"Azərbaycan Respublikasının Milli Bankı və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi arasında Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikasının Milli Bankı və 
Amerika Birləşmiş Ştatlarının Beynəlxalq 
İnkişaf Agentliyi arasında Anlaşma Memorandumu”nun 
təsdiq edilməsi haqqında


AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U



Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a  a l ı r : 
   
I. 2008-ci il noyabrın 25-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Milli Bankı və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi arasında Anlaşma Memorandumu” təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.




İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti



Bakı şəhəri, 3 aprel 2009-cu il
No– 779-IIIQ








Bu mətn www.e-qanun.az saytından köçürülüb




Azərbaycan Respublikasının Milli Bankı və
Amerika Birləşmiş Ştatlarının Beynəlxalq
İnkişaf Agentliyi arasında

Anlaşma Memorandumu



Bundan sonra "Tərəflər" adlandırılacaq, Azərbaycan Respublikasının Milli Bankı (bundan sonra "Milli Bank") və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (bundan sonra "USAID") birgə səy göstərərək (i) Milli Bankın prudensial nəzarət üzrə tənzimləmə qayda və təlimatlarını gücləndirmək; (ii) makroiqtisadi və maliyyə idarəetmə siyasət və təlimatları, və Milli Bankın tədqiqat, proqnozlaşdırma və modelləşdirmə imkanını artırmaq; (iii) prudensial nəzarət imkanını və monetar idarəetmə sistemini gücləndirib institutlaşdıracaq tərzdə kadrlar və informasiyanın idarəedilməsi strategiya və sisteminin planlaşdırılmasını və fəaliyyətini yaxşılaşdırmaq; (iv) çirkli pulların yuyulmasına qarşı siyasətə və institusional islahatların aparılmasına institusional hüquqi və texniki yardım göstərib əməkdaşlıq etmək niyyətindədir.
Bu səbəbdən, yuxarıda göstərilən hədəflərə nail olmaq məqsədilə öhdəliklərə dair anlaşmaları təsbit etmək üçün Tərəflər bundan sonra "Anlaşma Memorandumu" adlandırılacaq Anlaşma Memorandumu bağlayırlar. Anlaşma Memorandumunu imzalayarkən Tərəflər özlərinin ayrıca və özünəməxsus missiyalarını və mandatlarını, həmçinin cavabdehliklərini qoruyub saxlamaq niyyətindədirlər. Xüsusi olaraq əksi qeyd edilməmişdirsə, Tərəflər arasındakı bu Anlaşma Memorandumda göstərilmiş əməkdaşlıq şəriklik və ya hər hansı başqa növ hüquqi qurum və ya şəxs hesab olunmamalı və ya belə şərh edilməməlidir.

MADDƏ 1. TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ

1.1. Maliyyə vəsaiti olduğu halda USAID 2009-cu ilin 29 sentyabr tarixinə kimi və ya Tərəflərin yazılı formada razılaşdıracağı digər tarixdə aşağıdakı texniki yardım və təlim imkanları təqdim etmək niyyətindədir:
(a) Prudensial nəzarət, monetar siyasət və çirkli pulların yuyulmasına qarşı siyasət sahələrində Milli Bankın təşkilati potensialının artırılması məqsədilə texniki və təlim dəstəyinin göstərilməsi;
(b) Milli Bankda daxili kadr və informasiyanın idarəedilməsi sistem və strategiyasını yaxşılaşdırmaq üçün texniki və təlim dəstəyinin göstərilməsi;
(c) İqtisadi / maliyyə məlumatların toplanması / emalı / işlənilməsi, maliyyə proqramlaşdırılması və proqnozu, ekonometrik modelləşmə və maliyyə sabitliyinin təhlili /qiymətləndirilməsi sahəsində texniki və təlim yardımının təmini.
USAİD yuxarıda göstərilən yardımı iki illik müddətə nəzərdə tutulmuş və 2007-2009-cu illər ərzində icra ediləcək Maliyyə Sektorun Sabitliyi layihəsi vasitəsilə təmin etmiş və edəcəkdir.
1.2. Yuxarıda göstərilən məqsədlərə / fəaliyyətlərə dəstək olaraq Milli Bank aşağıdakı
öhdəlikləri öz üzərinə götürür:
(a) Tələbat yarandığı təqdirdə razılaşdırılmış layihə məqsədlərinə uyğun olaraq Milli Bankın daxili strukturları üçün kompüter və proqramlar daxil olmaqla avadanlığın alınmasını maliyyələşdirmək;
(b) Layihənin texniki işçi heyətini Milli Bankın binasında münasib iş yeri, telefon və internetə çıxışla təchiz etmək;
(c) Maliyyə Sektorun Sabitliyi layihəsinin İş Planı üzrə texniki tapşırıqları icra etmək üçün Milli Bankın peşəkar işçi heyətini təyin etmək;
(d) Maliyyə Sektorun Sabitliyi layihəsi çərçivəsində göstərilən texniki dəstəyin birgə maliyyələşdirilməsi.
1.3. Bu layihə çərçivəsində USAİD ayırdığı 3 milyon ABŞ dolları dəyərində maliyyə vəsaitlərinə əlavə olaraq yuxarıda göstərilən məqsədlərə nail olmaq üçün USAİD və Milli Bank, maliyyə vəsaitlərinin mövcudluğundan asılı olaraq, layihəyə müvafiq olaraq təxminən 1 000 000 ABŞ dolları və 750 000 ABŞ dolları məbləğinə kimi maliyyə vəsaiti ayırmaq niyyətindədir.
1.4. Milli Bankın 2008 və 2009-cu illərdə Layihə üzrə pay iştirakı USAİD tərəfindən ABŞ dollarında yerləşdiriləcəkdir. Milli Bank maliyyə vəsaitlərini ayrı-ayrı hissə ilə 1.5 bənddə izah edilmiş surətdə ayıracaqdır.
1.5. 1.4 bənddə istinad edilmiş maliyyə vəsaitləri ABŞ dollarında olacaq və bu Anlaşma Memorandumun müddəalarına və 1.6 bənddə göstərilmiş mühasibat və irəliləyiş hesabatlarına tabe olaraq, USAİD-nin Qafqaz Missiyasının Maliyyə Şöbəsi tərəfindən idarə ediləcək ABŞ Xəzinədarlıq Hesabına (Xüsusi Hesab) yerləşdiriləcəkdir.
1. Milli Bank maliyyə vəsaitlərini hər iki tərəfin razılaşdıracağı köçürmə sənədinə müvafiq olaraq Xüsusi Hesabda iki ayrı-ayrı hissədə yerləşdirəcəkdir. Maliyyə vəsaitlərinin mövcudluğundan asılı olaraq, Maliyyə Sektorun Sabitliyi layihəsinin dəstəklənməsi üçün təklif edilmiş 1 000 000 ABŞ dolları dəyərində pay iştirakının USAİD tərəfindən 31 mart 2009-cu ilə kimi bütövlüklə ayırdığının təsdiq edilməsindən sonra Milli Bank vəsaitlərinin ikinci hissəsini ayıracaq. Milli Bank maliyyə vəsaitlərini Xüsusi Hesabda aşağıdakı cədvələ uyğun yerləşdirəcəkdir:

                                                                      Son yerləşdirmə tarixi                    Yerləşdirəcək Məbləğ
Milli Bankın maliyyə vəsaitlərinin 1-ci hissəsi           12/31/2008                              375 000ABŞ Dolları
USAİD-nin iştirak payı                                        3/31/2009                                1000 000 ABŞ Dolları
Milli Bankın maliyyə vəsaitlərinin 2-ci hissəsi           3/31/2009                                 375 000ABŞ Dolları

2. Bu Anlaşma Memorandumda nəzərdə tutulmuş proqramların həyata keçirilməsi üçün maliyyə vəsaitləri USAİD-nin müvafiq bildiyi və Milli Bankla razılaşdırdığı dövlət və özəl tərəflərlə mövcud və gələcək saziş və digər alətlər vasitəsilə ayrılıb xərclənəcəkdir. ABŞ Hökuməti tərəfindən Xüsusi Hesab üzrə aparılacaq maliyyə sənədləri Xüsusi Hesabdakı yerləşdirilmiş məbləğlərlə bağlı hər hansı bir anlaşılmazlıq baş verdikdə onu tənzimləyəcəkdir.
3. Maliyyə planının hissəsi kimi USAİD-yə verilmiş maliyyə vəsaitləri 1961-ci ilin Xarici Yardım Akının 635 (d) bəndinə, düzəlişlər edilmiş Xarici Yardım Aktına və USAİD-nin hüquqi, siyasi və prosessual tələbatına uyğun alınacaq, saxlanacaq, idarə olunacaq, ayrılacaq və xərclənəcəkdir.
1.6. İmzalanandan 30 gün ərzində Anlaşma Memorandumunun icrasına nəzarət etmək
məqsədilə Tərəflər İdarə Komissiyası yaratmaq niyyətindədirlər. İdarə Komissiyası tərəfindən
Anlaşma Memorandumunun nəzarəti və icrası ilə əlaqədar görülən bütün tədbirlər, o cümlədən
yeni layihə haqqında tender elanının yerləşdirilməsi, təltif etmə və idarəetmə alətləri daxil
olmaqla USAİD-nin hüquqi, siyasi və prosessual tələblərinə uyğun olaraq hər iki tərəfə hesabat
verilməlidir. Proqramın təsirli əlaqələndirilməsini və maksimal inkişaf təsirini təmin etmək
məqsədilə onun planlaşdırılması və icrası zamanı aşağıdakı idarəetmə prinsiplərinə riayət
ediləcəkdir:
1. Birgə maliyyələşdiriləcək proqram üçün bütün illik iş planlan USAİD nümayəndələri və Milli Bank ilə sıx əməkdaşlıqda işlənib hazırlanacaq və birgə təsdiq ediləcəkdir.
2. Layihənin məqsəd və vəzifəsi və əldə etdiyi nailiyyət üzrə USAİD-nin müvafiq nümayəndələri ilə müvafiq layihə icraçıları arasında ayda iki dəfə görüş keçiriləcəkdir.
3. Bu Anlaşma Memorandumu çərçivəsində maliyyə vəsaitlərinin istifadəsi məsələsi daxil olmaqla Anlaşma Memoradumunun tam şəkildə icrasına dair Milli Bank və USAİD nümayəndələri arasında altı aydan bir görüş keçiriləcəkdir.
4. Birgə maliyyələşdirmə proqramı üzrə irəliləyişləri yazılı şəkildə təsvir edəcək rüblük hesabatlar hazırlanacaqdır.
5. Maliyyə vəsaitlərinin istifadəsi üzrə rüblük maliyyə hesabatlan təqdim ediləcəkdir.
1.7. Bu Anlaşma Memoradumunun imzalanmasından keçən 45 gün ərzində bu proqram üzrə
hər bir Tərəfin səlahiyyətli nümayəndəsinin imza nümunəsini daxil edən ilkin "İcra Məktubu" imzalanacaqdır. Həmin Məktubda 1.5.1 bənddə göstərildiyi kimi Milli Bankın maliyyə payının ilkin tranşının ödənilmə tarixlərinə uyğun olaraq görüləcək ödəniş tədbirləri barədə təfsilatlı məlumat veriləcəkdir. Proqram üzrə sonrakı İcra Məktubu 1.5.1 bənddə göstərilmiş Milli Bankın maliyyə payının ikinci tranşının ödənilmə tarixindən əvvəl Tərəflər arasında qəbul edilib razılaşdırılmalıdır.

MADDƏ 2. ÜMUMİ MÜDDƏALAR

2.1. İkitərəfli Çərçivə Sazişinə aidiyyat: Bu Anlaşma Memorandumu əsasında USAİD tərəfindən natura formasında təqdim oluna biləcək yardım 11 may 2000-ci il tarixli «Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatlarının Hökuməti arasında yardım göstərilməsini asanlaşdırmaq üzrə əməkdaşlıq haqqında Saziş» ("İkitərəfli Saziş") çərçivəsində Amerika Birləşmiş Ştatlarının yardımı hesab edilir və vergi və gömrük öhdəliklərindən azad olunmanı nəzərdə tutan müddəaları daxil edərək bununla məhdudlaşmayan həmin Sazişin müddəa və şərtlərinə tabe olur.
2.2. Üçüncü Tərəfin sənədləri və maliyyə vəsaitlərinin mövcudluğu: Yuxarıda qeyd olunmuş sahələr üzrə natura formasında yardım göstərmək məqsədilə USAİD Milli Bankla razılaşdırmaqla uyğun hesab etdiyi dövlət və özəl qurumlarla sazişlər və digər razılaşmalar imzalaya bilər. USAİD və Milli Bank Anlaşma Memorandumu ilə üzərlərinə götürdükləri bütün öhdəlikləri və USAİD və Milli Bankın üçüncü tərəflərlə digər razılaşmaları maliyyə vəsaitinin mövcudluğundan asılı olacaqdır.
2.3. Amerika Birləşmiş Ştatlarının qanun və qaydalarına tabeçilik: USAID yalnız Amerika Birləşmiş Ştatlarının müvafiq qanun və qaydalarına əsasən maliyyə vəsaitlərini ayırır, onları istiqamətləndirir, xərcləyir və Anlaşma Memorandumdan irəli gələn digər əməliyyatları həyata keçirir.
2.4. Əmlak üzərində mülkiyyət hüququ və ondan istifadə: USAID tərəfindən başqa hal nəzərdə tutulmayıbsa, kompüter proqramları və müvafiq lisenziyalar istisna olmaqla USAID tərəfindən təqdim olunmuş bütün əmlak üzərində mülkiyyət hüququ USAİD-də qalacaq. USAİD tərəfindən təqdim oluna biləcək istənilən əmlak yuxarıda təsvir edilmiş məqsəd üçün səmərəli şəkildə istifadə edilməlidir və yardımın müddəti bitdikdən sonra onun məqsədlərinin davam etdirilməsi üçün istifadə olunmalıdır. USAİD tərəfindən təqdim olunmuş əmlakdan kompüter proqramları və müvafiq lisenziyalar istisna olmaqla Tərəflərin razılaşdırdıqları məqsədlərdən kənar məqsədlər üçün istifadə olunarsa və əgər Milli Bank müvafiq hərəkətləri ilə həmin halların müvafiq qaydada qarşısının alınması mümkün olduğu halda belə hərəkətlərin qarşısını almamışdırsa, Milli Bank USAİD-in xahişi və seçimi ilə həmin əmlakı qaytarmalı və ya həmin əmlak üçün xərclənmiş vəsaiti ABŞ dolları ilə ödəməlidir.
2.5. Sənədlər, yoxlama və təftiş: Milli Bank Anlaşma Memorandumuna uyğun olaraq göstərilmiş yardımın qəbulunu və istifadəsini göstərmək üçün zəruri olan, yardımla əlaqədar olaraq birbaşa müvafiq sənədləşdirmə aparmalı və ya aparılmasına dair müvafiq göstəriş verməlidir. Sənədlər Azərbaycan Respublikasının milli qanunvericiliyinə uyğun saxlanılmalıdır. Milli Bank USAİD-in səlahiyyətli nümayəndələrinə və ya onların təyin etdiyi şəxslərə istənilən münasib vaxtda yardımın göstərildiyi yer və yardımla əlaqədar sənədləri yoxlamaq üçün imkan yaratmalıdır.
2.6. Mübadilə məzənnəsi: USAİD və ya digər dövlət və ya özəl təşkilat tərəfindən USAİD-nin bu Anlaşma Memorandumda qeyd olunan öhdəliklərinin həyata keçirilməsi məqsədi ilə Azərbaycana maliyyə vəsaiti daxil olarsa, Milli Bank bu maliyyə vəsaitinin Azərbaycan manatına, valyutanın konvertasiyasının həyata keçirildiyi vaxtda mövcud olan, ölkə qanunvericiliyinə zidd olmayan ən yüksək məzənnə ilə çevirilməsi üçün lazım ola biləcək zəruri tədbir görəcəkdir.
2.7. Aşkarlıq: Milli Bank ABŞ Hökümətinin töhfə verdiyi proqram qismində təqdim olunmuş yardım barədə ictimaiyyətə məlumat verəcək.
2.8. Məlumat və icra məktubları: Milli Bank və USAİD bir-birini yardımın göstərilməsini asanlaşdırmaq və bu yardımın səmərəliliyini qiymətləndirmək üçün lazım ola biləcək məlumatlarla təchiz etməlidir. Bundan əlavə, USAİD vaxtaşırı hazırkı Anlaşma Memorandumunda qeyd edilmiş məsələlər barəsində əlavə məlumat vermək üçün icranın vəziyyəti haqqında məktublar təqdim edə bilər. Tərəflər, həmçinin bu Anlaşma Memorandumun icrası ilə əlaqədar olaraq qarşılıqlı anlaşmalarını təsdiq edən birgə razılaşdırılmış məktublardan istifadə edə bilərlər. İcra məktublarından bu Anlaşma Memorandumun mətninə dəyişiklik edilməsi üçün istifadə edilməməlidir.
2.9. Səlahiyyətli nümayəndələr: Tərəflər bu Anlaşma Memorandumunu imzalayan şəxslərin rəhbərlik etdiyi təşkilatlarda işləyən və ya fəaliyyət göstərən şəxslər tərəfindən təmsil olunurlar. Hər bir tərəf digər tərəfə yazılı bildiriş göndərməklə həmin Tərəfi bu Anlaşma Memorandumuna rəsmi düzəlişlər edilməsinin təsdiqlənməsi istisna olmaqla, istənilən məsələdə təmsil edəcək əlavə nümayəndələr təyin edə bilər. Hər bir tərəf qarşı tərəfi öz səlahiyyətli nümayəndələri ilə bağlı dəyişikliklərlə yazılı surətdə tanış etməlidir.
Əlavə və dəyişikliklər: Hazırkı Anlaşma Memorandumuna əlavə və dəyişikliklər Tərəflərin yazılı razılığı əsasında edilə bilər.
2.11. Dayandırılma və xitam:
A. Dayandırma.
(a) Dayandırma.
(i) Hər hansı bir tərəf bu Anlaşma Memorandumunun hansı bir müddəasına riayət etməzsə;
(ii) Hər hansı bir tərəf bu Anlaşma Memorandumun məqsədinin əldə edilməsini və ya bu Anlaşma Memorandumun müddəalarına digər tərəfin əməl etmə imkanını qeyri-mümkün edən fövqəladə vəziyyətin yaranmasını müəyyən edərsə;
(iii) Hər hansı bir tərəf bu yardımın təqdim edilməsinin qanun və ya qaydalarının pozulmasına səbəb olacağını müəyyən edərsə.
Hər bir Tərəf öz seçiminə müvafiq olaraq bu Anlaşma Memorandumda nəzərdə tutulmuş yardımın təqdim edilməsini tam və ya qismən dayandırmaq üçün tədbir görə və bu barədə qarşı tərəfə yazılı bildiriş təqdim edə bilər. Qismən dayandırma zamanı qeyd olunan bildiriş dayandırmamın nəticəsinin şamil edildiyi fəaliyyət növünü qeyd etməlidir. Əgər belə bildirişin təqdim edilməsindən altmış (60) gün keçmiş dayandırmanın səbəblərinin aradan qaldırılmaması müəyyən edilərsə, iddia qaldırmış Tərəf Anlaşma Memorandumuna tam və ya qismən xitam verə və bu barədə qarşı tərəfə yazılı bildiriş təqdim edə bilər.
(b) Xitam. İstənilən halda bir Tərəf digər Tərəfə otuz (30) gün əvvəl yazılı bildiriş təqdim etməklə bu Anlaşma Memorandumuna tam və ya qismən xitam verə bilər. Qismən xitamvermə zamanı, belə bildirişdə xitamın nəticəsinin şamil ediləcəyi fəaliyyətlər qeyd edilməlidir. Bu Anlaşma Memorandumuna xitam verilməsi Tərəflərin bu fəaliyyət üçün hər hansı maliyyə və ya digər resursların təqdim edilməsi üzrə hər hansı məsuliyyətinə, lakin bu Anlaşma Memorandumun xitamına qədər üçüncü tərəflə saziş bağlayaraq üzərlərinə götürdükləri ləğvolunmaz öhdəliklərdən irəli gələn ödənişlər istisna olmaqla, xitam verəcək. Milli Bank bu Anlaşma Memoranduma əsasən təqdim olunmuş əmlakdan istifadəyə dair 2.4-cü bənddə qeyd olunmuş öhdəlikləri Anlaşma Memorandumun xitamından sonra da qüvvədə qalacaq. Bundan əlavə, belə bir xitamdan sonra USAİD, öz hesabına, bu Anlaşma Memoranduma əsasən ayrılmış əmlakın üzərində mülkiyyət hüququnu, əgər həmin əmlak Azərbaycandan kənarda olan mənbədəndirsə, daşınılan durumdadırsa və Azərbaycana giriş limanlarına boşaldılmamışdırsa, USAİD-yə keçirə bilər. Milli Bank bu Anlaşma Memorandumu çərçivəsində USAİD-yə verdiyi hər hansı bir töhfəsini bu Anlaşma Memorandumu bitdiyi halda ona qaytarılmayacağına və USAİD-in Milli Bankla razılaşdırılmış qərarından asılı olaraq səmərəliliyi mümkün olan dərəcədə ya razılaşdırılmış proqramların icrasını davam etdirməyə və yaxud da Azərbaycan Respublikasında USAİD-nin ölkə strategiyasının dəstəklənməsi ilə yanaşı bu Anlaşma Memoranduma daxil olan Tərəflərin ilkin vəzifələrinə nail olmağa kömək edəcək digər proqramların dəstəklənməsinə sərf ediləcəyinə dair öz razılığını bildirir. Tərəflərin hər ikisi bu Anlaşma Memorandumun bitəcəyi halda bu proqram çərçivəsində tərəflərin Milli Banka texniki və təlim xidmətlərinin göstərilməsinə ayırdıqları maliyyə vəsaitlərinin qaytarılmayacığını anlayırlar.
2.12. İddia hüququnun keçməsi: Milli Bank xahiş olunduqda, bu Anlaşma Memorandumu ilə əlaqədar USAİD tərəfindən maliyyələşdirilən və USAID ilə imzalanmış sazişlərin Tərəfləri sazişlərdən irəli gələn əməli və ya öhdəliyi pozması ilə əlaqədar yaranmış hər hansı iddia vermək hüququnun ABŞ dolları dəyərində birbaşa USAİD-ə keçməsinə razılaşır.
2.13. Müdafiə vasitəsindən imtina edilməməsi: Bu Anlaşma Memorandumla bağlı Tərəflərdən birinin malik olduğu hər hansı hüququn və ya müdafiə vasitəsinin həyata keçirilməsində yol verilmiş ləngimə bu hüquq və ya vasitədən istifadə edilməsindən imtina kimi qiymətləndirilməlidir.
2.14. Dil: Bu Anlaşma Memorandumu Azərbaycan və ingilis dillərində hazırlanmışdır. İki dildə olan mətnlər arasında hər hansı bir anlaşılmazlıq və ya ziddiyyət olduğu təqdirdə ingilis dilindəki mətnə üstünlük veriləcəkdir.
2.15. Qüvvəyə minmə tarixi: Bu Anlaşma Memorandumu Azərbaycan Respublikası Hökumətinin Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinə bu Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili şərtlərin yerinə yetirildiyini bildirdiyi gündən etibarən qüvvəyə minir.
Bütün bunların təsdiqi olaraq, Tərəflərin hər biri müvafiq şəkildə səlahiyyətləndirilmiş nümayəndəsi vasitəsilə bu Anlaşma Memorandumunu 25 noyabr 2008-ci il tarixində Bakı şəhərində imzalamışlar.


Elman Rüstəmov                                                                  Henrieta For
Azərbaycanın Respublikası Milli                                              ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin
Bankının İdarə Heyətinin sədri                                               Administratoru və ABŞ-m Beynəlxalq
Məsələləri üzrə Direktoru
 
En E. Dersi 
ABŞ-ın Azərbaycandakı Səfirinin iştirakı ilə 




Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU