“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
- I OXUNUŞ
- Müzakirədə iştirak edin
27 noyabr 2026
1.2. aşağıdakı məzmunda 8.2-1-ci maddə əlavə edilsin:
|
8.2-1. Məhkəmə əmri haqqında ərizənin verilməsinə görə |
25 manat |
1.3. 8.6-cı maddə üzrə:
1.3.1. “Dövlət rüsumu tutulmalı olan hərəkətlər” sütununda “Apellyasiya” sözü “Qiymətləndirilməyən iddialar üzrə apellyasiya” sözləri ilə əvəz edilsin;
1.3.2. “Dövlət rüsumunun məbləği” sütunundan “8.1-ci,” sözləri çıxarılsın;
1.4. aşağıdakı məzmunda 8.6-1-ci maddə əlavə edilsin:
|
8.6-1. Qiymətləndirilən iddialar üzrə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə |
iddianın mübahisələndirilən hissəsinə münasibətdə bu Qanunun 8.1-ci maddəsində müəyyən edilmiş müvafiq dövlət rüsumunun 50 faizi |
Maddə 2. Bu Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti

