"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında

Qanunlar      Paylaşın:        


“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi 
(1919-2009)” Azərbaycan Respublikasının yubiley medalının 
təsis edilməsi haqqında


AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U



Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a  a l ı r :

I. “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilsin.

II. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, No– 23, maddə 996; 1993-cü il, No– 23, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, No– 5, maddə 251; 2003-cü il, No– 12, I kitab, maddə 677; 2005-ci il, No– 4, maddə 291; 2006-cı il, No– 10, maddə 846; 2007-ci il, No– 3, maddə 213; 2008-ci il, No– 6, maddələr 452, 472) 2-ci maddəsinə aşağıdakı məzmunda on doqquzuncu abzas əlavə edilsin:

“Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalı.”.

III. “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

IV. “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)” Azərbaycan Respublikasının yubiley medalının təsviri təsdiq edilsin (əlavə olunur).


İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 iyun 2009-cu il
No– 850-IIIQ





Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU