"Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"-də, "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə"də və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”-də, “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”də və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

 


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli qərarı ilə təsdiq edilmiş “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 6, maddə 493; 1998-ci il, No– 2, maddə 71; 2001-ci il, No– 11, maddələr 669, 674; 2002-ci il, No– 7, maddə 395; 2004-cü il, No– 4, maddə 199; 2006-cı il, No– 2, maddə 64, No– 11, maddə 933, No– 12, maddə 1006; 2007-ci il, No– 1, maddə 4, No– 4, maddə 319; 2008-ci il, No– 8, maddə 698, No– 10, maddə 886) 2-ci bəndinin ikinci abzasında “Vətəndaş haqqında cinayət işi qaldırılıbsa və ya o, məhkum edilibsə,” sözləri “Vətəndaş cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanınıbsa, məhkum edilibsə və ya barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilibsə,” sözləri ilə əvəz edilsin.

II. Azərbaycan Respublikası Milli Məclisinin 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No– 3, maddə 136; 2001-ci il, No– 11, maddə 669; 2002-ci il, No– 6, maddə 328; 
2008-ci il, No– 8, maddə 701, No– 10, maddə 886) 27-ci bəndinin birinci abzasında “şəxs haqqında cinayət işi qaldırılıbsa və ya o, məhkum edilibsə,” sözləri “şəxs cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanınıbsa, məhkum edilibsə və ya barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilibsə,” sözləri ilə əvəz edilsin.

III. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 1, maddə 14; 2001-ci il, No– 11, maddə 669; 2002-ci il, No– 5, maddə 237; 2006-cı il, No– 6, maddə 478; 2007-ci il, No– 8, maddə 756, No– 11, maddə 1075; 2008-ci il, No– 8, maddə 701, No– 10, maddə 886) 2-ci və 5-ci bəndlərində “və əcnəbilərin” sözləri “və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin” sözləri ilə əvəz edilsin.

IV. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.




İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti 


Bakı şəhəri, 24 fevral 2009-cu il
No– 770-IIIQD 




Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU