Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiliklər edilməsi haqqında
Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati
ərazi bölgüsündə qismən dəyişiliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:
Qalacıq kənd inzibati ərazi dairəsi tərkibində mövcud olan yaşayış məntəqələri müvafiq olaraq Çəmənli və Elabad kəndləri adlandırılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinə daxil edilsin.
Bizlan və Zərgəran kəndləri Tircan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Bizlan kəndi olmaqla, Bizlan kənd inzibati ərazi dairəsi yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinə daxil edilsin.
Xanagah kəndi Qalınçaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Xanagah kənd inzibati ərazi dairəsi yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinə daxil edilsin.
İstisu, Çayqovuşan və Elabad kəndləri Qalacıq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi İstisu kəndi olmaqla, İstisu kənd inzibati ərazi dairəsi yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinə daxil edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 iyun 2009-cu il
No– 851-IIIQ
Fayl şəklində yüklə

