"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa 
əlavələr və dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU



Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
 
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, (No– 16, maddə 694; Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 1997-ci il, No– 3, maddələr 171, 226, No– 4, maddə 287; 1998-ci il, No– 1, maddə 16; 2001-ci il, No– 12, maddə 736; 2002-ci il, No– 6, maddə 328, No– 12, maddə 692; 2003-cü il, No– 1, maddə 16; 2005-ci il, No– 8, maddə 684; Azərbaycan Respublikasının 2009-cu il 8 may tarixli 812-IIIQD nömrəli Qanunu) aşağıdakı əlavələr və dəyişiklik edilsin:
 
1. 8-ci maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin: 
“İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilir.”. 

2. 21-ci maddənin üçüncü, dördüncü və beşinci hissələri müvafiq olaraq dördüncü, beşinci və altıncı hissələr hesab edilsin, maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin: 
“İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər.”. 


İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyun 2009-cu il
No– 841-IIIQD






Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU