"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun və "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 24 mart tarixli 999 nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında

Qanunlar      Paylaşın:        

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun və 
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə”
Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 24 mart tarixli 999 nömrəli Qərarının 
qüvvədən düşmüş hesab edilməsi haqqında


AZƏRBAYCAN RESPUBLİKASININ 

QANUNU




Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 1995-ci il 24 mart tarixli 998 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, No–17-18, maddə 277; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–7, maddə 487; 2001-ci il, No–12, maddə 736; 2003-cü il, No–1, maddə 1) qüvvədən düşmüş hesab edilsin.

II. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 24 mart tarixli 999 nömrəli Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995- ci il, No–17-18, maddə 278) qüvvədən düşmüş hesab edilsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyun 2009-cu il
No– 831-IIIQ




Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU