Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"yə əlavə və dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        
Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 
768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş 
“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə 
əlavə və dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ 

QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–1, maddə 12; 2001-ci il, No–12, maddələr 731, 736; 2004-cü il, No–2, maddə 57; 2005-ci il, No–4, maddə 274, No–7, maddə 590; 2006-cı il, No–11, maddə 926; 2007-ci il, No–1, maddə 1, No–8, maddə 756, No–11, maddə 1078; 2008-ci il, No–3, maddə 155, No–8, maddələr 694, 696) ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 104-cu maddəsində “həlak olduqda” sözlərindən sonra “(vəfat etdikdə)” sözləri əlavə edilsin, “habelə sonrakı peşə fəaliyyəti ilə məşğul olmaq imkanından məhrum edən bədən xəsarəti və digər bədən xəsarəti” sözləri “xəsarət (yaralanma, travma, kontuziya)” sözləri ilə əvəz edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 may 2009-cu il
No– 823-IIIQD





Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU