"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” 
Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş 
“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda
dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U




Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a  a l ı r :

I. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 12, maddə 689; 2001-ci il, No– 11, maddə 677; 2002-ci il, No– 5, maddə 237; 2003-cü il, No– 6, maddə 273, No– 8, maddə 419; 2004-cü il, No– 7, maddə 522, No– 10, maddə 784, No– 12, maddələr 982, 987; 2005-ci il, No– 4, maddə 283, No– 10, maddə 884; 2007-ci il, No– 3, maddə 212, No– 11, maddə 1051; 2008-ci il, No– 5, maddələr 346, 347, No– 8, maddə 708, No– 11, maddə 959) əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın “Bərdə rayonu” bölməsində 13-cü sırada “Canavarlı bələdiyyəsi” və “Canavarlı kəndi” sözləri müvafiq olaraq “Seyid Yusifli bələdiyyəsi” və “Seyid Yusifli kəndi” sözləri ilə əvəz edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.




İlham Əliyev  
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 mart 2009-cu il
No– 778-IIIQD

   


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU