Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə, “Pasportlar haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Qanun layihələri
16 noyabr 2026   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

16 noyabr 2026

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə, “Pasportlar haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci, 6-cı, 10-cu, 13-cü, 15-ci və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 17 (Cild I); 2024, № 1, maddə 13, № 4, maddələr 362, 367, № 5 (I kitab), maddə 484, № 6 (I kitab), maddə 637, № 12   (l kitab), maddə 1283; 2025, № 4 (I kitab), maddələr 308, 322, № 6, maddə 526, № 7, maddə 610, № 8, maddələr 736, 743, № 11, maddə 1011; 2026, № 1, maddə 8, № 4, maddə 294) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 108.2-ci maddədə “qanunla” sözü “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilsin;
1.2. 245.3-cü maddə ləğv edilsin;
1.3. həmin Məcəllənin 1 nömrəli əlavəsinin 5-ci maddəsi ləğv edilsin.
Maddə 2. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 797 (Cild I); 2024, № 1, maddə 7, № 4, maddə 365, № 5 (I kitab), maddələr 488, 489, 503, № 11, maddə 1187,  № 12 (II kitab), maddələr 1350, 1351; 2025, № 1, maddələr 2, 15, 16, № 6, maddə 524;  2026, № 7 (I kitab), maddə 623) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 21.7-ci maddə ləğv edilsin;
2.2. 46.2-1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“46.2-1. Müvəqqəti yaşama icazəsinin verilməsinə görə dövlət rüsumu ödəməkdən  azad olunma halları “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.”;
2.3. 68.4-cü və 70.4-cü maddələr ləğv edilsin.
Maddə 3. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 21, maddə 590; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 5 (I kitab), maddə 501, № 6 (I kitab), maddə 631, № 7, maddə 773) 4-cü maddəsinin dördüncü hissəsi aşağıdakı redaksiyada verilsin:
“Şəhid ailəsinin notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumu ödəməkdən azad olunma halları “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.”.
Maddə 4. Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 17, maddə 234; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 4, maddə 366; 2025, № 2, maddə 96, № 6, maddə 524) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nin 60-cı maddəsində “qanunla” sözü “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilsin.
Maddə 5. “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 18, maddə 243; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2025, № 6, maddə 539) 5-ci maddəsinin ikinci hissəsi ləğv edilsin.
Maddə 6. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 18, maddə 244; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 7, maddə 769; 2025, № 7, maddə 629) 5-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
6.1. birinci hissədə “qanunla” sözü “və dövlət rüsumu ödəməkdən azad olunma halları “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilsin;
6.2. ikinci hissənin birinci və ikinci cümlələrindən “dövlət rüsumu alınmadan” sözləri çıxarılsın.
Maddə 7. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 23-24, maddə 368; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 2, maddə 132, № 6 (I kitab), maddə 631; 2025, № 1, maddə 9, № 4 (I kitab), maddə 318,    № 5, maddə 436, № 12 (I kitab), maddə 1129) 26-cı maddəsinin üçüncü hissəsi aşağıdakı redaksiyada verilsin:
“İstehlakçıların dövlət rüsumu ödəməkdən azad olunma halları “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.”.
Maddə 8. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 460 (Cild I); 2026, № 6, maddə 488) 47-ci maddəsinin 7-ci hissəsinin ikinci və üçüncü cümlələri ləğv edilsin.
Maddə 9. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564 (Cild I); 2024, № 7, maddə 771, № 8, maddə 932; 2025, № 1, maddə 16, № 2, maddə 94, № 6, maddə 523, № 12 (I kitab), maddə 1125; 2026, № 4, maddə 292, № 5 (I kitab), maddələr 389, 404, № 7 (I kitab), maddə 627; Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 438-VIIQD nömrəli Qanunu) 35-ci maddəsinin VIII hissəsinin altıncı abzası ləğv edilsin.
Maddə 10.  “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 392 (Cild I); 2024, № 4, maddə 365, № 5  (I kitab), maddə 501; 2025, № 1, maddələr 15, 16; 2026, № 7 (I kitab), maddə 605) aşağıdakı dəyişikliklər edilsin:
10.1. 17-ci maddənin dördüncü hissəsi aşağıdakı redaksiyada verilsin:
“Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxs) notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumu ödəməkdən azad olunma halları “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.”; 
10.2. 18-ci maddənin ikinci hissəsi ləğv edilsin.
Maddə 11. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 393 (Cild I); 2024, № 4, maddə 365, № 8, maddə 934; 2026, № 7 (I kitab), maddə 605) 14-cü maddəsinin mətni aşağıdakı redaksiyada verilsin:
“Məcburi köçkünlərin dövlət rüsumu ödəməkdən azad olunma halları “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.”.
Maddə 12. “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 477 (Cild I); 2024, № 5 (I kitab), maddə 501, № 12 (II kitab), maddə 1336; 2025, № 4 (I kitab), maddələr 310, 322, № 6, maddə 523,  № 11, maddə 1004; 2026, № 1, maddələr 8, 16) 7-ci maddəsinin doqquzuncu hissəsi aşağıdakı redaksiyada verilsin:
“Valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin və qəyyumluqda (himayədə) olan uşaqların notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunu ödəməkdən azad olunma halları “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.”.
Maddə 13. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 10 (Cild I); 2024, № 2, maddə 138; 2025, № 2, maddə 100, № 7, maddə 610, № 8, maddələr 743, 744; 2026, № 2, maddə 103) aşağıdakı dəyişikliklər edilsin:
13.1. 29-cu maddənin dördüncü hissəsinin mətni ikinci cümlə hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:
“Notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azad olunma halları “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.”;
13.2. 30-cu maddənin ikinci hissəsində “qanunla” sözü “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilsin;
13.3. 31-1-ci maddə ləğv edilsin;
13.4. 36-cı maddənin birinci hissəsinin ikinci cümləsindən “bu Qanunun 31-1-ci maddəsi nəzərə alınmaqla” sözləri çıxarılsın.
Maddə 14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740 (Cild I); 2024, № 1, maddələr 10, 16, № 6 (I kitab), maddə 637, № 7, maddələr 747, 751, 775,     № 8, maddə 933, № 11, maddə 1187, № 12 (II kitab), maddə 1351; 2025, № 1, maddə 1, № 2, maddə 101, № 4 (I kitab), maddələr 318, 322, № 5, maddə 433, № 6, maddələr 521, 524, № 7, maddə 626, № 12 (I kitab), maddələr 1118, 1129; 2026, № 1, maddələr 8, 13, 20, № 6, maddə 488, № 7 (I kitab), maddələr 611, 619, 623, 628; Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 438-VIIQD nömrəli, 14 iyul tarixli 456-VIIQD və 458-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
14.1. 1.3-cü maddəyə “ilə” sözündən sonra “, o cümlədən dövlət rüsumundan azadolma və güzəştlərlə” sözləri əlavə edilsin;
14.2. 3.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“3.3. “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət təminatı çərçivəsində nəzərdə tutulduğu hallarda özəl tərəfdaşlar dövlət rüsumlarını ödəməkdən azaddırlar.”;
14.3. 5.3-cü maddəyə “əsasən” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə” sözləri əlavə edilsin;
14.4. 11.1.3-cü maddəyə “köçkünlər” sözündən sonra “, şəhid ailəsi” sözləri əlavə edilsin;
14.5. 15-ci maddənin mətni 15.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 15.2-ci və 15.3-cü maddələr əlavə edilsin:
“15.2. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45.1.10-1-ci və 45.1.10-2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla müvəqqəti yaşama icazəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi tələb olunmur.
15.3. Şəxsiyyət vəsiqəsinin üzərində göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, dövlət rüsumu alınmadan dəyişdirilir. Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına və müvafiq dövlət informasiya sistemlərinə (ehtiyatlarına) daxil edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarında səhv müəyyənləşdirildikdə, həmin məlumatlar dövlət rüsumu alınmadan dəyişdirilir.”;
14.6. 18-ci maddə üzrə:
14.6.1. 18.66-ci maddənin birinci abzasından “şəhadətnaməsinin,” sözü çıxarılsın;
14.6.2. 18.66.1-ci maddə ləğv edilsin;
14.6.3. 18.66.4-cü maddədə “20” rəqəmləri “30” rəqəmləri ilə əvəz edilsin; 
14.6.4. 18.66-2.2-ci maddədə “4” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin;
14.6.5. 18.68-ci maddə ləğv edilsin;
14.7. aşağıdakı məzmunda 19.7-ci və 19.8-ci maddələr əlavə edilsin:
“19.7. Sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilmir.
19.8. Məcburi köçkünlər 1994-cü il iyunun 1-dək mülkiyyət hüququ əsasında əldə etdikləri şəxsi minik avtomobillərinin texniki baxışı, texniki pasportlarının, dövlət nömrə nişanlarının, sürücülük vəsiqələrinin dəyişdirilməsi zamanı bu əməliyyatlar üçün nəzərdə tutulmuş dövlət rüsumu ödəməkdən azaddırlar.”;
14.8. 20-1.3-cü maddədə “Hüquqi şəxslərin” sözləri “Yerli və ya xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin” sözləri ilə əvəz edilsin;
14.9. 27.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“27.4. 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqları təsdiq etmiş aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın təqdim olunması və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi, hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və ya onların dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarışın təqdim olunması və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün dövlət rüsumu tutulmur.”.
Maddə 15. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114 (Cild I); 2024, № 4, maddə 365; 2025, № 1, maddə 1, № 2, maddə 100, № 4 (I kitab), maddələr 315, 322,      № 5, maddə 440, № 6, maddələr 526, 536, № 7, maddələr 610, 617, № 8, maddələr 743, 744; 2026, № 5 (I kitab), maddə 393, № 7 (I kitab), maddələr 603, 625, 626) 88-ci maddəsinin ikinci hissəsi ləğv edilsin.
Maddə 16. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8 (Cild I); 2024, № 7, maddə 743, № 12 (I kitab), maddə 1281; 2025, № 1, maddə 16, № 4 (I kitab), maddə 318, № 5, maddə 432, № 7, maddə 609,        № 8, maddə 741; 2026, № 2, maddə 103, № 6, maddə 488, 2026, № 7 (I kitab), maddə 619) aşağıdakı dəyişikliklər edilsin:
16.1. 4-cü maddə üzrə:
16.1.1. 4.3-cü maddədən “(yerli və ya xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı istisna olmaqla)” sözləri çıxarılsın və həmin maddədə “Azərbaycan Respublikasının qanunvericiliyi” sözləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu” sözləri ilə əvəz edilsin;”;
16.1.2. 4.4-cü maddə ləğv edilsin;
16.2. 15.8-ci maddənin ikinci cümləsindən “, dövlət orqanları və təsisçilər istisna olmaqla, digər şəxslərə” sözləri çıxarılsın.
Maddə 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 603 (Cild I); 2025, № 1, maddə 16, № 2, maddə 100, № 6, maddə 536, № 7, maddə 630, № 8, maddələr 738, 744; 2026, № 1, maddə 13, № 6, maddə 488; Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 460-VIIQD və 461-VIIQD nömrəli qanunları) 6-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin: 
17.1. 6.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“6.2. Dövlət rüsumu ödəməkdən azad olunma halları “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.”;
17.2. 6.2-1-ci maddə ləğv edilsin.
Maddə 18. “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 682 (Cild I); 2025, № 5, maddə 439) 39.3-cü maddəsindən “şəhadətnaməsinin,” sözü çıxarılsın.
Maddə 19. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 655 (Cild I); 2024, № 4, maddə 365; 2025, № 6, maddə 521) 34.4-cü maddəsinin ikinci cümləsi çıxarılsın.
Maddə 20. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010,     № 5, maddə 376 (Cild I); 2025, № 4 (I kitab), maddə 315; 2026, № 3, maddə 208) 81.1-ci maddəsindən “heç bir rüsum və ya” və “digər” sözləri çıxarılsın.
Maddə 21. Bu Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU