"Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
"Vəkillər və vəkillik fəaliyyəti haqqında"
Azərbaycan Respublikasının Qanununa
dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N1, maddə 19; 2001-ci il, N12, maddə 736; 2004-cü il, N2, maddə 57, N3, maddə 133; Azərbaycan Respublikasının 2004-cü il 11 iyun tarixli 689-IIQD nömrəli Qanunu) 11-ci maddəsinin II hissəsinin birinci cümləsindən "gizli səsvermə yolu ilə sadə səs çoxluğu ilə" sözləri, Qanunun Keçid müddəalarının II hissəsindən "yığıncaq iştirakçılarının sadə səs çoxluğu ilə" sözləri çıxarılsın.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 oktyabr 2004-cü il
N 783-IIQD

