Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsinin icrası haqqında AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsinin icrası haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsinin icrası gəlirlər 7547336,9 milyon manat, xərclər 7510738,3 milyon manat məbləğində olmaqla təsdiq edilsin.
2. Azərbaycan Respublikasının 2004-cü il dövlət büdcəsinin gəlirlər və xərclər üzrə göstəriciləri aşağıdakı kimi qəbul edilsin:
Sıra N-si | Göstəricilər | Milyon manatla |
Gəlirlər | 7547336,9 | |
1. | Fiziki şəxslərin gəlir vergisi | 1107870,7 |
2. | Hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa) | 1117215,1 |
3. | Əlavə dəyər vergisi | 2263474,7 |
o cümlədən: | ||
Azərbaycan Respublikasının ərazisinə gətirilən mallara əlavə dəyər vergisi | 856654,2 | |
4. | Aksizlər | 362213,8 |
o cümlədən: | ||
Azərbaycan Respublikasının ərazisinə gətirilən mallara aksizlər | 55722,0 | |
5. | Hüquqi şəxslərin əmlak vergisi | 160921,2 |
6. | Hüquqi şəxslərin torpaq vergisi | 70732,2 |
7. | Tranzit yol vergisi | 6144,5 |
8. | Mədən vergisi (yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi istisna olmaqla) | 489176,2 |
9. | Sadələşdirilmiş vergi | 81926,9 |
10. | Gömrük rüsumları | 384810,2 |
11. | Dövlət rüsumu | 135237,6 |
12. | Birdəfəlik rüsum | 7111,8 |
13. | Vergi olmayan sair gəlirlər | 97240,0 |
14. | Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar | 14503,6 |
15. | Avropa İttifaqının Azərbaycan Respublikasına verdiyi qrant | - |
16. | Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar | 326,6 |
17. | Səhmlərində dövlətin payı olan banklardan alınan dividendlər | 7202,9 |
18. | Qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər | 15000,0 |
19. | Milli Bankın mənfəətindən daxilolmalar | 30000,0 |
20. | Dövlət Neft Fondundan daxilolmalar | 650000,0 |
21. | Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar | 634,2 |
22. | Təkrar borc sazişləri üzrə daxilolmalar | 18006,5 |
23. | Aksiz markalarının satışından daxilolmalar | 8870,5 |
24. | Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları | 317317,7 |
25. | 2004-cü ilin yanvar ayının 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabında olan sərbəst qalığı | 201400,0 |
Xərclər | 7510738,3 | |
1. | Ümumi dövlət xidmətləri xərcləri | 613197,4 |
o cümlədən: | ||
qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri | 446311,1 | |
beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri | 34107,4 | |
elm xərcləri | 100163,6 | |
başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri | 32615,3 | |
2. | Müdafiə xərcləri | 870567,9 |
3. | Məhkəmə hakimiyyəti, hüquq-mühafizə, təhlükəsizlik orqanlarının və prokurorluğun saxlanılması xərcləri | 779578,1 |
o cümlədən: | ||
Azərbaycan Respublikası məhkəmə hakimiyyəti orqanlarının saxlanılması xərcləri | 37239,7 | |
Azərbaycan Respublikası prokurorluq orqanlarının saxlanılması xərcləri | 61133,9 | |
Azərbaycan Respublikası hüquq-mühafizə, təhlükəsizlik orqanlarının saxlanılması xərcləri | 675223,9 | |
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə, təhlükəsizliyin təmin edilməsi üzrə digər kateqoriyalara aid edilməyən fəaliyyətlə bağlı xərclər | 5980,6 | |
4. | Təhsil xərcləri | 1470479,6 |
5. | Səhiyyə xərcləri | 367456,1 |
6. | Sosial müdafiə və sosial təminat xərcləri | 1182286,7 |
o cümlədən: | ||
sosial müdafiə xərcləri | 844137,5 | |
sosial təminat xərcləri | 338149,2 | |
7. | Mədəniyyət, incəsənət, kütləvi informasiya, bədən tərbiyəsi və din sahəsində fəaliyyətin xərcləri | 190884,0 |
o cümlədən: | ||
mədəniyyət və incəsənət sahəsində fəaliyyətin xərcləri | 170499,8 | |
bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin xərcləri | 20384,2 | |
8. | Mənzil-kommunal təsərrüfatı xərcləri | 179864,7 |
9. | Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri | 305977,3 |
o cümlədən: | ||
Kənd təsərrüfatı xərcləri | 277245,9 | |
meşə təsərrüfatı xərcləri | 13884,6 | |
balıqçılıq sahəsinin xərcləri | 1240,5 | |
digər kateqoriyalara aid edilməyən fəaliyyət və xidmətlərin xərcləri | 13606,3 | |
10. | Sənaye və tikinti xərcləri | 497614,9 |
o cümlədən: | ||
sənaye xərcləri | 22158,0 | |
Tikinti xərcləri | 475456,9 | |
ondan: | ||
dövlət investisiya xərcləri | 474857,4 | |
11. | Nəqliyyat və rabitə xərcləri | 328741,4 |
12. | İqtisadi fəaliyyətlə bağlı digər xərclər | 142285,6 |
o cümlədən: | ||
təchizat, ticarət, ictimai iaşə üzrə xərclər | 199,7 | |
turizm xərcləri | 1529,4 | |
çoxsahəli inkişaf layihələri üzrə xərclər | 140425,3 | |
ümumi təsərrüfat və kommersiya fəaliyyəti üzrə xərclər | 131,2 | |
13. | Əsas bölmələrə aid edilməyən xərclər | 495716,7 |
o cümlədən: | ||
əsas bölmələrə aid edilməyən sair xərclər | 315809,5 | |
ondan: | ||
dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri | 285647,8 | |
ehtiyat fondlarının xərcləri | 169939,3 | |
digər səviyyəli büdcələrə verilən vəsaitlər (yerli büdcələrə verilən dotasiya) | 9967,9 | |
14. | Dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər | 86087,9 |
Profisit | 36598,6 |
3. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 may 2005-ci il
N 917-IIQ

