2. maliyyə sahəsində fəaliyyət göstərən sığortaedənlər;
14-1.1-2.3. avtonəqliyyat vasitələri ilə yükdaşıma sahəsində fəaliyyət göstərən sığortaedənlər;
14-1.1-2.4. dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (Naxçıvan Muxtar Respublikasında istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla).”;
11.4. 20-ci maddə üzrə:
11.4.1. birinci hissənin dördüncü abzasına “maliyyə” sözündən əvvəl “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 22-1.2-ci maddəsi nəzərə alınmaqla,” sözləri əlavə edilsin;
11.4.2. ikinci hissə ləğv edilsin.
Maddə 12. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 497 (Cild I); 2024, № 6 (I kitab), maddələr 631, 639, № 12 (II kitab), maddələr 1332, 1350; 2025, № 1, maddə 16, № 4 (I kitab), maddə 322, № 7, maddə 608; 2026, № 1, maddə 11, № 2, maddə 112) 49-1-ci maddəsinin yeddinci hissəsindən “uşağının üç yaşınadək” sözləri çıxarılsın.
Maddə 13. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 14 (Cild I); 2024, № 1, maddə 19, № 2, maddə 137, № 7, maddə 755, № 12 (II kitab), maddələr 1328, 1350; 2025, № 1, maddələr 4, 7, № 4 (I kitab), maddə 324, № 6, maddələr 524, 525, 527, № 12 (I kitab), maddə 1124; 2026, № 1, maddə 12, № 4, maddələr 295, 298, № 6, maddə 489) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə aşağıdakı dəyişikliklər edilsin:
13.1. 114-cü maddənin birinci hissəsinin “z” bəndində “hamiləliyinə və doğuşa görə, üç yaşı tamam olanadək uşağa qulluq etmək üçün” sözləri “hamiləlik və doğuşa, uşağa qulluğa görə sosial” sözləri ilə əvəz edilsin;
13.2. 135-ci maddə üzrə:
13.2.1. birinci hissənin birinci cümləsində “qismən ödənişli məzuniyyət almaq” sözləri “uşağa qulluğa görə sosial məzuniyyət” sözləri ilə əvəz edilsin;
13.2.2. ikinci hissənin birinci cümləsində “Qismən ödənilən” sözləri “Uşağa qulluğa görə sosial” sözləri ilə əvəz edilsin;
13.2.3. altıncı hissənin birinci cümləsində “qismən ödənilən” sözləri “uşağa qulluğa görə sosial” sözləri ilə, “məzuniyyət” sözü “məzuniyyətlər” sözü ilə əvəz edilsin.
Maddə 14. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 12 (Cild I); 2024, № 6 (I kitab), maddə 636, № 8, maddə 934,№ 12 (II kitab), maddə 1337; 2026, № 3, maddə 210) ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
14.1. 87-ci maddə ləğv edilsin;
14.2. 91-ci maddə aşağıdakı redaksiyada verilsin:
“91. Gömrük orqanlarının vəzifəli şəxslərinin əsas və əlavə məzuniyyətlərinin hissələrə bölünməsi, həmin məzuniyyətlərin və ya onların bir hissəsinin başqa vaxta keçirilməsi, istifadə edilməmiş əsas və əlavə məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.”.
Maddə 15. Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 443 (Cild I); 2024, № 5 (I kitab), maddə 490) ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də  aşağıdakı dəyişikliklər edilsin:
15.1. 66-cı maddənin üçüncü cümləsinə “ödənilir” sözündən sonra “və ya bu Əsasnamənin 69-cu maddəsinin tələbləri nəzərə alınmaqla həmin günlərə görə kompensasiya ödənilir” sözləri əlavə edilsin; 
15.2. 69-cu maddə aşağıdakı redaksiyada verilsin:
“69. Vergi orqanlarının vəzifəli şəxslərinin əsas və əlavə məzuniyyətlərinin hissələrə bölünməsi, həmin məzuniyyətlərin və ya onların bir hissəsinin başqa vaxta keçirilməsi və istifadə edilməmiş əsas və əlavə məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.”.
Maddə 16. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 453 (Cild I); 2024, № 8, maddə 934, № 12 (II kitab), maddə 1337; 2026, № 3, maddə 210) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
16.1. 87-1-ci maddə üzrə:
16.1.1. birinci və dördüncü hissələrdən birinci halda “ödənişli” sözü çıxarılsın və həmin hissələrdə “qismən ödənişli” sözləri “uşağa qulluğa görə” sözləri ilə əvəz edilsin;
16.1.2. üçüncü hissənin birinci cümləsində “qismən ödənişli” sözləri “uşağa qulluğa görə” sözləri ilə əvəz edilsin;
16.2. 88-ci maddənin birinci hissəsi üzrə:
16.2.1. birinci cümlə aşağıdakı redaksiyada verilsin:
“Daxili işlər orqanlarının əməkdaşlarının əsas və əlavə məzuniyyətlərinin hissələrə bölünməsi,  həmin məzuniyyətlərin və ya onların bir hissəsinin başqa vaxta keçirilməsi, istifadə edilməmiş əsas və əlavə məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.”;
16.2.2. ikinci cümləyə “əsas” sözündən sonra “və əlavə” sözləri əlavə edilsin. 
Maddə 17. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 974 (Cild l); 2024, № 4, maddə 365; 2025, № 7, maddə 611; 2026, № 1, maddə 16) 1.0.8-ci maddəsinə ikinci halda “aylıq” sözündən sonra “və ya saatlıq” sözləri əlavə edilsin.
Maddə 18. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 76 (Cild I); 2025, № 1, maddə 16, № 4 (I kitab), maddə 322; 2026, № 1, maddə 8) 7.0.7-ci, 9.1.6-cı və 11.1.6-cı maddələrində “qismən ödənişli” sözləri “uşağa qulluğa görə” sözləri ilə əvəz edilsin.
Maddə 19. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684 (Cild I); 2024, № 4, maddə 362, № 5 (I kitab), maddə 500; 2025, № 1, maddə 16, № 4 (I kitab), maddə 320, № 7, maddə 628; 2026, № 1, maddə 8, № 2, maddə 108, № 4, maddə 300, № 5 (I kitab), maddə 399) 36-2.3.2-ci maddəsindən “uşağının üç yaşınadək” sözləri çıxarılsın. 
Maddə 20. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 56 (Cild I); 2024, № 2, maddə 137, № 4, maddə 363, № 12 (II kitab), maddələr 1328, 1350; 2025, № 1, maddə 4, № 4 (I kitab), maddələr 305, 311, № 6, maddələr 525, 527, № 12 (I kitab), maddə 1124; 2026, № 1, maddə 12, № 4, maddə 298, № 6, maddə 489) 38.2-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
20.1. 38.2.4-cü maddədə “3 yaşınadək uşağa qulluq etmək üçün ödənişsiz” sözləri “uşağa qulluğa görə” sözləri ilə əvəz edilsin;
20.2. 38.2.5-ci maddədə “qulluq etmək üçün ödənişsiz” sözləri “qulluğa görə” sözləri ilə əvəz edilsin. 
Maddə 21. “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1012 (Cild I); 2025, № 1, maddə 18, № 7, maddə 628) 20-1.2.2-ci maddəsindən “uşağının üç yaşınadək” sözləri çıxarılsın.
Maddə 22. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1514 (Cild I); 2024, № 8, maddə 934, № 12 (II kitab), maddə 1348; 2026, № 1, maddə 16, № 7 (I kitab), maddə 625) 10.3-cü maddəsində “tam məbləğdə” sözləri “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsi nəzərə alınmaqla, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında” sözləri ilə əvəz edilsin.
Maddə 23. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 789 (Cild I); 2024, № 1, maddə 3; 2026, № 1, maddələr 5, 8, № 7 (I kitab), maddə 607) 28.2.2-ci maddəsindən “uşağının üç yaşınadək” sözləri çıxarılsın.
Maddə 24. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 25 (Cild I); 2024, № 5 (I kitab), maddə 488; 2025, № 8, maddə 743) 23.3-cü və 24.5-ci maddələrinin birinci cümlələrinə “minimum” sözündən sonra “aylıq” sözü əlavə edilsin. 
Maddə 25. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 2, maddə 95; 2026, № 6, maddə 491) aşağıdakı dəyişikliklər edilsin:
25.1. 12.2-6-cı maddəyə “minimum” sözündən sonra “aylıq” sözü əlavə edilsin;
25.2. 28.1.8-ci maddədə “o cümlədən uşağa qulluq etmək üçün qismən ödənişli” sözləri “habelə” sözü ilə əvəz edilsin.
Maddə 26. “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 8, maddə 742) 16.3-cü maddəsinə “minimum” sözündən sonra “aylıq” sözü əlavə edilsin.
Maddə 27.  Keçid müddəa
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinin ikinci cümləsi bu Qanunun qüvvəyə mindiyi tarixədək başa çatmış iş illəri üzrə istifadə edilməmiş əmək məzuniyyətlərinə münasibətdə tətbiq edilmir.
Maddə 28. Bu Qanunun qüvvəyə minməsi
28.1. Bu Qanunun 28.2 – 28.4-cü maddələrində nəzərdə tutulanlar istisna olmaqla, bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
28.2. Bu Qanunun 1.5 – 1.9-cu, 1.14-cü, 1.20-ci, 7.1-ci, 9-cu, 11.1-ci, 11.3-cü, 11.4-cü, 12-ci, 13-cü, 16.1-ci, 18 – 21-ci, 23-cü və 25.2-ci maddələri 2027-ci il yanvarın 1-dən qüvvəyə minir. 
28.3. Bu Qanunun 1.1-ci, 1.16 – 1.18-ci, 1.19.2.1 – 1.19.2.3-cü, 1.21 – 1.24-cü, 2 – 6-cı, 7.2-ci, 8-ci, 17-ci, 24-cü, 25.1-ci və 26-cı maddələri 2027-ci il martın 1-dən qüvvəyə minir. 
28.4. Bu Qanunun 1.2 – 1.4-cü, 1.19.1-ci, 1.19.2.4-cü, 1.19.3-cü, 1.19.4-cü, 1.24.3-cü, 10-cu, 11.2-ci və 22-ci maddələri 2027-ci il aprelin 1-dən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU