Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin və Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin və 
Babək rayonunun inzibati ərazi bölgüsündə 
qismən dəyişikliklər edilməsi haqqında




AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU

 


Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a  a l ı r :

I. Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraçuq, Qaraxanbəyli və Tumbul kənd inzibati ərazi dairələri və onların tərkibindəki Bulqan, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Tumbul kəndləri Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilsin.
 
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev  
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 9 iyun 2009-cu il
No– 829-IIIQ


 










Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU