Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Yerin təki haqqında”, “Tullantılar haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Tibbi sığorta haqqında”, “Avtomobil yolları haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Büdcə sistemi haqqında”, “Dövlət borcu haqqında”, “Gömrük tarifi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Hesablama Palatası haqqında”, “Dövlət satınalmaları haqqında” və “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Qanun layihələri
16 noyabr 2026   
    
  • I OXUNUŞ
  • Müzakirədə iştirak edin

16 noyabr 2026

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Yerin təki haqqında”, “Tullantılar haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Tibbi sığorta haqqında”, “Avtomobil yolları haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Büdcə sistemi haqqında”, “Dövlət borcu haqqında”, “Gömrük tarifi haqqında”,  “Yaşıllıqların mühafizəsi haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Hesablama Palatası haqqında”, “Dövlət satınalmaları haqqında” və “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci, 15-ci, 17-ci, 23-cü, 25-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Meşə Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 139 (Cild I); 2024, № 3, maddə 250; 2025, № 6, maddə 536) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 27-ci maddənin birinci hissəsinin onuncu abzasında “üzrə respublika fondunu yaradır, ondan istifadə qaydalarını müəyyən edir” sözləri “sahəsində tədbirlər görür” sözləri ilə əvəz edilsin;
1.2. 52-ci maddənin mətninə “qaydada” sözündən sonra “dövlət büdcəsinə” sözləri əlavə edilsin;
1.3. 64-cü maddəyə aşağıdakı məzmunda beşinci – yeddinci hissələr əlavə edilsin:
“Müqavilə ilə istifadəyə verilmiş meşə ehtiyatlarına görə alınan vəsaitlər (oduncaq tədarükü istisna olunmaqla), respublika meşələrində müsadirə (sekvestr) edilmiş, habelə sahibi məlum olmayan oduncağın, meşə materiallarının, ikinci dərəcəli meşə ehtiyatlarının, meşədən əlavə istifadəyə görə tədarük edilmiş məhsulların satışından daxil olan vəsaitlər, oduncağın və ikinci dərəcəli meşə ehtiyatlarının tədarükü və daşınma müddətinin uzadılmasına, habelə meşə gəlirinin vaxtında ödənilməməsi üçün hesablanan peniyalar, meşədən əlavə istifadəyə görə daxil olan məbləğlər, meşə qanunvericiliyinin pozulmasına görə meşə fonduna dəyən ziyanın hüquqi və fiziki şəxslər tərəfindən ödənilən məbləğləri, meşə fondu torpaqlarının birdəfəlik kənarlaşdırılması ilə bağlı olan ödəmələr, Azərbaycan Respublikasının meşələrində köküstü oduncaq buraxılışı qaydalarının pozulmasına görə ödənilən cərimələr və meşə fondu haqqında ödənişli məlumatdan əldə olunan vəsait dövlət büdcəsinə ödənilir.
Meşəqırma bileti və order əsasında köküstə buraxılan oduncağa, habelə istifadə üçün yararlı olan, külək və tufan yıxan oduncağa, ikinci dərəcəli meşə ehtiyatlarının tədarükünə görə alınan vəsaitlərin, meşə təsərrüfatına ictimai yardımların 35 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həmin orqanın (qurumun) xəzinə hesabına, 65 faizi isə dövlət büdcəsinə köçürülür.
Sənaye və qeyri-sənaye istehsalı özünümaliyyələşdirmə (təsərrüfat hesabı) prinsipi əsasında həyata keçirilir.”;
1.4. 65-ci maddə ləğv edilsin.
Maddə 2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251 (Cild I); 2024, № 1, maddələr 8, 18, № 3, maddə 250, № 7, maddə 772, № 11, maddə 1189, № 12 (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddə 1, № 2, maddələr 98, 99, № 3, maddələr 217, 221, № 4 (I kitab), maddə 322, № 5, maddə 434, № 6, maddə 538, № 7, maddələr 607, 626, № 11, maddə 1013; 2026, № 1, maddələr 16, 19,       № 3, maddə 211, № 5 (I kitab), maddələr 390, 391, 398, № 7 (I kitab), maddələr 613, 619) 308-1-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. adından “, məqsədli büdcə fondlarının” sözləri çıxarılsın;
2.2. 308-1.1-ci maddənin dispozisiyasından “, məqsədli büdcə fondlarının” sözləri çıxarılsın.
Maddə 3. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282, (II kitab), maddə 1345; 2025, № 2, maddə 96, № 3, maddə 214, № 4 (I kitab), maddələr 307, 315, 318, 322, № 5, maddələr 432, 441, № 6, maddələr 524, 536, № 7, maddələr 609, 618, № 8, maddələr 743, 744, № 11, maddə 1009, № 12 (I kitab), maddə 1118; 2026, № 1, maddələr 11, 14, 15, 16, 21, № 2, maddə 111, №5 (I kitab), maddə 399, № 6, maddə 488, № 7 (I kitab), maddələr 616, 619, № 8, maddə 781) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 13-cü maddə üzrə:
3.1.1. 13.2.5.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“13.2.5.1. aşağıda göstərilən tələblərin birinə cavab verən istənilən fiziki şəxs:
13.2.5.1.1. təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan;
13.2.5.1.2. ardıcıl iki təqvim ilində üst-üstə 270 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan və həmin təqvim illərinin hər ikisində 90 gündən artıq vaxtda Azərbaycan Respublikasının ərazisində olan. Şəxsin ardıcıl davam edən iki təqvim ili üzrə Azərbaycan Respublikasının ərazisində qalma müddəti 270 günü keçdiyi andan iki ilin hər biri üzrə rezident sayılır;
13.2.5.1.3. təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan;
13.2.5.1.4. bu Məcəllənin 13.2.5.1.1 – 13.2.5.1.3-cü maddələrinə  əsasən fiziki şəxsin Azərbaycan Respublikasının rezidenti olması müəyyən edilmədikdə və həmin şəxs hər hansı digər dövlətdə rezident hesab edilmədikdə, yaxud fiziki şəxs eyni zamanda Azərbaycan Respublikası və başqa dövlət tərəfindən rezident hesab edildikdə, həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır:
13.2.5.1.4.1. daimi yaşayış yeri;
13.2.5.1.4.2. həyati mənafelərinin mərkəzi;
13.2.5.1.4.3. adətən yaşadığı yer;
13.2.5.1.4.4. Azərbaycan Respublikasının vətəndaşlığı;”;
3.1.2. 13.2.12-ci maddə üzrə:
3.1.2.1. birinci abzasın üçüncü cümləsinə “sahələrinin” sözündən sonra “, habelə sökülmüş binanın yerində inşa edilmiş yeni binadan sökülmüş binanın əvvəlki mülkiyyətçilərinə (sahiblərinə) mülkiyyət sənədlərində müəyyən edilən sahənin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmayan tikililər üzrə yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə rəsmiləşdirilən sahənin) müqabilində verilən kompensasiya xarakterli yaşayış və qeyri-yaşayış sahələrinin (artıq sahə verildiyi halda isə sökülmüş yaşayış və qeyri-yaşayış sahəsinin 20 faizi həddində artıq sahənin)” sözləri əlavə edilsin;
3.1.2.2. ikinci abzasa “məbləğləri” sözündən sonra “və hesablama metodu ilə təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannamələrində alınmış mallar (işlər, xidmətlər) üzrə gəlirdən çıxılan xərclərə aid edilmiş, lakin 3 il ərzində ödənilməyən məbləğlər” sözləri əlavə edilsin;
3.1.3. 13.2.16.14-2-ci maddənin 7-ci abzası aşağıdakı redaksiyada verilsin:
“7. Azərbaycan Respublikasındakı maliyyə institutlarına yerləşdirilmiş depozitlər və Azərbaycan Respublikasına qoyulmuş investisiyalar geri qaytarıldıqda (səhmlər (paylar) müəssisə tərəfindən geri alındıqda və ya digər şəxs tərəfindən əldə edildikdə), habelə həmin depozitlər və investisiyalar üzrə faiz və dividend gəlirləri ödənildikdə;”;
3.1.4. aşağıdakı məzmunda 13.2.16-1-ci və 13.2.16-2-ci maddələr əlavə edilsin:
“13.2.16-1. Aşağıda göstərilən əməliyyatlardan əldə edilən gəlirlər qeyri-rezidentin Azərbaycan mənbəyindən gəliri hesab edilmir:
13.2.16-1.1. Azərbaycan Respublikasının hüdudlarından kənarda keçirilən tədbirlərdə, o cümlədən  konfranslarda, simpoziumlarda və sərgilərdə iştirakla bağlı edilən ödənişlərdən əldə olunan gəlir;
13.2.16-1.2. qeyri-rezident təchizatçılar tərəfindən elektron xidmətlər çərçivəsində göstərilən reklam, proqramlaşdırma və məlumat bazalarına çıxış verilməsi xidmətlərindən gəlir, habelə təhsil, təlim və tədrislə bağlı xidmətlərin göstərilməsindən əldə olunan gəlir.
13.2.16-2. Bu Məcəllənin 13.2.16-1.1-ci və 13.2.16-1.2-ci maddələri üzrə əldə olunan gəlirlər o halda  Azərbaycan mənbəyindən gəlir hesab edilmir ki, qeyri-rezidentin bu fəaliyyəti Azərbaycan Respublikasının ərazisində daimi nümayəndəliyi ilə bağlı olmasın, habelə qeyri-rezident tərəfindən həmin işlərin və xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasına işçilər ezam olunmasın, bu işlər və xidmətlərlə bağlı Azərbaycan Respublikasında birbaşa və ya dolayısı ilə nəzarətin qurulması həyata keçirilməsin.”;
3.1.5. 13.2.58-ci maddədə “və 207.5-ci” sözləri “, 207.5-ci və 227.2-2-ci” sözləri ilə əvəz edilsin;
3.1.6. 13.2.72-ci maddəyə “bu” sözündən əvvəl “Azərbaycan Respublikasında akkreditə edilmiş beynəlxalq təşkilatlara, xarici ölkələrin diplomatik nümayəndəliklərinə və konsulluqlarına, həmçinin” sözləri əlavə edilsin və həmin maddədə “, habelə” sözü “və” sözü ilə əvəz edilsin;
3.1.7. aşağıdakı məzmunda 13.2.76-1-ci maddə əlavə edilsin:
“13.2.76-1. kimyəvi nişanlama – siyahısı bu Məcəllənin 50-3.1-ci maddəsində nəzərdə tutulan qaydada müəyyən olunmuş malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi məqsədilə həmin malların tərkibinə əlavə edilən xüsusi kimyəvi maddə;”;
3.2. 14.10-cu maddəyə “tənzimlənən” sözündən sonra “(qiymətlərinin yuxarı həddi tənzimlənən mallar istisna olmaqla)” sözləri əlavə edilsin;
3.3. 14-2.1.3.6-cı maddədə “mal və xidmətlərdən gəlir əldə edən müəssisələr üzrə” sözləri “fəaliyyətdən” sözü ilə əvəz edilsin;
3.4. aşağıdakı məzmunda 15.1.15-5-ci maddə əlavə edilsin:
“15.1.15-5. bu Məcəllənin 14-1.9-cu maddəsi ilə müəyyən edilən qaydada nəzərdə tutulmuş transfer qiymətlərinin əvvəlcədən razılaşdırılması haqqında ərizə formasını  təqdim etmək;”;
3.5. 16-cı maddə üzrə:
3.5.1. 16.1.11-9-cu maddəyə “50-2.1-ci” sözlərindən sonra “, 50-3.1-ci” sözləri əlavə edilsin;
3.5.2. 16.1.11-10-cu maddəyə “aktını” sözündən sonra “, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslərin göstərdiyi xidmətlərə (gördüyü işlərə) görə elektron alış aktını” sözləri əlavə edilsin;
3.5.3. 16.3-cü maddənin birinci abzasının ikinci cümləsi çıxarılsın;
3.5.4. 16.9-cu maddənin birinci cümləsinə “qrupunun” sözündən sonra “əvvəlki” sözü əlavə edilsin;
3.5.5. aşağıdakı məzmunda 16.12-ci maddə əlavə edilsin:
“16.12. Mehmanxana (hotel) və sanatoriya fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən onların rüb ərzində xidmət göstərdiyi Azərbaycan Respublikasına turist kimi gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və həmin şəxslərin etdiyi ödənişlər barədə məlumat rüb bitdikdən sonra növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir.”;
3.6. 20.3-cü və 22-1.1 – 22-1.4-cü maddələr aşağıdakı redaksiyada verilsin: 
“20.3. Vergi orqanlarının dövlət rüsumunu ödəməkdən azad olunma halları “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.”.
“22-1.1. Bu Məcəllənin tələblərinin pozulmasına görə tətbiq edilən maliyyə sanksiyaları, habelə məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışından əldə edilən vəsait tam məbləğdə dövlət büdcəsinə köçürülür. 
22-1.2. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə bu Məcəlləyə əsasən vergi orqanları tərəfindən tətbiq edilən və həmin Qanunun 19.1-ci maddəsində nəzərdə tutulan fonda daxil olan maliyyə sanksiyası məbləğinin 21,5 faizi və sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləğinin 11,5 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin orqanın (qurumun) hesabına, habelə maliyyə sanksiyalarının 28,5 faizi, sığortaedənlərin məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləğinin 18,5 faizi isə dövlət büdcəsinə köçürülür. Bu vəsaitin formalaşdırılması, toplanması, istifadə edilməsi və uçotunun aparılması “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.7-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulan qaydaya uyğun olaraq tənzimlənir.
22-1.3. Hər il dövlət büdcəsinin layihəsində vergi orqanlarının xətti ilə qeyri-neft sektoru üzrə dövlət büdcəsinə təmin edilməli ödənişlər üzrə təsdiq edilmiş illik proqnoz göstəricilərinin cəminin 1,2 faizindən az olmamaq şərtilə 2027 – 2029-cu illərdə 2,3 faizinədək, növbəti illərdə isə 1,3 faizinədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) büdcədənkənar gəlir və xərclərində maliyyə təminatı nəzərdə tutulur. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
22-1.4. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə bu Məcəlləyə əsasən vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası məbləğinin 21,5 faizi və sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləğinin 11,5 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin orqanın (qurumun) hesabına, maliyyə sanksiyalarının 28,5 faizi, sığorta haqqının ödənilməsinin gecikdirilməsinə görə hesablanan faiz məbləğinin 18,5 faizi isə dövlət büdcəsinə köçürülür. Bu vəsaitin formalaşdırılması, toplanması, istifadə edilməsi və uçotunun aparılması “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.7-ci maddəsinin ikinci cümləsində  nəzərdə tutulan qaydaya uyğun olaraq tənzimlənir.”;
3.7. 23-cü maddə üzrə:
3.7.1. 23.1.15-4-cü maddəyə “50-2.1-ci” sözlərindən sonra “, 50-3.1-ci” sözləri əlavə edilsin;
3.7.2. aşağıdakı məzmunda 23.1.15-6-cı və 23.1.15-7-ci maddələr əlavə edilsin:
“23.1.15-6. vergi orqanının öz informasiya sistemlərində mövcud olan məlumatlar əsasında bəyannaməni əvvəlcədən doldurmaq və vergi ödəyicisinə düzəliş və təsdiq etmək üçün təqdim etmək;
 23.1.15-7. bu Məcəllənin 38.5-ci və 50.1.13-cü maddələrində qeyd edilən tədbirlər iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində başa çatdırılmadığı hallarda maddi qiymətlilərin saxlandığı yerləri möhürləmək;”;
3.8. 26.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Təhlillərin aparılması məqsədilə vergi orqanının sorğusu əsasında statistik sirr olmayan məlumatlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vergi orqanına təqdim edilir.”;
3.9. 30-cu maddə üzrə:
3.9.1. 30.2.2-ci maddəyə “nömrəsi” sözündən sonra “, vergi uçotuna alınma tarixi” sözləri əlavə edilsin;
3.9.2. 30.2.4-cü maddədə “pozulması və bu pozulmalara” sözləri “pozulmuş tələbləri və həmin pozuntulara” sözləri ilə əvəz edilsin;
3.9.3. 30.6.2-ci maddəyə “orqanına” sözündən sonra “və prokurorluq orqanlarına” sözləri əlavə edilsin;
3.9.4. 30.6.18-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 30.6.19 – 30.6.22-ci maddələr əlavə edilsin:
“30.6.19. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-1-ci maddəsinin 2-ci hissəsinin tətbiqi məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma);
30.6.20. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən yoxlamaların vahid məlumat reyestrinin aparılması məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma);
30.6.21. vəzifələrinin yerinə yetirilməsi məqsədilə sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma);
30.6.22. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma).”;
3.9.5. 30.6-1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“30.6-1. Vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisinin vergi uçotundan çıxarılıb-çıxarılmaması, əlaqə məlumatları, vergi ödəyicisinin, o cümlədən təsərrüfat subyektinin (obyektinin) fəaliyyət növlərinin adı və kodu (əsas və əlavə), vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) adı və yerləşdiyi ünvan haqqında və vergi nəzarəti tədbirləri (davam edən operativ vergi nəzarəti tədbirləri istisna olmaqla) və onların nəticələri haqqında məlumat səlahiyyətlərinin icrası ilə əlaqədar dövlət orqanlarına (qurumlarına) verilə bilər.”;
3.10. 34-cü maddə üzrə:
3.10.1. 34.1-ci maddə üzrə:
3.10.1.1. beşinci abzas ləğv edilsin;
3.10.1.2. səkkizinci abzasın birinci cümləsində “elektron və (və ya) kağız formada (uçota alınmaq üçün ərizənin poçt rabitəsi vasitəsilə göndərilməsi istisna olmaqla)” sözləri “yalnız elektron formada edilmiş müraciət əsasında” sözləri ilə əvəz edilsin;
3.10.2. 34.2-ci maddənin birinci abzası aşağıdakı redaksiyada verilsin:
“34.2. Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və bu maddədə göstərilən digər sənədlər vergi orqanına daxil olduğu gündən sonrakı 1 gün müddətində (fiziki şəxslərin vergi uçotuna alınması istisna olmaqla) həyata keçirir və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada onlar üçün ayrıca yaradılmış elektron ünvana göndərir. Fiziki şəxslərin vergi uçotuna alınması dərhal həyata keçirilir və müvafiq şəhadətnamə onlar üçün ayrıca yaradılmış elektron ünvana real vaxt rejimində göndərilir. Şəhadətnamə vergi ödəyicisinin uçotda olmasını təsdiq edən əsas sənəddir.”;
3.10.3. 34.2-1-ci maddə ləğv edilsin;
3.10.4. 34.4-cü maddənin ikinci abzasında “və (və ya) kağız formada (poçt rabitəsi vasitəsilə göndərilməsi istisna olmaqla)” sözləri “formada” sözü ilə əvəz edilsin;
3.11. aşağıdakı məzmunda 37.2-2-ci maddə əlavə edilsin:
“37.2-2. Vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72.5-ci maddəsinə uyğun olaraq təqdim edilən dəqiqləşdirilmiş hesabat üzrə digər vergi hesabatlarına düzəlişlər edilməli olduğu halda, bu Məcəllənin 72.5-ci maddəsinin ikinci hissəsinin müddəaları nəzərə alınmaqla, dəqiqləşdirilmiş hesabatın təqdim edildiyi tarixdən 5 iş günü müddətində düzəliş edilməli digər vergi hesabatları üzrə dəqiqləşdirilmiş hesabatlar təqdim edilməlidir. 
Bu Məcəllənin 37.2-ci maddəsinin ikinci hissəsinin müddəalarından asılı olmayaraq, bu maddə ilə müəyyən edilmiş dəqiqləşdirilmiş hesabat vergi ödəyicisi tərəfindən təqdim edilmədikdə, habelə vergi ödəyicisinin bu Məcəllənin 72.5-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq dəqiqləşdirilmiş hesabat təqdim etmək hüququ olmadıqda vergi orqanı bu Məcəllənin 85.4-cü maddəsində göstərilən müddətdə aidiyyəti hesabat dövrləri üzrə kameral vergi yoxlaması aparmaq hüququna malikdir.”;
3.12. 38.5.3-cü maddəyə “məcburi” sözündən sonra “və ya kimyəvi” sözləri əlavə edilsin;
3.13. 43.2.1.4-cü maddəyə birinci halda “məcburi” sözündən sonra “və ya kimyəvi” sözləri, ikinci halda “nişanlama” sözündən sonra “və ya bu Məcəllənin 50-3.1-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş qaydada göstərilən həcm nisbəti pozulmaqla kimyəvi nişanlama” sözləri əlavə edilsin;
3.14.  50-ci maddə üzrə:
3.14.1. aşağıdakı məzmunda 50.1.2-2-ci maddə əlavə edilsin:
“50.1.2-2. kimyəvi nişanlama ilə nişanlanmalı olan malların kimyəvi nişanlama ilə nişanlanmadan və ya  bu Məcəllənin 50-3.1-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş qaydada göstərilən həcm nisbəti pozularaq kimyəvi nişanlama ilə nişanlanmaqla satılması, satış məqsədi ilə saxlanılması, istehsal binasının hüdudlarından kənara çıxarılması və ya idxal edilməsi faktlarının aşkar edilməsi;”;
3.14.2. 50.1.7-ci maddəyə “yetirilməsinə” sözündən sonra “, habelə bu Məcəllənin 71-2-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron alış aktı tərtib edilmədən sifarişçi tərəfindən fiziki şəxslərin bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövsümi işlərə” sözləri əlavə edilsin;
3.14.3. 50.1.9-cu maddəyə “50-2.1-ci” sözlərindən sonra “, 50-3.1-ci” sözləri əlavə edilsin və həmin maddədə “və məcburi” sözləri “, məcburi və ya kimyəvi” sözləri ilə əvəz edilsin;
3.15. aşağıdakı məzmunda 50-3-cü maddə əlavə edilsin:
“Maddə 50-3. Kimyəvi nişanlanma ilə nişanlanmalı olan mallar üzərində nəzarət
50-3.1. Azərbaycan Respublikasında istehsal edilən, yaxud Azərbaycan Respublikasına idxal olunan kimyəvi nişanlama ilə nişanlanmalı olan malların siyahısı, habelə Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, kimyəvi nişanlamanın tətbiqi, satışı və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
50-3.2. Kimyəvi nişanlama ilə nişanlanmalı olan malları kimyəvi nişanlama ilə nişanlanmadan və ya bu Məcəllənin 50-3.1-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş qaydada göstərilən həcm nisbəti pozularaq kimyəvi nişanlama ilə nişanlanmaqla istehsal binasının hüdudlarından kənara çıxarmaq, saxlamaq, satmaq və ya idxal etmək qadağandır.
50-3.3. Bu Məcəllənin 50-3.1-ci maddəsində nəzərdə tutulan qaydanın tələblərini pozan şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.”;
3.16. aşağıdakı məzmunda 53.9-cu maddə əlavə edilsin:
“53.9. Vergi ödəyicisi və ya vergi agenti bu Məcəlləyə uyğun olaraq tətbiq edilmiş maliyyə sanksiyalarının məbləğini vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarının ona bu Məcəllənin  70.2-1-ci maddəsinə uyğun olaraq verildiyi vaxtdan 10 iş günü müddətində ödəyərsə, o həmin maliyyə sanksiyası məbləğinin 10 faizi miqdarında ödənişdən azad edilir.”;
3.17. 57.4-cü maddədə “6000” rəqəmləri “10000” rəqəmləri ilə əvəz edilsin;
3.18. 58-ci maddə üzrə:
3.18.1. 58.10-cu maddəyə “işəgötürənə” sözündən sonra “, bu Məcəllənin 71-2-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron alış aktı tərtib edilmədən fiziki şəxslərin bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövsümi işlərə cəlb edilməsinə görə” sözləri əlavə edilsin;
3.18.2. aşağıdakı məzmunda 58.14-1-ci və 58.15-3-cü maddələr əlavə edilsin:
“58.14-1. Kimyəvi nişanlama ilə nişanlanmalı olan malların kimyəvi nişanlama ilə nişanlanmadan və ya bu Məcəllənin 50-3.1-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş qaydada göstərilən həcm nisbəti pozularaq kimyəvi nişanlama ilə nişanlanmaqla satılmasına, satış məqsədilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına, idxal edilməsinə görə vergi ödəyicisinə il ərzində belə hallara birinci dəfə yol verildikdə həmin malların bazar qiyməti ilə dəyərinin 1 misli, təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə 2 misli məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Bu maddənin birinci abzasında nəzərdə tutulan halda malların bazar qiyməti ilə dəyəri 5000 manatdan az olduqda, vergi ödəyicisinə 5000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Kimyəvi nişanlama ilə nişanlanmamış malların və ya bu Məcəllənin 50-3.1-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş qaydada göstərilən həcm nisbəti pozulmaqla kimyəvi nişanlama ilə nişanlanmış malların dövriyyəsinə həmin mallara görə maliyyə sanksiyası tətbiq edildikdən sonra yol verilir.”;
“58.15-3. Bu Məcəllənin 23.1.15-7-ci maddəsində nəzərdə tutulan halda vurulmuş möhürün vergi ödəyicisi tərəfindən pozulmasına görə hər bir hal üçün mikro sahibkarlıq subyektlərinə 1000 manat, digər sahibkarlıq subyektlərinə isə 3000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.”;
3.19. 59-cu maddə üzrə:
3.19.1. 59.1-ci maddədə “0,1” rəqəmləri “0,05” rəqəmləri ilə əvəz edilsin;
3.19.2. 59.3-cü maddənin birinci abzasına “(ödəmə günü də daxil olmaqla)” sözlərindən sonra “, ancaq 2 ildən çox olmamaq şərti ilə” sözləri əlavə edilsin və həmin abzasda “0,1” rəqəmləri “0,05” rəqəmləri ilə əvəz edilsin;
3.20. 60.3.3-cü maddəyə “miqdarında,” sözündən sonra “lakin 1000 manatdan az olmayaraq,” sözləri əlavə edilsin və həmin maddədə “30” rəqəmləri “10” rəqəmləri ilə, “400” rəqəmləri “1000” rəqəmləri ilə əvəz edilsin;
3.21. 71-2-ci maddə üzrə:
3.21.1. adına “Malların” sözündən sonra “və xidmətlərin (işlərin)” sözləri əlavə edilsin;
3.21.2. aşağıdakı məzmunda 71-2.1-1-ci maddə əlavə edilsin:
“71-2.1-1. Vergi orqanlarında uçota alınmayan fiziki şəxslər bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edildikdə, həmin işlər başlananadək elektron alış aktı tərtib edilir.”;
3.21.3. 71-2.3-cü maddəyə “edilmiş” sözündən sonra “malların” sözü əlavə edilsin;
3.22. 72-ci maddə üzrə:
3.22.1. 72.2-ci maddənin ikinci abzası aşağıdakı redaksiyada verilsin:
“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda göstərilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən vergi hesabatları normativ hüquqi aktlara uyğun olaraq gücləndirilmiş elektron imza vasitəsilə elektron qaydada təqdim edilir. Bu maddədə qeyd edilən siyahıda göstərilən vergi ödəyiciləri tərəfindən vergi hesabatları şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya normativ hüquqi aktlara uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər.”;
3.22.2. aşağıdakı məzmunda 72.2-1-ci maddə əlavə edilsin:
“72.2-1. Vergi ödəyicisi bu Məcəllənin 23.1.15-6-cı maddəsində nəzərdə tutulan bəyannaməyə onun təqdim edilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş son tarixədək münasibət bildirmədikdə həmin bəyannamə vergi ödəyicisi tərəfindən təqdim edilmiş hesab olunur.”;
3.22.3. 72.5-ci maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Müvafiq hesabat dövrləri üzrə dəqiqləşdirilmiş hesabatlar iri vergi ödəyiciləri tərəfindən beş dəfə, digər kateqoriya sahibkarlıq subyektləri tərəfindən isə üç dəfə təqdim edilə bilər. Bu maddədə nəzərdə tutulan saydan sonra dəqiqləşdirilmiş vergi hesabatı yalnız əvvəlki dəqiqləşdirilmiş hesabat üzrə həyata keçirilən kameral vergi yoxlaması başa çatdıqdan sonra təqdim edilə bilər.”;
3.22.4. 72.6-cı maddənin birinci abzasının birinci cümləsində “Vergi” sözü “Bu Məcəllənin 72.5-ci maddəsinin ikinci abzası nəzərə alınmaqla, vergi” sözləri ilə əvəz edilsin.”;
3.23. 78.4-cü maddənin ikinci abzası ləğv edilsin;
3.24. 85-ci maddə üzrə:
3.24.1. 85.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
“85.6. Bu Məcəllənin 85.8-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi öhdəliklərinin yerinə yetirilməsi müddətləri aşağıda göstərilən şərtlər daxilində bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdən daha gec müddətə dəyişdirilə bilər:
85.6.1. vergi ödəyicisinin son 3 il ərzində təqdim edilməmiş bəyannaməsi olmadıqda;
85.6.2. möhlət verilməsi barədə müraciət olunan borc məbləğinin azı 10 faizi ödənildikdə;
85.6.3. vergi borcunun məbləği 100000 manatdan çox olduqda bank tərəfindən vergi orqanına elektron formada bank zəmanəti göndərildikdə.”;
3.24.2. 85.6-1-ci maddədə “85.6.2 – 85.6.4-cü maddələri” sözləri “85.6-cı maddəsi” sözləri ilə əvəz edilsin;
3.24.3. 85.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“85.7. Vergilərin ödənilmə müddətinin dəyişdirilməsi mövcud olan vergi öhdəliklərini ləğv etmir.”;
3.24.4. 85.8.3-cü və 85.8.4-cü maddələr ləğv edilsin;
3.24.5. 85.8.5-ci maddədən “bu Məcəllənin 85.6.3-cü və 85.6.4-cü maddələrinə münasibətdə müraciət edən” sözləri çıxarılsın;
3.24.6. 85.8.6-cı və 85.9-cu maddələr aşağıdakı redaksiyada verilsin:
“85.8.6. bu Məcəllənin 85.10-cu maddəsində nəzərdə tutulan ödəniş qrafikinə əməl etməyən vergi ödəyicisi möhlətin verildiyi tarixdən 12 aydan tez yenidən müraciət etdikdə;”;
“85.9. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması üçün vergi ödəyicisi tərəfindən vergi növü (növləri) üzrə onların müvafiq hesabat dövrü üçün normativ hüquqi aktlarla müəyyən edilmiş ödəmə müddəti bitəndən sonra vergi orqanına elektron qaydada müraciət edilməlidir. Vergi borcunun məbləği 100 000 manatdan çox olduqda möhlət yalnız bank tərəfindən vergi orqanına elektron formada göndərilmiş bank zəmanəti əsasında verilir.”;
3.24.7. 85.9-1-ci və 85.9-2-ci maddələr ləğv edilsin;
3.24.8. 85.9-3-cü maddədə “Bu Məcəllənin 85.6-cı maddəsində nəzərdə tutulmuş əsaslar olduğu halda vergi” sözləri “Vergi” sözü ilə, “10 faizini” sözləri “azı 10 faizini vergi orqanına elektron müraciət etdiyi gün” sözləri ilə əvəz edilsin;
3.24.9. 85.10-cu maddə aşağıdakı redaksiyada verilsin:
“85.10. Bu Məcəllənin 85.6-cı maddəsində nəzərdə tutulmuş şərtlər ödənildikdə, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi orqanının qərarı ilə ödəniş qrafiki əsasında hissə-hissə icra edilməsi şərtilə 1 ildən çox olmayan müddətə uzadılır. Məbləği 5000 manatdan aşağı olan borclar üzrə ödəniş qrafiki vergi ödəyicisinin müraciəti zamanı elektron qaydada seçilir.”;
3.24.10. 85.10-1-ci maddə ləğv edilsin;
3.24.11. 85.10-2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“85.10-2. Vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıldığı halda həmin borca münasibətdə müraciət edilmə tarixindən etibarən vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadıldığı dövr ərzində bu Məcəllənin 65.2-ci maddəsində nəzərdə tutulan icra sənədi olan sərəncamın verilməsi və əmlakın siyahıya alınması istisna olmaqla, borcun alınması ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş bütün digər tədbirlər həyata keçirilə bilər.
Vergi ödəyicisi vergi orqanı tərəfindən borcun alınması ilə bağlı tədbirlərə başlanıldıqdan sonra vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması ilə bağlı müraciət etdikdə vergi orqanı tərəfindən həmin tədbirlərin icrası dayandırılır.”;
3.24.12. 85.10-3-cü maddədən “orqanının qərarı ilə vergi” sözləri çıxarılsın və həmin maddəyə “ödənilir” sözündən sonra “və yeni yaranmış borcun ödənilməsini təmin etmək üçün bu Məcəllədə nəzərdə tutulmuş tədbirlər görülür” sözləri əlavə edilsin;
3.24.13. 85.11-ci maddə aşağıdakı redaksiyada verilsin:
“85.11. Borc məbləği 5000 manatdan aşağı olduqda və bu Məcəllənin 85.6-cı maddəsində nəzərdə tutulmuş şərtlər ödənildikdə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi orqanının qərarı əsasında avtomatlaşdırılmış qaydada uzadılır.
Borc məbləği 5000 manatdan artıq olduqda vergi orqanı müraciətin daxil olduğu tarixdən 10 iş günü müddətində vergi ödəyicisinin müraciətinə baxır və bu Məcəllənin 85.6-cı maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetirildiyi halda, habelə vergi ödəyicisinin iqtisadi göstəriciləri və vergi qanunvericiliyinin tələblərinə riayət etmə səviyyəsi nəzərə alınmaqla, vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması barədə qərar qəbul edir. Vergi orqanının vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması haqqında qərarında müddətin uzadılması səbəbi, vergi üzrə borcun məbləği, ödənilməsi müddəti uzadılan verginin növü (növləri), ödənilmə müddəti və qaydası, habelə bank zəmanəti haqqında qeydlər göstərilməlidir.
Bu maddənin ikinci abzasında nəzərdə tutulmuş əsaslar olmadığı halda vergi orqanı öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılmasından imtina edilməsi barədə qərar qəbul edir və həmin qərarda imtinanın səbəbləri göstərilir.”;
3.24.14. 85.14.2-ci maddədə “85.8.1 – 85.8.3-cü” sözləri “85.8.1-ci və 85.8.2-ci” sözləri ilə əvəz edilsin;
3.24.15. 85.14.3-cü maddəyə “edilmədikdə” sözündən sonra “, yaxud vergi öhdəliyinin yerinə yetirilməsinə möhlət verildikdən sonra yeni yaranmış vergi öhdəliyi vaxtında yerinə yetirilmədikdə” sözləri əlavə edilsin;
3.24.16. 85.15-ci maddə aşağıdakı redaksiyada verilsin:
“85.15. Bu Məcəllənin 85.14.2-ci və 85.14.3-cü maddələrində nəzərdə tutulmuş hallarda vergi öhdəliyinin yerinə yetirilməsinin uzadılmış müddətinə vaxtından əvvəl xitam verilməsi haqqında qərar vermiş vergi orqanı 5 gün müddətində vergi ödəyicisinə bu barədə məlumat verməlidir. Vergi ödəyicisi məlumatı aldığı tarixdən 5 gün müddətində borc məbləğini və ödəmə gününə qədər həmin məbləğə normativ hüquqi aktlara uyğun olaraq hesablanmış faizləri büdcəyə ödəməlidir. Möhlət verilmiş borc məbləği 100 000 manatdan artıq olduğu halda vergi orqanı tərəfindən bu Məcəllənin 85.9-cu maddəsində nəzərdə tutulan bank zəmanəti hesabına vergi borcunun alınması təmin edilir.”;
3.25. aşağıdakı məzmunda 87-1-ci, 87-2-ci və 96.7-ci maddələr əlavə edilsin:
“Maddə 87-1. Ödənilmiş vergilərin növbəti vergi öhdəlikləri ilə əvəzləşdirilməsi
87-1.1. Mikro sahibkarlıq subyekti olan vergi ödəyicisi digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə, onun tərəfindən mikro sahibkar olduğu əvvəlki təqvim ilinə görə hesablanmış və ödənilmiş gəlir (mənfəət) vergisi və ya sadələşdirilmiş vergi illər üzrə məhdudiyyət qoyulmadan, tam həcmdə onun digər sahibkarlıq subyekti olduğu növbəti dövrlərdə yaranan ümumi vergi öhdəliyindən çıxılır. Bu məqsədlə mikro sahibkarlıq subyekti olan vergi ödəyicisi tərəfindən mikro sahibkar olduğu əvvəlki təqvim ilinə görə hesablanmış və ödənilmiş gəlir (mənfəət) vergisi və ya sadələşdirilmiş vergi məbləğləri onun şəxsi vərəqəsində əks etdirilir.
87-1.2. Bu Məcəllənin 87-1.1-ci maddəsində nəzərdə tutulan halda mikro sahibkarlıq subyektinin şəxsi vərəqəsində əks etdirilən məbləğ növbəti vergi öhdəliyi ilə əvəzləşdirildikdən sonra artıq qalan məbləğ vergi ödəyicisinin yenidən mikro sahibkarlıq kateqoriyasına keçdiyi ildə ləğv edilərək bərpa edilir.
Maddə 87-2. Alınmış malların (işlərin, xidmətlərin) dəyərinin müəyyən hissəsinin istehlakçılara qaytarılması
Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində ƏDV-nin məqsədləri üçün qeydiyyatı olmayan mənfəət (gəlir) vergisinin ödəyicisi və sadələşdirilmiş verginin ödəyicisi kimi pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış malların (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları, mənfəət (gəlir) və sadələşdirilmiş vergidən azad olunan fəaliyyətlə məşğul olan şəxslərdən alınan mallar istisna olmaqla), bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilmiş xidmətlərin, habelə teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və konsert sahəsində göstərilən xidmətlərin dəyərinin nağdsız qaydada ödənişlər üzrə 0,9 faizi istehlakçılara qaytarılır. Alınmış malların (işlərin, xidmətlərin) dəyərinin müəyyən hissəsinin istehlakçılara qaytarılması bu Məcəllənin 165.5-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq həyata keçirilir.
İstehlakçılara malların (işlərin, xidmətlərin) dəyərinin müəyyən hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin     50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.”;
“96.7. İstiqrazların təqdim edilməsi üzrə istiqrazın satışından əldə edilən gəlirlə onun alış qiyməti, habelə bu əməliyyatla bağlı çəkilən xərclər, o cümlədən tutulan komissiya haqları arasındakı fərq vergitutma obyektidir.”;
3.26. 100-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“Bu Məcəllənin 124.1-1-ci maddəsi nəzərə alınmaqla, fiziki şəxsin aldığı və Azərbaycan Respublikasında ödəmə mənbəyindən vergi tutulmuş gəlirlər ümumi gəlirdən çıxılır.”;
3.27. 101-ci maddə üzrə:
3.27.1. 101.5-ci maddəyə birinci halda “pul” sözündən sonra “və ya əşya” sözləri, ikinci halda “vəsaiti” sözündən sonra “və ya əşya şəklində uduşlar” sözləri əlavə edilsin;
3.27.2. 101.6-cı maddə aşağıdakı redaksiyada verilsin:
“101.6. Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində (3.5.1-ci maddəsi istisna olmaqla) göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən xərclər çıxılmadan 5 faiz dərəcə ilə, həmin Qanunun 3.5.1-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) isə xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur.”;
3.28. 102-ci maddə üzrə:
3.28.1. 102.1.7-ci maddəyə birinci halda “kənd” sözündən əvvəl “(müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində qeydiyyata alınmış” sözləri əlavə edilsin;
3.28.2. 102.1.11-ci maddə aşağıdakı redaksiyada verilsin:
“102.1.11.  aqrar məhsulların istehsalçıları tərəfindən bilavasitə həmin məhsulların istehsalından (o cümlədən sənaye üsulu ilə) alınan gəlirlərin, o cümlədən  aqrar məhsulların istehsalçısı olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirlərinin 90 faizi – 2027-ci il yanvarın 1-dən 5 il müddətinə. Bu maddədə nəzərdə tutulan güzəşt həmin şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində qeydiyyatda olduğu və belə gəlirlərin vergi bəyannaməsində bəyan edildiyi halda şamil edilir;”;
3.28.3. aşağıdakı məzmunda 102.1.11-2-ci, 102.1.11-3-cü və 102.1.18-1-ci maddələr əlavə edilsin:
“102.1.11-2. heyvandarlıq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində qeydiyyatdan keçmiş fərdi sahibkarlar tərəfindən yetişdirilən (bəslənilən) iribuynuzlu və xırdabuynuzlu heyvanların kəsilərək satışından əldə edilən gəlirin 50 faizi – 2027-ci il yanvarın 1-dən 3 il müddətinə;
102.1.11-3. aqrar məhsulların istehsalçısı olan fiziki şəxslərə həmin məhsulların istehsalı ilə əlaqədar dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar – 2027-ci il yanvarın 1-dən 5 il müddətinə;”;
“102.1.18-1. fiziki şəxslərin xüsusi mülkiyyətində olan torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.5-ci maddəsinə uyğun olaraq, bazar dəyəri bərabər müəyyən edilmiş dövlət mülkiyyətində olan torpaq, yaşayış və qeyri-yaşayış sahələri ilə qarşılıqlı razılıq əsasında dəyişdirilməsi çərçivəsində təqdim edilməsi;”;
3.28.4. 102.1.26-cı maddə aşağıdakı redaksiyada verilsin:
“102.1.26. bu Məcəllənin 220.9-3-cü maddəsində müəyyən edilən hüquqdan istifadə edən lotereya təşkilatçısı tərəfindən keçirilən lotereyalardan (stimullaşdırıcı lotereyalar istisna olmaqla) və bu Məcəllənin 220.9-2-ci maddəsində müəyyən edilən hüquqdan istifadə edən idman mərc oyunları operatoru tərəfindən keçirilən idman mərc oyunlarından pul və ya əşya şəklində əldə edilən uduşlar;”;
3.28.5. aşağıdakı məzmunda 102.1.26-1-ci maddə əlavə edilsin:
“102.1.26-1. bu Məcəllənin 220.9-3-cü maddəsində müəyyən edilən hüquqdan istifadə etməyən lotereya təşkilatçısı tərəfindən keçirilən lotereyalardan, bu Məcəllənin 220.9-2-ci maddəsində müəyyən edilən hüquqdan istifadə etməyən idman mərc oyunları operatoru tərəfindən keçirilən idman mərc oyunlarından, habelə stimullaşdırıcı lotereyanın təşkilatçısı tərəfindən keçirilən stimullaşdırıcı lotereyalardan pul və ya əşya şəklində əldə edilən 500 manatadək uduşlar;”;
3.28.6. 102.1.27-ci maddəyə birinci halda “olan” sözündən sonra “rezident müəssisədə” sözləri, “səhmin” sözündən sonra “(kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər istisna olmaqla)” sözləri əlavə edilsin;
3.28.7. aşağıdakı məzmunda 102.1.27-1-ci maddə əlavə edilsin:
“102.1.27-1. kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış, rezident müəssisəyə məxsus səhm və istiqrazların təqdim edilməsindən əldə olunan gəlirlərin 50 faizi – 2027-ci il yanvarın 1-dən 5 il müddətinə;”;
3.28.8. 102.1.30-cu maddənin üçüncü abzası ləğv edilsin;
3.28.9.  102.1.30-1-ci maddə üzrə:
3.28.9.1.  102.1.30-1.11-ci maddə ləğv edilsin;
3.28.9.2. 102.1.30-1.13-cü  maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 102.1.30-1.14-cü maddə əlavə edilsin:
“102.1.30-1.14. mühəndis axtarışları və bu sahədə texniki məsləhətlərin verilməsi.”;
3.28.10. aşağıdakı məzmunda 102.1.30-2-ci maddə əlavə edilsin:
“102.1.30-2. aşağıdakı şərtlər daxilində fərdi sahibkarların təqvim ili üzrə sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 25 faizi – 2027-ci il yanvarın 1-dən 5 il müddətinə:
102.1.30-2.1. ardıcıl iki təqvim ili ərzində kiçik sahibkarlıq subyekti kimi fəaliyyət göstərən;
102.1.30-2.2. güzəşt tətbiq edilən hesabat ilindən əvvəlki hesabat ilinin sonuna vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcu olmayan;
102.1.30-2.3. güzəşt tətbiq edilən hesabat ili üzrə dövriyyəsi əvvəlki hesabat ilinin dövriyyəsi ilə müqayisədə 30 faizdən çox azalmayan.
Güzəşt tətbiq edilən hesabat ili üzrə keçirilən vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halları aşkar edildikdə və ya eyni hallarla bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə məlumatlar təqdim edildikdə bu maddədə nəzərdə tutulan güzəşt tətbiq edilmir;”;
3.28.11. 102.1.41-ci maddəyə “ictimai” sözündən əvvəl “bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlərin fəaliyyəti,” sözləri əlavə edilsin;
3.28.12. 102.1.50-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 102.1.51-ci və 102.1.52-ci maddələr əlavə edilsin:
“102.1.51. dövlət, neft-qaz və maliyyə sektorlarında fəaliyyət göstərən vergi ödəyiciləri tərəfindən ixrac olunan mal və xidmətlər istisna olmaqla, ölkə daxilində istehsal olunan məhsulların, habelə bu Məcəllənin 168.1.5-ci maddəsində göstərilmiş xidmətlərin ixracından (malların ixrac qeydi ilə satışı da daxil olmaqla) əldə edilən gəlirlərin vergi ili ərzində ixracın ümumi dövriyyədə (satışdankənar gəlirlər istisna olmaqla) xüsusi çəkisinə (lakin 25 faizdən çox olmamaqla) mütənasib olan hissəsi – 2027-ci il yanvarın 1-dən 5 il müddətinə;
102.1.52. mehmanxana (hotel) və sanatoriya fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların gəlirlərinin onların vergi ili ərzində Azərbaycan Respublikasına turist kimi gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlər üzrə formalaşan dövriyyəsinin ümumi dövriyyədə (satışdankənar gəlirlər istisna olmaqla) xüsusi çəkisinə (lakin 50 faizdən çox olmamaqla) mütənasib olan hissəsi – 2027-ci il yanvarın 1-dən 5 il müddətinə;”;
3.28.13. aşağıdakı məzmunda 102.11-ci maddə əlavə edilsin:
“102.11. Fərdi sahibkarın sahibkarlıq fəaliyyəti ilə bağlı gəlir vergisi üzrə bu Məcəllədə birdən çox güzəşt hüququ olduqda fərdi sahibkara güzəşt verilən fəaliyyətləri üzrə bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir.”;
3.29. 106-cı maddə üzrə:
3.29.1. 106.1.9-cu maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bu maddənin müddəaları aktivləri əvəzsiz olaraq verən hüquqi şəxslə yanaşı, həmin aktivləri balansına qəbul edən hüquqi şəxsə münasibətdə də tətbiq edilir;”;
3.29.2. 106.1.10-cu maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bu maddənin müddəaları əsas vəsaitləri əvəzsiz olaraq verən hüquqi şəxslə yanaşı, həmin əsas vəsaitləri balansına qəbul edən hüquqi şəxsə münasibətdə də tətbiq edilir;”;
3.29.3. 106.1.14-cü və 106.1.14-1-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“106.1.14.  aqrar məhsulların istehsalçısı olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri mənfəətin 90 faizi – 2027-ci il yanvarın 1-dən 5 il müddətinə. Bu maddədə nəzərdə tutulan güzəşt həmin şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində qeydiyyatda olduğu və belə mənfəətin vergi bəyannaməsində bəyan edildiyi halda şamil edilir;
106.1.14-1.  aqrar məhsulların istehsalçısı olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirlərinin 90 faizi – 2027-ci il yanvarın 1-dən 5 il müddətinə. Bu maddədə nəzərdə tutulan güzəşt həmin şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində qeydiyyatda olduğu və belə gəlirlərin vergi bəyannaməsində bəyan edildiyi halda şamil edilir;
3.29.4. aşağıdakı məzmunda 106.1.14-2-ci, 106.1.14-3-cü və 106.1.16-1-ci maddələr əlavə edilsin:
“106.1.14-2. heyvandarlıq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində qeydiyyatdan keçmiş hüquqi şəxslər tərəfindən yetişdirilən (bəslənilən) iribuynuzlu və xırdabuynuzlu heyvanların kəsilərək satışından əldə edilən mənfəətin 50 faizi – 2027-ci il yanvarın 1-dən 3 il müddətinə;”;
106.1.14-3. aqrar məhsulların istehsalçısı olan hüquqi şəxslərə həmin məhsulların istehsalı ilə əlaqədar dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar – 2027-ci il yanvarın 1-dən 5 il müddətinə;”;
“106.1.16-1. hüquqi şəxslərin xüsusi mülkiyyətində olan torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.5-ci maddəsinə uyğun olaraq, bazar dəyəri bərabər müəyyən edilmiş dövlət mülkiyyətində olan torpaq, yaşayış və qeyri-yaşayış sahələri ilə qarşılıqlı razılıq əsasında dəyişdirilməsi çərçivəsində təqdim edilən əmlakların dəyəri;”;
3.29.5. 106.1.20-ci maddənin üçüncü abzası ləğv edilsin;
3.29.6. aşağıdakı məzmunda 106.1.20-1-ci maddə əlavə edilsin:
“106.1.20-1. aşağıdakı şərtlər daxilində hüquqi şəxslərin təqvim ili üzrə sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətinin 25 faizi – 2027-ci il yanvarın 1-dən 5 il müddətinə:
106.1.20-1.1. ardıcıl iki təqvim ili ərzində kiçik sahibkarlıq subyekti kimi fəaliyyət göstərən;
106.1.20-1.2. güzəşt tətbiq edilən hesabat ilindən əvvəlki hesabat ilinin sonuna vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcu olmayan;
106.1.20-1.3. güzəşt tətbiq edilən hesabat ili üzrə dövriyyəsi əvvəlki hesabat ilinin dövriyyəsi ilə müqayisədə 30 faizdən çox azalmayan.
Güzəşt tətbiq edilən hesabat ili üzrə keçirilən vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halları aşkar edildikdə və ya eyni hallarla bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə məlumatlar təqdim edildikdə bu maddədə nəzərdə tutulan güzəşt tətbiq edilmir;”;
3.29.7. 106.1.28-ci maddədə “9” rəqəmi “13” rəqəmləri ilə əvəz edilsin;
3.29.8. 106.1.34-cü maddəyə “ictimai” sözündən əvvəl “bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər,” sözləri əlavə edilsin;
3.29.9. 106.1.41-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;
3.29.10.  aşağıdakı məzmunda 106.1.42-ci,  106.1.43-cü və 106.12-ci maddələr əlavə edilsin:
“106.1.42. dövlət, neft-qaz və maliyyə (təkrarsığorta istisna olmaqla) sektorlarında fəaliyyət göstərən vergi ödəyiciləri tərəfindən ixrac olunan mal və xidmətlər istisna olmaqla, ölkə daxilində istehsal olunan məhsulların, bu Məcəllənin 168.1.5-ci maddəsində göstərilmiş xidmətlərin, habelə təkrarsığorta xidmətlərinin ixracından (malların ixrac qeydi ilə satışı da daxil olmaqla) əldə edilən mənfəətin vergi ili ərzində ixracın ümumi dövriyyədə (satışdankənar gəlirlər istisna olmaqla) xüsusi çəkisinə (lakin 25 faizdən çox olmamaqla) mütənasib olan hissəsi – 2027-ci il yanvarın 1-dən 5 il müddətinə;
106.1.43. mehmanxana (hotel) və sanatoriya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin mənfəətinin onların vergi ili ərzində Azərbaycan Respublikasına turist kimi gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlər üzrə formalaşan dövriyyəsinin ümumi dövriyyədə (satışdankənar gəlirlər istisna olmaqla) xüsusi çəkisinə (lakin 50 faizdən çox olmamaqla) mütənasib olan hissəsi – 2027-ci il yanvarın 1-dən 5 il müddətinə;”;
“106.12. Hüquqi şəxsin sahibkarlıq fəaliyyəti ilə bağlı mənfəət vergisi üzrə bu Məcəllədə birdən çox güzəşt hüququ olduqda hüquqi şəxsə güzəşt verilən fəaliyyətləri üzrə bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir.”;
3.30. 108.3-cü maddəyə “sahələrinə” sözündən sonra “, habelə sökülmüş binanın yerində inşa edilmiş yeni binadan sökülmüş binanın əvvəlki mülkiyyətçilərinə (sahiblərinə) mülkiyyət sənədlərində müəyyən edilən sahənin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmayan tikililər üzrə yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə rəsmiləşdirilən sahənin) müqabilində verilən kompensasiya xarakterli yaşayış və qeyri-yaşayış sahələrinə (artıq sahə verildiyi halda isə sökülmüş yaşayış və qeyri-yaşayış sahəsinin 20 faizi həddində artıq sahəyə)” sözləri əlavə edilsin;
3.31. 109.8-ci maddədə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən mallar, qiymətli daşlar, qiymətli metallar, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatlar, daşınmaz əmlak, avtomobil nəqliyyatı vasitələri və daşınar əsas vəsaitlər istisna olmaqla, digər” sözləri “Aşağıdakılar istisna olmaqla,” sözləri ilə, nöqtə işarəsi qoşa nöqtə işarəsi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda 109.8.1 –109.8.6-cı maddələr əlavə edilsin:
“109.8.1. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 
3.5-ci maddəsində göstərilən mallar;
109.8.2. qiymətli daşlar, qiymətli metallar, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatlar;
109.8.3. daşınmaz əmlaklar;
109.8.4. daşınar əsas vəsaitlər;
109.8.5. avtomobil nəqliyyatı vasitələri;
109.8.6. fiziki şəxslər tərəfindən elektron ticarət qaydasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə gömrük rəsmiləşdirilməsi həyata keçirilməklə, xaricdən sifariş edilən və elektron ticarət həyata keçirən şəxslər tərəfindən geri alınan mallar.”;
3.32. 123.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“123.3. İstiqraz üzrə ödənilən diskont və faiz gəlirləri, habelə təkrar bazarda əldə edilən istiqrazlar üzrə emitent tərəfindən müddətin sonunda ödənilməsi nəzərdə tutulan əsas məbləğ və faiz (kupon) məbləğinin cəmi ilə həmin istiqrazların alışı ilə bağlı çəkilən xərclər arasındakı fərq ödəmə mənbəyində vergiyə cəlb edilir.”;
3.33. 124-cü maddə üzrə:
3.33.1. 124.1-ci maddənin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:
“Kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə kirayəyə verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq, yaşayış sahələrinin kirayəyə verilməsinə görə 10 faiz, digər əmlakın kirayəyə verilməsinə görə isə 14 faiz dərəcə ilə vergini ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir.”;
3.33.2. aşağıdakı məzmunda 124.1-1-ci maddə əlavə edilsin:
“124.1-1. İcarəyə (kirayəyə) verən fiziki şəxs bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verməklə, icarə (kirayə) gəlirlərindən bu fəaliyyət üzrə çəkilən xərclər çıxılmaqla, bu Məcəllənin 101.3-cü maddəsində müəyyən edilmiş dərəcə ilə vergi ödəmək hüququna malikdir. Bu hüquqdan istifadə etmək istəyən fiziki şəxs bu barədə vergi orqanına və icarəçiyə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada məlumat təqdim etməlidir. Məlumatın vergi orqanına təqdim edildiyi aydan sonra növbəti aydan başlayaraq, fiziki şəxsin icarə gəlirlərindən ödəmə mənbəyində vergi tutulmur.
Vergi ilinin yekunu üzrə gəlir vergisi hesablanarkən fiziki şəxsin həmin təqvim ilinin əvvəlindən etibarən əldə etdiyi gəlirləri və çəkdiyi xərcləri nəzərə alınır və hesablanmış illik gəlir vergisi həmin il üzrə ödəmə mənbəyində tutulmuş vergilərin məbləği qədər azaldılır. Ödəmə mənbəyində tutulmuş vergi məbləği həmin ildə tam şəkildə nəzərə alınmadıqda, məhdudiyyət qoyulmadan növbəti illərin vergi öhdəliklərinin azaldılması hesabına aid edilir.”;
3.34. 125.1.8-ci maddəyə birinci halda “pul” sözündən sonra “və ya əşya” sözləri əlavə edilsin;
3.35.  149-cu maddə üzrə:
3.35.1. 149.1.3-1-ci maddəyə “şəxsin” sözündən sonra “və ya bu Məcəllənin 149.1.4-cü maddəsində göstərilən fiziki şəxsin” sözləri əlavə edilsin;
3.35.2. 149.4-cü maddənin ikinci cümləsində “ləğvetmə balansını qeydiyyat orqanına təqdim etdiyi” sözləri “aralıq ləğvetmə balansının təsdiq olunduğu” sözləri ilə əvəz edilsin;
3.36. 150-ci maddə üzrə:
3.36.1. 150.1.6-cı maddəyə “ödəmələr” sözündən sonra “(bu Məcəllənin 124.1-1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə edən fiziki şəxslərə verilən ödəmələr istisna olmaqla)” sözləri əlavə edilsin;
3.36.2. 150.1.10-cu maddəyə “pul” sözündən sonra “və ya əşya” sözləri, “ödəmələr” sözündən sonra “(uduşlar)” sözü əlavə edilsin;
3.36.3. 150.1.18-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 150.1.19-cu, 150.1.20-ci, 150.3-7 – 150.3-9-cu maddələr əlavə edilsin:
“150.1.19. ölkə ərazisində taksi ilə sərnişin daşımalarını həyata keçirən vergi ödəyicilərinə ödəmələr verən taksi sifarişi operatorları;
150.1.20. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən fond birjasında kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhm və istiqrazlar üzrə fiziki şəxs olan müştərilərin sifarişlərinin icrasını (əqdlərin icrasını) həyata keçirən investisiya şirkətləri;”;
“150.3-7. Bu Məcəllənin 150.1.19-cu maddəsində göstərilən şəxslər bu Məcəllənin 
220.6-1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergini hesablamağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi forma üzrə bəyannaməni rüb başa çatdıqdan sonra növbəti ayın         20-dən gec olmayaraq vergi orqanına verməyə borcludurlar.
150.3-8. Bu Məcəllənin 150.1.20-ci maddəsində göstərilən şəxslər bu Məcəllənin 
101.2-ci maddəsinin birinci abzasında müəyyən edilən dərəcə ilə vergini hesablamağa, hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq, hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludurlar.
150.3-9. Fiziki şəxslər tərəfindən notariuslar vasitəsilə birjadankənar səhm və istiqraz təqdim edilməsi həyata keçirilərkən bu əməliyyatlar üzrə notariuslar tərəfindən ödəmə mənbəyində vergi tutulmur və notariuslar belə əməliyyatlar üzrə vergilərin hesablanması məqsədilə müqavilənin təsdiq edildiyi gündən 10 (on) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada məlumatı vergi orqanına təqdim edirlər.”;
3.37. 153.3-cü maddədə “5” rəqəmi “10” rəqəmləri ilə əvəz edilsin və həmin maddəyə “satışı” sözündən sonra “, habelə 2027-ci il yanvarın 1-dən 3 il müddətinə ixtisaslaşdırılmış qaydada avtomobil satışı ilə məşğul olan şəxslər tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış işlənmiş avtomobillərin və hüquqi şəxslər, o cümlədən  bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin satışı” sözləri əlavə edilsin;
3.38. 159.1-ci maddənin ikinci cümləsinə “satışı” sözündən sonra “, habelə 2027-ci il yanvarın 1-dən 3 il müddətinə ixtisaslaşdırılmış qaydada avtomobil satışı ilə məşğul olan şəxslər tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış işlənmiş avtomobillərin və hüquqi şəxslər, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin satışı” sözləri əlavə edilsin və həmin cümlədə “5” rəqəmi “8” rəqəmi ilə əvəz edilsin;
3.39. 164.1-ci maddə üzrə:
3.39.1. 164.1.18-ci maddədə “13” rəqəmləri “16” rəqəmləri ilə əvəz edilsin;
3.39.2. 164.1.27-ci maddədə “10” rəqəmləri “13” rəqəmləri ilə əvəz edilsin;
3.39.3. aşağıdakı məzmunda 164.1.29-1-ci maddə əlavə edilsin:
“164.1.29-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində qeydiyyatdan keçmiş şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında kökəltmə məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş şərtlərə cavab verən heyvanların idxalı – 2027-ci il yanvarın 1-dən 3 il müddətinə;”;
3.39.4. 164.1.37-ci maddədə “7” rəqəmi “10” rəqəmləri ilə əvəz edilsin;
3.39.5.  164.1.41-2-ci maddədə “5” rəqəmi “8” rəqəmi ilə əvəz edilsin;
3.39.6. 164.1.41-4-cü maddədə hər iki halda “və yük avtomobillərinin” sözləri “, yük avtomobillərinin və kənd təsərrüfatı təyinatlı traktorların,” sözləri ilə əvəz edilsin və həmin maddəyə ikinci halda “müddətinə” sözündən sonra “, kənd təsərrüfatı təyinatlı traktorlara münasibətdə 2027-ci il yanvarın 1-dən 6 il müddətinə” sözləri əlavə edilsin;
3.39.7. aşağıdakı məzmunda 164.1.41-6-cı maddə əlavə edilsin:
“164.1.41-6. tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi şərtilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən yığılmamış, komplektləşdirilməmiş və ya sökülmüş minik avtomobillərinin və onların ehtiyat hissələrinin idxalı – 2027-ci il yanvarın 1-dən 6 il müddətinə;”;
3.39.8. 164.1.43-cü maddədə “8” rəqəmi “11” rəqəmləri ilə əvəz edilsin;
3.39.9. 164.1.46-cı maddədə “7” rəqəmi “10” rəqəmləri ilə əvəz edilsin;
3.39.10. 164.1.47-ci maddəyə “hissəsinin” sözündən sonra “, habelə sökülmüş binanın yerində inşa edilmiş yeni binadan sökülmüş binanın əvvəlki mülkiyyətçilərinə (sahiblərinə) mülkiyyət sənədlərində müəyyən edilən sahənin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmayan tikililər üzrə yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə rəsmiləşdirilən sahənin) müqabilində verilən kompensasiya xarakterli yaşayış və qeyri-yaşayış sahələrinin (artıq sahə verildiyi halda isə sökülmüş yaşayış və qeyri-yaşayış sahəsinin 20 faizi həddində artıq sahənin)” sözləri əlavə edilsin;
3.39.11. 164.1.48-ci maddədə “7” rəqəmi “10” rəqəmləri ilə əvəz edilsin;
3.39.12. 164.1.49-cu maddədə “9” rəqəmi “13” rəqəmləri ilə əvəz edilsin;
3.39.13. 164.1.51-ci və 164.1.51-1-ci maddələrdə “3” rəqəmi “6” rəqəmi ilə əvəz edilsin;
3.39.14. 164.1.54-cü maddədə “6” rəqəmi “9” rəqəmi ilə əvəz edilsin;”;
3.39.15. 164.1.62-ci maddədə “3” rəqəmi “6” rəqəmi ilə əvəz edilsin;”;
3.40. 165.5-ci maddənin birinci – üçüncü cümlələrində “simfonik orkestrin konserti” sözləri “konsert” sözü ilə əvəz edilsin;
3.41.  174-cü maddə üzrə:
3.41.1. 174.3-cü maddənin birinci cümləsində birinci halda “pərakəndə” sözü “və 2027-ci il yanvarın 1-dən 3 il müddətinə ixtisaslaşdırılmış qaydada avtomobil satışı ilə məşğul olan şəxslər tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış işlənmiş avtomobillərin və hüquqi şəxslər, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin” sözləri ilə əvəz edilsin və həmin cümlədən “pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan” sözləri çıxarılsın;
3.41.2. 174.4-cü maddənin birinci cümləsində “5” rəqəmi “10” rəqəmləri ilə əvəz edilsin;
3.41.3. 174.5-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlərin, tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə münasibətdə 2024-cü il yanvarın 1-dən 6 il müddətinə, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 2026-cı il yanvarın 1-dən 3 il müddətinə, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlərə münasibətdə isə 2027-ci il yanvarın 1-dən 3 il müddətinə onların vergi tutulan ümumi dövriyyəsindən çıxılır.”;
3.41.4. aşağıdakı məzmunda 174.6-cı və 174.7-ci maddələr əlavə edilsin:
“174.6. İxtisaslaşdırılmış qaydada avtomobil satışı ilə məşğul olan şəxslər tərəfindən vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış işlənmiş avtomobillərin satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması aşağıdakı şərtlər daxilində həyata keçirilir:
174.6.1. avtomobillərin dəyəri yalnız nağdsız qaydada ödənilməlidir;
174.6.2. avtomobillər elektron alış aktı əsasında alınmalı, elektron alış aktında, həmçinin avtomobillərin pərakəndə satışı zamanı təqdim edilən nəzarət-kassa aparatının çekində, avtomobillər elektron qaimə-faktura əsasında təqdim edildikdə isə həmin elektron qaimə-fakturada avtomobilin markası, mühərrik, ban və şassi nömrələri göstərilməlidir;
174.6.3. avtomobillərin alış anına onların istehsal tarixi 5 ildən artıq olmamalıdır.
174.7. Vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış yaşayış və qeyri-yaşayış sahələrinin hüquqi şəxslər, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin yalnız nağdsız qaydada ödənilməsi şərti ilə həyata keçirilir.”;
3.42. 175-ci maddə üzrə:
3.42.1. 175.8-ci maddənin ikinci cümləsinə “qaydaları” sözündən sonra “, habelə bu hesab üzrə əməliyyatların aparılmasının müvəqqəti dayandırılmasının meyarları” sözləri əlavə edilsin;
3.42.2. 175.12-ci maddədə “5” rəqəmi “10” rəqəmləri ilə əvəz edilsin;
3.43. 184.1.1 – 184.1.3-cü maddələrdə “və 190.1.2-ci maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz edilsin;
3.44. 185.2-ci maddənin birinci abzasından “190.1.2-ci,” sözləri çıxarılsın və həmin abzasda “və 190.1.13-cü” sözləri “, 190.1.13-cü və 190.1.14-cü” sözləri ilə əvəz edilsin;
3.45. 186.1 – 186.3-cü və 186-1.4-cü maddələrdə “və 190.1.2-ci maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz edilsin;
3.46. 188-ci maddə üzrə:
3.46.1. aşağıdakı məzmunda 188.1.1.2-1-ci maddə əlavə edilsin:
“188.1.1.2-1. 2 litr şirinləşdirilmiş mineral və qazlı içki;”;
3.46.2. 188.1.1.4-cü maddə ləğv edilsin;
3.46.3. 188.1.1.11-ci maddədə “cihaz” sözü “(sellülar) rabitə operatorunun şəbəkəsinə SIM kart və ya eSIM vasitəsilə qoşularaq səsli rabitə xidmətlərindən istifadəni təmin edən mobil telefon, planşet və ağıllı saat” sözləri ilə və həmin maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;
3.46.4. aşağıdakı məzmunda 188.1.1.12-ci maddə əlavə edilsin:
“188.1.1.12. 300 qram nazik doğranmış və ya nazik formaya salınmış, qızardılmış və ya qurudulmuş, tərkibində kartof və ya kartof dadı verən əlavələr olan məhsullar (çipslər).”;
3.46.5. 188.1.7-ci maddədə “6” rəqəmi “9” rəqəmi ilə əvəz edilsin;
3.47. 190-cı maddə üzrə:
3.47.1. 190.1.2-ci  maddə ləğv edilsin;
3.47.2. aşağıdakı məzmunda 190.1.5-1-ci maddə əlavə edilsin:
“190.1.5-1. şirinləşdirilmiş mineral və qazlı içkilər;”;
3.47.3. 190.1.13-cü maddədə “cihazlar” sözü “(sellülar) rabitə operatorunun şəbəkəsinə SIM kart və ya eSIM vasitəsilə qoşularaq səsli rabitə xidmətlərindən istifadəni təmin edən mobil cihazlar mobil telefonlar, planşetlər və ağıllı saatlar” sözləri ilə, maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;
3.47.4. aşağıdakı məzmunda 190.1.14-cü maddə əlavə edilsin:
“190.1.14. nazik doğranmış və ya nazik formaya salınmış, qızardılmış və ya qurudulmuş, tərkibində kartof və ya kartof dadı verən əlavələr olan məhsullar (çipslər).”;
3.47.5. 190.3-cü maddənin birinci abzasına birinci halda “içkilərə,” sözündən sonra    “energetik içkilərə, şirinləşdirilmiş mineral və qazlı içkilərə, nazik doğranmış və ya nazik formaya salınmış, qızardılmış və ya qurudulmuş, tərkibində kartof və ya kartof dadı verən əlavələr olan məhsullara (çipslərə),” sözləri əlavə edilsin və həmin maddədən “energetik içkilərə, qəlyan və onların əvəzedicilərinə” sözləri çıxarılsın;
3.47.6. aşağıdakı məzmunda 190.3.10-1-ci maddə əlavə edilsin:
“190.3.10-1. şirinləşdirilmiş mineral və qazlı içkilər – hər litrinə 0,10 manat;”;
3.47.7. 190.3.14-1-ci maddəyə “162,0” rəqəmlərindən əvvəl “hər kiloqramına” sözləri əlavə edilsin;
3.47.8. 190.3.16-cı maddə ləğv edilsin;
3.47.9. aşağıdakı məzmunda 190.3.17-ci maddə əlavə edilsin:
“190.3.17. nazik doğranmış və ya nazik formaya salınmış, qızardılmış və ya qurudulmuş, tərkibində kartof və ya kartof dadı verən əlavələr olan məhsullar (çipslər) – hər kiloqramına 1 manat.”;
3.47.10. 190.3-1-ci maddəyə “190.3.10-cu,” sözlərindən sonra “190.3.10-1-ci” sözləri, “190.3.15-ci” sözlərindən sonra “və 190.3.17-ci” sözləri əlavə edilsin;
3.47.11. 190.4.6-cı maddədə “cihazların” sözü “(sellülar) rabitə operatorunun şəbəkəsinə SIM kart və ya eSIM vasitəsilə qoşularaq səsli rabitə xidmətlərindən istifadəni təmin edən mobil telefonların, planşetlərin və ağıllı saatların” sözləri ilə əvəz edilsin;
3.48. 191.3-1-ci və 193.1-ci maddələrdə “və 190.1.2-ci maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz edilsin;
3.49. 199-cu maddə üzrə:
3.49.1. 199.9-cu maddədə “13” rəqəmləri “16” rəqəmləri ilə əvəz edilsin;
3.49.2. 199.21-ci maddədə “3” rəqəmi “6” rəqəmi ilə əvəz edilsin;
3.49.3. aşağıdakı məzmunda 199.23-cü maddə əlavə edilsin:
“199.23. Vergi ödəyicisinin əmlakları vergiyə cəlb olunan fəaliyyətlə yanaşı vergidən azad olunan fəaliyyət üzrə də istifadə edildikdə əmlak vergisinin məbləği vergiyə cəlb olunan fəaliyyət üzrə gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.”;
3.50. 201-ci maddə üzrə:
3.50.1. 201.3-cü maddənin üçüncü abzası dördüncü abzas hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
“Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olan, lakin növbəti hesabat ilində bu verginin ödəyicisi olmayan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən cari vergi ödəmələri həyata keçirilmir.”; 
3.50.2. 201.5-ci maddənin ikinci abzasında “ləğvetmə balansını qeydiyyat orqanına təqdim etdiyi” sözləri “aralıq ləğvetmə balansının təsdiq olunduğu” sözləri ilə əvəz edilsin;
3.51. 208.2-ci maddənin ikinci cümləsində “ləğvetmə balansını qeydiyyat orqanına təqdim etdiyi” sözləri “aralıq ləğvetmə balansının təsdiq olunduğu” sözləri ilə əvəz edilsin;
3.52. 211.1.2-ci maddəsinin ikinci abzası ləğv edilsin;
3.53. 212-1.1-ci maddədə “2” rəqəmi “4” rəqəmi ilə əvəz edilsin;
3.54. 218.1.2-ci, 218.2-ci və 218-1.1.1-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan aşağıdakı fəaliyyət növləri ilə məşğul olan şəxslər:
218.1.2.1. ictimai iaşə fəaliyyəti;
218.1.2.2. Azərbaycan Respublikasının ərazisində yükdaşıma fəaliyyəti –  2027-ci il yanvarın 1-dən 5 il müddətinə;
218.1.2.3. bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlərin fəaliyyəti – 2027-ci il yanvarın 1-dən 5 il müddətinə.”;
“218.2. Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənmiş forma üzrə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir. Bu Məcəllənin 158.2-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv edildikdə, o, öz fəaliyyətini bu Məcəllənin 218.1.1-ci maddəsinə uyğun və ya gəlir (mənfəət) vergisi ödəyicisi kimi davam etdirmək barədə müraciət edə bilər.
Təqvim ilində sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu seçmiş vergi ödəyicisi gəlir və ya mənfəət vergisi ödəyicisi olmaq üçün ərizə ilə müraciət edə bilər. Vergi ödəyicisi müraciət etdiyi tarixdən təqvim ilinin sonunadək olan dövr üzrə gəlir və ya mənfəət vergisi ödəyicisi kimi fəaliyyət göstərir.
ƏDV-nin ödəyicisi kimi məcburi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxslər bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə ilə bağlı vergi orqanına müraciət etdikdə müraciətdə göstərilən tarixdən sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərir.”;
“218-1.1.1. kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilən gəlirlər (dövriyyə) – 2027-ci il yanvarın 1-dən 5 il müddətinə. Bu maddədə nəzərdə tutulan güzəşt həmin şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində qeydiyyatda olduğu və belə gəlirlərin (dövriyyənin) vergi bəyannaməsində bəyan edildiyi halda şamil edilir;”;
3.55. 219-cu maddə üzrə:
3.55.1. 219.1-ci maddədə “əldə edilmiş ümumi hasilatın” sözləri “gəlirlər (dövriyyə)” sözləri ilə, “gəlirlərin” sözü “gəlirlər” sözü ilə əvəz edilsin və həmin maddədən “həcmi” sözü çıxarılsın.
3.55.2. 219.2-ci maddəyə “ödəyicilərinin” sözündən sonra “(taksi sifarişi opreatorları vasitəsilə xidmət göstərən vergi ödəyiciləri istisna olmaqla)” sözləri əlavə edilsin;
3.55.3. aşağıdakı məzmunda 219.2-1-ci maddə əlavə edilsin:
“219.2-1. Bu Məcəllənin 218.4.1-ci maddəsində nəzərdə tutulmuş taksi sifarişi operatorları vasitəsilə xidmət göstərən vergi ödəyicilərinə taksi sifarişi operatorları tərəfindən ödənilən gəlirlər vergitutma obyektidir.”;
3.55.4. 219.4-cü və 219.4-1-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“219.4. İdman mərc oyunlarının operatoru üçün 2027-ci il yanvarın 1-dən 3 il müddətində onun seçimindən asılı olaraq, idman mərc oyunları biletlərinin satışından əldə edilən gəlirlər (dövriyyə) və ya idman mərc oyunları biletlərinin satışından əldə edilən gəlirlərdən (dövriyyədən) hesablanmış uduşlar (mükafatlar) çıxıldıqdan sonra qalan məbləğ, idman mərc oyunlarının satıcısı üçün isə idman mərc oyunlarının operatorunun ona verdiyi (verməli olduğu) haqq (mükafat) sadələşdirilmiş verginin vergitutma obyektidir.
219.4-1. Lotereya təşkilatçısı üçün 2027-ci il yanvarın 1-dən 3 il müddətində onun seçimindən asılı olaraq, lotereya biletlərinin satışından əldə edilən gəlirlər (dövriyyə) və ya lotereya biletlərinin satışından əldə edilən gəlirlərdən (dövriyyədən) hesablanmış uduş fondunun (virtual lotereyalara münasibətdə hesablanmış uduşların) məbləği çıxıldıqdan sonra qalan məbləğ, lotereya biletlərinin satıcısı üçün isə lotereya təşkilatçısının ona verdiyi (verməli olduğu) haqq (mükafat) sadələşdirilmiş verginin vergitutma obyektidir.”;
3.56. 220-ci maddə üzrə:
3.56.1. 220.1-ci maddədə “etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən)” sözləri “edilən gəlirlərindən (dövriyyədən)” sözləri ilə əvəz edilsin;
3.56.2. 220.1-1-ci maddənin birinci cümləsində “2026-cı il yanvarın 1-dən 3” sözləri “bu Məcəllənin 218.1.2.1-ci maddəsində göstərilən şəxslər tərəfindən 2026-cı il yanvarın 1-dən 3 il müddətinə, bu Məcəllənin 218.1.2.3-cü maddəsində göstərilən şəxslər tərəfindən isə 2027-cı il yanvarın 1-dən 5” sözləri ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Bu maddədə nəzərdə tutulan vergi dərəcələri bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən fəaliyyətlərdən əldə olunan gəlirlərlə yanaşı, həmin fəaliyyətlərlə əlaqəli iş və xidmətlərdən əldə edilən gəlirlərə, habelə həmin fəaliyyətlərlə bağlı satışdankənar gəlirlərə də tətbiq edilir.”;
3.56.3. 220.5-ci maddəyə “ödəyiciləri” sözündən sonra (taksi sifarişi operatorları vasitəsilə xidmət göstərən vergi ödəyiciləri istisna olmaqla)” sözləri əlavə edilsin;
3.56.4. aşağıdakı məzmunda 220.6-1-ci maddə əlavə edilsin:
“220.6-1. Taksi sifarişi operatorları vasitəsilə ölkə ərazisində taksi ilə sərnişin daşımalarını həyata keçirən vergi ödəyicilərinə taksi sifarişi operatorları tərəfindən ödənilən gəlirlərdən sadələşdirilmiş vergi 1 faiz dərəcə ilə hesablanır.”;
3.56.5. 220.9-cu və 220.9-1-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“220.9. Bu Məcəllənin 220.9-2-ci maddəsi nəzərə alınmaqla, idman mərc oyunlarının operatoru tərəfindən idman mərc oyunları biletlərinin satışından əldə edilən gəlirlərdən (dövriyyədən) 6 faiz dərəcəsi ilə, idman mərc oyunlarının satıcısı tərəfindən isə idman mərc oyunlarının operatorunun ona verdiyi (verməli olduğu) haqdan (mükafatdan) 4 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.
220.9-1. Bu Məcəllənin 220.9-3-cü maddəsi nəzərə alınmaqla, lotereya təşkilatçısı tərəfindən lotereya biletlərinin satışından əldə edilən gəlirlərdən (dövriyyədən) 6 faiz dərəcəsi ilə, lotereya biletlərinin satıcısı tərəfindən isə lotereya təşkilatçısının ona verdiyi (verməli olduğu) haqdan (mükafatdan) 4 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.”;
3.56.6. aşağıdakı məzmunda 220.9-2-ci və 220.9-3-cü maddələr əlavə edilsin:
“220.9-2. İdman mərc oyunlarının operatoru 2027-ci il yanvarın 1-dən 3 il müddətində idman mərc oyunları biletlərinin satışından əldə edilən gəlirlərdən (dövriyyədən) hesablanmış uduşlar (mükafatlar) çıxıldıqdan sonra qalan məbləğdən 22 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablamaq hüququna malikdir.
220.9-3. Lotereya təşkilatçısı 2027-ci il yanvarın 1-dən 3 il müddətində lotereya biletlərinin satışından əldə edilən gəlirlərdən (dövriyyədən) hesablanmış uduş fondunun (virtual lotereyalara münasibətdə hesablanmış uduşların) məbləği çıxıldıqdan sonra qalan məbləğdən 22 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablamaq hüququna malikdir.”;
3.56.7. 220.10-cu maddənin cədvəl hissəsinə aşağıdakı məzmunda onuncu sətir əlavə edilsin:

Avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti

15

3.57. 221-ci maddə üzrə:
3.57.1. 221.1-ci maddədə “dövrünün ümumi hasilatının həcminə” sözləri “dövründə malların (işlərin, xidmətlərin) və əmlakın təqdim edilməsindən əldə edilən gəlirlərə (dövriyyəyə), habelə satışdankənar gəlirlərə” sözləri ilə əvəz edilsin;
3.57.2. 221.3.1-ci maddə 221.3-1-ci maddə hesab edilsin və həmin maddəyə birinci halda “Məcəllənin” sözündən sonra “221.3-2-ci və 221.3-3-cü maddələri nəzərə alınmaqla, bu Məcəllənin” sözləri əlavə edilsin;
3.57.3. aşağıdakı məzmunda 221.3-2-ci və 221.3-3-cü maddələr əlavə edilsin:
“221.3-2. İdman mərc oyunlarının operatoru və lotereya təşkilatçısı bu Məcəllənin 
220.9-2-ci və 220.9-3-cü maddələrində göstərilən hüquqdan istifadə etdikdə bu barədə 
2027-ci ilin yanvar ayının 31-dək vergi orqanına məlumat verir və həmin seçim 3 il ərzində dəyişdirilmir. Vergi ödəyicisi bu müddət ərzində məlumat vermədikdə bu Məcəllənin 220.9-cu və 220.9-1-ci maddələrində nəzərdə tutulmuş qayda tətbiq edilir. 
221.3-3. Vergi ödəyicisi bu Məcəllənin 220.9-2-ci və 220.9-3-cü maddələrində göstərilən hüquqdan istifadə etdikdə hər rüb həmin rübdən sonrakı ayın 20-dən gec olmayaraq, 2026-cı il üzrə ödənilmiş sadələşdirilmiş vergi və bu Məcəllənin 150.1.10-cu maddəsinə əsasən ödəmə mənbəyində tutulmuş gəlir vergisinin cəmi məbləğinin 2027-ci il üzrə 100 faizi, 2028-ci il üzrə 105 faizi, 2029-cu il üzrə isə 110 faizinin 1/4-i həcmində cari vergi ödəmələri həyata keçirir və təqvim ili başa çatdıqdan sonra növbəti il mart ayının 31-dək bu Məcəllənin 220.9-2-ci və 220.9-3-cü maddələrində göstərilən dərəcə ilə hesablanmış vergilər barədə vergi orqanına bəyannamə təqdim edir. 
Təqvim ili ərzində bu Məcəllənin 220.9-2-ci və 220.9-3-cü maddələrində göstərilən dərəcə ilə hesablanmış sadələşdirilmiş vergi məbləği il ərzində rüblər üzrə ödənilmiş minimum vergi məbləğindən artıq olduqda yaranmış fərq bəyannamənin verilməsinin son tarixinədək büdcəyə ödənilir, az olduqda isə rüblər üzrə ödənilmiş minimum vergi məbləği əsas götürülür.”;
3.57.4. 221.4.1-ci maddəyə “ödəyicisinin” sözündən sonra “(taksi sifarişi operatorları vasitəsilə xidmət göstərən vergi ödəyicisi istisna olmaqla)” sözləri əlavə edilsin;
3.57.5. 221.4.2-ci maddəyə “ödəyiciləri” sözündən sonra “(taksi sifarişi operatorları vasitəsilə xidmət göstərən vergi ödəyicisi istisna olmaqla)” sözləri əlavə edilsin və həmin maddədə “220.5 - 220.7-ci” sözləri “220.5-ci, 220.6-cı və 220.7-ci” sözləri ilə əvəz edilsin;
3.57.6. 221.4.7-ci maddənin üçüncü abzasının birinci cümləsinə “haqqını” sözündən sonra “, taksi sifarişi operatorları vasitəsilə sərnişin daşımalarını həyata keçirən şəxslər isə hesablanmış məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqını” sözləri əlavə edilsin;
3.57.7. 221.4.8.7-ci maddəyə “haqlarının” sözündən sonra “, taksi sifarişi operatorları vasitəsilə sərnişin daşımalarını həyata keçirən şəxslərə münasibətdə isə ödənilmiş məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının” sözləri əlavə edilsin;
3.57.8. 221.7-ci maddənin üçüncü cümləsində “ümumi hasilata” sözləri “əldə edilən gəlirlərə (dövriyyəyə)” sözləri ilə əvəz edilsin;
3.57.9. aşağıdakı məzmunda 221.7-1-ci maddə əlavə edilsin:
“221.7-1. Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri həmin maddədə nəzərdə tutulan fəaliyyətlərlə yanaşı, digər fəaliyyət növləri ilə də məşğul olduqda, bu Məcəllənin 218.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən fəaliyyətlərdən əldə etdikləri gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər. Bu halda bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən fəaliyyətlər və digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılır.”;
3.58. 227-ci maddə üzrə:
3.58.1. 227.1-ci maddəyə “sadələşdirilmiş” sözündən sonra “(bu Məcəllənin 218.1.1-ci, 218.1.2-ci, 218.4.1-ci və 218.4.4-cü maddələrində göstərilən sadələşdirilmiş verginin ödəyicisi olan şəxslərə münasibətdə)” sözləri əlavə edilsin;
3.58.2. 227.3-cü maddəyə “(payçılarının)” sözündən sonra “həmin ərazilərdə həyata keçirilən fəaliyyət üzrə” sözləri əlavə edilsin;
3.58.3. 227.4.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“227.4.2. topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla) sahələri üzrə vergi azadolması işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə münasibətdə tətbiq edilir.  Həmin şəxslər malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazidən kənarda fəaliyyət göstərən şəxslərə təqdim etdikləri, o cümlədən Azərbaycan Respublikasının ərazisindən ixrac etdikləri halda, işğaldan azad edilmiş ərazilərin rezidentlərinə və həmin ərazilərdən kənarda fəaliyyət göstərən şəxslərə təqdim edilən, habelə Azərbaycan Respublikasının ərazisindən ixrac edilən mallar (işlər, xidmətlər) üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparıldıqda, bu maddədə nəzərdə tutulan vergi azadolmaları yalnız işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edilən mallara (işlərə, xidmətlərə) münasibətdə tətbiq edilir. Gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmadıqda, bu maddədə nəzərdə tutulan vergi azadolmaları tətbiq edilmir;”;
3.58.4. aşağıdakı məzmunda 227.6-cı maddə əlavə edilsin:
“227.6. Bu fəsildə işğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının rezidentlərinə verilən vergi azadolmaları ilə bağlı məhdudlaşdırıcı şərtləri nəzərdə tutan müddəalar hər iki ərazinin rezidentlərinin birinin digər ərazidə eyni növ fəaliyyətlə məşğul olması halına, habelə bir ərazinin rezidentinin digər ərazinin rezidentinə mal (iş, xidmət) təqdim etməsi halına şamil edilmir.”.
Maddə 4. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772, № 12 (I kitab), maddə 1280, (II kitab), maddələr 1330, 1350; 2025, № 1, maddələr 1, 15, № 2, maddə 99, № 3, maddə 217, № 4 (I kitab), maddələr 305, 311, № 5, maddələr 434, 440, № 6, maddə 529, № 7, maddələr 607, 619, 626, № 8, maddələr 736, 741; 2026, № 1, maddələr 18, 19, № 3, maddələr 202, 212, № 5 (I kitab), maddə 392, № 7           (I kitab), maddələr 600, 619, № 8, maddə 769; Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 462-VIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 56.2-ci maddədə “şəxslərin işdə olmadıqları müddət ərzində iş yerində onların” sözləri “işçilərin iş yeri və orta” sözləri ilə əvəz edilsin;
4.2. 81-1.1-ci və 127-3.1-ci maddələrə “192.3-cü,” sözlərindən sonra “192.4-cü,” sözləri əlavə edilsin;
4.3. 129.5-ci maddə ləğv edilsin;
4.4. 196-cı maddənin dispozisiyasına “əməkhaqqından” sözündən sonra “, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsi nəzərə alınmaqla,” sözləri əlavə edilsin;
4.5. 410.1-ci maddənin dispozisiyasından “, məqsədli büdcə fondlarından” sözləri çıxarılsın.
Maddə 5. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 224 (Cild I); 2024, № 3, maddə 250; 2026, № 4, maddə 297) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 6-cı maddənin birinci hissəsinin doqquzuncu abzasında “genişləndirilməsini və yer təkinin geoloji öyrənilməsini maliyyələşdirən dövlət fondunu formalaşdırmaq” sözləri “genişləndirilməsi və yer təkinin geoloji öyrənilməsi sahəsində tədbirlər görmək” sözləri ilə əvəz edilsin;
5.2. 39-cu maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
“Yerin təkindən, dəniz dibi sahələrindən və akvatoriyasından istifadə haqlarının, mineral-xammal bazasının bərpasına ayırmaların, yerin təkinin istifadəyə verilməsinə dair hərracların (auksion və ya müsabiqənin) keçirilməsindən əldə edilən gəlirlərin, yer təki istifadəçilərinin, müəssisələrin könüllü ödənişlərinin 35 faizi  müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həmin orqanın (qurumun) xəzinə hesabına, 65 faizi isə dövlət büdcəsinə köçürülür.”;
5.3. 41-ci maddənin beşinci hissəsi ləğv edilsin.
Maddə 6. “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 606 (Cild I); 2024, № 4, maddə 365; 2026, № 1, maddə 4) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 14-1-ci maddənin birinci hissəsində “nəqliyyat vasitələrinin utilizasiyası fonduna” sözləri “dövlət büdcəsinə” sözləri ilə əvəz edilsin;
6.2. 14-2-ci maddənin birinci hissəsinin ikinci abzası və 14-3-cü maddə ləğv edilsin;
6.3. 14-8-ci maddə üzrə:
6.3.1. altıncı hissənin birinci cümləsindən “nəqliyyat vasitələrinin utilizasiyası fondundan” sözləri çıxarılsın;
6.3.2. səkkizinci hissənin birinci abzasında “məbləğləri dövlət büdcəsinə köçürülür” sözləri “tətbiq edilmir” sözləri ilə əvəz edilsin;
6.3.3. doqquzuncu hissədə “nəqliyyat vasitələrinin utilizasiyası fondundan aidiyyəti üzrə” sözləri “bu maddənin səkkizinci hissəsinin tələbləri nəzərə alınmaqla” sözləri ilə əvəz edilsin və həmin hissədən “və ya dövlət büdcəsinə” sözləri çıxarılsın;
6.3.4. aşağıdakı məzmunda onuncu hissə əlavə edilsin:
“Güzəşt və birdəfəlik ödəniş, habelə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı funksiyaların icrasının təşkili və təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.”.
Maddə 7. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 470 (Cild I); 2024, № 4, maddə 365, № 11, maddə 1181, № 12 (II kitab), maddə 1331; 2026, № 1, maddə 11) aşağıdakı dəyişikliklər edilsin:
7.1. 47-ci maddənin birinci hissəsinin üçüncü abzası aşağıdakı redaksiyada verilsin:
“heyvanlar aləmi obyektlərinin mühafizəsi, artırılması, elmi təminatı, habelə onların yaşayış mühitinin qorunub saxlanılması və yaxşılaşdırılması sahəsində dövlət tərəfindən tədbirlərin görülməsi;”;
7.2. 48-ci maddənin dördüncü hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Heyvanlar aləmindən istifadəyə görə ödəmələr və qeyri-qanuni heyvan ovuna görə təbiətə dəymiş ziyanın məbləği dövlət büdcəsinə ödənilir.”;
7.3. 51-ci maddənin üçüncü hissəsi ləğv edilsin.
Maddə 8. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 472 (Cild I); 2024, № 3, maddə 250, № 4, maddə 365, № 11, maddə 1181, № 12 (II kitab), maddə 1331; 2025, № 4 (I kitab), maddə 316, № 12 (I kitab), maddə 1129) aşağıdakı dəyişikliklər edilsin:
8.1. 4-cü maddənin 1.3-cü bəndi ləğv edilsin;
8.2. 22-ci maddə üzrə:
8.2.1. 2.5-ci bənddə “mühafizəsi” sözü “mühafizəsinin ictimai” sözləri ilə əvəz edilsin; 
8.2.2. 3-cü hissə ləğv edilsin;
8.3. 23-cü maddə üzrə:
8.3.1. 3.2-ci bənddə “mühafizəsi” sözü “mühafizəsinin ictimai” sözləri ilə əvəz edilsin;
8.3.2. 3.4-cü bənd ləğv edilsin;
8.3.3. aşağıdakı məzmunda 5-ci hissə əlavə edilsin:
“5. Bu Qanunla müəyyən edilən hallar nəzərə alınmaqla, Azərbaycan Respublikasının müvafiq qanunlarında nəzərdə tutulan digər mənbələr üzrə vəsaitlərin 35 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həmin orqanın (qurumun) xəzinə hesabına, 65 faizi isə dövlət büdcəsinə köçürülür.”;
8.4. 24-cü maddə üzrə:
8.4.1. adında “və” sözü vergül işarəsi ilə əvəz edilsin və adına “ödənişlər” sözündən sonra “və digər ödəmələr” sözləri əlavə edilsin;
8.4.2. aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:
“3. Təbiətdən istifadəyə, ətraf mühitin çirkləndirilməsinə görə ödəmələr, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə alınan cərimələr, qanunla müəyyən edilmiş qaydada müsadirə edilən ovçuluq və balıqçılıq alətlərinin və qeyri-qanuni əldə edilən məhsulların satışından daxil olan vəsaitlər dövlət büdcəsinə ödənilir.”;
8.5. 27-ci maddə üzrə:
8.5.1. 2-ci hissədə “dövlət və ictimai fondları” sözləri “ictimai fondlar” sözləri ilə əvəz edilsin;
8.5.2. 3-cü hissə ləğv edilsin;
8.5.3. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:
“4. Ətraf mühitin mühafizəsinin ictimai fondlarının vəsaitlərinin ətraf mühitin mühafizəsinə aid olmayan məqsədlərə xərclənməsi qadağandır.”;
8.6. 28-ci maddə ləğv edilsin;
8.7. 79-cu maddənin 3-cü hissəsində “ətraf mühitin mühafizəsi fondlarına” sözləri “dövlət büdcəsinə” sözləri ilə əvəz edilsin.
Maddə 9. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 4 (Cild I); 2024, № 11, maddə 1182, № 12 (II kitab), maddələr 1332,1348; 2025, № 1, maddə 16, № 3, maddə 218, № 8, maddə 743, № 11, maddə 1008, № 12 (I kitab), maddə 1118; 2026, № 3, maddə 205, № 7 (I kitab), maddə 622) aşağıdakı dəyişikliklər edilsin: 
9.1. 1-ci maddə üzrə:
9.1.1. 1.1.13-cü və 1.1.13-1-ci maddələrə “arasında” sözündən sonra “, bu Qanunun 15-27-ci maddəsində nəzərdə tutulan informasiya sistemində elektron sənəd formasında” sözləri əlavə edilsin;
9.1.2. 1.1.18-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.1.19-cu maddə əlavə edilsin: 
“1.1.19. idarəetmə xərcləri – icbari tibbi sığorta fondu büdcəsinin gəlirlərinin 3 faizinədək məbləğdə müəyyənləşdirilərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) fəaliyyəti ilə bağlı xərclərin (o cümlədən saxlanma xərclərinin) maliyyələşdirilməsinə yönəldilən xərclər.”; 
9.2. 15-8.2.6-cı maddədən “icbari tibbi sığorta üzrə sığorta ehtiyatlarını yaratmaq və” sözləri çıxarılsın; 
9.3. 15-9-cu maddə üzrə: 
9.3.1. 15-9.1.4-cü maddə ləğv edilsin;
9.3.2. 15-9.1.10-cu maddəyə “bu Qanunun” sözlərindən əvvəl “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 22-1.4-cü maddəsi nəzərə alınmaqla,” sözləri əlavə edilsin;
9.3.3. 15-9.2-ci maddə ləğv edilsin;
9.3.4. aşağıdakı məzmunda 15-9.3-cü və 15-9.4-cü maddələr əlavə edilsin: 
“15-9.3. Hərbi vəziyyət və fövqəladə vəziyyət elan olunması ilə əlaqədar, habelə sosial xarakterli fövqəladə mühit rejiminin tətbiq edildiyi hallarda tibbi xidmətlərə olan tələbatın kəskin artması nəticəsində icbari tibbi sığorta fondunun xərclərinin maliyyələşdirilməsində vəsait çatışmazlığı olduqda müvafiq xərclər dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilə bilər.
15-9.4. İcbari tibbi sığorta fondunun növbəti il üçün gəlirlərinin proqnozlaşdırılması zamanı fondun cari ilin sonuna proqnozlaşdırılan profisiti xərclərin maliyyə təminatı kimi nəzərə alınır.”;
9.4. 15-11.3-cü maddədə “tam məbləğdə” sözləri “, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsi nəzərə alınmaqla, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında” sözləri ilə əvəz edilsin;
9.5. aşağıdakı məzmunda 15-15.5-ci maddə əlavə edilsin:
“15-15.5. Bu Qanunun 15-15.1-ci və 15-15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan dövlət tibb müəssisələrinə ödənilən sığorta ödənişlərinin 3 faizinədək hissəsi həmin orqanın (qurumun) saxlanma xərclərinə yönəldilir.”;
9.6. 15-21-ci maddə üzrə: 
9.6.1. 15-21.1.2-ci maddə ləğv edilsin;
9.6.2. 15-21.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:  
“15-21.1.3. idarəetmə xərclərinin maliyyələşdirilməsinə;”; 
9.6.3. 15-21.3 – 15-21.5-ci maddələr ləğv edilsin; 
9.6.4. aşağıdakı məzmunda 15-21.6-cı maddə əlavə edilsin: 
“15-21.6. İcbari tibbi sığorta fondunun ilin sonuna qalıq vəsaiti növbəti illərin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.”;
9.7. aşağıdakı məzmunda 15-28.5-ci maddə əlavə edilsin: 
“15-28.5. Sığortaolunanlara tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsi bu Qanunun 15-27-ci maddəsində nəzərdə tutulan informasiya sistemi vasitəsilə elektron sənəd formasında verilir.”;
9.8. 16-4.4-1-ci maddədə “2027-ci” sözləri “2030-cu” sözləri ilə əvəz edilsin.
Maddə 10. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 125 (Cild I); 2024, № 3, maddə 248; 2025, № 1, maddə 13, № 4 (I kitab), maddə 318; 2026, № 4, maddə 292, № 7 (I kitab), maddə 611) aşağıdakı dəyişikliklər edilsin:
10.1. 19-1-ci maddə üzrə:
10.1.1. adına “yolları” sözündən sonra “və hərəkət zonaları” sözləri əlavə edilsin;
10.1.2. aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
“Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Həmin haqq dövlət büdcəsinə ödənilir.”;
10.2. 44-cü maddəyə aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin:
“Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə subsidiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.”.
Maddə 11. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 479 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
11.1. 41-ci maddə üzrə:
11.1.1. birinci hissədən “büdcədənkənar vəsaitlərdən,” sözləri çıxarılsın və həmin hissədə “mühafizəsi üzrə fondların” sözləri  “mühafizəsinin ictimai fondlarının” sözləri ilə əvəz  edilsin;
11.1.2. ikinci hissədə “mühafizəsi üzrə fondların” sözləri “mühafizəsinin ictimai fondlarının” sözləri ilə əvəz edilsin;
11.1.3. üçüncü hissədən “və büdcədənkənar vəsaitlərin” sözləri çıxarılsın;
11.1.4. aşağıdakı məzmunda dördüncü və beşinci hissələr əlavə edilsin:
“Xüsusi mühafizə olunan təbiət ərazilərində törədilən hüquq pozuntusuna görə qanunla müəyyən edilmiş qaydada müsadirə edilən ovçuluq və balıqçılıq alətlərinin, qeyri-qanuni əldə edilən məhsulların satışından daxil olan vəsaitlər dövlət büdcəsinə ödənilir.
Bu Qanunla müəyyən edilən hallar nəzərə alınmaqla, Azərbaycan Respublikasının müvafiq qanunlarında nəzərdə tutulan  digər mənbələr üzrə vəsaitlərin 35 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həmin orqanın (qurumun) xəzinə hesabına, 65 faizi isə dövlət büdcəsinə köçürülür.”;
11.2. 42-ci maddənin birinci hissəsinə “keçirirlər” sözündən sonra “və həmin ödənişlər dövlət büdcəsinə ödənilir” sözləri əlavə edilsin; 
11.3. 43-cü maddə ləğv edilsin. 
Maddə 12. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 584 (Cild I); 2025, № 1, maddə 6, № 8, maddə 739; 2026, № 3, maddə 203, № 8, maddə 771) aşağıdakı dəyişikliklər edilsin:
12.1. 1-ci maddə üzrə:
12.1.1. 1.1.4-cü maddəyə ikinci halda “büdcəsində” sözündən sonra “, büdcədənkənar dövlət fondlarının büdcələrində” sözləri əlavə edilsin;
12.1.2. 1.1.6-cı maddəyə “gəlirləri” sözündən sonra “, habelə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 22-1.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada formalaşdırılan büdcədənkənar vəsaitləri” sözləri əlavə edilsin;
12.1.3. 1.1.7-ci maddəyə “xərcləri” sözündən sonra “, habelə Azərbaycan Respublikası Dövlət Neft Fondunun əməliyyat xərcləri və beynəlxalq banklarda və digər maliyyə institutlarında vəsaitin yerləşdirilməsi ilə bağlı xərclər” sözləri əlavə edilsin və həmin maddədə “təsnifata uyğun paraqraflar səviyyəsində” sözləri “təsnifatın bütün səviyyələrində” sözləri ilə əvəz edilsin;
12.1.4. 1.1.17-1-ci maddədən “məqsədli büdcə fondlarına,” və “və məqsədli büdcə fondlarından” sözləri çıxarılsın;
12.1.5. 1.1.18-ci maddə ləğv edilsin;
12.1.6. 1.1.27-ci maddəyə “büdcələrinin” sözündən sonra “və Naxçıvan Muxtar Respublikasının büdcələrinin” sözləri əlavə edilsin;
12.1.7. 1.1.28-ci maddədən “vahid xəzinə hesabının idarəetməyə verilmiş vəsaitləri,” sözləri çıxarılsın;
12.1.8. 1.1.30-cu maddəyə “paylarının” sözündən əvvəl “dövlət mülkiyyətində olan və” sözləri əlavə edilsin;
12.1.9. 1.1.31-1-ci maddədə hər iki halda “və” sözü “, habelə” sözü ilə əvəz edilsin və həmin maddəyə ikinci – dördüncü hallarda “büdcəsindən” sözündən sonra “və Naxçıvan Muxtar Respublikasının büdcəsindən” sözləri əlavə edilsin;
12.1.10. 1.1.31-2-ci maddəyə üçüncü halda “xərcləri” sözündən sonra “(Azərbaycan Respublikası Dövlət Neft Fondunun əməliyyat xərcləri və beynəlxalq banklarda və digər maliyyə institutlarında vəsaitin yerləşdirilməsi ilə bağlı xərclər istisna olmaqla)” sözləri, ikinci – dördüncü hallarda “büdcəsindən” sözündən sonra “və Naxçıvan Muxtar Respublikasının büdcəsindən” sözləri əlavə edilsin və həmin maddədə hər iki halda “və” sözü “, habelə” sözü ilə əvəz edilsin;
12.2. 3.3-cü maddədən “məqsədli büdcə fondları yaratmaq,” sözləri çıxarılsın;
12.3. 4.2-ci maddənin ikinci cümləsinə “gəlirlər,” sözündən sonra “xərclərinin” sözü, əlavə edilsin;
12.4. 5-ci maddə ləğv edilsin;
12.5. 6.2-ci maddədə “5” rəqəmi “7” rəqəmi ilə əvəz edilsin;
12.6. 7.1.2-ci maddədə “üstəlik” sözü “görə ayırmalar” sözləri ilə əvəz edilsin;
12.7. 10-cu maddə üzrə:
12.7.1. 10.1.1-ci maddədə “üstəlik” sözü “görə ayırmalar” sözləri ilə əvəz edilsin;
12.7.2. 10.3-cü maddədən “, 18.4-1-ci” sözləri çıxarılsın;
12.8. 11-ci maddə üzrə:
12.8.1. 11.2-ci maddədə “məqsədli proqramlar” sözləri “dövlət proqramları” sözləri ilə əvəz edilsin;
12.8.2. 11.8-ci maddənin birinci abzasına “1-dək” sözlərindən sonra “(büdcədənkənar gəlirlərin proqnoz layihəsinə münasibətdə iyunun 1-dək)” sözləri əlavə edilsin;
12.8.3. 11.9.1-ci maddədə “və iqtisadi təsnifatların paraqrafları” sözləri “təsnifata uyğun olaraq bölmə, köməkçi bölmə, paraqraf və iqtisadi təsnifata uyğun olaraq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələr” sözləri ilə əvəz edilsin;
12.8.4. 11.9.2-ci və 11.9.3-cü maddələrdə “və iqtisadi təsnifatın paraqrafları” sözləri “təsnifata uyğun olaraq bölmə, köməkçi bölmə, paraqraf və iqtisadi təsnifata uyğun olaraq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələr” sözləri ilə əvəz edilsin;
12.8.5. 11.15-ci maddədə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar” sözləri “vergi və gömrük sahəsində güzəşt və azadolmalar barədə arayış” sözləri ilə əvəz edilsin;
12.9. 12-ci maddə üzrə:
12.9.1. 12.1.3-cü maddəyə “istiqamətləri” sözündən sonra “, vergi və gömrük sahəsində güzəşt və azadolmalar barədə arayış”  sözləri əlavə edilsin;
12.9.2. 12.1.4-cü maddədə “məqsədli proqramlar” sözləri “dövlət proqramları” sözləri ilə əvəz edilsin;
12.9.3. 12.1.5-ci maddədə “paraqrafları səviyyəsində” sözləri “bütün səviyyələrində” sözləri ilə əvəz edilsin;
12.9.4. 12.1.7-ci maddədə “təsnifata uyğun olaraq paraqraflar səviyyəsində” sözləri “təsnifatın bütün səviyyələrində” sözləri ilə əvəz edilsin;
12.9.5.12.1.11-ci maddədə “paraqrafları səviyyəsində” sözləri “bütün səviyyələrində” sözləri ilə əvəz edilsin;
12.10. 16-cı maddə üzrə:
12.10.1. 16.1.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“16.1.4. transfertlərin məbləği;”;
12.10.2. 16.1.8-ci və 16.1.10-cu maddələr ləğv edilsin;
12.10.3. 16.1.13-cü maddə aşağıdakı redaksiyada verilsin:
“16.1.13. növbəti büdcə ili ərzində cəlb edilməsi nəzərdə tutulan yeni daxili və xarici dövlət borcunun, habelə həmin il ərzində veriləcək dövlət zəmanətinin məbləğinin yuxarı hədləri (limitləri);”;
12.10.4. 16.4-cü maddədə “paraqrafları səviyyəsində” sözləri “bütün səviyyələrində” sözləri ilə əvəz edilsin;
12.11. 18.4-1-ci maddə ləğv edilsin;
12.12. aşağıdakı məzmunda 19.2-3-cü və 19.2-4-cü maddələr əlavə edilsin:
“19.2-3. Büdcə ili ərzində vahid xəzinə hesabının qalığının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hissəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən mövcud dövlət borcunun əsas məbləğinin qaytarılmasına yönəldilə bilər.
19.2-4. Bu Qanunun 19.2-3-cü maddəsinə uyğun olaraq, dövlət borcunun əsas məbləğinin qaytarılmasına yönəldilən vəsait həmin büdcə ili ərzində vahid xəzinə hesabının qalığına bərpa edilir.”;
12.13. 20-ci maddə üzrə:
12.13.1. 20.1-ci maddənin birinci cümləsində “tərtib olunur,” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tərtib olunaraq” sözləri əvəz edilsin;
12.13.2. 20.2-2-ci maddəyə “layihəsi” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən” sözləri əlavə edilsin;
12.13.3. 20.3-cü maddənin ikinci cümləsindən “məqsədli büdcə fondlarının və” sözləri çıxarılsın;
12.13.4. 20.6.5-ci maddədən “yuxarı həddinin” sözləri çıxarılsın;
12.13.5. 20.7-ci maddədə “hesabatlar” sözü “məlumatlar” sözü ilə əvəz edilsin;
12.14. 23.7-ci maddə üzrə:
12.14.1. birinci abzasda, 23.7.1.2-ci və 23.7.2.2-ci maddələrdə “paraqrafları səviyyəsində” sözləri “bütün səviyyələrində” sözləri ilə əvəz edilsin;
12.14.2. 23.7.2.4-cü maddədə “təsnifata uyğun olaraq, paraqraflar səviyyəsində” sözləri “təsnifatın bütün səviyyələrində” sözləri ilə əvəz edilsin;
12.15. 29-cu maddə üzrə:
12.15.1. 29.4-cü maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin: 
“Naxçıvan Muxtar Respublikasının büdcəsində cari il üçün nəzərdə tutulan xərclərin maliyyələşdirilməsi həmin büdcə ili ərzində mümkün olmadıqda, belə xərclərin maliyyələşdirilməsi növbəti büdcə ilindəki ayırmalar hesabına təmin olunur. İlin sonuna Naxçıvan Muxtar Respublikasının büdcəsinin xəzinə hesabı üzrə bütün qalıqları vahid xəzinə hesabının sərbəst qalığına köçürülür.”;
12.15.2. aşağıdakı məzmunda 29.7-ci və 29.8-ci maddələr əlavə edilsin:
“29.7. Zərurət yarandıqda, Naxçıvan Muxtar Respublikasının büdcəsində təsdiq olunmuş büdcə ayırmaları həddində funksional təsnifatın bölmələri daxilində, iqtisadi təsnifatın bölmə, köməkçi bölmə, paraqraflar, maddə və yarımmaddələri arasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dəyişikliklər edilə bilər.
29.8. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla)  razılaşdırmaqla Naxçıvan Muxtar Respublikası büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət Naxçıvan Muxtar Respublikası büdcəsinin ehtiyat fonduna yönəldilərək, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər.”.
Maddə 13. “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 748 (Cild I); 2025, № 8, maddə 740) 6.1.2-ci maddəsindən  “əvvəlki illərdə alınmış və” sözləri çıxarılsın və həmin maddədə “qaytarılması” sözü “ödənilməsi” sözü ilə əvəz edilsin.
Maddə 14. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 779 (Cild I); 2024, № 4, maddə 365, № 6 (I kitab), maddə 630, № 8, maddə 933, № 12 (II kitab), maddə 1349; 2025, № 11, maddə 1009, № 12 (I kitab), maddə 1118; 2026, № 1, maddə 11, № 2, maddə 111, № 7 (I kitab), maddə 612) 20.0-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:
14.1. 20.0.31-ci maddədə “və yük avtomobillərinin” sözləri “, yük avtomobillərinin və  kənd təsərrüfatı təyinatlı traktorların” sözləri ilə əvəz edilsin və həmin maddəyə ikinci halda “müddətinə” sözündən sonra “, kənd təsərrüfatı təyinatlı traktorlara münasibətdə isə 2027-ci il yanvarın 1-dən 6 il müddətinə” sözləri əlavə edilsin;
14.2. aşağıdakı məzmunda 20.0.31-1-ci maddə əlavə edilsin:
“20.0.31-1. tam istehsal formasında sənaye yığımının həyata keçirilməsi şərtilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən yığılmamış, komplektləşdirilməmiş və ya sökülmüş minik avtomobillərinin və onların ehtiyat hissələrinin idxalı – 2027-ci il yanvarın 1-dən 6 il müddətinə;”.
Maddə 15. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 606 (Cild I); 2024, № 3, maddə 250, № 12 (II kitab), maddə 1331; 2026, № 7 (I kitab), maddə 599) aşağıdakı dəyişikliklər edilsin:
15.1. 15.3-cü maddədə “ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna” sözləri “dövlət büdcəsinə” sözləri ilə əvəz edilsin;
15.2. 19.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Yaşıllıqlara dəymiş ziyan dövlət büdcəsinə ödənilir.”;
15.3. 22.0.3-cü maddədə “mühafizəsi üzrə fondların” sözləri  “mühafizəsinin ictimai fondlarının” sözləri ilə əvəz edilsin.
Maddə 16. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2053 (Cild I); 2024, № 12 (II kitab), maddə 1347; 2025, № 1, maddə 6, № 5, maddə 440, № 8, maddə 743, № 10, maddə 895, № 12 (I kitab), maddə 1118, 2026, № 6, maddə 488, № 7 (I kitab), maddə 619) 3.5-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
16.1. 3.5.5-ci maddəyə “xam” sözündən əvvəl “heyvanların əti istisna olmaqla, digər hissələrinin, o cümlədən” sözləri əlavə edilsin;
16.2. 3.5.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin Qanuna aşağıdakı məzmunda 3.5.7-ci maddə əlavə edilsin:
“3.5.7. işlənmiş məişət cihazlarının və mobil telefonların qəbulu.”.
Maddə 17. “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1820 (Cild I); 2024, № 12 (I kitab), maddə 1281; 2026, № 1, maddə 16, № 3, maddə 210, № 8, maddə 771) aşağıdakı dəyişikliklər edilsin:
17.1. 1.0.3-cü maddədən “məqsədli dövlət fondlarının,” sözləri çıxarılsın;
17.2. 21.12-ci maddədə “, büdcədənkənar dövlət fondlarından və məqsədli” sözləri “və büdcədənkənar” sözləri ilə əvəz edilsin.
Maddə 18. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1135 (Cild I); 2026, № 3, maddə 203, № 7 (I kitab), maddə 617) 1.1.12-ci və 3.2.8-ci maddələrindən “məqsədli büdcə fondlarının vəsaitləri,” sözləri çıxarılsın.
Maddə 19. “Balıqçılıq  haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026, № 8, maddə 777) aşağıdakı dəyişikliklər edilsin:
19.1. 21.1.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“21.1.2. balıq və digər su bioresurslarının artırılması, mühafizəsi və balıqçılığın elmi təminatı sahəsində dövlət tərəfindən tədbirlərin görülməsi;”; 
19.2. aşağıdakı məzmunda 22.5-ci maddə əlavə edilsin:
“22.5. Bu Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarından istifadəyə görə ödənişlər, balıqçılıq haqqında qanunvericiliyin pozulmasına görə alınan cərimələr, balıq və digər su bioresurslarının qeyri-qanuni ov və ya digər fəaliyyət nəticəsində təbiətə, o cümlədən balıq və digər su bioresurslarına dəymiş ziyan dövlət büdcəsinə ödənilir.”;
19.3. 23-cü maddə ləğv edilsin;
19.4. 24-cü maddə üzrə:
19.4.1. 24.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“24.1. Balıq və digər su bioresurslarının artırılması, bərpası, mühafizəsi, balıqçılıq sahəsində digər tədbirlər, habelə balıqçılığın inkişafı proqramları dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.”;
19.4.2. 24.4-cü maddədə “büdcəsi və büdcədənkənar vəsait” sözləri “büdcəsinin vəsaiti” sözləri ilə əvəz edilsin;
19.4.3. aşağıdakı məzmunda 24.5-ci maddə əlavə edilsin:
“24.5. Balıqçılıq sahəsində siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən dövlət xidmətlərinin göstərilməsinə görə ödənişlərin, balıq və digər su bioresurslarına vurulan zərərə görə kompensasiyaların, bu Qanunla müəyyən edilən hallar nəzərə alınmaqla, Azərbaycan Respublikasının müvafiq qanunlarında nəzərdə tutulan digər mənbələr  üzrə vəsaitlərin 35 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)  işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həmin orqanın (qurumun) xəzinə hesabına, 65 faizi isə dövlət büdcəsinə köçürülür.”;
19.5. 25.2-ci maddə ləğv edilsin.
Maddə 20. Bu Qanunun qüvvəyə minməsi
20.1. Bu Qanunun 20.2 – 20.7-ci maddələrində nəzərdə tutulanlar istisna olmaqla, bu Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.
20.2. Bu Qanunun 12.7.2-ci və 12.11-ci maddələri bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
20.3. Bu Qanunun 4.2-ci, 4.4-cü və 9.4-cü maddələri 2027-ci il aprelin 1-dən qüvvəyə minir.
20.4. Bu Qanunun 3.1.7-ci, 3.5.1-ci, 3.7.1-ci, 3.12-ci, 3.13-cü, 3.14.1-ci,    3.14.3-cü, 3.15-ci və 3.18.2-ci (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.14-1-ci maddəsinə münasibətdə) maddələri bu Qanunun 3.15-ci maddəsində nəzərdə tutulan qaydalarla eyni gündə qüvvəyə minir.
20.5. Bu Qanunun 3.5.2-ci, 3.14.2-ci, 3.18.1-ci və 3.21.2-ci maddələri xidmətlərə (görülən işlərə) görə elektron alış aktının tətbiqi ilə əlaqədar müvafiq texniki imkanlar yaradıldığı tarixdən qüvvəyə minir.
20.6. Bu Qanunun 3.22.1-ci maddəsi həmin maddədə nəzərdə tutulan siyahı ilə eyni gündə qüvvəyə minir.
20.7. Bu Qanunun  3.39.3-cü maddəsi həmin maddədə nəzərdə tutulan şərtlərlə eyni gündə qüvvəyə minir.
 
Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU