"Bələdiyyələrin statusu haqqında"

Qanunlar      Paylaşın:        
“Bələdiyyələrin statusu haqqında” 
Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
   
QANUNU



Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a  a l ı r :

I. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 7, maddə 405; 2001-ci il, No– 11, maddələr 689, 690, No– 12, maddə 736; 2002-ci il, No– 5, maddə 242; 2003-cü il, No– 1, maddələr 11, 16, No– 6, maddə 256; 2004-cü il, No– 1, maddə 10, No– 4, maddə 202, No– 5, maddə 314, No– 6, maddə 397; 2005-ci il, No– 2, maddə 62; 2006-cı il, No– 2, maddə 67, No– 11, maddə 923, No– 12, maddə 1005; 2007-ci il, No– 11, maddələr 1053, 1082; 2008-ci il, No– 5, maddə 354) aşağıdakı məzmunda 13-1-ci maddə əlavə edilsin:

“Maddə 13-1. Bələdiyyələrin Dövlət reyestri

Azərbaycan Respublikasında bütün bələdiyyələr Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən aparılan bələdiyyələrin Dövlət reyestrinə daxil edilir və onlara müvafiq şəhadətnamə verilir.
Bələdiyyələrin Dövlət reyestrinin aparılması Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyənləşdirilir.”.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.


İlham Əliyev  
Azərbaycan Respublikasının Prezidenti

   
Bakı şəhəri, 9 iyun 2009-cu il
No– 830-IIIQD
  




Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU