Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, 
İnzibati Xətalar Məcəlləsinə 
və Cinayət-Prosessual Məcəlləsinə 
əlavələrin və dəyişikliklərin edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

QANUNU



Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 4, II kitab, maddə 251, No– 5, maddə 323, No– 12, maddə 835; 2001-ci il, No– 1, maddə 24, No– 7, maddə 455; 2002-ci il, No– 1, maddə 9, No– 5, maddələr 236, 248, 258, No– 6, maddə 326, No– 8, maddə 465; 2003-cü il, No– 6, maddələr 276, 279, No– 8, maddələr 424, 425, No– 12, I kitab, maddə 676; 2004-cü il, No– 1, maddə 10, No– 4, maddə 200, No– 5, maddə 321, No– 8, maddə 598, No– 10, maddə 762, No– 11, maddə 900; 2005-ci il, No– 1, maddə 3, No– 6, maddə 462, No– 7, maddə 575, No– 10, maddə 904, No– 11, maddə 994; 2006-cı il, No– 2, maddələr 71, 72, 75, No– 5, maddə 390, No– 12, maddələr 1008, 1020, 1028; 2007-ci il, No– 2, maddə 68, No– 5, maddə 398, No– 6, maddələr 560, 562, 579, No– 8, maddə 757, No– 10, maddələr 937, 941, No– 11, maddələr 1049, 1080, 1090, No– 12, maddə 1221; 2008-ci il, No– 6, maddələr 454, 461, No– 7, maddə 602, No– 10, maddə 884; No– 12, maddələr 1047, 1049) aşağıdakı məzmunda 167-1-ci maddə əlavə edilsin:

“Maddə 167-1. Dinə etiqad etməyə məcbur etmə

167-1.1. Şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur etmə - 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
167-1.2. Şəxsi hər hansı dini quruma üzv olmağa məcbur etmə və ya şəxsin üzv olduğu dini qurumdan çıxmasına mane olma -
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
167-1.3. Bu Məcəllənin 167-1.1 və ya 167-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
167-1.3.1. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;
167-1.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
167-1.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.

II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–8, I kitab, maddə 584; 2001-ci il, No–1, maddə 24, No–3, maddə 139, No–7, maddə 455, No–11, maddələr 680, 698, No–12, maddə 731; 2002-ci il, No–1, maddə 9, No–4, I kitab, maddə 165, No–5, maddələr 234, 237, 239, No–6, maddə 326, No–8, maddə 463, No–12, maddə 692; 2003-cü il, No–1, maddələr 3, 13, 23, No–4, maddələr 177, 178, No–5, maddə 228, No–6, maddələr 257, 276, 279, No–8, maddələr 407, 425, No–12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, No–1, maddələr 6, 7, 10, 13, No–4, maddələr 200, 201, 204, No–5, maddələr 313, 314, 317, 321, No–6, maddə 397, No–8, maddələr 596, 597, No–10, maddələr 762, 779, No–11, maddə 900, No–12 maddə 973; 2005-ci il, No–1 maddələr 5, 6, No–2 maddə 61, No–4 maddələr 272, 273, 275, 278, No–6, maddələr 462, 466, No–7, maddə 576, No–8, maddələr 691, 692, No–10, maddələr 875, 877, 904, No–11, maddələr 993, 994, 995, No–12, maddələr 1083, 1085; 2006-cı il, No–2, maddələr 64, 68, No–3, maddələr 219, 220, 223, 225, No–5, maddə 385, No–6, maddə 478, No–11, maddələr 923, 924, 932, No–12, maddələr 1005, 1020, 1024; 2007-ci il, No–1, maddələr 3, 4, No–2, maddələr 65, 68, No–5, maddələr 397, 398, 401, 440, No–6, maddələr 560, 561, 562, 579, No– 8, maddə 757, No–10, maddələr 935, 936, 938, 940, No–11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, No–12, maddələr 1195, 1211, 1217, 1218; 2008-ci il, No–2, maddə 47, No–3, maddələr 146, 152, 159, No–4, maddə 249, No–5, maddə 340, No–6, maddələr 454, 460, 461, 464, No–7, maddələr 601, 602, 605, No–8, maddələr 699, 701, No– 10, maddələr 884, 885; No– 11, maddələr 956, 957; No– 12, maddələr 1045, 1047, 1049; 2009-cu il, No–2, maddələr 45, 53) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

1. aşağıdakı məzmunda 196.0.3-1-cü maddə əlavə edilsin:

“196.0.3-1. müvafiq rəy olmadan dini ibadət yerinin tikintisinə və ya mövcud dini ibadət yerinin yenidən qurulmasına;”;

2. 299-cu maddə üzrə:

2.1. 299.0.3-cü maddədə “təşkilinə görə” sözləri “təşkilinə;” sözü ilə əvəz edilsin; 

2.2. aşağıdakı məzmunda 299.0.4 və 299.0.5-ci maddələr əlavə edilsin:
“299.0.4. dini qurumun qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət göstərməsinə;
299.0.5. dini qurumun öz yaranma məqsədlərinə zidd olan fəaliyyəti həyata keçirməsinə görə -”;

2.3. maddənin sanksiyasında “on manatdan on beş manatadək” sözləri “yüz manatdan üç yüz manatadək” sözləri ilə, “qırx manatdan yetmiş manatadək” sözləri “iki yüz manatdan beş yüz manatadək” sözləri ilə əvəz edilsin;

3. 300-cü maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 300. Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulması

300.0. Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasına, yəni:
300.0.1. müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan dini qurumlar, dini qurum olmayan digər hüquqi şəxslər və fiziki şəxslər tərəfindən dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının istehsal, idxal və ya ixrac edilməsinə; 
300.0.2. istehsalına və ya idxalına müvafiq icra hakimiyyəti orqanının razılığı alınmamış dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının dini qurumlar, dini qurum olmayan digər hüquqi şəxslər və fiziki şəxslər tərəfindən yayılmasına;
300.0.3. dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılmasına;
300.0.4. əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılmasına görə - 
inzibati xətanın bilavasitə obyekti olmuş ədəbiyyat nümunələri, əşyalar və materiallar müsadirə edilməklə vətəndaşlar iki yüz manatdan dörd yüz manatadək miqdarda, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək miqdarda, hüquqi şəxslər iki min manatdan dörd min matadək miqdarda cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iki yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilməklə və ya edilməməklə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır.”.

4. 360-cı maddədə “296-1,” rəqəmindən sonra “299, 300,” rəqəmləri əlavə edilsin.


III. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 8, (II kitab), maddə 585; 2001-ci il, No– 7, maddə 455; 2002-ci il, No– 1, maddə 9, No– 5, maddə 233, No– 8, maddə 463; 2003-cü il, No– 6, maddə 276; 2004-cü il, No– 5, maddə 321, No– 7, maddə 505, No– 8, maddə 598, No– 10, maddə 761; No– 11, maddə 890; 2005-ci il, No– 1, maddə 4, No– 4, maddə 278, No– 6, maddə 462, No– 8, maddə 686, No– 10, maddə 874, No– 12, maddə 1079; 2006-cı il, No– 1, maddə 3, No– 2, maddə 64; No– 5, maddə 390; No– 10, maddə 847, No– 11, maddə 929, No– 12, maddə 1032; 2007-ci il, No– 8, maddə 756, No– 11, maddə 1049, No– 12, maddə 1221; 2008-ci il, No– 6, maddə 462, No– 7, maddələr 606, 607; No– 12, maddə 1045) 215.3.1-ci maddəsində “167, 168” rəqəmləri “167-168” rəqəmləri ilə əvəz edilsin.

IV. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 8 may 2009-cu il
No– 813-IIIQD




Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU