"Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)" Azərbaycan Respublikasının yubiley medalı haqqında

Qanunlar      Paylaşın:        
Azərbaycan Respublikasının 2008-ci il  
2 dekabr tarixli 726-IIIQ nömrəli 
Qanunu ilə təsdiq edilmişdir




“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” 
Azərbaycan Respublikasının yubiley medalı haqqında 
Əsasnamə



1. “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalı ilə milli təhlükəsizlik orqanlarında xidməti vəzifələrini həyata keçirərkən yüksək nəticələr əldə edən, Azərbaycan Respublikasının milli maraqlarının daxili və xarici təhdidlərdən qorunmasında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətində, dövlət sirrinin mühafizəsində, cinayətkarlığa qarşı mübarizədə fərqlənən hərbi qulluqçular, mülki işçilər, veteranlar, habelə milli təhlükəsizliyin təmin olunmasında fəal iştirak edən və təhlükəsizlik orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.

2. “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

3. “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.







Azərbaycan Respublikasının 2008-ci il 
2 dekabr tarixli 726-IIIQ nömrəli 
Qanunu ilə təsdiq edilmişdir



“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” 
Azərbaycan Respublikasının yubiley medalının təsviri



“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalı bilavasitə dairəvi medaldan və düzbucaqlı lövhədən ibarətdir.

Medal diametri 35 mm olan gümüşü rəngli dairəvi dəmir lövhədən ibarət olmaqla içərisində iki dairə yerləşdirilmişdir. Birinci dairədə yuxarı qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağı qövs boyunca “MİLLİ TƏHLÜKƏSİZLİK ORQANLARI” sözləri həkk olunmuşdur. Medalın ikinci dairəsinin mərkəzində aşağıdan yuxarı sol künc tərəfə doğru şaquli istiqamətdə nisbətən açıq göy rəngə dəyişən lent həkk olunmuşdur və həmin lentin sağ və sol tərəflərində şaquli nazik gümüşü rəngli xətlər istiqamətlənir.

Mərkəzdən keçən lent fonunda medalın mərkəzindən yuxarı hissədə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin gümüşü rəngli relyefli emblemi təsvir edilmiş, emblemdən aşağıda “1919-2009” rəqəmləri, onun aşağısında ortada gümüşü rəngdə “90” rəqəmi həkk olunmuşdur.

Medalın arxa tərəfi hamar səthlidir, ortada yuxarı hissədə “90” rəqəmi, ondan aşağıda “AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ TƏHLÜKƏSİZLİK ORQANLARI” sözləri və “1919-2009” rəqəmləri həkk olunmuşdur.

Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 39 mm ölçüdə, düzbucaqlı rəngli metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə öndən iki hissədən ibarətdir. Üst hissə xara lent şaquli 7 zolağa bölünmüşdür. Mərkəzdəki zolaq lövhənin 2/3-ni təşkil edir, tünd göy rənglidir və həmin rəng aşağıdan yuxarı sol künc tərəfə doğru şaquli istiqamətdə nisbətən açıq göy rəngə dəyişir. Lövhənin qalan 1/3 hissəsinin yarısı sol, yarısı isə sağ tərəfdə yerləşir və hər ikisi çəhrayı rənglidir. Çəhrayı rəngli zolaqların hər birinin mərkəzdəki zolağa yaxın hissəsində şaquli gümüşü rəngli nazik zolaq təsvir edilmişdir. Lövhənin alt hissəsinə eni 4 mm olan təbəqə bərkidilir, təbəqənin üzərində şaquli nazik gümüşü rəngli xətlər istiqamətlənir.

Medala paltara bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçüdə qəlib əlavə olunur. 





Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU