"Azərbaycan Respublikasının Milli Bankı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikasının Milli Bankı haqqında” 
Azərbaycan Respublikasının Qanununa 
dəyişikliklər və əlavələr edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu




Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

“Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. Qanunun adında və mətnində ismin müvafiq hallarında “Milli Bank” sözləri ismin müvafiq hallarında “Mərkəzi Bank” sözləri ilə əvəz edilsin;

2. 7.2.2-ci maddədə “Milli Bankın İdarə Heyəti sədrinin” sözləri “Mərkəzi Bankın İdarə Heyəti sədrinin – Mərkəzi Bankın sədrinin (bundan sonra – Mərkəzi Bankın İdarə Heyəti sədri)” sözləri ilə əvəz edilsin;

3. 16.3-cü maddədə “əqdlər” sözündən sonra “bu Qanunun 49-1.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla” sözləri əlavə edilsin;

4. 33.1-ci maddədən sonuncu cümlə çıxarılsın;

5. 33.3-cü maddədə “yalnız milli valyutada (manatla)” sözləri çıxarılsın;

6. 34-cü maddədə “cəlb edə” sözlərindən sonra “və onlarda depozitlər yerləşdirə” sözləri əlavə edilsin;

7. 49-cu maddə aşağıdakı redaksiyada verilsin:
“Bank sisteminin sabitliyinin təmin edilməsi, bank kreditorlarının və əmanətçilərinin maraqlarının qorunması məqsədilə Mərkəzi Bank özünün müəyyən etdiyi qayda və şərtlər daxilində banklara kreditlər, o cümlədən subordinasiya kreditləri verə bilər.”;

8. Aşağıdakı redaksiyada 49-1-ci maddə əlavə edilsin:
“Maddə 49-1. Kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi
49-1.1. Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər. Belə kreditlərin forma, qayda və şərtlərini Mərkəzi Bankın İdarə Heyəti müəyyən edir.
49-1.2. Məqsədli kredit üzrə borc öhdəliyinin dövlət zəmanəti hesabına həyata keçirilməsi zərurəti yarandıqda və bu öhdəliyin tam və ya bir hissəsinin icrası Mərkəzi Bankın razılığı ilə dövlətin buraxdığı borc qiymətli kağızları ilə həyata keçirildikdə, Mərkəzi Bank emissiya şərtlərinə uyğun olaraq həmin qiymətli kağızları ilkin bazarda əldə edə bilər.”


   
   
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti  

Bakı şəhəri, 19 iyun 2009-cu il
No– 836-IIIQD




Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU