"Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Şəhərsalmanın əsasları haqqında” 
Azərbaycan Respublikasının Qanununa 
dəyişikliklər və əlavə edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ 
Q A N U N U



Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

I. “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 8, maddə 473; 2001-ci il, No– 11, maddə 676; 2002-ci il, No– 5, maddə 241; 2007-ci il, No– 10, maddə 938; 2008-ci il, No– 7, maddə 602) 25-ci maddəsinin birinci hissəsinə aşağıdakı dəyişikliklər və əlavə edilsin:
1. ikinci-altıncı abzaslar aşağıdakı redaksiyada verilsin:
“xüsusi razılıq (lisenziya) olmadan I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi, mühəndis-axtarış və tikinti-quraşdırma işləri ilə məşğul olduqda;
baş planlarda, müfəssəl planlaşdırma və ərazi-tikinti layihələrində və mövcud ərazilərin memarlıq-planlaşdırma həllərində müvafiq rəy alınmadan dəyişiklik edildikdə;
mühəndis-axtarış işləri və layihə sənədlərinin dövlət ekspertizası aparılmadan I və II məsuliyyət səviyyəli bina və qurğuların tikintisi həyata keçirildikdə; 
mühəndis-axtarış və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı tikinti norma və qaydaları pozulduqda;
tikintisi başa çatmış bina və qurğuların istismara verilməsi qaydaları pozulduqda;”;
2. yeddinci-onuncu və on ikinci-on beşinci abzaslar çıxarılsın;
3. on birinci abzas müvafiq olaraq yeddinci abzas hesab edilsin, həmin hissəyə aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:
“tikintidə təhlükəsizliyə nəzarət edən orqanın fəaliyyətinə maneçilik törədildikdə və həmin orqanın göstərişlərinə əməl edilmədikdə.”. 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. 



İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 28 aprel 2009-cu il
No– 805-IIIQD






Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU