"Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə

Qanunlar      Paylaşın:        
“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan 
Respublikasının Qanununa əlavə edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
 


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

I. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 2, maddə 82; 2001-ci il, No– 12, maddə 736; 2002-ci il, No– 3, maddə 116, No– 5, maddə 245; 2004-cü il, No– 2, maddələr 57, 58; 2005-ci il, No– 4, maddə 278; 2007-ci il, No– 8, maddə 752, No– 11, maddə 1079) 19-cu maddəsinə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

“Müvafiq icra hakimiyyəti orqanı: 
1) əcnəbi və ya ali təhsili olmayan şəxs mətbu nəşrin redaktoru (baş redaktoru) vəzifəsinə təyin edildikdə;
2) kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra həmin əməli il ərzində təkrar törətdikdə mətbu nəşrin fəaliyyətinin iki ay müddətinə dayandırılması barədə məhkəmə qarşısında iddia qaldırır.”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. 
 
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 6 mart 2009-cu il
No– 774-IIIQD









Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU