"Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        

"Azərbaycan Respublikasının Mülki

Məcəlləsinə əlavələrin və dəyişikliklərin

edilməsi haqqında" Azərbaycan

Respublikası Qanununun tətbiqi ilə

əlaqədar bəzi qanunvericilik

aktlarına əlavə və dəyişikliklər

edilməsi və bəzi qanunvericilik

aktlarının qüvvədən düşmüş hesab

edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

I. "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 3-4, maddə 60) 17-ci maddəsinin dördüncü hissəsində "Səhmdar cəmiyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu" sözləri "Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi" sözləri ilə əvəz edilsin.

 

II. "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il,№ 1, maddə 11) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci maddədə "Səhmdar cəmiyyəti haqqında", "Qiymətli kağızlar haqqında" sözləri "Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə" sözləri ilə əvəz edilsin;

2. 16-cı maddənin 3-cü bəndində "Qiymətli kağızlar haqqında" Azərbaycan Respublikasının Qanunu ilə" sözləri "Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə" sözləri ilə əvəz edilsin;

3. 17-ci maddədə "Səhmdar cəmiyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə" sözləri ilə, 18-ci maddənin 1-ci bəndində və 19-cu maddənin 1-ci bəndində "Səhmdar cəmiyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə" sözləri "Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə" sözləri ilə əvəz edilsin.

 

III. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 584) 214-cü maddəsinin dispozisiyasında "Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı və ya emitent" sözlərindən sonra "və ya qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatı" sözləri əlavə edilsin.

 

IV. "Kommersiya sirri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 12, maddə 741) 4.1.8-ci maddəsində "və qiymətli kağızların mülkiyyətçiləri" sözləri və ya qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatı" sözləri əlavə edilsin.

 

V. "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 114) aşağıdakı redaksiyada 6.1.7-ci maddə əlavə edilsin:

"6.1.7. Vekseldə onun aksepti haqqında qeyd olunubsa, onun aksepti hallarında veksel üzrə ödənilməsinə görə qanunvericiliyə uyğun verilən protestlər.".

 

VI. Azərbaycan Respublikasının aşağıdakı qanunvericilik aktları qüvvədən düşmüş hesab edilsin:

1. "Səhmdar cəmiyyəti haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin Qərarı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 21, maddə 317);

2. "Qiymətli kağızlar və fond birjaları haqqında" və "Səhmdar cəmiyyəti haqqında" Azərbaycan Respublikası Qanunlarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 22, maddə 356);

3. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 1, maddə 6) III hissəsi;

4. "Bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 177) 2-ci maddəsi;

5. "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 3, maddə 226) 10-cu və 16-cı maddələri;

6. "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 4, maddə 227) VI hissəsi.

 

VII. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 28 sentyabr 2004-cü il

№ 765-IIQD

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU