"Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə

Qanunlar      Paylaşın:        
“Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının 
Qanununa əlavə edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ 
 Q A N U N U
 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 7, maddə 404; 2002-ci il, No– 12, maddə 706; 2004-cü il, No– 2, maddə 57, No– 4, maddə 199; 2006-cı il, No– 2, maddə 64, No– 12, maddə 1005; 2007-ci il, No– 1, maddə 4) 8-ci maddəsinin üçüncü hissəsində “penitensiar xidmət,” sözlərindən sonra “xarici işlər,” sözləri əlavə edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.  




İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti



Bakı şəhəri, 28 aprel 2009-cu il
No– 803-IIIQD












Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU